Etiket arxivi: Arzu Babayev – Nəbi Xəzrinin oğlu

Nəbi Xəzri və Alim Keşokov

Nəbi Xəzri və Alim Keşokov

Nəbi Xəzri Kabardin Balkar muxtar respublikasının xalq şairi Alim Keşokovla da dost idi. 1964-cü ildən 1970-ci ilədək yayın əvvəlində ailəsiylə Nalçik şəhərində dincələndə mütləq bu iki şairin görüşləri və mehriban ünsiyyəti olurdu. 1966-cı ildə Nəbi müəllim Nalçikdə olanda ailəsini maşınına mindirib gölün sahilinə dincəlməyə gəlir. Gölün sahilinədək maşını sürür, “giriş qadağandır” işarəsi olmasına baxmayaraq. Bu zaman dövlət avtomobil müfəttişi (indiki yol patrul xidməti) Nəbi müəllimə yaxınlaşıb əli ilə təzim edərək özünü təqdim edir və deyir:
-Vətəndaş sürücü, girişi qadağan edən işarənin tələblərini pozmusuz, xahiş edirəm, sənədlərinizi təqdim edin. Baxacağıq vəziyyətə, ya talonda deşik açacağıq, ya cərimə edəcəyik, ya da maşınınızı cərimə meydançasına aparacağıq.
Nəbi müəllim QAZ-21-in texniki pasportunu və sürücülük vəsiqəsini milis işçisinə təqdim edir. Milis serjantı sürücülük vəsiqəsinə baxan kimi, diksinir, özünü yığışdırır və orada yazılanları səsilə oxuyur:
– Babayev Nəbi Xəzri Ələkbər oğlu, siz bizim daxili işlər naziri Sultan Babayevin qohumusuz?
Nəbi müəllim ani olaraq fikrə vetdi və dedi:
-Bəli qohumuq.
Serjant sənədləri qaytardı, sağ əli ilə təzim etdi və dedi:
-Bağışlayın narahat etdim, dincəlin.
Həmin gün axşam Nəbi müəllim evə gələn kimi Alim Keşokova zəng edir və deyir:
-Alim, axşamın xeyir, bu gün ailəmlə gölün sahilinə getdim, milis işçisi yaxınlaşıb sənədlərimi istədi, işarənin tələbini pozmuşdum, sənədə baxan kimi soruşdu ki, bizim nazirlə qohumsuz, mən də məcbur olub təsdiq etdim, çünki ailəmləydim, ehtiyat elədim ki birdən maşını meydançaya apararlar. Yalandan nazirin qohumu olduğumu demək də yaxşı düşmədi. Çox utanıram. Lazımdısa sabah cəriməni ödəyə bilərəm.
Alim Keşokov güldü və dedi:
-Nəbi, narahat olma, Sultan Babayev mənim yaxın dostumdur, sabah səhər bir rusca çap olunmuş kitabından götür, gəl mənim dalımca gedək onun yanına, sizi tanış edim, şer sevəndir generalımız.
Səhəri gün Nəbi Xəzri kitabını götürdü, maşınına oturub Alim Keşokovun dalınca getdi, onlar görüşdülər və KB MR Daxili İşlər naziri milis general mayoru Sultan Babayevin yanına getdilər. General şairləri heç gözlətmədi, tez bir vaxtda qəbul etdi. Alim Keşokov zarafatla söhbətə başladı:
-Sultan, bu qardaş mənim azərbaycanlı dostum, tanınmış şair Nəbi Xəzridir, səninlə də soydaşdır, Babayevdir, gəlib sənə kitabını bağışlasın və dünənki qayda pozğuntusunun cəriməsini versin deyib gülür. General soruşur:
– Tanışlığıma çox şadam. Nolub ki?
Nəbi müəllim dünənki hadisəni danışır. General Babayev cavabında deyir
-Lap düz eləmisiz, bu gündən etibarən, sizi Kabardin Balkar muxtar respublikasının ərazisində haçan “qaişnik”lər saxlasa deyin ki, Sultan Babayevin qohumuyam, kitabınıza görə də minnətdaram, Alim, sən də çox sağ ol ki, Azərbaycan şairi ilə məni tanış etdin.
Mən bu tarixçəni yaza yaza fikrə gedirəm və düşünürəm, ilahi köhnə kişilərdə necə də dəyərlərə hörmət var idi.
Nəbi müəllimin şəklinin yanındakı Kabardin Balkar muxtar respublikasının xalq şairi Alim Keşokovdur, ruhları şad olsun.

Mənbə: Arzu Babayev

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vəkilov Səməd Yusif oğlu

Vəkilov Səməd Yusif oğlu

21 mart Azərbaycan sovet poeziyasının parlaq günəşi, poeziyanın bayraqdarı, drammaturq, ilk xalq şairi fəxri adını alan Səməd Vurğunun (Vəkilov Səməd Yusif oğlu) dünyaya gəlməyindən 120 il keçir. Ədibin poeziyasında o dərəcədə axıcılıq, nəğmə var ki, çox eşitmədiyimiz şeiri uzaqdan səslənəndə, ya şeirindən bir parça oxunanda dərhal Səməd Vurğunun olduğu bilinir. Cəfər Cabbarlı 20 martda, Səməd Vurğun 21 martda dünyaya gəliblər, hər ikisi bahar oğludur, ona görə də yaradıcılıqlarında bahar nəfəsi, bahar şəfəqləri duyulur. Ədibin şəklinə baxın. 50 yaşında dünyadan köç edib. Şəkildə sanki 80 yaşlı ahıl bir kişidir. Çünki o 50 illik ömründə neçə ömür yaşayıb, yaradıcılıqla, gəzməklə, xalqla daha çox ünsiyyətdə olmaqla. İki ömür qədər həyatı görüb. Xalqla çox ünsiyyətdə olurdu, ova gedirdi. Ovda bir dəfə ovçu tanışına ceyranı vurmağa qoymayıb, atəş açan anda tüfəngin lüləsini “dayan” deyib yuxarı qaldırıb. Məşhur “Ceyran” şeiri də ondan sonra yazılıb. “Azərbaycan” şeiri isə mən deyərdim ki, şairin manifestidir. Atam Nəbi Xəzrinin də ustadı olub, onu gənc vaxtlarında, 20 yaşında “Söz” şeirini oxuyandan sonra təkidlə hələ kitabı çap olunmamış Yazıçılar İttifaqına üzv keçirib. Anam danışardı ki, Səməd Vurğun 1956-cı ildə dünyasını dəyişəndə Nəbini ilk dəfə hönkürərək ağlayan gördüm, dedi ki, mənəvi atamız getdi. Ruhu şad olsun ustadın, Allah rəhmət eləsin.

Mənbə: Arzu Babayev

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

Arzu Babayev: – Nəbi Xəzrinin təxminən bu şəkildəki kimi vaxtlarında, 17 yaşında Nəbi Babayev imzasıyla yazdığı şerlərdən:

PƏRİM

Bağlamışdım ürəyimi əzəldən sənə,
Səninkidir qəlbimdəki məhəbbət, Pərim.
Necə mahir sənətkarmış qüdrətli əli,
Səni tənha yaratmışdır təbiət, Pərim.

Mən bülbüləm, sən çiçəkli laləzarımsan,
Həyatıma şölə saçan ilk baharımsan.
Nəhayətim, əzəlimsən, iftixarımsan,
Sənə verdim öz eşqimi əmanət, Pərim.

Qoyma könlüm hicranınla odlanıb yana,
Həsrətinlə göz yaşlarım dönər ümmana.
And içmişik, sadiq qalaq əhdə, peymana,
Aşiqləri yaşadandır sədaqət, Pərim.

1941

Mənbə: Arzu Babayev

Müəllif: NƏBİ XƏZRİ

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I