
ƏDƏBİ OVQAT – 20 – 2026 (PDF)
“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, baş redaktorun müavini Şahnaz Kamal, məsul katib İlahə Səfərzadə, korrektor Sima Salamova, rəssam Sehran Allahverdi) 20-ci (2026) sayı ədəbiyyatsevərlərin görüşünə gəlib.
Dərgi təsisçinin “Söz yolçusu” qeydləri ilə açılır.
“Poeziya” bölməsində Məmmədhüseyn Şəhriyarın, Zahid Sarıtorpağın, İbrahim İlyaslının, Qulu Ağsəsin, Mirzəcan Ağabalayevin, Adilə Aslanovanın, Arzu Kazımqızı Nehrəmlinin, Sevinc Qəribin, Banu Məhərrəmin şeirləri,
“Nəsr” bölməsində Kamal Abdullanın “Səngərdəki səs”, Təranə Məmmədin “Oğurluq”, Təranə Vahidin “Barelyef”, Arif Ərşadın “Yol əhvalatı”, Hümbət Həsənoğlunun “Madridli xanım”, Pərviz Yəhyalının “Ovu qanlı olmayan ovçu”, Vaqif Osmanlının “Xoşbəxt nənənin Bayramı”, İlahə Səfərzadənin”Azyaşlı ana” hekayələri,
“Güneydən səslər” bölməsində Ruqiyyə Səfərinin “Yazıçı” hekayəsi, Mir Musa Haşiminin şeiləri,
“Türk dünyası” rubrikasında Ali Kafkasyalının “İngilis işğalına boyun əyməyən Qaşqay türkləri”, Şahnaz Kamalın “Xakasiya – ruhumun dincəldiyi el” araşdırmaları,
“Publisistika” böməsində Rəfail Tağızadənin “Sənsizliyin harayı” düşüncələri,
“Ədəbi təhlil” bölməsində Rüstəm Kamalın “Şuşa od içində, yaxud Mir Mövsün Nəvvabın istixarəsi”, Aygün Bağırlının “Azərbaycan poeziyasının Krılovu Hikmət Ziya”, İlhamə Qəsəbovanın “Hüseyn Saraclı məktəbinin formalaşması, inkişafı və irsi” ədəbi təhlilləri,
“Məşhurların həyatı” bölməsində İlahə Əhmədovanın “Gizlin” (Qabriel Qarsia Markesin gizlində qalan böyük sevgisi Taçia haqqında…) mülahizələri,
“Azərbaycan mühacirləri” bölməsində Mirzə Bala Məmmədzadənin “Vətən qaldı” hekayəsi,
“Sənət dünyası” bölməsində Mustafa Çəmənlinin “Muğam dünyasının bələdçisi” məqaləsi,
“Dünya ədəbiyyatı” bölməsində August Strindberqin ” Yarım vərəq” hekayəsi, Ku Unun şeirləri,
“Yeni kitablar” bölməsində “Xəzərdən Baltikə uzanan ruh körpüsü” (Mahir Həmzəyevin “Azərbaycan-Baltik mədəni əlaqələri (XIX-XXI əsrlər” kitabı haqqında təqdimat nəşr olunub.
Bütün ədəbiyyatsevərləri dərgidəki ədəbi nümunələrlə tanış olmağa dəvət edirik. Bizim ədəbi boğçamıza xoş gəlibsiniz. Rəy və təklifləriniz gələcək fəaliyyətimiz, uğurlarımız üçün önəmlidir.
Hər birinizə uğurlar!

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisi