
***
Mən alma qaxıyam, üzüm cecəsi
Ömrüm çürümədi qüssədə, qəmdə.
Bir yaş da qocaldım bu yaz gecəsi,
Amma on-on beş il gəncləşdim həm də.
Nəyinsə xətrinə hirsimi udub,
Dilimin ucundan söz qaytarmadım.
İnsaflı adamlar əlimdən tutub,
Qoymadı hardasa hallansın adım.
Şeirlər qoşduğum bir gözəl vardı,
Əli adı qoydu öz nəvəsinə.
Xəyallar fikrimi hara apardı –
Payızda oxudum yaz həvəsinə.
Oxudum gah zildən, gah da ki pəsdən,
Aldım nəfəsimi köksümə görə.
Həmişə dayandım sözümün üstə,
Səsim-sədam oldu özümə görə.
İthürən tərəfə baxmadım heç vaxt,
Çəkdi işıqgələn tərəflər məni.
Mənim sağlığıma qaldırın vuraq,
Sərxoş eləyəmməz təriflər məni.
Müəllif: Əlir Nəcəfxanlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında