Etiket arxivi: Əkrəm Bəydəmirli

COP29 bir daha sübut etdi ki, biz eyni gəminin sakinləriyik

COP29 ətraf mühitin qorunmasında, qlobal təşəbbüslərin artırılmasında əhəmiyyətli bir tədbir olmaqla bərabər dünyanın gələcək ekosisteminin aqibətinə də aydınlıq gətirəcək. Konfrans zamanı iştirakçıların çıxışlarına, çox dəqiq yanaşmalarına nəzər salanda bu qənaətə gəlmək olar ki, COP29-dan gözləntilər böyükdür.

Eyni gəminin sakinləri olan şüurlu, mövcud ekoloji vəziyyəti görən, bu, insanların hədəflərində ətraf mühitin qorunması ilə bağlı qabaqlayıcı planların olması zəruridir. Çünki müharibələr, yeni silahların sınaqdan keçirilməsi, ətraf aləmlə amansız rəftar və s. dünyanı fəlakətə sürükləyir. Sadə dillə desək COP29 bu amansız proseslərin qarşısını almağa və yeni sabit dünya düzəninin qurulmasına töhfə verməyə cəhd prosesidir.

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edərək, bu tarixi missiyaya öz töhfəsini verir. Çox müsbət haldır ki, hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə, turizm potensialı, zəngin mədəniyyəti, milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olur. COP29 toplantısı həm də Azərbaycanın dünyaya yeni baxışını ortaya qoyub. Bütün təhdidlərə, təzyiqlərə baxmayaraq Azərbaycan gerçəkdən belə geniş miqyaslı toplantıya uğurla ev sahibliyi edir.

Qaldıki COP29 əleyhinə çıxanlara heç əhəmiyyət vermək lazım deyil. Həmin qüvvələrin istəyi qərəzdir, mahiyyəti qaranlıqdır. Ədalətsiz yanaşma ilə, qərəzlə, qaranlıq fikirlərlə dünyanın gələcəyini, ekologiyasını xilas etmək olmaz.

COP29 bir daha sübut etdi ki, biz eyni gəminin sakinləriyik. Bu gəmini, ətraf aləmi qorumaq şüurlu məxluq olan insan övladının vəzifəsi olmalıdır.

Müəllif: Əkrəm Bəydəmirli

Əkrəm Bəydəmirlinin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

COP29 informasiya müharibəsində  gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası,  COP29 tədbirinin Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil.  Bu, həm də  insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.

 Dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir.

 COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Çünki belə toplantı ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bundan əlavə  COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək.

 Burada çox vacib məqamlardan biri odur ki, Azərbaycan  ətraf mühitin qorunmasına, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsinə və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsinə  öz töhfəsini verməklə bərabər ölkəmizin zəngin təbii resursları, Qarabağda  əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdıracaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə,  turizm potensialı, zəngin mədəniyyəti,  milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaqlar. COP29 toplantısı həm də Azərbaycanın  dünyaya yeni baxışını ortaya qoyacaq.

 Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Son 30 ildə ətraf aləmə qarşı ermənilərin törətdiyi vəhşiliklərlə xaricdən gələn qonaqlar da tanış olmalıdır. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha nümayiş etdirəcək. Düşünmək olar ki COP29  informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açacaq.

Müəllif: Əkrəm Bəydəmirli

Əkrəm Bəydəmirlinin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

 

Repressiya qurbanlarının xatirə gününün düşüncələri

30 Oktyabr – Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günüdür. Xatırlatmaq yerinə düşər ki, 1974-cü ildə SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən sonra bu tarix qeyd olunur.

Azərbaycan xalqının genefonduna birbaşa zərbə olan repressiya tarixini mən müəyyən qədər də olsa araşdırmışam. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin layihəsi çərçivəsində müəllifi olduğum “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi bu il çap olunub.

Gerçəkdən həmin dövrü araşdırarkən Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. O incidilmiş insanları ruhən dostlarım hesab edirəm. Ən azından həmin insanların ruhlarını şad etmək üçün kitabın davamını yazmağa cəhd göstərirəm. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.

Əslində repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında oxşar və fərqli formada aparılırdı. Təqib və repressiya bir çox peşə sahiblərini əhatə edirdi. Bütün bunlardan yayınmaq, Azərbaycanın o ləyaqətli övladlarını qorumaq, xilas etmək mümkün idimi? Bu gün bu sualları birmənalı cavablandırmaq çətindir.

Bu gün məni düşündürən odur ki, bir millət bu qədər itkilər verəndən sonra yenidən həmin itirilmiş intellektual potensialı bərpa edə bildimi? Bu sualla da birmənalı cavab tapmaq olmur.

Amma, lakin o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur.

Qeyd edək ki, 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur. Bu rəqəmlərin artıb azalması mümkündür.

Müəllif: Əkrəm Bəydəmirli

Əkrəm Bəydəmirlinin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru