Etiket arxivi: EYVAZ HÜSEYNOVUN doğum günüdür

EYVAZ HÜSEYNOVUN doğum günüdür

Bu gün Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü, Vətənpərvər, çox hörmətli EYVAZ HÜSEYNOVUN doğum günüdür.
O, 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Eyvaz müəllimdən yaradıcılığıma və özümə qarşı daima yüksək hörmət və diqqət görmüşəm. 07.12.2022-ci ildə “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma Xocavənd rayonunda yüksək səviyyədə təqdimatın keçirilməsi buna ən yaxşı misaldır. Həmçinin müvafiq sərəncamlarına əsasən 2 dəfə Xocavənd Rayon İcra Hakimiyyətinin FƏXRİ FƏRMANINA layiq görülmüşəm.
Hörmətli Eyvaz müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı və xoşbəxtlik arzu edirəm.
7 dekabr 2022-ci ildə Xocavənd rayonunda Eyvaz müəllimin şəxsi təşəbbüsü ilə keçirilmiş “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimat mərasiminə həsr etdiyim “ANA VƏTƏNİMDƏ UNUDULMAZ BİR GÜN” adlı məqaləmdən bir parçanı əziz oxucularımın diqqətinə çatdırıram:
“Çıxışımı bitirdikdən bir neçə dəqiqə sonra tədbirin rəsmi hissəsini sona çatdırmaq üçün söz tədbirin birinci dərəcəli təşkilatçısı, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Eyvaz müəllim Hüseynova verildi. Cənab başçımız ilk olaraq hər kəsi salamladı, sonra Xocavənd Rayon İcra Hakimiyyəti rəhbərliyinin Vətən müharibəsindən sonra gördüyü və görəcəyi işlər, proyektlər, layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. O, bildirdi ki, Xocavənd rayon rəhbərliyi Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək, yad etmək, yaddaşlarda saxlamaq üçün öz səyini heç bir zaman əsirgəməyib və əsirgəməyəcəkdir. Şəhərciyin bir neçə yerində Xocavənddən olan və Xocavənddə Şəhidliyə ucalan qəhrəmanların xatirəsinə həsr olunan abidələr buna misaldır. İştirakçıların bir az əvvəl izlədikləri Xocavənddə Şəhid olan qəhrəmanlar üçün hazırlanan video-rolikin hər anı, hər saniyəsi bilavasitə cənab başçının rəhbərliyinin, təşkilatçılığının, yuxusuz gecələri, gərgin əməyi, sona qədər əsirgənməyən səyi və təşəbbüsü nəticəsində hazırlanmışdır. Həmçinin cənab başçı 44 günlük şanlı Vətən müharibəmizdən sonra dəyişən geosiyasi maraqlardan, yerini tapan haqq-ədalətdən, bütün dünyaya məlum olan əsl reallıqlardan və həqiqətlərdən söhbət açdı. Ölkəmizə, dövlətimizə və millətimizə açıq-aşkar düşmənçilik siyasəti yeridən qərb ölkələri, o cümlədən Fransa və cənub qonşumuz İran haqqında da fikirlərini, bu məkrə qarşı hansı tədbirləri almağımız haqqında tövsiyələrini bildirdi. Eyvaz müəllim qeyd etdi ki, mənfur düşmənin dərsini alıb geri otuzdurulmasına görə, qələbəmizə görə bizə qısqanclıqla düşmən fikirlər bildirən qərb ölkələrinin bizim hədəflərimizlə, etdiklərimizlə və reallığımızla qəti razılaşması və nəhayət, 30 ildən sonra Qarabağımızın azad edilməsi – bütün bunlar Şəhidlərimizin, Qazilərimizin və cənab Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sayəsində həyata keçdi. Biz də öz növbəmizdə sona qədər çalışırıq ki, onların ruhlarını şad edək, xatirələrini əbədiləşdirək, əmanət olan ailələrinin yaşayışları ilə maraqlanaq və onlara əlimizdən gələn köməyi əsirgəməyək. Eyvaz müəllim çıxışında vurğuladı ki, hazırda təqdimatı keçirilən kitabın respublikamızda bir neçə mədəniyyət ocaqlarında, kitabxanalarda təqdimatı keçirilib. Növbəti təqdimatı isə bir qədər gec olsa da doğma el-obasında, yəni burada, bu məkanda keçirilir. Mən isə fikirləşdim ki, bu heç də gec deyil. Bir fikir var ki, tez olan yaxşı olmaya da bilər, əsas odur ki, gec olsun, güc olsun. Eyvaz müəllim mənim haqqımda hazırlanmış video-rolikdə olmayan bir çox məlumatları ― əlaçı olduğumu, pianoda ifa etdiyimi və sərbəst şəkildə ingilis dilində danışa bildiyimi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cənab başçımızın dəyərli vaxtını ayırmaqla mənim yaradıcılığımı, ümumilikdə, fəaliyyətimi bu qədər diqqətlə, dərindən izləməsi, sosial şəbəkələrdəki paylaşımlarıma diqqətlə nəzər yetirməsi, izləməsi məni təəccübləndirdi və çox sevindirdi. Hörmətli Eyvaz müəllim söhbəti valideynlərimə də yönəldərək onlara da təşəkkürünü bildirdi. Sonra yaradıcılıq, həyat fəaliyyətimdə olan nailiyyətlərimə görə mənə təşəkkürünü bildirərək, gələcək həyatımda və yaradıcılığımda uğurlar arzulayaraq çıxışını bitirdi və tədbirin rəsmi hissəsi bununla da yekunlaşdı. Tədbir iştirakçıları ilə bərabər mən də gözəl, ətraflı, səmimi çıxışa görə Eyvaz müəllimi dayanmadan sürəkli alqışlarla alqışladım”.

SEVİNDİK NƏSİBOĞLU,
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I