Kitabçılar Birliyi artıq üç ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində əsas məqsədi gənc istedadları üzə çıxarmaq, onlara motivasiya vermək və ədəbi inkişaf üçün bir məktəb yolu açmaq olub. Bu məqsədlə Birlik tərəfindən şeir müsabiqəsi elan edilir. Münsiflər heyətində görkəmli şairimiz Baba Vəzir oğlu, tanınmış qələm sahibi İlqar Fəhmi və gənc şair Samir Əfsəroğlu yer alacaq. Onların nəzarəti altında qəbul edilən bütün şeirlər oxunacaq, təhlil olunacaq və sonda üç qalib müəyyənləşdiriləcək. Qaliblər mart ayında keçiriləcək möhtəşəm qala gecəsində mükafatlandırılacaq.Birinci yerin qalibinə təqdim olunacaq: İmzalı sertifikat Münsif müəlliflərin imzalı kitabları Jurnal və qəzetlərdə şeirlərin dərc olunması Sosial xəbər portallarında paylaşım Antologiyalarda yer alma imkanı Qiraətçi tərəfindən şeirin səsləndirilməsi və sosial şəbəkələrdə yayımı Kitabçılar Birliyi ilə birlikdə bir yazarın əsərinin təhlil günündə iştirak hüququ Şeirlərin qəbulu 28 fevral tarixinədək davam edir. Qaliblər mart ayında elan olunacaq və onlar üçün xüsusi təqdimat gecəsi təşkil ediləcək.
Ətraflı məlumat üçün göstərilən əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz:099-862-14-24
PEDAQOGİKA ELMLƏRİ DOKTORU, NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN PROFESSORU, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ KAMAL CAMALOV “İLİN ALİMİ” DİPLOMU İLƏ TƏLTİF EDİLMİŞDİR Azərbaycan elminin inkişafına uzun illərdir verdiyi sanballı töhfələr, dərin elmi araşdırmaları və gənc nəslin intellektual formalaşmasında oynadığı mühüm roluna görə Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Kamal Camalov “İlin alimi” fəxri adına layiq görülüb. Professor Kamal Camalovun elmi fəaliyyəti təkcə fundamental tədqiqatlarla deyil, eyni zamanda elmi düşüncənin gənc nəsillərə ötürülməsi, pedaqoji ənənələrin qorunması və inkişaf etdirilməsi ilə seçilir. Onun bilik, zəhmət və səbr üzərində qurulan elmi yolu Azərbaycan elmi ictimaiyyəti üçün örnək xarakteri daşıyır. “Elmin səssiz, lakin dərin dünyasında” qoyduğu izlər bu gün Naxçıvan Müəllimlər İnstitutunun rektor əvəzi, çox hörmətli Elşən müəllim tərəfindən yüksək dəyərləndirilib. Professor Kamal Camalovun “İlin alimi” seçilməsi onun illərlə apardığı məqsədyönlü elmi fəaliyyətin, fədakar əməyin və elmi prinsipiallığın məntiqi nəticəsi kimi qiymətləndirilir. Bu ali ad yalnız fərdi nailiyyət deyil, eyni zamanda elmin, biliklərin və intellektual zəhmətin qələbəsidir. Professor Kamal Camalov biliklə düşüncəni, zəhmətlə məsuliyyəti birləşdirərək elmin ruhuna həyat verən dəyərli alim kimi tanınır.
“İlin alimi” adına layiq görülməsi münasibətilə professor Kamal Camalovu təbrik edir, ona elmi fəaliyyətində yeni uğurlar və daim işıqlı bir yol arzulayırıq.
Uniformologiya və uniformalı dövlət strukturları haqqında
Hörmətli general Qabil Mamedovun UNİFORMA haqqında təklifinin nəzərə alınmasının vaxtı deyilmi? Uniformologiya və uniformalı dövlət strukturlarımıza anlayış gətirmək haqqında Uniformologiya – xidməti (xüsusi) və əsasən də hərbi geyim formalarının yaranma tarixi və inkişafından, onların özünəməxsus xüsusiyyətlərindən bəhs edən köməkçi elmi-tarixi fəndir. Uniformologiya, bu gün digər elmi fənlərlə (geraldika, veksillologiya, faleristika, emblematika) sıx əlaqədə olaraq formalaşan və aktiv şəkildə inkişaf edən yeni elmi sahələrdən biridir. Uniforma (forma, mundir) – korporativ struktur üzvlərini fərqləndirici vahid görkəmə salmaq məqsədilə tiklişinə, stilinə, parçasına və rənginə görə seçilən xüsusi (xidməti) geyim deməkdir. Qədim zamanlarda, bir-birilə vuruşan qəbilə və tayfalar, öz düşmən və müttəfiqlərini üzdən tanıyırdılar. Amma əsrlər keçdikcə, aparılan miqyaslı savaşlar zamanı, öz qoşunlarını düşməndən ayırd edə bilmək ehtiyacı (problemi) üzə çıxdığından, uniforma həyatı tələbata çevrildi və bu günlərə kimi də, öz aktuallığını və texniki inkişafını artırmaqda davam edir. Və bu baxımdan, hər bir dövlətdə, uniformoloji tələbatı təmin etmək məqsədilə, müvafiq orqan (qurum, xidmət) yaradılır və bu orqan, öz fəaliyyətini normativ sənədlər əsasında həyata keçirərək, qəbul olunacaq unformaların standartlaşma göstəricilərini, aidiyyatı üzrə strukturların vəzifəli şəxslərinin əmr və sərəncamları vasitəsilə rəhbər tutduraraq həyata keçirir. Amma çox əfsuslar olsun ki, fəaliyyəti zəruri olan bu orqanın olmamazlığı və fəaliyyətsizliyi ucubatından, Azərbaycanda uniformadan istifadə edən dövlət qurumlarımızda, məntiqi yanaşma və identifikasiya yoxdur, elmi əsaslandırma aparılmadan yanlış standartlar təyin edilir və demək olar ki, artıq bu sahə üzrə çox gülünc bir mənzərə yaradılmışdır. Utancverici haldır ki, bizim bəzi “struktur rəhbərləri”, hətta dövlətin imicini belə düşünmədən, qadir olduqları şit fantaziyalarını (şöhrətpərəstliyə və düşüncəsizliyə söykənən), öz qurumları üçün yaratdıqları unformalarında əks etdirirlər. Və maraqlı olan budur ki, hələlik bu barədə nə düşünən, nə də soruşan bir qurum yoxdur. Mən bu gün burada, sadəcə olaraq bir sualı cavablandırmaq və bu cavabları da əsaslandırmaq istərdim: Dövlət strukturlarında uniformadan istifadə keçmiş zamanlardan qalma bir vərdişdir və ya tələbat? Biz, hərbi qulluqçu (əsgər, çavuş, gizir, zabit, ali zabit) və hərbi rütbə dedikdə, bir assosasiya olaraq, istər istəməz hansısa hərbi hissə və bölmələri, general dedikdə isə tabeçiliyində 10 minlərlə şəxsi heyəti olan bir qoşun komandanını gözlərimiz qarşısında canlandırmağa alışmışıq. Amma Azərbaycanda isə, bu sahəyə cavabdeh olanların şablonçuluğu və konservatorluğı səbəbindən, “hərbi xidmət” anlayışına uyğun gəlməyən bir sıra dövlət qurumlarımızın heyətini, vərdiş halında (pionerinin də uniforması olan SSRİ-dan və daha öncə Çar Rusiyasından qalma ənənə vərdişi), dəyəri milyonlarla ölçülən hərbi və xüsusi rütbəli uniformalarla təmin etməkdə davam edirlər. İndisə gəlin, aşağıda sadalanan uniforma istifadəçiləri olan qurumlara bir nəzər salaq. Onları sadalayıram:
-Gömrük Komitəsi
-Azərbaycan Baş Prokurorluğu
-Azərbaycan Dəmir Yolları
-Bakı Metropoliteni
-Vergilər
-Miqrasiya Xidməti
-Dövlət Təhlükəsizlik Xidməti
-Xarici Kəşfiyyat Xidməti
-Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti
-Fövqəladə Hallar Nazirliyi
-Daxili İşlər Nazirliyi
-Dövlət Avtomobil Nəqliyyatı Xidməti
-Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
-Mülkü Aviasiya
-AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və digər kiçik strukturlar
Fərqli bir bucaq altında, nəzər salaq və baxaq görək ki, yuxarıda sadalanan strukturların heyətinə uniforma geyməyə ehtiyac varmı və ya bu sadəcə olaraq keçmişdən yaşatdığımız bir vərdişdir? Əgər varsa, o zaman bu kimlərə və necə şamil oluna bilər. Bu məsələ ilə bağlı, özümdə formalaşdırdığım düşüncələrimi diqqətinizə çatdırmaq istəyirəm. Strukturlar üzrə açıqlamalarım: 1) Gömrük Xidməti: Gömrük postlarında növbədə olan heyətlər – döş nişanları, müəyyən xüsusi kombinzon və ya jiletlərlə təmin oluna bilərlər (ancaq növbədə olduqları zaman). Buna ehtiyac vardır və hətta zəruridir. Misal üçün götürək mətbəxdə çalışan aşbazın (sanitar, ofisant, müxtəlif ustalar və s.) qiyafətini və yaxud iş başında olan tibb personalının iş geyimlərini (xalatları). Onlar işdən çıxıb evə döndükləri zaman, iş geyimlərini soyunaraq öz mülkü geyimlərini geyinib gedirlər. Gömrük Komitəsinin heyəti, ümumən heçbir rütbə və uniformaya malik olmamalıdır. Bu məsələ əsla anlaşılan deyil, hansı zəruri səbəblər əsasında gömrük işçiləri bütünlüklə uniforma geyərək xüsusi rütbə daşımalıdırlar?! 2) Azərbaycan Baş Prokurorluğu Bu sahədə də anlaşılan deyil ki, hansı zəruri səbəblərdən prokurorluq işçiləri uniforma geyərək zabit paqonları daşımalıdırlar?! Onlar üniformasız öz funksiyalarını yerinə yetirə bilmirlərmi?! Prokurorluq işçilərinə döş nişanları və ya vəsiqələri tam kifayət edə bilər. Müstəntiq və digərləri, hansısa cinayətləri araşdırdıqları və ya vətəndaşlardan izahat aldıqları zaman hansı zəruri səbəblərdən irəli gələn ehtiyaclar əsasında uniforma geyməlidirlər??? Absurd deyilmi? Prokurorluqdakı zabit və generallar hansı “qoşunları” idarə edirlər? 3) Azərbaycan Dəmir Yolları Bu sahədə də vəziyyət çox gülüncdür. Əlbəttə ki, qatar heyəti (qatar rəisi, bələdçi, maşinistlər, texniklər və s.), reysə çıxdıqları zaman xüsusi geyimlə (aşbaz və tibb işçiləri kimi) təmin olunmalıdırlar. Amma anlaşılan deyil ki, bu strukturun kabinet məmurları, hansı zəruri səbəblərdən qaynaqlanan ehtiyaclar əsasında xüsusi rütbəli uniforma ilə təmin olunmalıdırlar?! Bəlkə onlar da texniklər və maşinistlər kimi mazuta bulaşa bilərlər? Bunun səbəbini anlada biləcək adam tapılarmı? 4) Bakı Metropoliteni Məncə burada ümumən dayanmağa dəyməz. Çünkü vəziyyət ADY ilə eyni tipdə olduğundan təkrarlanmaq istəmirəm. 5) Vergilər Bəlkə hörmətli nazirimiz özü özündən soruşsun – hansı səbəblərdən döğan zəririyyətlər əsasında vergi müfəttişləri uniforma və xüsusi rütbə ilə təmin olunmalıdırlar? Hər hansı bir şirkətə və ya quruma yoxlama məqsədilə gəlmiş müfəttiş (hətta əgər əynində unforma varsa), öz xidməti vəsiqəsi və göndərişini təqdim etməzsə, o zaman heçkim ona şirkətə daxil olmağa izn verməz. Belə olan təqdirdə, uniformanın müfəttiş üçün yeri və rolu nədir? Bu onun professional və ya texniki imkanlarınımı artırır?! Vergi əməkdaşlarının uniforma ilə təminatına heçbir əsas, ehtiyac və zəruriyyət yoxdur. Sahib olduqları xidməti vəsiqə, yoxlama göndərişləri, onlar üçün tam yetərlidir. Bəlkə belə deyil?! 6) Miqrasiya Xidməti Bu xidmət rəhbərini və onun müavinlərini, general formasında görəndə lap çaşıb qaldım. Ruslar demişkən – “генералы диванных войск”. Bu sahədə çalışanlar, hansı zəruriyyətlərdən doğan tələbatlar əsasında xüsusi rütbəli uniforma geyməlidirlər? Buna səbəb nədir? Bu uniforma, vətəndaşı qeydə alan və ya qeydiyyatdan çıxaran məmurun hansı ehtiyaclarını və nə şəkildə təmin edir?! Bu xidmətin xüsusi rütbəli uniforma ilə təchizatına əsla ehtiyac yoxdur. 7) Dövlət Təhlükəsizlik Xidməti Adından bəlli olan bu mühüm xidmətin heyəti də özü kimi gözəgörünməz olmalıdır. Onların uniforma geymələrinə, hərbi rütbə daşımalarına əsla ehtiyac yoxdur. Və rütbə ilə ranq anlayışlarını qarışdırmamalıyıq. Bu qurumun tərkibindəki müvafiq güc hissə və bölmələrinin şəxsi heyəti, hərbi qulluqçu statusunda olaraq unifoma və hərbi rütbələrlə təmin edilməlidirlər. Digərlərindən hərbi qulluqçu və hərbi rütbə anlayışı götürülməli, onlar ancaq ranqlara mənsub olmalıdırlar. Xarici Kəşfiyyat Xidməti Adından bəlli olduğu kimi, bu xidmətin heyəti, zatən hərbi rütbələrə ehtiyac duymur və apardıqları fəaliyyət isə, qoşun kəşfiyyatından fərqli olaraq daha incə bir sahəyə aiddir. Onların uniforma geymələrinə, rütbə daşımalarına da əsla ehtiyac yoxdur. Bu qurumda da, ancaq müvafiq güc hissə və bölmələrinin şəxsi heyəti, hərbi qulluqçu statusunda olaraq unifoma və hərbi rütbələrlə təmin edilməlidirlər. Digərlərindən hərbi qulluqçu və hərbi rütbə anlayışı götürülməli, onlar ancaq ranqlara mənsub olmalıdırlar. 9) Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Bu xidmət, ümumən müstəqil bir qurum kimi tamamilə ləğv edilməli, onun funksiyaları bölüşdürülərək Baş Qərargaha və rayonların Pasport Qeydiyyat şöbələrinə (DİN) həvalə edilməlidir. Süni şəkildə yaradılmış, şişirdilmiş və çağırışdan başqa digər zəruri fəaliyyəti olmayan (buna hətta nəzəri cəhətcə də olsa mümkünat yoxdur, çünkü səfərbərliklə müstəqil şəkildə məşğulolma imkanlarına malik deyillər) bu quruma əsla ehtiyac duyulmadığından dərhal ləğv edilməlidir. 10) Fövqəladə Hallar Nazirliyi 19 ildir fövqəladə şəkildə büdcəni talayan, səmərəsiz, bu müddət ərzində 1 dəfə də olsun həyatda öz təyinatını döğrulda və təsdiqləyə bilməyən bu qurum – kimə və nəyə lazımdır?! Zaman var idi ki, bu qurumun heyəti, tikintilərdəki rüşvətlə məşğul idilər. Qurumun heçnəyə yaramayan general və zabitləri də, hərbi qulluqçu statusuna malikdirlər. Və bu hal, ordu ilə müqayisədə çox böyük bir ədalətsizlikdir. Bu böyüklükdə şişirdilmiş nazirlik əvəzinə, müqavilə əsaslı mülkü ixtisasçılardan seçilərək komplektləşdirilmiş (hərbi qulluqçu statusuna malik olmayan), xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş 5 regional bölüyün fəaliyyəti, kiçik bir Azərbaycanın tələbatını tam şəkildə ödəyə bilər. Belə olan təqdirdə kimə, nəyə lazım idi bu şişirdilmiş – general, polkovnik ştatları və özləri? Digər funksiyalr isə əvvəllər olduğu kimi aidiyyatı üzrə uyğun strukturlara həvalə edilməlidir. 11) Daxili İşlər Nazirliyi Bu nazirlikdə, PPX və YPX (bu 2 xidmət, vahid funksiya altında öz aralarında birləşdirilməlidir), şəxsi heyəti olan digər hissə və bölmələr (məsələn Çevik Alay, Xüsusi Təyinatlı Qüvvələr və s.) xüsusi rütbə daşıyaraq uniforma ilə təchiz olunmalıdırlar. Əhalinin içində işləməli olan digər struktur bölmələrinin şəxsi heyəti üçün uniforma və xüsusi rütbələrə ehtiyac duyulmur və buna heç lüzum da yoxdur. 12) Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bu xidmət növündə də, uniforma və xüsusi rütbələrə heçbir ehtiyac yoxdur. Yollarda xidmət aparan növbətçi heyət və onların xidməti avtomobilləri, fərqləndirici xüsusi görkəmə malik olmalıdırlar. 13) Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Üzən gəmi heyəti və ekipajlar, texniki personal, uniforma və xüsusi geyimlə təmin edilməli, digər ofis heyətlərinin xüsusi rütbə və geyimlər isə tam şəkildə ləğv edilməli, adi mülkü geyimdə çalışmalıdırlar. 14) Mülkü Aviasiya Üçuş heyəti və ekipajlar, texniki personal, uniforma və xüsusi geyimlə təmin edilməli, digər ofis heyətlərinin xüsusi rütbə və geyimləri tam şəkildə ləğv edilməli, adi mülkü geyimdə çalışmalıdırlar. 15) AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (və digər kiçik strukturlar) Baytarlıq (meşəçilik) kimi xidmətlər üçün mən ümumən söz tapa bilmirəm. Əgər insanlara xidmət göstərən Səhiyyə Nazirliyi uniformada deyilsə, o zaman hansı zəruri səbəblərdən doğan ehtiyaclara əsaslanaraq, heyvanlara xidmət göstərən bu qurumun rəhbəri (general formasında və rütbəsində) və işçilərinə xüsusi rütbə verərək onları uniforma ilə təmin etmişik?! Gülünc deyilmi? Qeyd: Bu fikir və yanaşmam, adlarını çəkmədiyim digər bənzər strukturlara da eyni qaydada şamil olunur. Təklif: a) Nazirlər Kabineti, konservatizm əsaslı şablon qərarlarına yenidən nəzər salaraq bu anlaşılmaz vəziyyət üzərində düşünməli, dövlət büdcəsindən səmərəsiz olaraq istifadə olunan vəsait axının qarşısını almaq, milli unformalogiya anlayışına aydınlıq gətirmək məqsədilə təkliflər paketi hazırlayaraq Dövlət Rəhbərinə təqdim etməlidir. b) Bu vəsaitləri, dövlətimizin çətin və sıxıntılı günlərində, bəzənməyə ehtiyacları olmayan məmurlarımızın mənasız bəzək-düzəklərinə sərf etməkdənsə, ehtiyaclı sahələrimiz üzrə səmərli şəkildə istifadə etməyimiz (şəhid ailələri və qazilərimizə) daha məntiqli və anlayışlı olar.
Ramiz Əli oğlu Qasımov (Dəniz) 1965-ci ildə Bakı şəhərində anadan olubdur. 1983-cü ilsə Nizami rayonun 62 saylı orta məktəbini bitirmiş, 1984-1986-cı illərdə Stavropol diyarında SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1993-1996-cı illərdə Qarabağda gedən Vətən müharibəsində iştirak edibdir. 1988-ci ildən ARDNŞ-ın “Azərneftyağ” NEZ-də işləyir. Ədəbi və elmi yaradıcılığa 1981-ci ildən başlayıbdır və 10 kitabın müəllifidir. Dövrü mətbuatda ədəbiyyat, elm, publisistika ilə bağlı yazılarla çıxış edən, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi İdarə heyətinin üzvü Ramiz Dəniz 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olub, 2009-cu ildə ədəbiyyat üzrə Pzezident təqaüdünə layiq görülübdür. Ədəbi yazılarla birgə erkən və orta əsrlər coğrafi kəşflər tarixinin tədqiqi ilə məşğuldur. Əsərlərin annotasiyaları Azərbaycan ədəbiyyatına novator əsərlər kimi daxil olmuş, tarixi-coğrafi macəra janrındakı trilogiya; 1) I cild – “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” tarixi-bədii romanı – 760 səhifə. Əsərdə köstərilir ki, hər hansı bir xalq öz müstəqilliyi uğrunda mübarizə aparmaq üçün ayağa qalxanda, yadelli işğalçılara qarşı kəskin mübarizə aparmalı, onlarla sərt və amansız olmalı, mübarizə vaxtı azadlığı və müstəqilliyi müqəddəs bir amal kimi hər şeydən üstün tutmalıdırlar. İspanların əsarəti altına düşmüş Amerika qitəsində yaşayan başqa hindu tafalarının aqibəti göz qabağında idi. Əsarət altına düşənlər kölə vəziyyətinə düşmüş və birdəfəlik azadlıqdan, dövlət müstəqilliyindən məhrum olunmuşdular. Araukanlar isə başqa tayfalar kimi qul olmaq və yadelli işğalçılardan asılı olmaq istəmir, ölümün üzünə dik baxaraq silaha sarılmış və əsrlər boyu (300 il) uzanan amansız və dəhşətli mübarizəyə qalxırlar. Cənubi Çilinin kəşfində və mənimsəməsində böyük rol oynamış, tanınmış ispan konkistadoru Pedro Valdiviya bir neçə il araukanlara qarşı müharibə aparmış, 1553-cü ilin dekabrında onlara əsir düşmüş və edam edilmişdi. Azadlığı hər şeydən üstün tutan araukanlar ispanlarla heç bir kompromissə getmirdilər. Araukanların düşmənə qarşı mübarizəsi yenilməzlik, məğlubedilməzlik və cəsurluq simvoluna çevrilmişdir. Onların bəziləri Çilidə yaranmış ictimai quruluşun, siyasi vəziyyətin, mövcud qayda-qanunun fərdi mübarizə nəticəsində dəyişdirilə biləcəyinə o qədər də inanmırdılar, amma bununla bərabər üsyankarlıqdan əl çəkmir, tam qalib gəlməsələr də, bu məqsəd uğrunda vuruşur, həlak olur, azadlığı heç olmazsa ölümdə görürdülər. Əsərdə Fernan Magellanın ekspedisiyası və həmin ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi, ispan konkistadoru Pedro Valdiviyanın Çiliyə olan yürüşləri, Vasko de Balboanın ekspedisiyası və Panama ilə Sakit okeanın kəşfi, haqqında, Roma papası İspaniya ilə Portuqaliya) arasında dünyanı necə bölüşdürür, Araukaniya ölkəsinin flora və faunası, Buenos-Ayresin əsasının qoyulması, Cəbəllüttariq qalası və onun tarixi, “Məğlubedilməz armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə Lepanto dəniz döyüşləri, Kanar və Madeyra adaları haqqında maraqlı məlumatlar humanitar fakultələrdə təhsil alan tələbələrin marağına səbəb olacaq. Xüsusən də Xristofor Kolumbun kəşfləri haqqında əsl həqiqət və fərziyyələr nəinki adi oxucuları, hətta coğrafiya elmi ilə dərindən maraqlanan bütün adamları özünə cəlb edəcək. Amerikanın kəşfinə dair bəzi təkziblər və nüanslar məhz bu kitabda verilir.
Bütün qəhrəmanların – istər sərkərdə, istər konkistadorlar, istər alim və səyyahlar, istərsə də araukanlar olsun hamısı qəlbi vətən eşqi, vətən məhəbbəti ilə döyünür. Əsərin qəhrəmanı Migel Kartahena səyyahlar nəslindən olsa belə coğrafi kəşfləri genişləndirmək üçün müəyyən səyahətlərdən imtina edərək, İspaniyanın şan və şöhrətini qorumaq üçün ispan qanunlarını kobud surətdə tapdalayan yerli hinduları cəzalandırmaqdan ötrü Yeni Dünya sahillərinə ağır müharibəyə yollanır. 2) II cild – “Müqəddəs missiya” tarixi-bədii romanı – 378 səhifə. Birinci cilddən məlumdur ki, Mərkəzi Çili sahillərinə yollanan ekspedisiya iştirakçıları aborigenlərlə gedən müharibədə məğlubiyyətə uğrayırlar. Ekspedisiyanın bəzi üzvləri döyüşlərdə həlak olur, bir çoxları isə araukan hindularına əsir düşürlər. Müharibənin ikinci mərhələsinə başlamamışdan əvvəl növbəti ekspedisiyanın rəhbərliyi qərara alır ki, ilk növbədə əsir düşmüş silahdaşlarını əsirlikdən azad etsinlər. Bu müqəddəs missiyanı yerinə yetirməkdən ötrü 16 nəfərdən ibarət olan təcrübəli, bacarıqlı və peşəkar döyüşçülərdən ibarət kəşfiyyat dəstəsi təşkil olunur və həmin dəstə fərdi üsulda düşmənə qarşı sarsıdıcı zərbələr endirərək həmin missiyanın öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Bununla da, Araukaniyada gedən müharibənin ikinci mərhələsi başlanır. 3) III cild – “Cənnətə gedənlər cəhənnəmə düşürlər” tarixi-bədii romanı – 350 səhifə. Bu əsərdə Araukaniyada gedən müharibənin son fazası əks olunub. Perudan gələn güclü ekspedisiya aborigenlərə qarşı bir-birinin ardınca sarsıdıcı zərbələr endirir. Ölkənin demək olar ki, 90%-i ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada təsərrüfat işləri görmək və inzibati orqanlar yaratmaqdan ötrü, Perudan yeni-yeni qüvvələr gətirdilməyə başladı. Cürbəcür təbəqəni əhatə edən kolondatorlar Araukaniyanı işğal edilmiş öz torpaqları hesab edirlər. Lakin aylar və illər keçdikcə burdakı əhalinin döyüşkənliyini, yenilməzliyini və ölkənin sərt iqlimini görən ispanlar cənnətə yox, cəhhənəmə düşdüklərini dərk edirlər. Qraf Ferdinand Morelosun səriştəsizliyi ucbatından yüzlərlə əsgərin qanı bahasına əldə edilən qələbə ispanların əlindən çıxır. Gözlənilməz anda üsyana qalxan araukanlar böyük qurbanlar hesabına öz ölkələrini işğalçılarından azad edə bilirlər.
4) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” – 294 səhifə. 510 il bundan əvvəl Xristofor Kolumb tərəfindən Amerika qitəsi kəşf edilsə də, çox hallarda hələ də həmin kəşfin bir çox qaranlıq tərəfi dünya ictimaiyyətini dərin düşüncələrə qərq edir. Saysız-hesabsız elmi əsərlərdə bildirilir ki, X.Kolumb kəşf elədiyi torpaqları Şərqi Asiyanın ərazisi ilə səhv salıbdır. Mən bu əsərimdə sübut etməyə çalışmışam ki, Genuyadan olan məşhur dəniz səyyahı Atlantik okeanının qərb hissəsinə yola düşməmişdən əvvəl, İspaniyada olarkən, görkəmli Azərbaycan alimi kimi Nəsirəddin Tusinin məlum olmayan iri bir torpaq ərazisi yerləşir. Bəli, bəli, X.Kolumb özünün transatlantik səyahətinə yola düşməmişdən 220 il əvvəl, dünya ensiklopedisiyasına özünəməxsus şərəfli yer tutmuş N.Tusi Marağa rsədxanasında tərtib etdiyi xəritədə, Amerika qitəsinin konturunu coğrafi koordinatları ilə göstərmişdir. Bu dünyada ən fenomenal kəşflərdən biri sayılır və X.Kolumb praktik olaraq həmin kəşfi həyata keçirmişdir. 5) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” – 364 səhifə. Tarixdə öz əməli və elmi-bədii irsi ilə dərin iz buraxmış görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi barəsində yazmaq həm məsuliyyətli, həm də şərəfli işdir. Tanınmış fenomenal alimlərlə yanaşı dünya ensiklopediyasının qızıl səhifələrindən biridir. Onu yalnız Şərqin Elmlər Akademiyasının tacında parlayan ən iri qiymətli qaşa bənzətmək olar. Ona görə ki, Nəsirəddin Tusi riyaziyyata, həndəsəyə, astronomiyaya, coğrafiyaya, etikaya dair şah əsərlər yazaraq, bir çox unikal kəşflərin və ixtiraların banisi kimi Azərbaycanın adını Dünya elminin ən yüksək zirvəsinə qaldırmışdır. Alimin əsaslandırılmış qənaətinə görə, Amerika qitəsinin kəşfi bir neçə yüz il tez baş vermişdir. Təəssüflər olsun ki, bu həqiqətlə əksər xalqlar tanış deyil. Bu əsəri yazmaqla mən Tusinin dünya miqyasında necə bənzərsiz alim olduğunu oxuculara çatdırmaq istəyirəm. Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək. İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də acılmamışdır. Güclü idrak sahibi olan alimin ensiklopedik biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər Akademiyasının məcmuisini özündə cəmləşdirən N.Tusinin necə bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan etməliik. Bir çox elmlərin arxeoloqu sayılan Nəsirəddin Tusi nəinki Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.
6) Dram əsəri – “Fitva” romanı – 288 səhifə. Əsərdəki hadisələr, əsasən iki fərqli təbəqədə böyüyüb başa çatmış aşiqlərin arasında cərəyan edir. Mühəndis ailəsində tərbiyə alan Süleyman, var-dövlətlə zəngin olan məmur ailəsində böyüyən Sevdanı sidqi ürəkdən sevməsinə və bunun əvəzində sevgilisinin məhəbbətini qazanmasına baxmayaraq, bir çox insanların, xüsusən də dostların xəyanətkar müdaxiləsindən sonra onların arasına nifaq salınır. Məhz araya salınan nifaqa görə Sevda öz məhəbbətindən imtina etməli olur və atasının təkidi ilə kobud, zalım, ambisioz bir insana ərə gedir. Məqsəd üzərində qurulan ailə davamlı olmur, nəticədə ürəyini Süleymana bağlayır. Sevadnın qardaşı Anarın fitvası ilə ağlını itirmiş Zaur odlu və soyuq silahla bir neçə günahsız insanı amansızcasına qətlə yetirir. Təəssüflə qeyd etmək lazımdır ki, belə bir faciələri taleyin hökmü ilə zəmanənin özü doğurur. 7) Publisistik əsər – “Qəlblərdən yaşayan Mir Cəlal” – 164 səhifə. Mir Cəlal yaradıcı insan olduğundan təbiətin, insan varlığının sirlərini açmağa can atmışdır. Məhz bütün bu sirlərə yiyələnmək üçün Allah ona qeyri-adi ağlı və zakanı əta etmişdir. O, sözün əsl mənasında əsl insan, dahi şəxsiyyət olmuşdur. Əsl insan isə bu dünyada olan mövcudatın ən şərəflisidir. Mir Cəlal filosoflara, kamil insanlara xas olan qabiliyyətinə – malik idi. O, böyük, müdrik, özü bir aləm olduğundan bir çox hikmət sirlərinə yiyələnmişdir. Bu kitabda adları hallanan tanınmış şəxsiyyətlər milyardlarla insanın arasında zərrəcik kimi görünsələr də, onların hər biri təmsil etdikləri xalqın mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini inkişaf etdirməkdə bütün səy və bacarıqlarını səfərbər edərək, bununla da ölkənin tarixini ən yüksək müstəvidə yaşadırlar. Azərbaycanın görkəmli ədibi, pedaqoqu, ictimai xadimi professor Mir Cəlal nəsr sahəsində barokko üslubundakı naxışları və göydəki ulduzları xatırladan ölməz əsərlər yaratmış, pedaqoji fəaliyyəti dövründə elə tələbələr yetişdirmişdi ki, onlar çağdaş dövrdə Elmlər Akademiyasında və elmin müxtəlif sahələrində əvəzsiz xidmət göstərirlər. XX əsr Azərbaycan ədəbiyyatının gözəl nümayəndələrindən biri olan Mir Cəlalın həyat və yaradıcılığından bəhs edən bu kitab ictimaiyyətin bütün nümayəndələri üçün maraqlı olacaq. 8) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Braziliyanın müəmmalı kəşfi” – 160 səhifə. “Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedro Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf eilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin ərazyə P.Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə dünyanı, Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və Tordesilyas müqaviləsinə görə portuqallar indiki Braziliyaya yiyələnirlər. Həmin tarixi hadisədə təsiredici hal odur ki, portuqallar Roma papasının vasitəsilə ispanların nümayəndəsini aldatmağa müvəffəq olmuş və bu işdə D.Pireyranın səyahətinin nəticəsi mühüm rol oynamışdır. Bir sözlə, qeyd etmək istəyirəm ki, adı çəkilən hər üç elmi əsər əldə olunan faktlara və fərziyyələrə görə, coğrafi kəşflər tarixi sahəsində çalışan hər bir mütəxəssis üçün lazımi mənbə ola bilər və bu kəşflərlə bağlı elmi ocaqlardan reaksiya verilməsinin gözlənilməsi labüddür. Geniş oxucu kütləsinin həmin əsərlərə olan tələbatına şübhə etməmək olar. Lakin bunun üçün həmin əsərlər rus, ingilis və digər dillərə tərcümə olunmalıdır.
9) Mənəviyyatla bağlı trilogiya, I cild – “Qismət” romanı – 280 səhifə. Əsərdə cərəyan edən hadisələr cəmiyyətdə baş verən müəyyən prosesləri özündə əks etdirir. Bir çox ailələrdə, xüsusən də, təlim-tərbiyəyə önəm verilməyən ailələrdə Avropaya inteqrasiya adı altında adət və ənələrdən uzaqlaşma baş verir. Sırtıqlıq, abırsızlıq, həyasızlıq, əxlaq və mədəniyyətə üstün gəlir. Bu, problem başağrısına çevrildiyindən ziyalılar, alimlər, alicənab insanlar, təfəkkür sahibləri həyəcan təbili çalmağa başlayırlar. Burada əxlaq, mənəviyyat uğrunda mübarizə aparan bir müxbir; mənəviyyatı maddiyyatdan üstün tutan rəssam qız, halbuki füsunkar gözəlliyi ilə özünü hər hansı bir sponsora qurban verərək varidat toplamağa imkanı var; pula, zəngin həyata hərisli olan, həya-abırını itirərək bədənini alver mənbəyinə çevirən naşı müğənni; həmin müğənninin sponsoru olan və onunla eşq-macəra həyatı sürən vergidən yayınan, asan gəlir mənbəyi əldə edən yaşlı biznesmen; müğənninin havadarından əldə etdiyi pulları hiylə yolları ilə mənimsəyən, onunla yüngül həyat tərzi keçirən alfons oğlan; əxlaq və tərbiyəyə zidd olan bütün naqis hərəkətlərə sinə gərən ziyalı ailələrin fəaliyyəti maraqlı səhnələrin yaranmasına rəvac verir. Oxucunu diqqət mərkəzində saxlayan o haldır ki, həm müxbirin ailəsi, həm onlarla yaxın olan ziyalı ailəsi, həm də məşuqəsi olan müğənniyə bağ evi alan və vaxtının müəyyən hissəsini onunla bir yerdə keçirən həmin yaşlı biznesmen bir-biriləri ilə yola getməyən bağ qonşularıdırlar. Bütün bu təzadlar fonunda iki gəncin qeyri-adi məhəbbəti önə çəkilir. İş ondadır ki, yaxın rəfiqələr bir-biriləri ilə qohum olmaq istəyirlər. Lakin bu yerdə anlaşılmamazlıq ucbatından əsl sərgüzəştlər baş verir… 10) II cild – “Aqibət” romanı – 276 səhifə. Dünyaya olan baxışları və aldıqları tərbiyə ilə bir-birindən fərqlənən insanların qonşu kimi yaşaması, istər-istəməz onların arasında böyük ədavətin yaranmasına gətirib çıxarır. Yeni qonşu olan müğənni Zemfira neft sənayesində uzun müddət işləmiş Arif adlı ziyalının və Elmlər Akademiyasının elmi işçisi Xədicənin ailəsi ilə yola getmir və özünün tərbiyəsiz hərəkətlərilə həmin qonşularda ikrah hissi yaradırdı. Bundan əlavə bəlli olur ki, həmin qondarma müğənni əsl havadarını aldadaraq, ona aldığı evdə, tamamilə başqa bir oğlanla görüşüb xəyanət edir. Yüngül həyat tərzi keçirən Zemfira adlı naşı müğənnini qəzet səhifələrində ifşa edən Əliyusif adlı müxbir həmin müğənni və onun havadarları tərəfindən kəskin təzyiqllərə məruz qalır. Lakin bütün bu təzyiqlərə baxmayaraq müxbir televiziya kanallarında istedaddan kənar olan “müğənniləri”, mənəviyyata zidd olan hadisələri, mentalitetə təsir edən bazar qalmaqallarını, kənar mədəniyyəti təbliği ilə məşğul olan verilişləri tənqid atəşinə tutur və paralel olaraq istedadları, sənətkarları, əxlaq kodeksinə riayət edən müğənnilərin fəaliyyətini önə çəkib, onları öz adları ilə saf cəmiyyətə təqdim edir. Neqativ hallara göz yuman bəzi işbazlar və redaksiya rəhbərləri Əliyusifi sıxışdırmağa başlasalar da o, öz əqidəsindən dönməyərək, mübarizəsini davam etdirir. Ondan sonra Zemfira qonşusunu şərləməyə qərara alır. Bunun üçün o, ilk növbədə Əliyusif ilə xoş münasibət quraraq, prinsipial müxbiri öz tərəfinə çəkməyə çalışır. Alfons havadarı olan Namiqin planına əsasən, Zemfira qonşusunun boynuna oğurluq yıxıb onu tutdurur.
Bu materialın dərcindən artıq 13 il keçib – 13.08.2013. Ramiz Daniz dən xahiş edək Kİ!! Yeni mə’lumatlar təqdim etsin!!..
Baxış sayı 15544 (06.02.2026) “AqRA” EİDİB – nin 10 ildən artıqdır Kİ!! Üzvüdür.
Dədə Ələsgər -205 Mübarək Novruz bayramı günlərində millətimizə əta olunan Aşıq Ələsgər elə bir ədəbi hadisədir ki, onun haqqında yazdığım məqaləni ilin hər günü paylaşmaq olar.”Olar” nədir, labüddür, əfzəldir.Belə bir ədəbi düha elə Novruz günlərində, bahar çağında doğulmalı idi ki, ulusumuzun hiss, duyğu, fəhm tərcümanına çevrilsin. Yeri gəlmişkən, “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı “Türküstan” qəzetindən də oxuya bilərsiniz!
Bu il Dədə Ələsgərin doğulmasından 205, vəfatından isə 100 il ötür. Deyəsən, şair Məmməd Aslan demişdi: “Möminlərin bir qibləsi var, şairlərin iki – Biri Füzulidir, biri isə Dədə Ələsgər” Hər ikisini çox sevdiyimdən hər ikisindən dəflərlə yazmışam. Ancaq bu dəfə daha rahat, daha arxayın yazmağımın səbəbləri var.Xatırlayıram ki, 2024- cü ilin sentyabrın 30-da paytaxtımız Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bəndənizi daha da fərhləndirmişdi.Aşıq Ələsgərin neçə-neçə qoşmalarını, gəraylılarını, təcnislərini, cığalı-təcnislərini müxtəlif məclislərdə əzbər deyən, onun şeiriyyatına vurğun olan birisi kimi “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı sizə təqdim edirəm.
Şairlərin qibləsi – Dədə Ələsgər
Türk, bəy türk, bay türk, gözəlliyə bayılan türk, aləmə görk olan türk – Göytürk, ey əhli-Türküstan, əhli-Turan , əhli-Azərbaycan, Qorqud atanın ocağında yurd salanlar, bir əlinizdə qolça qopuz, bir əlinizdə isə əmud olsun, gürz olsun, toppuz olsun, dillərimizdə dastanlarımız, laylalarımız, oxşamalarımız olsun, gərək ki…
Ələsgər haqq sözün isbatın vеrə, Əməlin mələklər yaza dəftərə, Hər yanı istəsə, baxanda görə, Təriqətdə bu sеvdalı gərəkdi. (A.Ələsgər) Xoş sədalı gərəkdirsə, o səda Göyçədən, Ağkilsədən gəlməli. Göyçəm, deyim, Göyçəli aşığım deyim, aşiqim deyim, qələndərim, dərvişim deyim, vəlim, dəlim ey Ələsgərim, o seyrangahda nə var nə yox, bir üzübəri gələrsənmi, çərşənbə günündə olsa daha xoş olar bizimçün, olmasa da qəbulumuzdur.Axı indi də müjgan oxunu atanlar eyzən sənin gözəllərinə bənzərlər, doğru buyurursuz çeşmə başı indi görüş yeri deyil, dədə Ələsgər! O köşək gözlü bulaqları, əfsus ki, indi planşetlər, telefonlar əvəzləyib.Hər elmdən hali, hər sahədən vaqif olan ozanımız, bir işarət eyləsəm kafidirmi sənə?
Seyrangahda cüt gözəlin Mail oldum birisinə, Dərd məndədi, dərman onda Biri ləbdi, biri sinə… (Aşıq Alı) -söylərkən bunu yar ləbindən zövq, məşuq sinəsindən ləzzət alanların təcnisi saya bilərik.Belə misraları bir Türk övladı kimi sevənlərin şüarı, sevilənlərin himni kimi də oxumaq olar.Niyə olmur ki?! Təki zadəgan kimliyimizin, romantik vücudumuzun dəliqanlılığından biraz da çəkinməyək, əksinə, iftixar hissi duyaraq Aşıq Alı, Miskin Abdal, Aşıq Şenlik, Aşıq Ələsgər kimi ulularımıza sahib çıxaq!
Ələsgər qurbandı bеlə gəlinə, Sona kimi cumub еşqin gölünə, Gümüş kəmər xub yaraşır bеlinə Yaxası qızıldan düymələnibdi. (A.Ələsgər) Yaxası qızıldan düymələnən, çərşənbə nədir elə şənbə də, bazar günləri də çeşmə başında dayanıb, zülfünü çiyninə, tellərini üzünə tökən şux gözəllərə qoşma qoşan aşığımız, Dədə Ələsgərin Ağkilsə kəndində, Göyçə mahalında, həm də bir Novruz bayramı günündə xalqımıza əta olunması görəsən lütfi-kərəm deyil, bəs nədir, əcəba?!
1821-ci ildə, mübarək Novruz bayramı günlərində qədimim Göyçədə doğulan Ələsgərin yolu-yörəsi bir ulusun yolu kimi səciyyələnməlidir.Alməmməd kişinin evindən sonra növbə aşıq Alı xeybəsinə çatacaqmış da, ocağı ocaq, qucağı qucaq əvəz edəcəkmiş, sən demə. Künyəsi “dədə” olan aşıq Ələsgərin sadəcə gözəllərə şeir qoşması kimi bəsid düşünməmək lazım, onu təsəvvüfdən, irfandan ayırmayacaq məqamlar büsbütün ozanımızın şair qəlbini bütün dövrlərdə çulğamışdı.Amma hələ var o gözəlliyə tapınmağa, hələ çox var, hələ el aşığını bir tanıyaq, bir sevək.Axı sevməyin yolu tanımaqdan keçir.
Ahəngər dеyiləm, naşı bəzirgan, Gözüm dürdanədə, a yəməndədi. Sinəmdədi еşqin şirin çеşməsi, Ləzzəti mеyl еdib ay əməndədi.
Bir sazım var, yox pərdəsi, nə simi, Onu çalıb, kim tərpədər nə simi? Firdovsi, Fizuli, Hafiz, Nəsimi – Onlar da yazdığı, ayə, məndədi.
Kişi gərək zəhmət çəksin, dər salsın , Süfrə açsın, ad qazansın, dər salsın. Dərsi azlar Ələsgərdən dərs alsın, Altı min altı yüz ayə məndədi. (A.Ələsgər) Həcər, Telli, Müşgünaz, Gilə, Pərzad, Əsli, Gövhər, Güləndam, Güllü, Mələk və daha neçə bu cür mələkxislət qızcığazları tanımıram, bəs, bunlar kimlərdir? Aşıq Ələsgərdən soruşmaq səlahiyyətində olsaydıq sorardıq, mənə qalsa deyərdim ki, onlar şairin qoşmalarına, təcnislərinə, şeirlərinə yol tapmış sıradan kəndli qızlarıdır. Hər eldə, hər obada rast gələcəyimiz bu sayaq pərilər yolunu azanı ozan, yolundan çıxanı canan eləməzmi?! -Edər, Ələsgəri də etmişdi, hələ 14-15 yaşında ikən…Qızcığazın da adı Səhnəbanu idi.Kərbəlayi Qurbanın canparəsi idi Səhnəbanu. Aşığın Səhnəbanuya olan yeniyetməlik eşqinin qənimi Kərbəlayi Qurban adlı birisi olmuş. Qurban kişinin yosma, nazənin qızına qurban getməyə hazır və razı olan bir aşıq tanıyırıq: Aşıq Ələsgər. Aşıq Ələsgərin aşıqlığı aşiqliyindən doğurdu. Nəyi qəsd elədiyimi açıq söyləyim.Kamalına kamal, camalına camal çatmayan, didarı kimi kirdarı da gözəl olan Aşıq Ələsgərin əlinə saz, dilinə söz alması bir ürəkbulandıran, canodlayan olaydan sonra olmuş desək – yanılmarıq.Yenə mal-dövlət hərisliyi gün kimi ortada görünməkdədir.Səhnəbanunun əmisi pullu Məhərrəm bu eşqin qənşərində xar kimi bitsin, gözəl bir növrəstəni öz oğluna arvad, özünə gəlin etməkdə olsun, biz də Ələsgər kimi bir yeniyetməni təkcə aşiq yox, həm də aşıq etmiş olaq.Biz – yəni onu sevənlər.
Ov kеçdi bərədən, ata bilməzsən, Uçdu gеtdi əldən, tuta bilməzsən, Yеrisən, yüyürsən, çata bilməzsən, Görürsən ki, baxtın yatdı, sən də yat.
Neyləyəsən ki, Səhnəbanuya olan sevgi əhvəlatı başlar-başlamaz bitəcəkmiş, lakin könlünə məlhəm olan Kəlbəcərli qızı Anaxanım 40 yaşında Ələsgərə yar, övladlarına ana olacaqmış.Buna qədər isə Ələsgəri Səhnəbanuya bir ər kimi nəvaziş göstərmək yerinə, ustad aşıq Alıya şəyird qismində qul-kəntərlik etmək nəsib olmuş . Axı dəryaların qaydasıdır ümmana baş vurmaq – Aşıq Alı ümmanına.O Alı ki gözəllər səfinə səcdə eylərdi. Aşıq Ələsgərin sazla olan şəklini görmüsüz yəqin ki! Mütləqdir ki, görmüsüz.Solaxay idi ozanımız.Sol əli ilə sazı çalar, sağ əli ilə pərdələyərmiş.Bunu nəvəsi İslam Ələsgərin xatirələrindən də bilmək olar.Solaxaylıq isə fenomenallıq nişanıdır, buna rəğmən dədə Ələsgərin mütəvazilik süzülən əyin-başından, təvazökarlıq tökülən çöhrəsindən, dürlü-dürlü kəlamlar düşən dodaqlarından bunları eşitmək olar: “Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım” yaxud da “Yazıq Ələsgərəm azdır kamalım, vacibdir ki, bir ustaddan dərs alım” deyən Ələsgərin ustadı kim idi, Aşıq Alı idi.”Ələsgərin doğru-dürüst təhsili yoxmuş” deyirlər. Necə olur ki, İrəvandan, Şəmsəddin elindən göndərilən bağlamalara, həcvlərə aşıq Ələsgər tutarlı cavab verə, el məclislərində Qurani-kərimdən dəlillər gətirə, “Ələsgərəm hər elmdən haliyəm”- deyə, lakin biz onun adını oxumaq-yazmaq bilməyən birisi kimi qələmə verək.Zənnimcə, bu bir qədər qarışıq, dolaşıq məsələdir. Açığı bu mənə əsla inandırıcı gəlmir.Yenə də böyüklərin, Ələsgər ocağına yaxın olanların sözlərinə inansaq demək olar ki, o fəhmlə, kəskin hafizəsi ilə bir çox dünyəvi elmlərə vaqif olubmuş. Daim Nəsimidən, Füzulidən, Hafizdən iqtibas edən, sitat gətirən, hecada bütün şəkil, formalarda şeir deyən, dastan söyləyən Ələsgərin ustadı təkcə Aşıq Alı deyildir ki, mən bu cərgəyə Ağ Aşığı, biraz irəli gedib, Qurbanini, Tufarqanlı Abbası, Sarı Aşığı da əlavə edərdim.Ələsgər xalqın sinəsindən gələn atalar sözlərində, bayatılarda, laylalarda, hikmətli kəlamlarda gizlənib. İnsafdırmı gülə həmdəm xar ola, insaf deyil, fəqət xar kimi yurdumuza pərçim olan bədxah qonşuların ucbatından doğma Göyçəlilərimiz kimi, Dədə Ələsgər də qərib həyatı yaşayıb, öz yurdundan didərgin düşüb.Çox qeylü-qallar yaşayan aşığın son günləri, son illəri olduqca ağır keçib. Vaxtilə el-el, oba-oba gəzib toy-düyünlərdə məharət göstərən Dədə Ələsgər dəfələrlə nakəslərin, yolkəsənlərin, quldurların, həramilərin, çapovulçuların ziyanxorluqlarını görüb, hətta Göyçənin Qızbulaq kəndində “Əsli və Kərəm” dastanını söyləmiş, səhərisi gün bir keşişin hücumuna da məruz qalıbmış.”Bəsirət gözü açıq olanların, batini görənlərin nəsibi bu cahanda zillət çəkməkdir”, deyirlər.Ələsgər də bu səbəbdən istisna deyil, lafı laf, sözü söz olan, əməli əməl sayılan Ələsgər kişi seçib gövhəri saf eyləmişdi. Aşıq Alı kimi, Aşıq Ələsgər də dildən dilə, ağızdan ağıza keçib gəlib.Ələsgər irsinin öyrənildiyi üçün Hümmət Əlizadəyə və aşığın nəvəsi, araşdırmaçı İslam Ələsgərə borcludur söz xiridarları.1956-cı ildə ilk dəfə ruhunu rəhmətlə andığımız İslam Ələsgər babasının kitabını nəşr etdirib. Ələst aləmində kim “bəli” demişdi, yadınızda deyil, heç kəs izah edə bilmir.Ələsgər isə məndən soruşub Rəbbimiz – deyərdi. “Ələstidən bəli dedim, nə xoş kamaldır yüküm”- deyən, 105 il yaşayan Ələsgərin yükü mənim yükümdür, yurddaşımın, qardaşımın, sirdaşımın yüküdür.Bu yük 44 Günlük Zəfər savaşımızdan sonra demək olar ki, xeyli azalıb, bir əlcə, bir çəngə qalıb.Yeri gəlmişkən, sentyabrın 30-da başkəndimiz Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bizə daha bir başucalığı gətirdi. Başın ucalığı isə bütün zamanlarda millətə şərəf və xeyir gətirər – irəlini daha yaxşı görmək naminə bundan gözəl bəxşiş ola bilərmi?! Hə, indi “şairlərin qibləsi” şəhərimizdə, düz bir addımlığımızdadır.Gəl də, kərəmini, lütfünü bizə az eyləmə, Dədə Ələsgər!
(Məqaləmdə Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin xatirələrinə və şəxsi qənaətlərimə söykənmişəm)
VEILED IN SHAME Immortal Titumir, fifty-two roses in bloom, The red of green fields etched in history’s tomb. In skies of freedom, the artisan sketches dreams, Endless gold coins gleam in wonder’s gaze.
Beneath unseen wheels, the chest becomes a map, Blood-soaked satchels blaze in parades of light. Slogans in uniform, roads under construction- Dhritarashtra cloaked in shame, blinds the tree-lit truth.
On the chariot of thirst, shameless laughter dies, The laborer’s lifeline sucked dry by the reel of toil. A work line of errors, a mirror grown pale— Yet pure love marches toward a beautiful tomorrow.
From path to path, in melody’s breath, creation prays, In human dignity, peace and unity find their name
Səmimi dostluq – insanı həyata bağlayan ən gözəl hiss
SƏDRƏDDİN MÜƏLLİM, 65-İN MÜBARƏK!
Hamımız yaxşı bilirik ki, insan ömrü xatirələrlə zəngindir. İnstitut illəri də ömrümüzün ən şirin anlarıdır. İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi həqiqətlər yaddaşa möhür vurur. İnstitut illəri kimi. Biz o illəri xoş duyğu kimi dadırıq. Çünki ömrümüzün ən titrək, ən kövrək çağları məhz həmin illərə təsadüf edir. Hərənin taleyində bir səhifə açılır o illərdən sonra…
Dostlar da ulduzlar kimidir, onları hər zaman görə bilməzsən, amma bilirsən ki, onlar həmişə sənin yanındadırlar və səni düşünürlər… Əziz Sədrəddin müəllim! Bu gün məni görə bilməsən də, bil ki, mən səninləyəm… Sənin kimi dostum olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Qoy bütün pisliklər həyatınızdan uzaq olsun! Yaxşı dostsan! Ad günün – 65 illik yubileyin mübarək, qardaş! Özünüzü tənha hiss etdiyiniz zaman, sizi düşünən və ürəyində sizin üçün yer ayıran bir dostunuz olduğunu unutmayın. Həyat dediyin bu qısa səfərdə çox insan tanıyırsan, amma dost dediyin adamlar barmaqla sayılır. Sən barmaqla göstəriləsi dostsan. Sənə həyatda qarşılaşacağın çətinliklərdə həmişə qalib olmağını və yeni yaşda ümidini itirməməyi arzulayıram. Sağlam, xoşbəxt və dinc günlər həmişə səninlə olsun. Sədrəddin müəllim, sən də bilirsən, əsl dostluğun olmadığı həyat səhnələri notsuz, ya da notu pozulmuş musiqi kimidir. Qulaq asmağa cəhd edərsən, ancaq bir şey anlamazsan. Mən çox şadam ki, sənin kimi dostum, qardaşım olub və bu gün də var, aramızdakı o dostluq-qardaşlıq nə xoş ki, bu gün də davam edir. Çətin günlərimdə həmişə yanımda oldun, dəstəyini gördüm. Allah da daim səninlə olsun! Məsafə əsl dostluğa mane ola bilməz. Bu xoşbəxt gündə sənin yanında ola biləcəm, ya yox, onu dəqiq deyə bilmirəm, ancaq əmin ol ki, hər zaman qəlbimdəsən. Doğum günün mübarək, əziz qardaşım. Sağlamlıq, müvəffəqiyyət, sevgi, xoşbəxtlik, bir sözlə, layiq olduğun hər şey yeni yaşında sənə yoldaşlıq etsin. Həyatın sürətlə getdiyinə üzülməyək. Deyirlər, ən yaxşı illər tez keçən illərdir. Səninlə tanış olduğumuz 1983- cü ili xatırlayanda həmin gün dünən kimi görünür. Hər saniyəsini yaxşı xatırladığım o anlarda dərdlərimi bölüşdüyün üçün sənə təşəkkür edirəm. 365 günü səbrsizliklə gözləyirəm, əminəm ki, aramızdakı əsl dostluq bağları daha da artacaq, yaxşı gündə də, pis gündə də yenidən birlikdə olacağıq. 65 yaş, yubiley təbrikləri ilə qarşındayam.
Yaşa dolduqca doğum günlərini bir çox insan sevmir. Çünki qocaldığının fərqinə varır. Lakin hər yaşın öz gözəlliyi var. Bunu unutmamalıyıq. 65 yaş da bu qəlibə daxildir. Özünü daim cavan, gümrah və xoşbəxt hiss etsən, heç bir yaş səni qocalda bilməz.
Bir xatirə köçüdü institut illəri, İllər bizi dost edir, sonra uzaq oluruq. Eh, o illər çox şirin, çox acıdı bəlkə də, Biz ömür qatarında qəmə tuzaq oluruq.
Gör, nə qədər il ötüb o işıqlı həyatdan, Yenə xatirələrdə imisti izlər qalıb. Hərəmizin qəlbində bircə yığın xatirə, Sabaha şövqlə baxan qıyqacı gözlər qalıb.
İnstitut dostlarımızı harda görsək, bir anlıq Susuruq, bizdən qabaq gözlər dinir eləcə. Düz beş il çiynimizdə yük olan şirin çağlar Gah parıltılı olur, gah da sönür eləcə.
Tələbə olmaq necə xoşbəxt olmaqdır düzü, O illər xatirətək hey düşdükcə eh, yada. Bir xatirə köçüdü əziz institut illəri, Beş il sakin oluruq o sehirli «adada».
Əziz qardaşımı – Biləsuvar şəhəri Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, gözəl insan, səmimi dost, qaygıkeş və təcrübəli pedaqoq, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan tələbə yoldaşım Sədrəddin Əhməd oğlu Əliyevi 65 illik yubileyi münasibətilə təbrik etmək mənim üçün bir şərəfdir. Sənə möhkəm can sağlığı arzulayıram, unudulmaz dost!
Nəriman Nərimanovun yeganə övladı – oğlu Nəcəf Nərimanov Böyük Vətən Müharibəsində həlak olduqdan sonra tank korpusunun komandiri, general-leytenant K.Sviridovun anası Gülsüm xanıma yazdığı məktubdan sətirlər: “Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik – almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən- kəndə, şəhərdən – şəhərə qovduq… Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı… İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün öz həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”. Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf Nərimanov cəbhədəki xidmətlərindən yazarkən ona “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunması xəbərini artıq vermişdi. “Əziz ana! Sən yazırsan ki darıxmısan. Ancaq nə edə bilərik. Mən ki axı cəbhədəyəm. Yazmısan xəstələnmisən. Nədən? Məndən narahat olma, öz sağlamlığın haqqında düşün. Bu yaxınlarda mənə məlumat göndəriblər. “İgidliyə görə” medalı ilə təltif olunmağım barədə, hətta, həmçinin “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə də. Mən orada 4 ay oldum, yadındadır sən mənə bağlama göndərmişdin—mən onu qışda, almanlar bizi düz Volqaya qədər qovan vaxtlarda almışdım. Ancaq sonradan, sənə yaxşı məlumdur ki, biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm…” Nəcəf Nərimanov 1943-cü ildə, 23 yaşında həlak olmuş, atası kimi o da vətəndən uzaqda – Volnovaxada dəfn olunmuşdur.
AZİZA – Xasanova Aziza Kumushbek qizi. Born on October 1, 2004 in Chirchik, Tashkent Region (Uzbekistan). Currently a student at Tashkent University of Economics and Pedagogy. On March 1, 2025, she received the title of “Faculty Zulfiya” in a competition held by the university. She has published several scientific articles. Her poems and stories have been published in many newspapers, magazines, and websites around the world. Her poems, stories and works are constantly published in countries such as Albania, Pakistan, Italy, America, Great Britain, Germany, India, Argentina, Turkey, Arabia and Uzbekistan, Kenya, Africa, Korea, Bangladesh.
Life You’ve changed me, My eyes like dark coffee. Youth has risen in me, And pains have poured heavily. Why are you so bitter, Even pepper feels shy? At times, a sweet prick you are, Even angels hang their heads high. Life, tell me, why are you Never gentle, never plain? Why push so hard A girl so pure, so vain? Life — you’ve changed me, Taught me how to endure. Facing betrayal without a smile, Taught me strength that’s sure. Giving left to enemies, Losing friends along the way. And in the end, you’ve taught me How to grow and stand someday.
Thank you, life I no longer look behind, Nor do I cry remembering the past. With a light and gentle smile, I say to you: thank you, life!
I’ve walked through rough and bumpy roads, At times I laughed, at times felt worn. But I never gave up on brighter days, I say to you: thank you, life!
In every fate my Creator has written, There lies a wisdom, always clear. Before such destiny, calmly I bow, I say to you: thank you, life!
My truth Whenever I write my poems on paper, The pen is my companion, the paper—my friend. Alas, they do not know what I feel inside, Perhaps that’s why the pen tips break.
I tear the paper, hurting its heart, I squeeze the pen as if it’s to blame. My mood today is just like the rain, As if the paper knows I love the rain.
Irretrievable hearts
I’ve left a thousand times, yet still forgave, But now – no way back, no road to save. Forgiveness turns bitter, too heavy to give, When hearts fall for those with no will to live.
There’s still a chance
There comes a time you lose your way, You dread the night, ignore the day. Each breath feels heavy, joy seems gone, You wonder if you still belong.
But hear me now — the time will come, When darkness fades and light will hum. A day will rise, so pure, so bright, And lift you gently toward the light.
I know you feel your dreams are lost, Forgotten hopes, a painful cost. Regret may grip you like a chain, But even storms will pass with rain.
Don’t say “Not now,” don’t ask “But when?” For life can bloom with joy again. The day you thought would break you down, Will one day wear a golden crown.
You, kind in heart and strong in soul, Your words like balm, your spirit whole. Though things today may seem unjust, Your turn will come — believe, and trust.
Yes, patience hurts, I know it well, Like seeking springs where deserts dwell. Your tears may speak, your silence scream, But never lose your precious dream.
Tomorrow waits with open skies, With grace that lifts and wings that rise. There’s still a chance, there’s still a way — Please don’t give up — not now, not today.
Success is near, just past the bend, And joy is yours, around the end. The world still needs your voice, your spark — You are the light within the dark.