
Amansız ölüm qələm yoldaşımız, həmkarımız Hicran Hüseynovanı aramızdan apardı.
Hicran Hüseynova 1970-ci il noyabrın 7-də Füzuli rayonunda anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. “P.S” qəzetində ədəbi işçi işləmişdir (1995). 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalında ədəbi işçi kimi jurnalistik fəaliyyətini davam etdirmiş, “Tənqid və publisistika” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Hicran Hüseynova ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdə başlamışdır. İlk şeiri – “Qar” 1986-cı ildə Füzuli rayon qəzeti “Araz”da dərc olunmuşdur. Dövri mətbuatda şeirlər və pritçalarla müntəzəm çıxış etmişdir.
“Yaşıl eskiz” adlı ilk kitabı 2004-cü ildə kütləvi tirajla buraxılmışdır. Analitik yazılarına görə Alı Mustafayev adına təqaüdə (1992), kiçik hekayələrinə görə “İlin ən yaxşı nəsr əsəri” diplomuna (2000), problematik yazılarına görə qrant mükafatına (2001), “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalına layiq görülmüşdür.
İstedadlı qələm yoldaşımız, səmimi, təəssübkeş, təvazökar xanım Hicran Hüseynovanın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.
