Etiket arxivi: ULDUZ JURNALI

YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ

YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ

“Ulduz”un iyul-avqust sayı işıq üzü görüb. Qulu Ağsəs “Bircə kəlmə: Hicran”, TəranəVahid “Yaşıl elegiya” yazıları ilə jurnalın mərhum şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynovanı yad edirlər.
“Şeir vaxtı”nda Həmid Herisçi, Seyyidəli Sübhi, Cavid Fərzəli, Zaman Piriyev, Şəfəq Sahibli və Zaur Ərmuğandır.
“Nəsr” Nemət Mətinin “Zəlzələ”, Əli Bağışın “Dörd tabut”, Əli bəy Azərinin “Messi”, Sadiq Qarayevin “Çalası” hekayələrini təqdim edir.
Oxucular “Tərcümə saatı”nda çeçen yazıçısı Səid-Həsən Katsayevin “Qaranlıqda” hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində oxuya bilərlər.
“Beş əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt”ı gənc ingilis ədəbiyyatı mütəxəssisi Alsu araşdırıb.
“Ədəbi fraqmentlər”də “Şəhidlər – Qəhrəmanlar” yazısı ilə Vaqif Yusiflidir.
İlahə Səfərzadənin “Məti Osmanoğluyla tamamlanmamış söhbət”i, Anar Seyidağanın, İbrahim Yusifoğlunun, Qəhrəman Kamiloğlunun şeirləri, Qalib Arifin hekayəsi də bu nömrənin oxunaqlı yazılarındandır.
“Dərgidə kitab” Hafiz Ataxanlının “Varlıq və yoxluq” fantasmaqorik povestini təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Məryəm Məmmədzadədir.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hicran Hüseynova (1970)

Hicran Hüseynova

Amansız ölüm qələm yoldaşımız, həmkarımız Hicran Hüseynovanı aramızdan apardı.
Hicran Hüseynova 1970-ci il noyabrın 7-də Füzuli rayonunda anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. “P.S” qəzetində ədəbi işçi işləmişdir (1995). 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalında ədəbi işçi kimi jurnalistik fəaliyyətini davam etdirmiş, “Tənqid və publisistika” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Hicran Hüseynova ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdə başlamışdır. İlk şeiri – “Qar” 1986-cı ildə Füzuli rayon qəzeti “Araz”da dərc olunmuşdur. Dövri mətbuatda şeirlər və pritçalarla müntəzəm çıxış etmişdir.
“Yaşıl eskiz” adlı ilk kitabı 2004-cü ildə kütləvi tirajla buraxılmışdır. Analitik yazılarına görə Alı Mustafayev adına təqaüdə (1992), kiçik hekayələrinə görə “İlin ən yaxşı nəsr əsəri” diplomuna (2000), problematik yazılarına görə qrant mükafatına (2001), “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalına layiq görülmüşdür.
İstedadlı qələm yoldaşımız, səmimi, təəssübkeş, təvazökar xanım Hicran Hüseynovanın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

MAY “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ

MAY “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ
“Ulduz” jurnalının may sayı çapdan çıxıb. Nömrə Ay Bəniz Əliyarın özüylə söhbəti və şeirləri ilə açılır.
“Nəsr” bölümü İlqar Rəsulun “Hava limanı”, “Mamam”, Sabir Etibarlının “Gəlmə”, Orxan İsmayılovun “İlk əməliyyat”, Tural Turanın “Anamın vəsiyyəti”, Ülkər Yusifovanın “Çəhrayı xatirə”, “Yuxusuzluq”, Fidan Vahidin “Əyri kölgə”, Nadir Qocabəylinin “İydə ağacı” hekayələrini təqdim edir.
“Şeir vaxtı”nda Tural Cəfərli, Sevinc Qərib, Aynur Haqverdi, Zöhrab Mehdi, Firəngiz Sabirqızı, Elsevər Məsim və Reyhan Kənanın şeirləri yer alır.
Qulu Ağsəsin “Qəza törədən “Təcili yardım” essesi də may sayının maraqlı yazılarındandır.
Elxan Yurdoğlu Naxçıvan ədəbi mühitindən üç xanımın – Aytəkin Səfərəliyeva, Qəmər Sözay və Leyla Səfərovanın yaradıcılığından nümunələri təqdim edir.
“Tribuna”da “Mümtaz ömrünün dolanbacları” yazısı ilə filologiya elmləri doktoru, professor Asif Rüstəmli, ““Rus gəmisində intihar”: seçim, vicdan və susmamaq “ yazısı ilə İlham Tahirovdur.
AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun təqdimatında Selcanın “Çapıq” hekayəsi oxucuların ixtiyarına verilib.
“Debüt”də yeni şeirləri ilə Hacıbala Mahmudovdur.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” 6-cı yazısını təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Günəş Kərimdir.

PDF OXU!>>> Ulduz – May -2026 PDF

2025- in “Ulduzları:1, 3, 4, 5, 6, 8, 9, 10, 11, >>>12

“ULDUZ” JURNALI PDF

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AYB-də “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib

AYB-də “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan “Ulduzlu görüşlər” çərçivəsində növbəti tədbir keçirilib.

Görüşün qonağı yazıçı-publisist Vəsimə İsmayılqızı olub. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Filologiya fakültəsinin “Ulduz” jurnalında yaradıcılıq təcrübəsi keçən 4-cü kurs tələbələri üçün təşkil olunan görüşdə tanınmış ədəbiyyat və mətbuat nümayəndələri iştirak ediblər.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs layihə çərçivəsində keçirilən ustad dərslərinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu dərslər həm görüş, həm də praktiki məşğələ formatında təşkil olunur və tələbələrin yaradıcılıq bacarıqlarının formalaşmasına xidmət edir. Qeyd olunub ki, bu prosesdə təkrar və müzakirələr xüsusi yer tutur, çünki biliklərin möhkəmlənməsi məhz bu mərhələdə baş verir. Ümumilikdə isə belə təşəbbüslər öyrədici olmaqla yanaşı, gənclər üçün motivasiyaedici bir mühit yaradır.

Daha sonra Azərbaycan Universitetinin baş müəllimi Leyla Məmmədəliyeva, şair-publisist, Əməkdar müəllim İsgəndər Səklikov, Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İntiqam Yaşar və digər natiqlər bu cür görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını bildiriblər. Onlar Vəsimə İsmayılqızının yaradıcılığından bəhs edərək onun əsərlərində qaldırılan mövzuların aktuallığını, publisistikasında cəmiyyətə həssas yanaşmanı və oxucu ilə qurduğu səmimi ünsiyyətin əhəmiyyətini xüsusi vurğulayıblar.

Çıxış edənlər, eyni zamanda, Vəsimə İsmayılqızının müəllifi olduğu “Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyi barədə danışıblar. Onlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulayıblar.

Daha sonra tələbələr qonaq yazıçı Vəsimə İsmayılqızına suallar ünvanlayıblar. Yazıçı müəllifi olduğu kitablar, publisistika sahəsində fəaliyyəti, yaradıcılıq prosesi və oxucularla ünsiyyətin əhəmiyyəti barədə ətraflı danışıb, gəncləri daha çox oxumağa və yazmağa təşviq edib. Fotolar:

Qeyd edək ki, “Ulduzlu görüşlər” layihəsi çərçivəsində təşkil olunan bu cür tədbirlər gənc yazarların formalaşmasında, onların peşəkar ədəbi mühitlə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

““ULDUZ”LU GÖRÜŞLƏR”IN NÖVBƏTI QONAĞI YAZIÇI-PUBLISIST GÜNEL ANARQIZI OLUB

““ULDUZ”LU GÖRÜŞLƏR”IN NÖVBƏTI QONAĞI YAZIÇI-PUBLISIST GÜNEL ANARQIZI OLUB
““Ulduz”lu görüşlər” çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib. “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, universitetin bakalavr tələbələri iştirak ediblər.
Günel Anarqızı öz yaradıcılıq yolundan, Bakı Kitab Mərkəzinin yaranma tarixçəsi və kitabların insan həyatındakı rolundan danışıb. Səmimi ovqat və polemika şəraitində keçən görüşdə G. Anarqızı çoxsaylı suallara cavab verib.
Sonda yazıçı gənc filoloqlara avtoqrafla “Sərhədsiz səma” kitabını hədiyyə edib.
Tədbirin sonunda mərkəzin əməkdaşı Leyla Əsgərova tələbələri Bakı Kitab Mərkəzinin bölmələri ilə tanış edib və onları həftənin sonunda kitab endirimlərindən yararlanmağa çağırıb.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

APRELIN “ULDUZ”U ÇAP OLUNDU

APRELIN “ULDUZ”U ÇAP OLUNDU

“Ulduz” jurnalının aprel sayı Sara Selcanın “Özüylə söhbəti və şeirləri” ilə açılır. “Nəsr” bölümü Nemət Mətinin “Qisas”, Eşqanənin “Yarpaqlar pıçıldasa, bil ki, səsimdir…”, Günay Mirinin “Göy pencək” hekayələrini təqdim edir.
“Esse”də Qulu Ağsəs “Öz səsinə düşən şeirlər”in müəllifi Nazir Rüstəmdən, Şahanə Müşfiq “Həyat Şəminin poeziya dünyası”ndan yazır.
“Şeir vaxtı”nda Nigar Arif, Banu Muherrem, Aysel Nəsirzadədir.
“Yazı masası”nda Taleh Mansur “Sadəcə, Vahid Əziz…”in qonağı olub.
Vaqif Yusiflinin “Ədəbi fraqmentlər”, İlahə Səfərzadənin “Bodenştedt paradoksu” yazıları “Tənqid”də yer alıb.
“Debüt” Ramil Əhmədin “Estafetin işığında bir ön söz…” təqdimatı ilə Nahidə İsmayılın “Sökdüyüm şərf” hekayəsini oxucularla bölüşür.
Dilarə Adilgilin “Vəziyyət Azərbaycancadır”, Zeynəb Məmmədzadənin “Nurdan süzülən saflıq” yazıları “Tribuna”da dərc edilib.
“Tərcümə saatı”da İlahə Əhmədova Xulio Kortasarın “Telefon çalır, Delia”, Şahnaz Kamal Lindita Xhanari Latifinin “Nənəmin gözləri” tərcümələrini oxya bilərsiniz.
Aleyna Malkoç “Səməd Vurğunun “Vaqif” dramında Şah Qacarın ideoloji və tragik obrazı”ndan yazır.
Kəmalədin Qədimin şeirləri, Salman Qaraların “Abbasın Həcc ziyarəti” sənədli hekayəsi, Gündüz Sevindik və Emin Hüseynovun qəzəlləri də “Ulduz”un aprel sayında yer alır.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” yazısını (5-ci hissə) təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsələri ilə Aytac Cahangirdir.

 Oxu >>>>>  “UlDuz” – PDF

2025- in “Ulduzları:1, 3, 4, 5, 6, 8, 9, 10, 11, >>>12

“ULDUZ” JURNALI PDF

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

““Ulduz”lu görüşlər”in qonağı Rəşad Məcid olub

““Ulduz”lu görüşlər”in qonağı Rəşad Məcid olub

“”Ulduz”lu görüşlər” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Rəşad Məcidlə görüş keçirilib. “Ulduz” jurnalının təşkilatçılığı ilə keçirilən görüşdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Universitetinin tələbə-müəllim heyəti iştirak edib.
Tədbiri Qulu Ağsəs açaraq, artıq ənənə halına almış görüşlərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onların dünyagörüşlərinin formalaşmasına müsbət təsir edəcəyini vurğuladı.
Söz Rəşad Məcidə verilib. Ədəbiyyatla bağlı öz fikir və mülahizələrini bölüşən qonaq, şeirlərini səsləndirib. Mütaliə vərdişləri ilə bağlı tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Görüşdə fərqlənən tələbələrə şəxsi kitabxanasından seçmə kitablar hədiyyə edib.

Qeyd edək ki, bundan əvvəl “”Ulduz”lu görüşlər” çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında “Allaha salam” filmininin rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmməd Səfanın iştirakı ilə sözügedən filmin nümayişi baş tutmuşdu.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB – MART – 2026

“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUBMART – 2026

“Ulduz” jurnalı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi – “Güney Azərbaycan ədəbiyyatı” çap olunub. Dərginin xüsusi mart sayı filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.
Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi, azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi Rza Bərahəni, yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı ilə davam edir.
“Ulduz” bu sayında Nadir Qüdrətoğlunun şeirlərinə də yer ayırıb.
“Tribuna”da Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edir.
“Nəsr”də “Ölümdən güclü” hekayəsi ilə Alpay Azərdir.
Dayandur Sevgin Nəzakət Məmmədlinin “Köhnəlməyən xiffət”ini yada salır.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləridir.

Oxu >>>>>  “UlDuz” – PDF

2025- in “Ulduzları:1, 3, 4, 5, 6, 8, 9, 10, 11, >>>12

“ULDUZ” JURNALI PDF

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Ulduz” jurnalının Türk dünyası sayı təqdim olunub

“Ulduz” jurnalının Türk dünyası sayı təqdim olunub

Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Ulduz” jurnalı və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə jurnalın Türk dünyasına həsr olunmuş sayının təqdimatı keçirilib.
Tədbirdə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, “Ulduz” jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs, universitetin əməkdaşı Aynurə Əliyeva çıxış edib. Professor Mahirə Hüseynova ədəbiyyat nümayəndələri ilə görüşlərin tələbələr üçün də çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. Şair-publisist Qulu Ağsəs qeyd edib ki, “Ulduz” jurnalı ilə universitetin çox gözəl əməkdaşlığı və bu əməkdaşlığın xüsusi buraxılışlar kimi gözəl nəticələri var.
Tədbirin moderatoru DGTYB başqanı İntiqam Yaşar Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafında ortaq nəşrlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra gənc yazarlar Fuad Cəfərli, Qabil Ədalət, aktrisalar Simuzər Ağakişiyeva və Günəş Mehdizadə şeirlər səsləndirib.
Tanınmış aşıqlar Nəbi Nağıyev, Nazim Quliyev, qarmon ifaçısı Habil Şınıxlı, nağara ifaçısı Vüqar Əhmədov Mahirə Hüseynovanın sözlərinə oxunmuş aşıq mahnılarını təqdim ediblər.
Tədbirə kollektiv şəkil çəkdirməklə yekun vurulub. Tədbirdən fotolar:

Oxu >>>>>  1– 2

2025- in “Ulduzları:1, 3, 4, 5, 6, 8, 9, 10, 11, >>>12

“ULDUZ” JURNALI PDF

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU

YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU

2026-cı ilin ilk “Ulduz”unun – yanvar-fevral sayı “Birinci Türkoloji Qurultay” (1926, Bakı): “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və Təhsil Nəşriyyatı Poliqrafiya” MMC-nin birgə layihəsi kimi işıq üzü görüb.
Jurnal Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazısı ilə açılır.
Dərgidə “Birinci Türkoloji Qurultay” nümayəndələri haqqında ətraflı məlumat verilir.
Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.
Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qüdsal yola çıxan insanların fədakarlığından söz açır.
“Ulduz”un tarixə güzgü tutan bu sayında Aqil Abbasın “Rəmiş” povesti oxculara təqdim olunur.
“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır. Oxu >>>>>  1– 2

2025- in “Ulduzları:1, 3, 4, 5, 6, 8, 9, 10, 11, >>>12

“ULDUZ” JURNALI PDF

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I