Etiket arxivi: Məcid Rəşadətoğlu

Xalq yazıçısı Əzizə xanım Cəfərzadə və anası Böyükxanım ana

Xalq yazıçısı Əzizə xanım Cəfərzadə və anası Böyükxanım ana. Fotoşəkil ötən əsrin 50-ci illərində çəkilmişdir. Əzizə xanım ilk yaradıcılıq işlərindən biri olan “Anamın nağılları” kitabı görkəmli yazıçının anası Böyükxanım ananın dilindən eşitdiyi, yazıya aldığı nağıl və əfsanələrdən ibarətdir. Sevilən yazıçı bu kitabda ana-nənəsindən eşitdiyi bir – birindən maraqlı və zəngin nağıl və əfsanələri, hekayələri ədəbi-bədii lövhələrlə oxucuya çatdırıb. Sözügedən əsər Azərbaycan xalqının düşüncə tərzini, məişət səviyyəsini, o cümlədən onların dolanışığını, milli – mənəvi dəyərlərini olduğu kimi oxucuya çatdırmaq baxımından çox maraqlı və qiymətli əsərdir…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

ƏZİZƏ CƏFƏRZADƏNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük yazıçı İsmayıl Şıxlı xatirələrdə

İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. İsmayıl Şıxlı deyir ki, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3 – cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının Baş redaktorluğundan öz ərizəsi ilə getmişdi…
Xatirələrdən aydın olur ki, kollektivdaxili intriqalar, çəkişmələr yazıçının səhhətinə də çox pis təsir edirmiş. O, yazıçıların yaradıcılıq müstəvisindən uzaq, şan – şöhrət uğrunda mübarizə aparmasını heç vaxt qəbul etmirdi və əlindən gəldiyi qədər bunun önünə keçməyə çalışırdı. Nəzərinizə çatdırım ki, yazıçının ömrünün son illəri dünya işığından məhrumiyyətdə keçib: şəkər xəstəliyi səbəbindən gözləri tutulub. O, sevilən romanını – “Ölən dünyam”ı yoldaşının köməyi ilə yazıya köçürüb: İsmayıl Şıxlı nəql edib, həyat yoldaşı isə onun söylədiklərini bircə – bircə qələmə alıb. Əsər ərsəyə gəldikdən sonra yazıçı ömür – gün yoldaşından əsəri onun üçün oxumasını xahiş edib. Romanı sonuna qədər dinlədikdən sonra deyib: “…indi rahat ölə bilərəm”.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru