Etiket arxivi: Məcid Rəşadətoğlu

Səməd İzzət oğlu Behrəngi

Unudulmaz azərbaycanlı yazıçı, şair, pedaqoq və tərcüməçi, nasir Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində, yoxsul bir ailədə dünyaya göz açıb. Behrənginin atası İzzət kişi fəhlə olub, ailəsini böyük çətinliklərə dolandırıb. Onun gənc yaşda vəfat etməsi ilə altı uşaqlı ailə başsız qalıb. Səməd Behrənginin anası Sara xanımın xatirələrində deyirdi: ” Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir… “
Səməd Behrəngi ilk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və digər bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. Bu illər ərzində həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb. Oranı 1961-ci ildə bitirib. Gənc yaşlarından kiçik həcmli hekayələr, şeirlər yazan Behrəngi Azərbaycan ədəbiyyatında daha çox “Balaca qara balıq” hekayəsi ilə tanınıb və məşhurlaşıb. Bu hekayə yazıçıya böyük uğur gətirdiyi kimi, həm də dövrün siyasi rejimi ilə qarşıdurmaya səbəb olub. Behrəngi uşaqlar üçün yazdığı əsərlərində daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən dəfələrlə hədə-qorxulara, təzyiqlərə məruz qalmışdı. Buna baxmayaraq o, qələmi ilə xalqa güzgü olmuş, aqibətinin necə olacağını hiss etdiyi halda qorxmadan mübarizə aparmış və şah rejiminin təqiblərinə baxmayaraq, geri addım atmamışdı. Səməd Behrəngi 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Bununla yanaşı, o, dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş, burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir.

Qarşıda iki sahil – iki yad bayraq durur,
Vətən Xudafərindən dağılmış bir tağ durur,
Bu qanlı hekayətin tarixi uzun, Səməd,
Şahid – Arazdan çıxan qara kağızın, Səməd.

Keçdi alın yazımız o yazının üstündən,
Xainlər körpü tikdi Arazının üstündən.
Budur tarixə keçmiş bir imzanın hədəsi,
Öndə düşmən əsgəri, keşikçi məntəqəsi.

Yaşanan ümidlərin keçmişi xarabalıq,
Yem oldu nəhənglərə “balaca qara balıq”.
Üzündə qan rəngi var zaman ötmüş suların,
Hələ də bir savaşda azadlıq arzuların.

Hələ də sevdalılar bu yolda candan keçir,
Araz Xəzərə doğru Suqovuşandan keçir.
Hələ də fironlara hər dövrün Musası var,
Bu işlər belə getməz, bunun bir qisası var.

Səməd Behrəngi 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar, lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. Ancaq Səməd Behrənginin yaradıcılığına və mübariz ruhuna olan təzyiqləri, qatı münasibətləri, onunla eyni taleyi yaşayan digər azərbaycanlı yazıçı və şairlərin aqibətini göz önünə gətirsək, yazıçının ölümünün heç də sıradan bir hadisə olmadığı bizlərə aydın olur…30 yaşın astanasında dünyaya gözlərini yuman Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva ilə vida mərasimi

Bakı neft milyonçusu, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva ilə vida mərasimi. Tarix 1991-ci il. Məkan Sara xanımın doğulub boya-başa çatdığı ev, indi muzey kimi fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin malikanəsi. Bəli, Sara xanımla vida mərasimi Azərbaycan Tarix Muzeyində – onun ata evində keçirilmişdi. Sirr deyil ki, ömrünü atasının müdafiəsinə həsr edən Sara Tağıyeva çox səfil, acınacaqlı bir həyat yaşayıb. Atasının var-dövləti dövrün hakimiyyət tərəfindən müsadirə edildikdən sonra bu ailə pərişan olub. Küçədə yaşayan Sara xanım neçə dəfə vaxtilə yaşadığı bu evə girib baxmaq istəsə də, muzeyin o zamankı direktoru, akademik Püstəxanım Əzizbəyova onu təhqir edib, qapıdan qovmuşdu. Həyat təzadlarla doludur. Kim deyərdi ki, sağ ikən öz evinə girə bilməyən Sara xanımın meyiti bir zaman oradan çıxacaq…
* * * *


Sara xanım sağlığında deyirmiş: “…atam xeyirxah və maarifpərvər insan olub. Çoxlu məktəblər açıb, insanlar oxudub. 1918-ci ilin mart hadisələrində Şaumyan atamı da həbs etmişdi. Lakin Nərimanov gəldi və Şaumyana dedi ki, Hacı azad olunmalıdır”.
Mərhum professor Nəsiman Yaqublu yazırdı ki, Sara xanım ilk həyat yoldaşından ayrıldıqdan sonra Rusiyaya − Leninqrada (Sankt-Peterburqa) gedir. 1934-cü ildə onu S.M.Kirovun ölümü ilə bağlı şübhəli şəxs kimi həbs edirlər. Sara xanım bir müddət həbsxanada qalır. Həbsxanadan çıxdıqdan sonra yaşamağa yeri olmadığından elə parkın içində skamyaların üstündə yatıb gecələyir. Sonra Leninqradda ikinci dəfə ailə həyatı qurur. Sara xanım 1953-cü ildə Stalin öldükdən sonra Bakıya qayıdır. Bakıda ilk olaraq doğulub böyüdüyü evlərinə gedir. Lakin onu içəri buraxmırlar. Sara xanım bir gün dözməyib və atasının tikdirdiyi, özünün də təhsil aldığı Qızlar Gimnaziyasının binasına − Əlyazmalar İnstitutu yerləşən yerə getdi. Bura onun üçün çox doğma idi və burada onun çoxlu xatirələri vardı. Pilləkənlərlə bir qədər qalxmışdı ki, qəfildən direktorla üzləşdi. Direktor onu görən kimi polisi çağırıb Sara xanımı buradan qovmağı tələb etdi. Direktorun onun ünvanına dediyi sözlər də çox kobud idi. O isə atası dünyadan köçəndən və həyatlarıtam dəyişəndən sonra çox belə təhqiramiz sözlər eşitmişdi.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu

Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu. Nigar xanım Şıxlinskaya ilk azərbaycanlı şəfqət bacısı və ilk ali təhsilli azərbaycanlı qadındır. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəriman Nərimanovun yeganə övladı – oğlu Nəcəf Nərimanov haqqında

Nəriman Nərimanovun yeganə övladı – oğlu Nəcəf Nərimanov Böyük Vətən Müharibəsində həlak olduqdan sonra tank korpusunun komandiri, general-leytenant K.Sviridovun anası Gülsüm xanıma yazdığı məktubdan sətirlər: “Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik – almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən- kəndə, şəhərdən – şəhərə qovduq…Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı…İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün öz həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”.
Ölümündən bir ay qabaq anası Gülsüm xanıma yazdığı məktubda Nəcəf Nərimanov cəbhədəki xidmətlərindən yazarkən ona “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunması xəbərini artıq vermişdi. “Əziz ana! Sən yazırsan ki darıxmısan. Ancaq nə edə bilərik. Mən ki axı cəbhədəyəm. Yazmısan xəstələnmisən. Nədən? Məndən narahat olma, öz sağlamlığın haqqında düşün. Bu yaxınlarda mənə məlumat göndəriblər. “İgidliyə görə” medalı ilə təltif olunmağım barədə, hətta, həmçinin “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə də. Mən orada 4 ay oldum, yadındadır sən mənə bağlama göndərmişdin—mən onu qışda, almanlar bizi düz Volqaya qədər qovan vaxtlarda almışdım. Ancaq sonradan, sənə yaxşı məlumdur ki, biz sarsılmadıq və Stalinqrad böyük bir alman qupunun məzarı oldu. Budur, mən indi iki medal gözləyirəm…”
Nəcəf Nərimanov 1943-cü ildə, 23 yaşında həlak olmuş, atası kimi o da vətəndən uzaqda – Volnovaxada dəfn olunmuşdur.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səməd Vurğun və Mehdi Hüseyn

Xalq şairi Səməd Vurğun və Xalq yazıçısı Mehdi Hüseyn. Ötən əsrin 50-ci illəri.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həzi Aslanovun son fotosu

General-mayor, unudulmaz döyüşçü, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı hərbçi Həzi Aslanovun son fotosu.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mirzə İbrahimov və Üzeyir Hacıbəyov – 1939-cu il

Azərbaycan SSR Xalq yazıçısı Mirzə İbrahimov və SSRİ Xalq artisti Üzeyir Hacıbəyov. 1939-cu il. Moskva şəhəri.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səməd Vurğun və İsrafil Məmmədov – Foto

Xalq şairi Səməd Vurğun və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı hərbiçi İsrafil Məmmədov. Bu nadir foto “Kirovabad Kommunisti” qəzetinin arxivinə məxsusdur.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İsmayıl Şıxlı və onun rəqibi

İsmayıl Şıxlı cəbhədən qayıtdıqdan sonra aspiranturaya sənəd verir. Həmin il İsmayıl Şıxlının seçəcəyi ixtisasa cəmi bir yer ayırıblar. Və taleyin işinə bax ki, həmin yerə yazıçı Əzizə xanım Cəfərzadə də namizəddir… Böyük gün gəlib çatır. Hər iki rəqib imtahanda iştirak edir. Həyəcandan, yoxsa stressdən…imtahan zamanı bir sual İsmayıl Şıxlının yadından çıxır. Bunu hiss edən Əzizə Cəfərzadə cavabı kağıza yazıb ona ötürür. Nəzarətçi müəllim bunu görür və təəccüb içində deyir:
– Əzizə, nə edirsən, axı siz rəqibsiz…
– Bilirəm!
– Bəs nə üçün sualın cavabını ona ötürürsən!?
– Axı o cəbhədən gəlib…
– Nə olsun, Əzizə!? Qəribəsən…
Əzizə Cəfərzadə sakit tonda belə cavab verir:
– Həyat qəribədir, müəllim…
Bu hadisənin üzərindən bir neçə həftə keçir. Nəticələr açıqlanır. İsmayıl Şıxlı istədiyi ixtisasa qəbul olur. Ancaq bu xəbər onu sevindirmir. Əksinə, çox məyus olur. Üzülür. Düşünür ki, o, bu nəticəyə layiq deyil. O yer, bu nəticə rəqibinin – Əzizə Cəfərzadənin haqqıdır. Buna görə o, Bakıda qalmır. Rayona qayıdır. Lakin bir neçə gündən sonra ona bir məktub göndərirlər. Məktubdan belə aydın olur ki, aspiranturadakı həmin ixtisasa daha bir yer əlavə olunub. Bu, o deməkdir ki, hər iki namizəd – İsmayıl və Əzizə həmin ixtisasda oxuya bilərlər. Bu xəbəri aldıqdan sonra İsmayıl Şıxlı Əzizə xanıma bir məktub yazır. Aldığı şad xəbəri onunla bölüşür. İmtahan zamanı etdiyi fədakarlığa görə ona təşəkkür edir. Məktubun imza hissəsində isə belə yazır: “Sənin rəqibin…”
İsmayıl Şıxlı bu hadisəni sonrakı illərdə qələmə aldığı “Mənim rəqibim” hekayəsinin ideyasına çevirmişdi. Özü bu barədə yazırdı: “Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır…“Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov

Nadir fotoşəkillər silsiləsindən. Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov. Ötən əsrin 40 – cı illəri…
Ziya Bünyadov 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. Bundan sonra o, xidməti vəzifəsinə başladı. Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdi. Belə ki, o, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi…
Ziya Bünyadov İkinci Dünya Müharibəsi yekunlaşdığı ildə, yəni 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru