Etiket arxivi: “Səddə diləyi”

Turan Uğur – “Səddə diləyi”

“Səddə diləyi”

Həmin gün ruzilər Səddədən gələr,
İnsana hər zülm bəndədən gələr.
Novruza əlli gün qalıbsa nə var!!!
Meydana yüyürsün çolma-çocuqlar.
Südlü çörəklərin ətri qovzanır,
Şirniyyat süfrədə, ocaqlar yanır.
Qırx günlük Çilləyə “sağol” – deyibən,
Çıxmışam Səddənin pişvazına mən.
Gələn müsafirdən hey mədəd umub,
Bir munis yar kimi üstünə cumub.
Qucaram mən onu, mehmanım olar,
Bu Kiçik çilləni sevməzmi insan?!
Səddədir Çərşənbə bəşarətçisi,
Səddədir Xıdırın tək müjdəçisi.
İndi unudubdur səni çoxları,
İndi insan dərdi, insan “ah” ları.
Çox şeyi kölgədə qoyub, deyəsən,
Başını çən-duman alıb, deyəsən.
O çən də, duman da gedər haçansa,
Kimlər ki Novruzun hikmətin dansa:
Zəlildən zəlildir, şikəstdən şikəst,
Onlara aşina olmağa dəyməz!
Novruzu səsləyən Çillə əzizdir,
Çün dışarıdakı qardan təmizdir.
Səddənin xeyiri, faydası bumu?
Turan Uğurun könül albomu:
Açılır yarpaqtək Baharı öyür,
Qəlbimdə ürək yox, Günəş döyünür.

04 yanvar 2026-cı il
Turan Uğur
AYB – nin üzvü

Turan Uğurun digər yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I