Etiket arxivi: SƏFƏROVLAR

AĞDAM, AĞ EVLƏR, AĞ ADAMLAR…

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

AĞDAM
Lap uşaqlıqdan Ağdam eşidəndə, o an xəyalımda hündür sütunlu ağ evlər canlanırdı… Bu hündür, geniş, işıqlı, dümağ bərq vuran büllur sarayların oxşarlarını real həyatda görmədiyimdən o vaxtlar yəqin ki, hind filimlərində gördüyüm səhnələrə əsasən belə qeyri-adi düşüncələrə qapıla bilir, xəyal gücümdən istifadə edirdim… Elə alınmışdı ki, mənim böyüməyim ölkəmizin inkişafı ilə üst-üstə düşmüşdü. Böyüdükcə Ağdam haqqında, onun insanları barəsində daim maraqlı əhvaltlar və hekayətlər eşidirdim. Yəqin. mənimlə razılaşarsınız ki, Ağdam, Ağdam insanı kiçmiş ittifaq və hətta onun hüdudlarından kənarda da kifayət qədər məşhur idi. Ağdamın məşhur “Çörək Muzeyi”, Xudu Məmmədov, Rafiq Əliyev kimi dünya miqyaslı alimləri, tanınmış sənət adamları, qədim abidələri, hətta şərab məhsulları və s. … İndi hərdən düşünürəm ki, kaş 1988-ci ildən sonra baş verənlər olmamış olaydı… Onda mən indiki Ağdamı heç xəyal belə edə bilməzdim… Buna xəyal gücüm yetməzdi…
Ancaq “kaş ki”lərlə heç nə olmur və bütün məlum hadisələr baş verib. Min şükür Alaha ki, indi artıq bütün bu baş verənlər barədə keçmiş zamanda danışa bilirik.
QISACA OLARAQ AĞDAM HAQQINDA
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Ötən əsrin 80-ci illərin sonlarından başlayaraq bütün ölkəni bürüyən hadisələrin mərkəzi demak olar ki, Ağdama düşmüşdü. Bunun nəticəsi olaraq Ağdam 6000 şəhid verdi.
AĞDAMIN ŞƏHİDLƏRİ
Ağdam tanınmış və tanınmamış şəhid övladlarının sayına görə də yaddaşlarımızda dərin, silinməz izlər buraxıb. Bu barədə Ağdamın tanınmış ziyalısı, Millət vəkili Aqil Abbasdan sitat gətirmək istəyirəm. “Ağdam nə qədər şəhid verib?” sualına Aqil Abbasın verdiyi cavabdan “Keçək məsələnin şəhid sayısı tərəfinə. Əvvəla, bilirsən ki, bütün rayonlarda Şəhidlər Xiyabanı var və bu Xiyabanda şəhidlərin adları qeyd olunub. Ağdamdakı, daha dəqiq desək Quzanlıdakı Şəhidlər Xiyabanı isə tam fərqlidir. Bu fərqlilik də şəxsən mənim ideyamdır. Nizami Sadıqovun vaxtında bu Xiyaban salınanda məsələ qaldırdım ki, abidədə təkcə ağdamlı şəhidlərin deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlib Ağdamda şəhid olanların da adları yazılmalıdır, onlar hamısı ağdamlıdır. Belə də etdik. Bütün rayonların İcra hakimiyyətlərinə məktubla müraciət etdik bu barədə. Təəssüf ki, müraciətimizə laqeyd yanaşdılar. Sağ olsun Ağdam Məscidinin axundu Barat kişini, O Barat kişini ki, minlərlə şəhidi yuyub kəfənləyib, köməyi ilə müəyyən qədərini özümüz tapıb üzə çıxara bildik.

Ağdam nə qədər şəhid verib?! Bəli, Ulu Öndər Heydər Əliyev mənim də iştirak elədiyim bir görüşdə bildirdi ki, Ağdam 5500-dən artıq şəhid verib. Heç kim cəsarət edib Heydər Əliyevə düzgün olmayan məlumat verə bilməzdi. Və sonralar da Ulu Öndər bir neçə dəfə bu rəqəmi səsləndirib. Və heç kim də bunu inkar etməyib. Ağdamda şəhid olanların sayı 6 minə yaxındır. Və təbii ki, bunların hamısı ağdamlı deyil, müxtəlif bölgələrdən könüllü gəlib vuruşub qəhrəmancasına şəhid olanlar da yüzlərcədir. Və onlar hamısı AĞDAMLIDIR!

Onu da vurğulayım ki, Qarabağda nə qədər şəhid verdiyimiz haqqında dəqiq məlumat yoxdur, eləcə də Ağdamda. Və heç dəqiqləşdirmə aparan da yoxdur. Yüzlərlə şəhidin nəşini götürmək də mümkün olmayıb, qalıb işğal altındakı torpaqlarda və itkin düşmüş sayılırlar. (http://teref.az/gundem/103096-agdam-ne-qeder-sehid-verib.html)”
Bu yazını hazırlayarkən məlumatların maksimim dərəcədə dəqiqliyini təmin etmək üçün Ağdam rayon İcra Hakimiyyətinin rəsmi sayt məlumatlarından istifadə etmişəm. Ağdamın şəhidləri bölməsində Vətən Müharibəsi Şəhidi baş-leytenant Hikmət Səfərov haqqında olan məlumat diqqətimi daha çox cəlb etdi.


ŞƏHİD BAŞ-LEYTENANT HİKMƏT SƏFƏROV HAQQINDA
Hikmət İldırım oğlu Səfərov 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur.1979-1989-cu illərdə Yusifcanlı kənd tam orta məktəbində təhsil almışdır.1989-1994-cu illərdə ali təhsil almışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda vəfat etmişdir.Bakıda II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(18.12.2020) — “Cəsur döyüşçü” medalı (ölümündən sonra)
(29.12.2020) — “Ağdamın azad olunmasına görə” medalı (ölümündən sonra)


Hikmət haqqında dəfn mərasimindən (II Fəxri xiyabanda dəfn olunub) və anım günü münasibəti ilə keçrilmiş tədbirdən məlumatlıə idim. Onun istiqanlı, böyük ailəsi məni valeh etmişdi. Atası İldırım müəllimin (indi rəhmətə gedib, Allah rəhmət eləsin) Hikmətin məzarı üstündəki görüntüləri heç vaxt gözümün önündən getməyəcək. Bu qürür, hüzün və sarsıntının birlkdə çuğlaşmış şəkildə yaratdığı ata obrazı çox təsir edici idi… Birdəfəlik yaddaşıma həkk olunub…


Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.
Və bütün bunlarla yanaşı məşhu “Qarabağ” cinsli atları qoruyub saxlayır… Ağdamın “Qarabağ” adlı futbol klubu var ki, ən çətin günlərimiz də belə daim bizi bugünkü günlərimizə ruhlandırırdı. Bu günə qədər mümkün olanın hamısını etməyi bacardıq. Daha böyük zəfərlər bizi gözləyir. Çiçəklənən Ağdamdan yazmaq ümidi ilə sizlərdən ayrılıram.

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏFƏROVLAR RƏMZİ DÖNMƏZİN KİTAB TƏQDİMATINDA – FOTOLAR

SƏFƏROVLAR (11 İYUN 2022 – Bakı ş.)

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru