Etiket arxivi: Tofiq Nurəli

Tofiq Nurəli – Darıxan bir nəğmə…

PAYIZDAN DA SARI PAYIZ

Payızdan da sarı bir qız..,
Payızdan da sarı bir söz..,
Payızdan da sarı bir səs..,
Payızdan da sarı qəhər…

Payızdan da sarı hava..,
Payızdan da sarı heyva..,
Payızdan da sarı eyvan..,
Payızdan da sarı qəmər…

Payızdan da sarı yağmış
Payızdan da sarı yağış..,
Payızdan da sarı baxmış
Payızdan da sarı kəhər…

Payızdan da sarı təklik..,
Payızdan da sarı kilid…
Payızdan da sarı.., çilik
Payızdan da sarı qatar…

Payızdan da sarı yalvar…
Payızdan da sarı yol var…
Payızdan da sarı yollar..,
Payızdan da sarı xəbər…

Payızdan da sarı bulaq..,
Payızdan da sarı budaq…
Payızdan da sarı soraq
Payızdan da sarı xəzəl…

Payızdan da sarı həvə–
Payızdan da sarı dəvə…
Payızdan da sarı ləpə —
Payızdan da sarı Xəzər…

Payızdan da sarı payız,
Payızdan da sarı saysız…
Payızdan da sarı.., paysız
Payızdan da sarı şəhər…

Müəllif: Tofiq Nurəli

Tofiq Nurəlinin yazıları

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tofiq Nurəli – Yağış

Darıxan bir nəğmə…

YAĞIŞ
Sakit və kədərli bir yağış yağır
Fikirli-fikirli duman içindən…
Brezent gödəkçəmin qaldırıb yaxalığın
Bu kədərin içindən tələsik keçirəm mən.

Baxıram ki,ağaclar dumanlıdı büs-bütün,
Kədərlidi budaqlar, fikirlidi yarpaqlar…
Keçib gedir yanımdan heç salam da vermədən—
Fikirlidi kepkalar,fikirlidi ləçəklər,fikirlidi papaqlar…

Bax, çidarlı atlar da fikrə gedib çəməndə,
Dayçaların biri də heç tərpənmir yerindən…
(Heyif ki, bu atların yoxdur heç bir xəbəri
Mənim şeirlərimdən)
Elə zəif gəlir ki,səsi də ildırımın
Sanırsan torpaqlardı—köks ötürür dərindən.

Buradan uzaqlarda haylı-küylü şəhər var..,
Inana bilmir adam… Sükut..,duman və yağış…
Qadırıb yaxalığın brezent gödəkçəmin
Gedirəm..,ürəyımdə min cür fikir, yır-yığış…

Ömür qəfildən keçib—o ömürə mən yadam..,
…Biz ki, hər zaman sevdik– heç vaxt sevilməsək də..,
Inana bilmir adam, inana bilmir adam…
…Sükut, kədər və yağış..,bir də fikirli duman…
25. 03 .2017.

Müəllif: Tofiq Nurəli

Tofiq Nurəlinin yazıları

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru