
Tölqin Abanov (1967)
Tölqin Abanov—v 1967-ci il 30 iyul tarixində müəllim ailəsində anadan olmuşdur.
O, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rus–özbək filologiyası və tərcümə fakültəsində təhsil almışdır.
1994-cü ildən mətbuatda fəal iştirak edir, rus dilində də məqalələri dərc olunmuşdur.
2006-cı ildə “Çolpan” nəşriyyatında, vilayət üzrə M.Yusif adına yaradıcılar toplusunda yaradıcılıq nümunələri çap edilmişdir.
2009-cu ildə “Respublika özbək dili Daimi Konfransı”nda məruzələrlə iştirak etmiş, elə həmin il müstəqillik mövzusuna həsr olunmuş ilk şeirlər toplusu — “Şadlıq günü” adlı kitabı nəşr edilmişdir.
Onun yaradıcılıq nümunələri “Nəfosət guldastəsi”, “Çolpon davamçıları”, “Dövrümüzün dahi yaradıcıları”, “Duyğuların tərənnümü” kimi bəyazlara daxil edilmişdir.
Beynəlxalq Turan Yazarlar Birliyinin üzvü, “Durmon” yaradıcılar klubunun üzvüdür.
“Abdulhəmid Çolpon”, “Elm-fənn fədaisi” döş nişanları, həmçinin Qazaxıstan Respublikasının “Xalqlar dostluğu” döş nişanı ilə təltif olunmuşdur.
Ədəb-ərkanın əsası – intizam
(Tərbiyəvi dərs saatı)
Dərs prosesi qəfil açılan qapı və “icazə varmı?” deyən bir səslə pozuldu. Sinifdə müəllim və şagirdlərin fikri yayındı. Dərsə gecikmək intizamsızlığın bir göstəricisidir. Bu nöqsan üzərində, şübhəsiz ki, müəllim–ustad işləməlidir. Bəs təcrübəli müəllim dərsə gecikmiş şagirdin səhvini onun özünün dərk etməsinə necə kömək edə bilər?
Gəncliyimiz, şagirdlik illərimiz yadıma düşdü. Gecikənlərə bir müəllimimiz belə deyərdi:
“Diqqətinizi tarix səhifələrinə yönəltmək istəyirəm. Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Zəhirəddin Məhəmməd Babur ədəb-əxlaq və intizam sahəsində olduqca heyrətamiz nümunələr göstərmişdir.
Ədəb haqqında belə bir hadisə var: Rəqibi olan şah İbrahim Ludi məğlub edildikdən sonra, onun anası — kraliça Bayda tərəfindən bir neçə dəfə sui-qəsd təşkil olunur. Səhhəti zəifləyən şah Baburun hüzuruna sui-qəsd edən dəstənin üzvləri gətirilir. Babur yanındakı məmuruna asta səslə tapşırır:
— Kraliçanı anamız kimi hörmətlə əzizləyin. Övlad dərdi ilə yanan, həsrət çəkən ananı qoruyun, ona əziyyət verməyin.
Baxın, bu necə yüksək ədəb-əxlaq, özünü başqalarından üstün tutmamaq nümunəsidir.
Aşağıdakı rübailəri də məhz bu mənada yazılmış kimi görünür:
Kim vəfa etsə, vəfa tapar,
Kim cəfa etsə, cəfa tapar.
Yaxşı insan pislik görməz heç vaxt —
Kim pisdirsə, cəzasını tapar.
Şah Babur öz əsgərlərinin nizam-intizamına böyük diqqət yetirirdi. Ola bilsin ki, minlərlə nəfərlik orduları məğlub etmələrinin səbəbi də məhz bu intizam idi. Hətta ona sui-qəsd edən riyakarlara əl qaldırmamasından da görünür ki, sarayda hər hansı bir iş görülməzdən əvvəl bütün xidmətçilər məsləhətləşərək hərəkət edirdilər.
Onların çoxu bizim həmvətənlərimiz idi. Qəlblərində daim Vətən həsrəti ilə yaşayırdılar:
Bütün eli mərhəmətə çağıran,
Qatilini bağışlayan, günahını keçən,
Bizə yurddaş olan Mirzə Babur —
İbrəti ilə gözlərimizə yaş gətirən…
Əzizlər! Babalarımızın mirasını qorumaq, onların yaratdığı yüksək mənəviyyatdan bəhrələnmək və onu gələcək nəsillərə ötürmək bizim borcumuzdur.
Ustad nəsihətləri bu günün gənclərinin — kamil nəslin tərbiyə və təhsili yolunda mühüm bir vasitə ola bilər.
Tərcümə: Cahangir NAMAZOV
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında