Niyə məhz Aytac İbrahim imzası – Müsahibə

Niyə məhz Aytac İbrahim imzası – Müsahibə

“İncə fikirlər” layihəsinin bu dəfəki qonağı AYB -nin və TYB-nin üzvü, “Yazarlar” jurnalının Qax rayonu üzrə bölgə təmsilçisi yazıçı-şair Aytac İbrahimdir.

Niyə məhz Aytac İbrahim imzasını seçdiniz?

1)”İbrahim” soyadımın qısa formasıdır.
2)Poetik mənada emosional hisslərim daha da dərinləşib, reallığa qalanda isə bir sıra uğurlara imza atmışam. AYB-nin üzvü, “Yazarlar” jurnalının Qax rayonu üzrə bölgə təmsilçisi,
“Turan” Yazarlar Birliyinin üzvüyəm. “Paradoks” adlı kitabın müəllifiyəm. Həmçinin, bir çox xarici mətbuat dərgilərində, jurnallarında şeirlərim, yazılarım yayımlanıb.

Yazıçı kimi, şair kimi söz sizi hansı zirvələrə qaldırıb?

-Sôz həqiqətən də xəzinədir, Atlaz xanım. Adamı şaxə də qaldırar, rüsvay da edər.Həmişə dəyərli sôzün sahibi olanlara irəli getməyi arzu edirəm.

Siz sözün dostunuz, yoxsa söz sizin?

-Mənə elə gəlir ki, ikimiz də bir-birimizlə yola gedən əsl dostuq.Amma gərək mən onun qədrini daha çox biləm.

Şeir yazarkən siz mövzunu seçirsiniz, yoxsa mövzu sizi?

-İnanın ki, heç vaxt môvzunu mən seçməmişəm.Düşdüyüm stiuasiyaya uyğun bir də gôrürəm sətrlər düzülüb.Heç şeirlərimin adı belə olmur.

Siz sözə tabe olursunuz, yoxsa söz sizə tabedir?

-Söz də, mən də bir-birimizə bağlıyıq.

Söz adamı olmaq necə hissdir sizin üçün?

-Düzdür, özəllik hiss edirəm, amma daha çox təkliyə üstünlük verdiyimə görə ôzümü danlayıram.Qapalı xarekter formalaşır gizlidən gizliyə.Və sən onun içində itib, batırsan.

Şair duyğularınız sizə əziyyət vermir ki?

-Əziyyət nədir? Artıq əziyyətdən də keçib.))Bitib tükənməyən emosionallıq, həddən artıq mərhəmət, kədərə bəhanə tapmaq…Qəmli olmasam yaza bilmirəm.Xoşbəxt olanda da qəm üçün darıxıram.Belə paradoksallıq…
Bütün bu duyğular birləşəndə isə nüvəni parçalayan atom əmələ gəlir elə bil.Onlar atom, mən nüvə.

Həm müəllim, həm şair olmaq sizə çətin deyil ki?

-Müəllimlik peşəsinin yaxşı bir tərəfi budur ki, başım qarışır, adami qəmlənməyə qoymur.Amma başım qarışanda da, kədər olmayanda da şeir doğula bilmir.

Öz ünvanınıza yazdığınız şeirlər olubmu?

-Şeirlərimin bir çoxu özümədir, öz hisslərimin, başıma gələn hadisələrin məhsuludur. Burda əsas mövzum psixolji və fəlsəfi əlaqələndirmədir. Mən sevirəm ki, oxucu şeirdəki dərinliyi, tapmacanı analiz etsin, duya bilsin, məğzini özü açsın.

Şeir nə zaman səmimiyyətdən uzaq olur?

-Fikrimi sizə belə izah edim.Mən anayam, şeir doğulacaq körpəm.Mən ona ümumi halda götürülən bütün analar kimi rəftar etsəm, yeməyini, içməyini, palpaltarını hər şeyini hazır etsəm, onun istədiyi hər nə varsa etsəm amma sevgi, qayğı verməsəm, o uşaq duyğusuz, empatiya hissi olmayan birinə çevriləcək.Şeir də belədir.Ədəbiyyat nəzəriyyəsinə uyğun olaraq bütün qaydalarda şeiri yazsam, amma duyğumu, hiss etdiklərimi ona qatmasam, o səmimiyyətsiz, qafiyə, nəzəriyyə üçün yazılmış bir şeir olacaq.Bu isə, doğrudan da, oxucunu heç vaxt cəlb etmir.

Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü, “Ədəbi ahəng” vizual ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru, bədii qiraətçi, yazıçı-şair

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir