En yükseklere ulaşmak ve güneşe dokunmak Sonra tüm rüzgarları toplayıp onlarla sohbet etmek istedim.
Bu duygunun heyecanıyla bir elimi gökyüzüne, diğer elimi kendime dokundurdum.
gölgeni gölgemin üstünde gördüm
“Bir elinle dallarımı çarmıha geriyordun, diğer elinle yapraklarımı buduyordun. »
Korku ve şaşkınlıkla titremeye başladım.
Eğer hareket edersem hayallerim yıkılacak Ağzımı açıp konuşsam nefesim yere dökülecekti.
Sessizce ne olacağını bekledim
Sanki ateşten odun çaldım, sen de ceza olarak kalan bedenimi hamur gibi yoğurdun. Daha sonra yoğrulan hamuru ekmek pişirir gibi pişirip Allah’ın sofrasına sundun.
Utançtan sanki yer açıldı da içine düştüm.
Artık tüm kokular yavaş yavaş etrafımı sarıyordu, saf bir sefalet içinde kalmıştım, mutsuzluk ve mutluluk içinde bağırıyordum: “Aman Tanrım, sanırım boğuluyorum.”
Kendime ve benim gibi olmayanlara Gözlerimden bir damla yaş dökmeden nehirleri dolduracak kadar ağladım.
Kendime geldiğimde nerede olduğumu hatırlamaya çalıştım. Kendimi Tanrının akışına teslim olmuş bir nehrin kıyısında buluyorum Vahşi doğanın varlığına ve şefkatin yokluğuna rağmen kendini korumayı başaran bir geyikle. “Sessiz gecelerin arzulara nasıl yenik düştüğünü izliyordum.”
Elbette her sürgün gibi bu sürgün de sonsuza kadar sürmeyecek. Budanan dallarım mutlaka çiçek açacak.
Daha yeni başlıyorum, tüm mutluluğumu ve kahkahamı kullanmadım
Gün gelecek, her kutsal ateşin ve rüzgârın eşliğinde ilahi sofralarda bağdaş kurup oturacağım. Köklerim tırmanılamaz zirvelere ulaşacak.
Ve sen kutsal olmayan ateşinle yanacaksın. Küllerin toprağa tutunmadan meçhullere doğru akacak.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan. Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim…
I hissə
Nisgil var gecənin qaranlığında, Sükuta bürünüb Bakı vağzalı… Gözlərim yol çəkir yol ayrıcında… İçim başdan-başa gözləmə zalı… * * * Uyuyur saçımda izi illərin – Bir kövrək baxışa, sığala möhtac. Dolaşıb kələfi xatirələrin – Üfiqlər dolanbac, yollar dolanbac… * * * Dünənə aparan yollar uzaqda, Qapısı bağlıdır hələ yolların… Dayanıb sakitcə dayanacaqda Yolunu pusuram ayrılıqların… * * * Sükuta bürünüb vağzal, Sükuta… Bir dil istəyirəm dindirə məni… Bir əl istəyirəm əlimdən tuta Ağdam qatarına mindirə məni… * * * …Saata baxıram: «Hələ vaxta var…», Bələdçi perronda kölgə tək susur… Gözümdə yol gəlir bir kabus-qatar İçimdə yol gəlir həsrət kabusu… * * * «Bələdçi, bələdçi! Niyə donmusan? Danış! Din! Cavab ver! Açılsın səsin! De, «qatar Ağdama gedir…» De, qardaş… De, «yanlış yazılıb «Gəncə» lövhəsi». * * * …Bələdçi biletə baxır sakitcə, …Bələdçi nə bilsin içimdə nə var? Lövhədə «Gəncə»di, biletdə «Gəncə», Gözümdə… «Ağdama gedir bu qatar». * * * …Bu qatar Gəncəyə gedir… Gəncəyə… Bəlkə də Ağdama gedib nə vaxtsa. Bəlkə bir iz tapdım, «təsəlli», – deyə Dəhlizə boylansam, kupeyə baxsam… * * * …Kupe də bənzəyir həmin kupeyə, Dəhliz də bənzəyir, pəncərələr də… Elə bu qatarla, elə bu yolla… Qaçmaq istəyərdim xatirələrdən. * * * Kupedə sükut var… Bu dəli sükut Bir yetim təsəlli yoğura bilmir… Kirpiyim altında titrəyən bulud Bir damla göz yaşı doğura bilmir. * * * Xatirə qoxuyur aldığım nəfəs… Hayqırır geri dön, geri dön, Rəşad! Mənə divan tutur içimdəki səs: “Bu qatar Ağdama getmir, en, Rəşad!”. * * * …Siqaret tüstüsü dolur gözümə Dumana bürünür xatirələrim. Hardasan, ey mənim itkin qatarım?! Hardasan, ey mənim qərib şəhərim?! * * * …Hər gecə Ağdama bir qatar gedir Ayrılıq daşıyır… Qayıtmır geri… Hər gecə Ağdamdan bir qatar gəlir – Didərgin ruhlardı sərnişinləri… Didərgin ruhlardı sərnişinləri…. Gəncə-Bakı, 2011.
II hissə Ümid var gecənin qaranlığında, İşıq var… Seçilmir gecə səhərdən. Tanrının ən gözəl çılçırağından Nur yağır… süslənir minarələr də… * * * Bu payız geriyə qayıdıb bahar – Qürub da görünür bizə dan kimi. Yurda addım-addım dönür dualar – Tanrı dərgahına qayıdan kimi… * * * Səhər də açılır azan səsiylə – Hopur yurd yerinə əsgər nəfəsi. Ağdama xalqımın iradəsiylə Dəmirdən yol çəkir əsgər çəkməsi… * * * Qarabağ… Qara bax Murov dağında… Elə bir zirvədə qar çiçəkləyir – Min şaxə ayrılır hər budağından Kəlbəcər yolunda nar çiçəkləyir. * * * İndi bütöv elim – bütöv taleyim, Dünyanın ən gözəl ölkəsindəyəm. Ən uca zirvəyə könül bağlayan Üçrəngli bayrağın kölgəsindəyəm. * * * Gəlir azan səsi minarələrdən, Kimsə ahəngini pozmasın, Vətən! Bayraq pıçıltısı, azan sədası Başımın üstündə… Susmasın, Vətən! * * * Sən bizi ümidsiz qoymadın, Allah, Bilirdik… Ayrılıq bitəcək bir gün. Didərgin ruhların keşik çəkdiyi Ağdama qatar da gedəcək bir gün…
1988 ci ilin iyul ayı idi.Biz Ağdama gedirdik.Maşınımız Kürdəmir-İmişli magistral yolundakı Kürüstü körpünü keçib, Ağdama doğru irəliləyirdi. Hələ Ağdama çatmağa neçə kənd, neçə şəhər var idi. Maşın yol boyu sütüdükcə, yol ətrafı mənzərələr adamı valeh edirdi. Gah yolun kənarındakı boz düzənlik adamın gözünü yorur, gah da yol kənarında boy- boya düzülmüş hündür, yaşıl ağaclar adamın gözünü oxşayırdı. Saatlar, dəqiqələr bir-birini əvəz edirdi. Günəşin qızılı şəfəqləri maşının pəncərəsindən keçib, adamı yandırırdı. Səhərdən başlamış yolçuluq davam edirdi. Hərdən yolun kənarında maşını saxlayıb, uzun yolun dincini alır, çaydan, sudan içib yenə də yolumuza davam edirdik. Hələ Ağdama çatmağa bir xeyli vardı. Mən çox susamışdım. Sürücüyə maşını saxlamağı xahiş etdim. Uşaqlar da maşını saxlamağı təkid etdilər. Sürücü maşının sürətini azaltdı. Bir az uzaqdan yolun kənarında hündür ağacların altında bir gəlin sac qurub, yuxa yayır, somavar qaynadır, yanında cavan oğlan çırpı yığıb, somavarın yanına gətiridi. Bir az irəliləyib, maşını onların yanında saxladı. Düşəndə onların yanında sərin bir bulağın axmasını gördük. Sərin bulaq suyunda əl -üzümüzü yuyub, bir az dincəldik. Bu ailə bizi həm də təzə dəmlənmiş somavar çayına, isti yuxa, pendirə qonaq etdi. Bir az dincəldikdən sonra yolumuza davam etdik. Yol boyu gözəl mənzərələr, yol kənarı yaşıllıq göz oxşayırdı. Nəhayət biz gəlib Ağdama çatdıq. Düzünü deyim ki, mən ilk dəfə idi ki, Ağdamı görürdüm. Dillər dastanı olan Ağdam. İllərin, əsrlərin yadigarı Ağdam. Neçə-neçə dünya şöhrətli müğənnilərin, xanəndələrin, şair və yazıçıların, qəhrəmanların vətəni Ağdam. Biz maşından düşüb bir az o yan- bu yana boylanıb, şəhəri hansı tərəfdən gəzməyi başlamağımızı qərarlaşdırdıq. Mən ümumiyyətlə hara getsəm, hara səfər etsəm, oranın tarixi abidələri ilə maraqlanıram. Bu mənim ümdə arzularımdan biridir. Ağdamın gözəlliyini görmək lazımdır. Görmək üçünsə gəzmək. Biz əvvəl Ağdam çörək muzeyinə getdik. Muzeydə neçə illərdən qalmış çörək nümunələri nümayiş olunurdu. Mənim nəzərimi qurudulmuş, lakin hələ də rəngini özündə saxlamış çörəklərlə yanaşı həm də divarlarda rəngli boyalarla çəkilmiş həndəsi fiqurlar, illüstrasiyalar, cürbəcür naxışlar cəlb etdi. Biz muzeydən xoş təəssüratla ayrıldıq. Sonra Cümə məscidinə yollandıq. Məscidə çatıb, maşından düşdük. Məscidin həyətində bir xeyli adam var idi. Kimi içəri keçmək üçün növbə gözləyirdi. Kimi də içəridən çıxan adamlara yol verib, onları əvəz edirdi. Biz də məscidə keçmək üçün adamların çərgəsində dayandıq. Nədənsə adam belə yerlərə gələndə özündə bir yüngüllük huss edir. Ulu tanrı hər bir insanın qəlbindən Allah xofunu əskik etməsin. Biz də başqa adamlar kimi içəri keçdik, allaha dua edib, salavat çevirib, məsciddən çıxdıq. Mən Şəhlaya Diyarşünaslıq muzeyinə getməyi təklif etdim. Dostlar mənimlə razılaşdılar. Biz muzeyə gedib, muzeydəki qədim əşyalarla tanış olduq. İllərdən qalmış qədim paltarlar, təsərrüfat əşyaları, arxeoloji qazıntılar zamanı tapılmış sikkələr, palçıq qablar, küplər, daha nələr, nələr. Bütün bunlara baxa-baxa Azərbaycanın nə qədər qədim olduğunu bir daha yəqin edirsən. Sağ olsun muzeyin bələdçisi bizi bütün muzeyi gəzib, bu əşyalarla tanış olmağımıza kömək etdi. Biz muzeyi gəzib qurtardıq. Bələdçi ilə, muzeyin başqa əməkdaşları ilə sağollaşıb maşına oturduq. Ancaq bütün bunlarla yanaşı Ağdam deyəndə təkcə Qarabağ atını göstərmək olar ki, bu Azərbaycana dünya şöhrəti gətirmişdi. Bir az yorulmuşduq, həm də susamışdıq. Biz Ağdamın məşhur,, Çay evi” nəgetməyi qərara aldıq. Dedik gedib həm çay içərik həm də bu bina ilə yaxından tanış olarıq. Bildiyimuz kimi bu Çay evinin belə lahiyədə tikilməsində bilavasitə Xudu Məmmədovun əməyi böyük olmuşdur. Çox sağ olsun ki, 1986 cı ildəo binanın bu formada tikilməsini təklif edib. O vaxtki raykom katibi, başqa əlaqəli məmurlar da bu binanın tikilməsini təsdiq ediblər. Biz stolların birinin ətrafında əyləşdik. Mürəbbə, limonla çay sifariş verdik. Sağ olsunlar xidmətçilər bizə lazımı xidmət göstərdilər. Biz doyunca çay içib, pulumuzu ödəyib çay evindən çıxdıq. Artıq günorta idi. Uşaqlar mağazaya baş çəkməklərini istədilər. Biz Ağdamın təzə istifadəyə verilmiş Ticarət mərkəzinə getdik. Tucarət mərkəzinin uzunluğu nə qədər idi bilmədim, ancaq saatlarla vaxt lazım idi ki, bu ticarət mərkəzini gəzib qurtarasan. Biz neçə köşkü gəzdik, lazım olanlardan, xoşumuza gələnlərdən bir neçə şey alıb ordan çıxıb, Ağdam bazarına getdik. Bazar. Bir az səs-küy olanda el arasında deyillər ki, elə bil bazardı. Doğrudan da bazarda səs-küy idi. Alan kim, satan kim. Kimi gətirdiyi meyvələri satmaq üçün müştəri səsləyir, kimi toyuq-cücənin ətini nümayiş etdirir, kimi də göy-göyərtinin təzə olduğunu göstərirdi. Biz bir az bazarı dolaşdıq,bəzi mürəbbəlik meyvələrdən almaq üçün satıcılara yaxınlaşdıq. Bazarda gəzdiyimiz vaxtlarda mənim nəzərimi bir şey xüsusi cəlb elədi. Bix bazarda alış-veriş edən vaxt bazarda iki-bir, üç-bir cavan oğlanlar gəlib meyvələrin, tərəvəzlərin neçəyə olduğunu soruşur, guya xoşuna gəlmir, yaxşı deyil deyə ayaqları ilə meyvə-tərəvəz topalarını vurub dağıdırdılar. Bunlar kimdir , niyə belə edirlər?-deyə soruşduq. Yerli camaat yavaşca ermənilərdi gəlib belə dava salırlar, müdaxilə edəni də tutub aparırlar. Biz aldığımız şeyləri maşına yığıb bazardan çıxdıq. Bur az maşınla Ağdamın şəhərarası yollarında gəzib, şəhəri seyr etdik. Artıq günortadan xeyli keçmişdi. Biz Ağdamdan xoş təəssüratla, xoş xatirələrlə evimizə qayıtdıq. Ağdam mənim yadımda o illərin insanlarının qurub, yaratdığı göz oxşayan mənzərə kimi qaldı.
Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev haqqında kitab nəşr olunub – FOTOLAR
Kitab tərtibçilər tərəfindən bu gün Xalq yazıçısı Çingiz Abdullayevə təqdim olunub.
“Yazarlar” jurnalının kollektivi adından Xalq yazıçısı Çingiz Abdullayevlə görüşən jurnalın baş redaktoru Zaur Ustac və texniki redaktor Tuncay Şəhrili gələcəkdə nəsr sahəsində fərqlənən yazarlara təqdim olunacaq “Çingiz Abdullayev” mükafatının təqdimat formasını müəyyən ediblər.
Xalq yazıçısı Çingiz Abdullayev Tuncay Şəhriliyə Azərbaycan dilində imzalı “Mavi mələklər” kitabını hədiyyə edib.
Qeyd edək ki, BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik — Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqca o bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur… “Mavi mələklər”i dilimizə unudulmaz tərcüməçi, mərhum Natiq Səfərov çevirib.
Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.
MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM! Qaçqın düşdqük, əzab çəkdik aramsız, Nə zalımmış bu erməni, bu qansız! Düz iyrimi yeddi ili Ağdamsız, Bu dünyaya sanki kordum Ağdamım, Mənim doğma, gözəl yurdum Ağdamım! * * * Ayrı düşdün bu illər ki, elindən, Düşməmisən bir ağdamlı dilindən. Aldı səni yağıların əlindən, Baş komandan, şanlı ordum, Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Ürəksizmiş harda olsa vətənsiz, Baş neyləsin, dil neyləsin bədənsiz? Anlamıram, bu illəri mən sənsiz, Necə dözdüm, necə durdum Ağdamım? Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Şükür, dönüb qucağına gəlmişəm, Sevincimdən ağlamışam, gülmüşəm. Qiblə sanıb, səni Məkkə bilmişəm. Yenə səndə binə qurdum Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! * * * Uca olsun onun adı, həm şanı, Min yaşasın Ali Baş komandanı.—* O bəxş etdi bu payızda xoş anı, Bu həsrəti başa vurdum Ağdamım, Mənim doğma, gözəl yurdum, Ağdamım! Yaşa mənim əzəl yurdum Ağdamım!
AĞAM!.. ADAM!.. AĞDAM!.. “Sən öl”ü, “sağ ol”u bəlli, yaranandan üzü bəri yasında Yasin oxunan, toyunda tüfəng atılan – şəhərim! Dünyanı bazara çıxaran, dünya bazarında satılan – şəhərim! Yuxarı başına keçən kafirə yuxarıdan aşağı baxan, Allahdan da çəkinməyən, bircə əsarətdən qorxan! Ağ alınlı qızılı atların vətəni, seyid cəddinə içilən andların vətəni! Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun… Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! Şükür külünə, şükür qayıdış gününə! Sevincdən ağlımız çaşıb, yüz min dəliynən gəlirik. Bir “Uzundərə” havası çal, çıx Bərdə yoluna – Uzundərəynən gəlirik!.. 15.11.2020. Müəllif: Qulu AĞSƏS