MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!

Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.


MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı.—*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!

*Ali Baş Komandan İlham Əliyev.
21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!”

  1. Şeirimə dəyəriniz və Yazarlar jurnalınızda dərc etdiyiniz üçün sizə təşəkkür edirəm hörmətli Zaur Ustac müəllim. Çox sağ olun və sizin simanızda bütün ağdam camaatını Ağdamın alınması günü münasibəti ilə təbrik edirəm. Yurda dönüşünüz mübarək və uğurlu olsun şair.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir