Etiket arxivi: ADİLƏ NƏZƏR

Adilə Nəzər – ŞAİR ÖMRÜ

ŞAİR ÖMRÜ

Bir yağış oyaqdır, bir o, bu gecə,
Şairin gözləri yuxu bilməyir.
Elə dalıb gedir düşüncələrə,
Düşdüyü quyudan çıxa bilməyir.

Bu başdöndürücü həyatın sonu,
Nə zaman gələcək tapacaq onu?!
Tüstüdür o gedən qatarın donu,
Ya da bir lənətli çuxa, bilməyir.

Keçəmmir sədləri kor yorğa ilə,
Nəsihət qulaqda asırğa elə…
Oynayır tufanla, qasırğa ilə,
Çay kimi sakitcə axa bilməyir.

İstəyir əlləri bir ələ çata,
Könül sındırmağı sayıbdı xata,
Günəş tək gələnlər axı həyata,
Ay kimi buluddan baxa bilməyir.

Yazan varsa, silən yoxdu nə üçün?
Ağlayanmı ən son gülən, nə üçün?
Hər sehiri-sirri bilən, nə üçün
Dərd əl olur, şair yaxa, bilməyir.

25.07.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Təkrirlər…

Təkrirlər

(epifora)


Çəkil, fələk, get başımdan,
Susuram yorğun-yorğun.
Razıdır o, göz yaşımdan
Baxıram ağrın-ağrın.

Bir hovur dincəlim, gülüm,
Gələndə demir ki ölüm..
İçimdə tufandır, çölüm
Göl kimi durğun-durgun.

Qara olub ağ, artdıqca,
Üz rəngləyib ağartdıqca..
Onlar məni ağlatdıqca
Gülürəm darğın-darğın.

Qəm dərib arzu əkirəm,
Bilməyən sanır çökürəm..
Arı kimi bal çəkirəm
Çiçəkdən oğrun-oğrun.

Ömür yığılar addıma…
Hər addım sallam yadıma,-
Öz “ədalətli” adıma
Yaşaram uyğun-uyğun.

Adilə də pay diləyər,
Qoşula gedə küləyə…
Aşiq oldum bir mələyə,
Gözlərəm vurğun-vurğun.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – ZAMAN

ZAMAN

Duyğularım pərvanə tək dolanır şam başına,
Könül uçur güz gülünə, payız qaranquşuna.

Zaman keçir, vaxt tələsir, əqrəb milin qaşında,
Yaşım əlli, başım yüzdür, ürəyim min yaşında.

Üzüm güləş, içim hüzün, halım bir az əsəbi,
Bu qarışıq hislərimin çoxdan çoxdur səbəbi.

Yazan belə yazıb ömrü, sürürəm, gözüm nuru,
Tanrı bilir, nə vaxtadək borc veribdir bu ruhu.

Yox oluşu yalan-yanlış gedilən yoxuş çəkir.
Mənə gedən ən doğru yol yenə də məndən keçir.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – AĞRI DAĞI

AĞRI DAĞI

Gələm ətəyində səcdəyə duram,
Başının qarından ilham aldığım.
Səndən əsən külək ruhumu oxşar,
Şəfa qaynağımsan, ey Ağrı dağım.

Çiçək ətirlidir qanlı torpağın,
Söz tapmam axtarsam özəlliyinə,
Zirvənə yenidən qonan bayrağım,
Gözəllik qatıbdır gözəlliyinə.

Mən səndən ayrılmam, ey dağlar şahı,
Dırnağı ayırmaq olmaz ki, ətdən.
Əlavə söhbətə nə gərək, axı,
Sən mənim olmusan elə xilqətdən.

Parat, Ərgör qalxdı zirvənə, Ağrı,
Səni dost görməyən deyildir sənin.
Qoy görüb yarılsın düşmənin bağrı,
Sonuncu səyyahın Adildir sənin.

Səndə qərar tutdu Nuhun gəmisi,
Özün mübarəksən, adın mübarək!
Ulduzun, Günəşin, Ayın zəmisi,
Yerlərə dayaqsan, göylərə dirək.

Nələr yaşayıbsan, nələr aşıbsan,
Qoynunda bülbültək ötmək istərəm.
Taclanıb buludla qoşalaşıbsan,
Şahım, ətəyindən öpmək istərəm.

12.07.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – İCAZƏNİZLƏ

İCAZƏNİZLƏ

İxtiyar olsaydı tale yazmağa
Bir qələm çalardım icazənizlə.
Təkcə şairliyim qalsın deyərdim,
Söz sözə calardım icazənizlə.

Gün, gecə bilməzdim, yaşıl bağların
Yolunu yorardım buz bulaqların,
Mərmər qayaların, zirvə dağların
Seyrinə dalardım icazənizlə.

Deyərdim əlini ver, yolu keçək,
Təkcə yuxulardı dünyada gerçək.
Qurumasın deyə bir gül, bir çiçək,
Ağlayıb sulardım icazənizlə.

Baxmazdım kim kimi niyə daşladı,
Xeyir də var, şər də – başqa-başqadı.
Sevərək yaşayıb ölmək başqadı,
Eşqə qul olardım icazənizlə.

Qoy hamı dilinə salam gətirsin,
Rəbbim dərdi-səri sona yetirsin.
Kim nə istəyirsə alıb götürsün,
Mən könül alardım icazənizlə.

25.06.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Bayrağım

BAYRAĞIM

Sən ki bir sərv ağacısan,
kökün möhkəm, başın uca.
rüzgar vurur nazlanırsan,
qanadlanıb uça-uça.
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.

Mavi göyüm, baş tacımsan,
Yaşılımsan, inancımsan.
uğrunda min-min illərdir
tökülən qan – qırmızımsan,
Atam, qardaşım, bacımsan…
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.

Tufan qopsa, külək əssə,
qəddin düz – sərv əyilməzdir.
Sənə sevgim gəlməz bəhsə,
Eşqsən – eşq ram edilməzdir.

Düzüləndə qatar-qatar,
Göz oxşar əzəmət, vüqar,
Qaynayar dəli duyğular,
məni sənə bağlayarsan…
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.

Qamətinə əriyən şam,
Günəş tək alışam, yanam,
Ay-ulduzlu qırmızı bağ
olam, belinə dolanam…

Süz, göyə baş qaldıraraq,
Keç, gözümdən varaq-varaq…
Boyun, görkəminlə ancaq
Güc-qüvvətim, dayağımsan.
Sən üç rəngli bayrağımsan,
sən mənim azadlığımsan.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzərdən bir şeir

HƏYAT NİYƏ BELƏDİR!?

Həyat niyə belədir?
Bir günü sevincdirsə,
beş günü kədər, qəmdir.
Dərdlər vardır çarəsiz,
ahlar vardır naləsiz,
Sirlər vardır açılmaz,
yollar vardır aşılmaz…
Baxırsan… kim kimədir?
Həyat niyə belədir?

Ağılla duyğu düşmən,
Ruh duymur yansa bağrın,
Yazıq qəlbə qalansa
ağrı üstünə ağrı…
Vaxt keçir, vaxt tələsir,
Ömür dediyin yuxu
ağacda son yarpaq tək
qopdu-qopacaq… əsir,
gözündən düşüb sınır…
sınıqlar əli kəsir…
Nə şənlik var, nə büsat,
yana düşür qol-qanad…
ağlasan, gülür həyat…

Deyirsən, yaşamağa
dəyməzdi yaşananlar,
sonrası beləydisə
olmayaydı olanlar…
qədəhdəki şərab tək
ya ağ, ya qıpqırmızı
üzünə durur yalanlar…
durub baxırsan mat-mat…
Niyə belədir həyat?

29.04.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Alan Mathison Türing

“Apple” şirkətinin dişlənmiş alma loqosu sianid (siyanür zəhəri) bulaşdırılmış almanı dişləyərək intihar edən Alan Mathison Türing-ə məxsusdur. Alan Türinq riyaziyyatçı, kompüter alimi və kriptoloqdur. 1912-ci ildə İngiltərədə anadan olub. 24 yaşında nəşr etdiyi “Hesablana bilən ədədlər üzərində Qərar Probleminin Tətbiqi” adlı məqaləsində bildiyimiz alqoritm anlayışını ümumiləşdirərək, kompüter alqoritmlərinin simulyasiyasında istifadə edilə bilən xəyali bir mexanizma dizayn edib. Həmin maşın bugün “Türinq mexanizması” kimi tanınır.
1950-ci ildə nəşr etdiyi “Hesablama maşınları və zəka” məqaləsində Türinq süni intellektin həqiqətən düşünə bilib-bilmədiyini ayırd etmək üçün bir test təklif edib. Bu gün “Türinq testi” kimi tanınan bu üsul ilk dəfə süni intellekti ciddi şəkildə müzakirə edib.
Nasistlərin gizli yazışmalarda istifadə etdikləri Enigma kodlaşdırmasını çözüb. Almanların Enigma adlı məşhur şifrə mexanizmini deşifrə etməklə müharibənin gedişatını dəyişib – Alman sualtı qayıqlarının və döyüş təyyarələrinin London üzərində həyata keçirdiyi bombardmanları qismən zərərsizləşdirib. Bu yolla müharibə İngiltərənin xeyrinə, -qələbə ilə başa çatıb.
Sonralar Türinq ölkəsini müharibədən xilas edən kodlaşdırmanı daha da inkişaf etdirib.
1952-ci ildə homoseksual davranışına görə həbs edilib.
2 il sonra 1954-cü ildə Türinq intihar etmək üçün dişlədiyi almadan ölüb. Belə ki, cəsədi tapılanda yanında dişlənmiş zəhərli alma olub.
Dişlənmiş alma formalı loqo kompüter texnologiyasının atası sayılan Alan Türinqin əməyinin dəyəri və xatirəsinə sayqı olaraq seçilib.

Məlumatı hazırladı: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər: – BİR DƏ GƏLƏM-GƏLMƏYƏM…

BİR DƏ GƏLƏM-GƏLMƏYƏM

Yol üstəyəm, qadan alım, bir də gələm-gəlməyəm,
Halallıq ver, ay məlalım, bir də gələm-gəlməyəm.
Ya bir qədəh kədər göndər gedərayaq nuş edim,
Ya bir söz de mənə, zalım, bir də gələm-gəlməyəm.

Biz mamır da olammadıq bu dünyanın daşında,
Yaman tutdu toz-tozanaq, hər kəs əli qaşında,
Bu küləklər şəhərində yellər əsdi başında,
Mən gedirəm, ey havalım, bir də gələm-gəlməyəm.

Adiləyəm, bundan sonra diləyə nə gərək var?!
Həsrət yolub saçlarımı, küləyə nə gərək var?!
Daha məndə can qalmayıb, mələyə nə gərək var?!
Salamat qal, tab-tavanım, bir də gələm-gəlməyəm.

2023.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər: – Novruz Bayramınız və Poeziya Gününüz mübarək olsun!

NOVRUZ BAYRAMINIZ VƏ POEZİYA GÜNÜNÜZ MÜBARƏK OLSUN!

Bu dünyada hər şeyin dəyəri var və eyni zamanda heç nəyin dəyəri yoxdur…
Bildiyimiz kimi hər şeyin artığı zərər gətirir. Elm – məntiq də insanlığa xidmət etməyəndə dünyanın, həyatın dəyərini gözümüzdən salır əslində.
Son dövrlərdə baş verən hadisələr deyir ki, elmin bir adı məntiq olduğu kimi, o biri adı da siyasətdir, insana dünyanı özünə tabe etdirməyin qaranlıq və təhlükəli yollarını göstərir, insanı hesablı yaşamağa öyrədir. Hesablı yaşam isə insanlığın süqutudur.
Son illər hamı məntiqi ilə yaşamağa başlayıb. Hamı hər sahədə ilinin, gününün, hətta saatının hesabını aparır (maddi, mənəvi)… Mənim fikrimcə xoşbəxt o insandır ki, sabahı fikirləşmir, bugününü yaşayır. Hər dəqiqənin bir hökmü var, 1 dəqiqə sonra nə olacağını kim bilir?…
Biz türklər istiqanlı və duyğulu millətik, amma heyiflər olsun ki, dünyada hamı belə deyil.
Arzu ediləm ki, elə bir dövr gəlsin ki, məntiqlə duyğu arasında tarazlıq olsun. Bax, məhz o zaman İNSANLIĞIN ən böyük uğuru olacaq…
Yaşasın, ağılı, məntiqi qədər də duyğuları ilə yaşayan və yaradıcılığı, sənəti duyan, sevən insanlar! Dünyanı səmimiyyətilə, məhəbbətilə xilas edənlər də məhz onlar olacaqlar. Belə insanların hamısı ŞAİRdir – heykəltəraş daş üzərində, bəstəkar səsdə, rəssam rəngdə, onları diyanlar isə həyata, sənətə, insana və insanlığa baxışları ilə “şeir yazır.”
Poeziya həyatın döyünən ürəyidir. Poeziya duyğudur, hissdir, ruhdur. Poeziya sübut edir ki, dünyada hər şeyin birmənalı şəkildə dəyəri var.
Ruhsuz bədənlər isə “ölü”dür.
Təbiətin rəngini çəkmək asandır şair üçün, bu siyasətin itmiş rənginə bənzəmir…
Əziz və hörmətli feysbuk dostlarım! Ömür kitabınızın ən gözəl yerindən – Novruzun ilk günündə SAĞLAM RUH, SAĞLAM BƏDƏN və MÜBARƏK GÜNLƏR sizin olsun!
Novruz Bayramınız və Poeziya Gününüz mübarək olsun!

Hörmətlə: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru