
KAŞ SAXLAMIŞAM
Göy üzü vərəqdi, ulduzlar nöqtə,
Hər nöqtə bir ömrün bitiş yeridi.
Alnımda görünən o dərin qırış,
Vüsalla hicranın tikiş yeridi.
Dayanıb baxıram ötən illərə,
Sanki bir yuxudu, görüb keçmişəm.
Acı dərman kimi udub dərdimi,
Üstündən intizar süzüb icmişəm.
Küləklər aparıb arzularımı,
Gözümdə bir damcı yaş saxlamışam.
Ürək sözlərimi kağıza yazıb,
Dilimdə tək bircə “kaş” saxlamışam.
Müəllif: Şəfəq Vilayətqızı
Oxuyun >> Gözündə tük var