Etiket arxivi: Alpaqut

Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi uğurla başa çatdı

Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi uğurla başa çatdı

2024-cü il dekabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan Çempionatı və Birinciliyi keçirildi.

Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 20 komandadan ibarət 435 idmançını bir araya gətirdi. Yarış iştirakçıları Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər.

Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev, I Vitse-prezidenti Mehman Səfərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Prezidenti Kazım Qurbanov, və Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov iştirak ediblər.

Fuad Quliyev açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasəti çərçivəsində həyata keçirilən layihələrin idmanın inkişafına və milli dəyərlərin qorunub saxlanılmasına mühüm töhfə verdiyini vurğuladı. Çıxış edən digər rəsmi şəxslər də yarışın əhəmiyyətindən bəhs edərək, gənclərin milli idman irsinə marağını artırmaq üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdilər.

Yarışın bədii hissəsi idmançılar və tamaşaçılar üçün xüsusi anlarla yadda qaldı. Azərbaycan Alpaqut Federasiyasının Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim etdilər. Bakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Xuraman Şəms və onun tələbələri rəqs nümunələri ilə tədbirə rəng qatdılar. 13 yaşlı musiqiçi Özil İsmayılovun ifası isə tədbir iştirakçılarının qəlbində xoş təəssüratlar yaratdı.

Yarışın yüksək səviyyədə təşkil olunmasında yarışın direktoru Kutsan Vasif Namazov, baş katib Kürşad Rafiq Qasımov, Dünya Alpaqut Federasiyasının İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin sədri Firuzə Cəlilova, baş hakim Tegin Elsevər Puri, Apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam-intizam komitəsinin üzvü Ramil Mehdili, mətbuat katibi Zarina Hüseynova, Parad və mükafatlandırma işləri üzrə koordinator Natiq Eminov, yarışın komendantları Tegin Kənan Quliyev və Tegin Şahlar Vəliyev və Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivinin böyük əməyi olmuşdur.

Yarışın ümumi komanda üzrə nəticələri:

Ayça sistemi üzrə:
1-ci yer – Sabunçu
2-ci yer – Suraxanı
3-cü yer – Emil Şamilov D/K

Batur sistemi üzrə:
1-ci yer – Laçın
2-ci yer – Şəmkir
3-cü yer – Zərdab

Cahmaz sistemi üzrə:
1-ci yer – Beyləqan
2-ci yer – Ağdam
3-cü yer – Tovuz

Qurşaq sistemi üzrə:
1-ci yer – Şabran
2-ci yer – Yasamal
3-cü yer – Pantera

Bu tədbir yalnız yarış deyil, həm də Alpaqut Turan Döyüş Sənətinin fəlsəfəsinin, milli dəyərlərinin və idman irsinin gənclərə aşılanması məqsədini daşıyırdı. Tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildirir, idmançılara isə gələcəkdə daha böyük uğurlar arzulayırıq!

Müəllif: Məmməd MƏRZİLİ

Alpaqutun Qarabağ üzrə mətbuat katibi

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağdam rayonunda idmançılara diqqət

Ağdam rayonunun İH-nin başçısı cənab Vaqif Həsənov Gürcüstan respublikasının Kutaisi şəhərində keçirilən Alpaqut üzrə Dünya Kubokunun qızıl medallarını qazanan rayon idmançılarını qəbul edib.
Bu tədbirdə 16 saylı Regional Xəzinədarlıq idarəsinin rəis müavini Şahin Abışov, Azərbaycan respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının Ağdam şöbəsinin sədri Elşən Zeynalov və Qarabağ veteranları iştirak edirdilər.
Tədbirdə çıxış edən cənab V.Həsənov göstərdikləri yüksək nəticəyə görə idmançıları təbrik edib. Onlara yeni uğurlar arzulayıb.
Sonra çıxış edən Alpaqutun Ağdam filialının sədri, məşqçi Kənan Quliyev idmançıları belə ruhlandıran, onlara yüksək qiymət verən, onların həmişə qayğılarına qalan Ağdam rayon İH-nin başçısı cənab Vaqif Həsənova və Veteranlar Şurasının sədri Elşən Zeynalova minnətdarlığını bildirib.
Tədbirin sonunda cənab Vaqif Həsənov və Elşən Zeynalov məşqçi Kənan Quliyevə, birinci yer tutan Qənbər Ağayevə, Rəşad Quluzadəyə və Fərid Sarıyevə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim ediblər. Fotolar:

Müəllif: Məmməd MƏRZİLİ

Alpaqutun Qarabağ üzrə mətbuat katibi

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Avropa çempionatına hazılıq

Avropa çempionatına hazılıq

 Alpaqut Türk Döyüş növü üzrə Ağdam filialında növbəti məşq günüdü. İdmançılar isinmə hərəkətləri edəndən sonra fiziki hazırlıqlarını məşq edirlər.İdmançılarda fiziki hazırlıq çox önəmlidi. 

Məşqçi Kənan müəllim idmançılara qarçı çox tələbkardı. Düzgün olmayan hərəkət elementini dəfələrlə təkrar elətdirir. Çünki bu idmançılardan bir neçəsi Rumuniya respublikasında keçiriləcək Avropa Çempionatına hazırlaşırlar.

İdmançıların içində diqqətimi kiçik yaşlı bir qız cəlb edir. Bu Ümrəxatundu. Atası, anası da onun məşqlərinə baxırlar.

Ümrəxatun 04.10.2019-cu ildə Quzanlı qəsəbəsində doğulub. Atası Qurban Qəhrəmanovdan soruşuram:

   -Qurban bəy, necə oldu qızınızı bu yaşda bura gətirdiniz?

   -Bir gün qızım, həyat yoldaşım Leyla müəllimə ilə Quzanlı İdman Kompleksinin yanından keçəndə məşq edən uşaqları görən kimi Ümrəxatun dedi ki, mən də onlar kimi idman etmək istəyirəm. Mən, yaxşı, deyib bunu ötəri bir həvəs kimi qəbul etdim. Lakin o, israrla bizə onun bura gətirməyimizi məcbur etdi. Biz də Kənan müəllimə müraciət etdik. O, da sağ olsun Ümrəxatunu qəbul etməyə razılıq verdi.

   -Qızınızın Alpaqutla məşğul olmağında bir marağınız, məqsədiniz varmı?

   -Bir ata kimi mənim marağım onun sağlam olmasıdı, məqsədim gələcəkdə o, da məşqç kimi bu idman növünü uşaqlara sevdirməyidi (bu mənim fikrikdi, böyüyəndən sonra seçim özünündü).

Anası Leyla Həmidova Quzanlı kəndində Uşaq musuqi məktəbində Səs müəllimi işləyir.Onun da qızı haqqında fikrini bilmək mənim üçün maraqlı oldu. 

  -Leyla müəllimə, qızınız haqqında nə deyə bilərsiniz?

  -Qızımız Ümrəxatun hələ dil açandan vətənpərvərdi.Ordumuz Qarabağda qələbə çalandan sonra bizə dedi ki, məni Qarabağa aparın! Aradan bir az keçmiş, zəfərdən bir il keçmiş olardı, yenə dirəndi ki, məni Qarabağa aparın!Biz onu maşına mindirib Əfətliyə tərəf yol aldıq. Quzanlı kəndini çıxan kimi Şəhidlər xiyabanın görüb dedi ki, hə, buranı deyirəm. Mən onda anladım ki, o, Şəhidlər xiyabanın nəzərdə tuturmuş. Döndük ora. Şəhidlər xiyabanının qarşısında satılan güllərdən alıb ona verdik.Ümrəxatun o gülləri bir-bir şəhidlərin məzarları üstə düzdü.

   -Bu idman növün siz seçdiniz, özü?

   -Biz. Bir musiqi müəllimi olmaqla mən milliliyi çox sevirəm. Milli musiqimizi, milli idman növlərimizi, milli adət-ənənələrimizi, milli mətbəximizi qoruyub saxlamağın tərəfdarıyam. Türk Döyüş növü olan Alpaqutda milliliyimiz var. Mən istəyirəm ki, qızımız Ümrəxatun bu idman növündə uğurlar əldə edib bayrağımızı Avropada, dünyada yüksəklərə qaldırsın. Sonra da həyat yoldaşım Qurban demişkən, Kənan müəllim kimi məşqçi olsun.

   Kənan müəllimdən soruşuram:

   -Gəldiyi gündən Ümrəxatunda bir irəliləyiş varmı?

   -Bəli, çox həvəslə işləyır. Deyiləni canla-başla yerinə yetirməyə çalışır. O, yaşda hamıdan kiçik olmağına baxmayaraq özündən böyüklərdən geri qalmaq istəmir. Çox çalışqan qızdı…

Məşq davam edir. Sizə uğurlar olsun! 

Alpaqut Türk Döyüş növü

Müəllif: Məmməd MƏRZİLİ

Şair-publisist, AJB-nin üzvü.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru