Etiket arxivi: Araz ŞƏHRİLİ (Abbasov)

Araz Şəhrilidən maraqlı faktlar – statistika

Cənubi Azərbaycanda neçə milyon azərbaycanlı yaşayır?: 50, yoxsa 19…?

ARAŞDIRMA

İranda, xüsusilə Cənubi Azərbaycanda yayaşan azərbaycanlıların sayı barədə məlumatlar həmişə qeyri-dəqiq olub. Məsələn, SSRİ dövrünə aid nəşrlərdə İran azərbaycanlılarının sayı 7 milyon civarında göstərilirdi. Şayiə formasında dolaşan xəbərlərə görə, bu rəqəm 20 milyona yaxın idi. Azərbaycan müstəqillik qazandıqdan sonra İranda əvvəlcə 20 milyon, sonra 25 milyon, ardınca 30 milyon, nəhayət, 35-40 milyon azərbaycanlının yaşaması barədə məlumatlar yayıldı. Bugün iddia edilir ki, İrandakı azərbaycanlıların sayı artıq 50 milyon nəfərdir.

Bəs həqiqi vəziyyət necədir? İranda yaşayan azərbaycanlıların sayını müəyyən etmək mümkündürmü? Zənnimizcə, bunu edə bilərik. Amma bəri başdan vurğulayaq ki, əldə edəcəyimiz rəqəmlər təxmini, lakin reallığa yaxın olacaq. Bunun üçün İran ostanlarındakı demoqrafik vəziyyətə nəzər salmalıyıq. İranda 31 ostan var. Onları əlifba sırası ilə təqdim edirik:

1.Buşəhr ostanı: ərazisi – 22.743 km, əhalisi – 1.174.000 nəfər.
2.Cənubi Xorasan ostanı: ərazisi – 151.913 km, əhalisi – 786.000 nəfər.
3.Çahar-Mahal və Bəxtiyar ostanı: ərazisi – 16.332 km, əhalisi – 973.000 nəfər.
4.Əlburz ostanı: ərazisi – 5.833 km, əhalisi – 2.730.000 nəfər.
5.Ərdəbil ostanı: ərazisi – 17.800 km, əhalisi – 1.284.000 nəfər.
6.Fars ostanı: ərazisi – 122.608 km, əhalisi – 4.904.000 nəfər.
7.Gilan ostanı: ərazisi – 14.042 km, əhalisi – 2.546.000 nəfər.
8.Gülistan ostanı: ərazisi – 20.367 km, əhalisi – 1.893.000 nəfər.
9.Həmədan ostanı: ərazisi – 19.493 km, əhalisi – 1.756.000 nəfər.
10.Hörmüzgan ostanı: ərazisi – 70.697 km, əhalisi – 1.806.000 nəfər.
11.Xuzistan ostanı: ərazisi – 64.055 km, əhalisi – 4.725.000 nəfər.
12.İlam ostanı: ərazisi – 20.164 km, əhalisi – 591.000 nəfər.
13.İsfahan ostanı: ərazisi – 107.018 km, əhalisi – 5.136.000 nəfər.
14.Kirman ostanı: ərazisi – 183.285 km, əhalisi – 3.184.000 nəfər.
15.Kirmanşah ostanı: ərazisi – 24.998 km, əhalisi – 2.003.000 nəfər.
16.Kohgiluyə və Boyar-Əhməd ostanı: ərazisi – 15.504 km, əhalisi – 728.000 nəfər.
17.Kürdistan ostanı: ərazisi – 29.137 km, əhalisi – 1.614.000 nəfər.
18.Qərbi Azərbaycan ostanı – ərazisi – 37.437 km, əhalisi – 3.278.000 nəfər.
19.Qəzvin ostanı: ərazisi – 15.567 km, əhalisi – 1.284.000 nəfər.
20.Qum ostanı: ərazisi – 11.526 km, əhalisi – 1.300.000 nəfər.
21.Luristan ostanı: ərazisi – 28.294 km, əhalisi – 1.784.000 nəfər.
22.Mazandaran ostanı: ərazisi – 23.833 km, əhalisi – 3.302.000 nəfər.
23.Mərkəzi ostanı: ərazisi – 29.127 km, əhalisi – 1.436.000 nəfər.
24.Rəzəvi Xorasan ostanı: ərazisi – 118.884 km, əhalisi – 6.444.000 nəfər.
25.Simnan ostanı: ərazisi – 97.491 km, əhalisi – 715.000 nəfər.
26.Sistan və Bəlucistan ostanı: ərazisi – 180.726 km, əhalisi – 2.777.000 nəfər.
27.Şərqi Azərbaycan ostanı: ərazisi – 45.650 km, əhalisi – 3.925.000 nəfər.
28.Şimali Xorasan ostanı: ərazisi – 28.434 km, əhalisi – 868.000 nəfər.
29.Tehran ostanı: ərazisi – 18.814 km, əhalisi – 13.323.000 nəfər.
30.Yəzd ostanı: ərazisi – 76.469 km, əhalisi – 1.156..000 nəfər.
31.Zəncan ostanı: ərazisi – 21.773 km, əhalisi – 1.103.000 nəfər.

Qeyd:
Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təxmini sayı:

1.Ərdəbil ostanında əhalinin təxminən 95 faizi, yaxud 1.220.000 nəfəri azərbaycanlıdır.
2.Həmədan ostanında əhalinin təxminən 60 faizi, yaxud 1.054.000 nəfəri azərbaycanlıdır.
3.Qərbi Azərbaycan ostanında əhalinin təxminən 77 faizi, yaxud 2.524.000 nəfəri azərbaycanlıdır.
4.Qəzvin ostanında əhalinin təxminən 52 faizi, yaxud 668.000 nəfəri azərbaycanlıdır.
5.Şərqi Azırbaycan ostanında əhalinin təxminən 97 faizi, yaxud 3.807.250 nəfəri azərbaycanlıdır.
6.Zəncan ostanında əhalinin təxminən 90 faizi, yaxud 993.000 nəfəri azərbaycanlıdır.

Nəticə:

Cənubi Azərbaycanda təxminən 10.266.250 nəfər azərbaycanlı yaşayır.

İranın digər ostanlarında yaşayan azərbaycanlıların təxmini sayı:

1.Buşəhr ostanında əhalinin təxminən 2 faizi, yaxud 24.000 nəfəri azərbaycanlıdır.
2.Cənubi Xorasan ostanında azərbaycanlı, demək olar ki, yoxdur.
3.Çahar-Mahal və Bəxtiyar ostanında əhalinin təxminən 18 faizi, yaxud 176.000 nəfəri azərbaycanlıdır.
4.Əlburz ostanında əhalinin təxminən 39 faizi, yaxud 1.065.000 nəfəri azərbaycanlıdır.
5.Fars ostanında əhalinin təxminən 14 faizi, yaxud 687.000 nəfəri azərbaycanlıdır.
6.Gilan ostanında əhalinin təxminən 19 faizi, yaxud 484.000 nəfəri azərbaycanlıdır.
7.Gülistan ostanında əhalinin təxminən 34 faizi, yaxud 625.000 nəfəri türkmən, təxminən 8 faizi, yaxud 151.440 nəfəri Xorasan türküdür.
8.Hörmüzgan ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 1.000 nəfəri azərbaycanlıdır.
9.Xuzistan ostanında əhalinin təxminən 3.4 faizi, yaxud 161.000 nəfəri azərbaycanlıdır.
10.İlam ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 600 nəfəri azərbaycanlıdır.
11.İsfahan ostanında əhalinin təxminən 11 faizi, yaxud 565.000 nəfəri azərbaycanlıdır.
12.Kirman ostanında əhalinin təxminən 1 faizi, yaxud 32.000 nəfəri azərbaycanlıdır.
13.Kirmanşah ostanında əhalinin təxminən 2 faizi, yaxud 40.000 nəfəri azərbaycanlıdır.
14.Kohgiluyə və Boyar Əhməd ostanında əhalinin təxminən 7.2 faizi, yaxud 53.000 nəfəri azərbaycanlıdır.
15.Kürdistan ostanında əhalinin təxminən 4.1 faizi, yaxud 66.000 nəfəri azərbaycanlıdır.
16.Qum ostanında əhalinin təxminən 30 faizi, yaxud 390.000 nəfəri azərbaycanlıdır.
17.Luristan ostanında əhalinin təxminıən 0.5 faizi, yaxud 9.000 nəfəri azərbaycanlıdır.
18.Mazandaran ostanında əhalinin təxminən 2.5 faizi, yaxud 83.000 nəfəri azərbaycanlıdır.
19.Mərkəzi ostanında əhalinin təxminən 21 faizi, yaxud 301.000 nəfəri azərbaycanlıdır.
20.Rəzəvi-Xorasan ostanında əhalinin təxminən 5.5 faizi, yaxud 355.000 nəfəri Xorasan türkü, təxminən 0.3 faizi, yaxud 20.000 nəfəri türkməndir.
21.Simnan ostanında əhalinin təxminən 1.5 faizi, yaxud 11.000 nəfəri azərbaycanlıdır.
22.Sistan və Bəlucistan ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 3.000 nəfəri azərbaycanlıdır.
23.Şimali Xorasan ostanında əhalinin təxminən 50 faizi, yaxud 434.000 nəfəri Xorasan türkü, təxminən 5.3 faizi, yaxud 46.000 nəfəri türkməndir.
24.Tehran ostanında əhalinin təxminən 35 faizi, yaxud 4.663.000 nəfəri azərbaycanlıdır.
25.Yəzd ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 6.000 nəfəri azərbaycanlıdır.

Nəticə:

İranın digər 25 ostanında təxminən 8.820.600 nəfər azərbaycanlı, 940.440 nəfər Xorasan türkü, 691.000 nəfər türkmən yaşayır. Siyahıdan göründüyü kimi, Əlburz (39%), Fars (14%), Gilan (19%), Gülistan (42%), İsfahan (11%), Qum (30%), Mərkəzi (21%), Şimali Xorasan (55.3%) və Tehran (35%) ostanlarında əhalinin əhəmiyyətli hissəsi türklərdir. Bu ostanlardan yalnız Əlburz, Gilan və Mərkəzi ostanlarının Cənubi Azərbaycan ostanlarına birbaşa çıxışı var. Qum və Tehran ostanları isə Əlburz və Mərkəzi ostanları ilə həmsərhəddir. Gülistan, Şimali Xorasan və Rəzəvi Xorasan ostanları Türkmənistan və Əfqanıstan sərhədlərində yerləşir.

Qeyd:

Xorasan türkləri əslində azərbaycanlı və qızılbaş olsalar da, onları bəzən türkmən, bəzən isə özbək hesab edirlər. Lakin çox vaxt sadəcə Xorasan türkü adlandırırlar.

Beləliklə, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir. Onların tən yarısı Cənubi Azərbaycanda, 20 faizi Tehran şəhərində, 30 faizi isə ölkənin müxtəlif vilayətlərində yaşayır.

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar, tədqiqatçı

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Cənubi Azərbaycanda nə qədər azərbaycanlı yaşayır?

Cənubi Azərbaycanda nə qədər azərbaycanlı yaşayır?

İranda, xüsusilə Cənubi Azərbaycanda yayaşan azərbaycanlıların sayı barədə məlumatlar həmişə qeyri-dəqiq olub. Məsələn, SSRİ dövrünə aid nəşrlərdə İran azərbaycanlılarının sayı 7 milyon civarında göstərilirdi. Şayiə formasında dolaşan xəbərlərə görə, bu rəqəm 20 milyona yaxın idi. Azərbaycan müstəqillik qazandıqdan sonra İranda əvvəlcə 20 milyon, sonra 25 milyon, ardınca 30 milyon, nəhayət 35-40 milyon azərbaycanlının yaşaması barədə məlumatlar yayıldı. Bugün iddia edilir ki, İrandakı azərbaycanlıların sayı artıq 50 milyon nəfərdir.

Bəs həqiqi vəziyyət necədir? İranda yaşayan azərbaycanlıların sayını müəyyən etmək mümkündürmü? Zənnimizcə, bunu edə bilərik. Amma bəri başdan vurğulayaq ki, əldə edəcəyimiz rəqəmlər təxmini, lakin reallığa yaxın olacaq. Bunun üçün İran ostanlarındakı demoqrafik vəziyyətə nəzər salmalıyıq. İranda 31 ostan var. Onları əlifba sırası ilə təqdim edirik:

1.Buşəhr ostanı: ərazisi – 22.743 km, əhalisi – 1.174.000 nəfər.
2.Cənubi Xorasan ostanı: ərazisi – 151.913 km, əhalisi – 786.000 nəfər.
3.Çahar-Mahal və Bəxtiyar ostanı: ərazisi – 16.332 km, əhalisi – 973.000 nəfər.
4.Əlburz ostanı: ərazisi – 5.833 km, əhalisi – 2.730.000 nəfər.
5.Ərdəbil ostanı: ərazisi – 17.800 km, əhalisi – 1.284.000 nəfər.
6.Fars ostanı: ərazisi – 122.608 km, əhalisi – 4.904.000 nəfər.
7.Gilan ostanı: ərazisi – 14.042 km, əhalisi – 2.546.000 nəfər.
8.Gülistan ostanı: ərazisi – 20.367 km, əhalisi – 1.893.000 nəfər.
9.Həmədan ostanı: ərazisi – 19.493 km, əhalisi – 1.756.000 nəfər.
10.Hörmüzgan ostanı: ərazisi – 70.697 km, əhalisi – 1.806.000 nəfər.
11.Xuzistan ostanı: ərazisi – 64.055 km, əhalisi – 4.725.000 nəfər.
12.İlam ostanı: ərazisi – 20.164 km, əhalisi – 591.000 nəfər.
13.İsfahan ostanı: ərazisi – 107.018 km, əhalisi – 5.136.000 nəfər.
14.Kirman ostanı: ərazisi – 183.285 km, əhalisi – 3.184.000 nəfər.
15.Kirmanşah ostanı: ərazisi – 24.998 km, əhalisi – 2.003.000 nəfər.
16.Kohgiluyə və Boyar-Əhməd ostanı: ərazisi – 15.504 km, əhalisi – 728.000 nəfər.
17.Kürdistan ostanı: ərazisi – 29.137 km, əhalisi – 1.614.000 nəfər.
18.Qərbi Azərbaycan ostanı – ərazisi – 37.437 km, əhalisi – 3.278.000 nəfər.
19.Qəzvin ostanı: ərazisi – 15.567 km, əhalisi – 1.284.000 nəfər.
20.Qum ostanı: ərazisi – 11.526 km, əhalisi – 1.300.000 nəfər.
21.Luristan ostanı: ərazisi – 28.294 km, əhalisi – 1.784.000 nəfər.
22.Mazandaran ostanı: ərazisi – 23.833 km, əhalisi – 3.302.000 nəfər.
23.Mərkəzi ostanı: ərazisi – 29.127 km, əhalisi – 1.436.000 nəfər.
24.Rəzəvi Xorasan ostanı: ərazisi – 118.884 km, əhalisi – 6.444.000 nəfər.
25.Simnan ostanı: ərazisi – 97.491 km, əhalisi – 715.000 nəfər.
26.Sistan və Bəlucistan ostanı: ərazisi – 180.726 km, əhalisi – 2.777.000 nəfər.
27.Şərqi Azərbaycan ostanı: ərazisi – 45.650 km, əhalisi – 3.925.000 nəfər.
28.Şimali Xorasan ostanı: ərazisi – 28.434 km, əhalisi – 868.000 nəfər.
29.Tehran ostanı: ərazisi – 18.814 km, əhalisi – 13.323.000 nəfər.
30.Yəzd ostanı: ərazisi – 76.469 km, əhalisi – 1.156..000 nəfər.
31.Zəncan ostanı: ərazisi – 21.773 km, əhalisi – 1.103.000 nəfər.

Qeyd. Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təxmini sayı:

1.Ərdəbil ostanında əhalinin təxminən 95 faizi, yaxud 1.220.000 nəfəri azərbaycanlıdır.
2.Həmədan ostanında əhalinin təxminən 60 faizi, yaxud 1.054.000 nəfəri azərbaycanlıdır.
3.Qərbi Azərbaycan ostanında əhalinin təxminən 77 faizi, yaxud 2.524.000 nəfəri azərbaycanlıdır.
4.Qəzvin ostanında əhalinin təxminən 52 faizi, yaxud 668.000 nəfəri azərbaycanlıdır.
5.Şərqi Azırbaycan ostanında əhalinin təxminən 97 faizi, yaxud 3.807.250 nəfəri azərbaycanlıdır.
6.Zəncan ostanında əhalinin təxminən 90 faizi, yaxud 993.000 nəfəri azərbaycanlıdır.

Nəticə. Cənubi Azərbaycanda təxminən 10.266.250 nəfər azərbaycanlı yaşayır.

İranın digər ostanlarında yaşayan azərbaycanlıların təxmini sayı:

1.Buşəhr ostanında əhalinin təxminən 2 faizi, yaxud 24.000 nəfəri azərbaycanlıdır.
2.Cənubi Xorasan ostanında azərbaycanlı demək olar ki, yoxdur.
3.Çahar-Mahal və Bəxtiyar ostanında əhalinin təxminən 18 faizi, yaxud 176.000 nəfəri azərbaycanlıdır.
4.Əlburz ostanında əhalinin t\xminən 39 faizi, yaxud 1.065.000 nəfəri azərbaycanlıdır.
5.Fars ostanında əhalinin təxminən 14 faizi, yaxud 687.000 nəfəri azərbaycanlıdır.
6.Gilan ostanında əhalinin təxminən 19 faizi, yaxud 484.000 nəfəri azərbaycanlıdır.
7.Gülistan ostanında əhalinin təxminən 34 faizi, yaxud 625.000 nəfəri türkmən, təxminən 8 faizi, yaxud 151.440 nəfəri Xorasan türküdür.
8.Hörmüzgan ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 1.000 nəfəri azərbaycanlıdır.
9.Xuzistan ostanında əhalinin təxminən 3.4 faizi, yaxud 161.000 nəfəri azərbaycanlıdır.
10.İlam ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 600 nəfəri azərbaycanlıdır.
11.İsfahan ostanında əhalinin təxminən 11 faizi, yaxud 565.000 nəfəri azərbaycanlıdır.
12.Kirman ostanında əhalinin təxminən 1 faizi, yaxud 32.000 nəfəri azərbaycanlıdır.
13.Kirmanşah ostanında əhalinin təxminən 2 faizi, yaxud 40.000 nəfəri azərbaycanlıdır.
14.Kohgiluyə və Boyar Əhməd ostanında əhalinin təxminən 7.2 faizi, yaxud 53.000 nəfəri azərbaycanlıdır.
15.Kürdistan ostanında əhalinin təxminən 4.1 faizi, yaxud 66.000 nəfəri azərbaycanlıdır.
16.Qum ostanında əhalinin təxminən 30 faizi, yaxud 390.000 nəfəri azərbaycanlıdır.
17.Luristan ostanında əhalinin təxminıən 0.5 faizi, yaxud 9.000 nəfəri azərbaycanlıdır.
18.Mazandaran ostanında əhalinin təxminən 2.5 faizi, yaxud 83.000 nəfəri azərbaycanlıdır.
19.Mərkəzi ostanında əhalinin təxminən 21 faizi, yaxud 301.000 nəfəri azərbaycanlıdır.
20.Rəzəvi-Xorasan ostanında əhalinin təxminən 5.5 faizi, yaxud 355.000 nəfəri Xorasan türkü, təxminən 0.3 faizi, yaxud 20.000 nəfəri türkməndir.
21.Simnan ostanında əhalinin təxminən 1.5 faizi, yaxud 11.000 nəfəri azərbaycanlıdır.
22.Sistan və Bəlucistan ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 3.000 nəfəri azərbaycanlıdır.
23.Şimali Xorasan ostanında əhalinin təxminən 50 faizi, yaxud 434.000 nəfəri Xorasan türkü, təxminən 5.3 faizi, yaxud 46.000 nəfəri türkməndir.
24.Tehran ostanında əhalinin təxminən 35 faizi, yaxud 4.663.000 nəfəri azərbaycanlıdır.
25.Yəzd ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 6.000 nəfəri azərbaycanlıdır.

Nəticə. İranın digər 25 ostanında təxminən 8.820.600 nəfər azərbaycanlı, 940.440 nəfər Xorasan türkü, 691.000 nəfər türkmən yaşayır. Siyahıdan göründüyü kimi Əlburz (39%), Fars (14%), Gilan (19%), Gülistan (42%), İsfahan (11%), Qum (30%), Mərkəzi (21%), Şimali Xorasan (55.3%) və Tehran (35%) ostanlarında əhalinin əhəmiyyətli hissəsi türklərdir. Bu ostanlardan yalnız Əlburz, Gilan və Mərkəzi ostanlarının Cənubi Azərbaycan ostanlarına birbaşa çıxışı var. Qum və Tehran ostanları isə Əlburz və Mərkəzi ostanları ilə həmsərhəddir. Gülistan, Şimali Xorasan və Rəzəvi Xorasan ostanları Türkmənistan və Əfqanıstan sərhədlərində yerləşir.

Qeyd. Xorasan türkləri əslində azərbaycanlı və qızılbaş olsalar da, onları bəzən türkmən, bəzən isə özbək hesab edirlər. Lakin çox vaxt sadəcə Xorasan türkü adlandırırlar.

Beləliklə, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir. Onların tən yarısı Cənubi Azərbaycanda, 20 faizi Tehran şəhərində, 30 faizi isə ölkənin müxtəlif vilayətlərində yaşayır.

03.02.2026.

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar, tədqiqatçı

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Sultan Laçın təqdim edir

“Yasin” kimlər və nə üçün oxunur?

Dünyasını dəyişmiş insanlar üçün “Quran” oxutdurmağı mənasız hesab edənlərin hələ də anlamadıqları bir məsələ var: Yas mərasimində “Quran” ölü üçün deyil, orada iştirak edənlər üçün oxunur ki, ondan ibrət götürsünlər, təsəlli tapsınlar. Ölüyə, daha doğrusu onun Bərzəx aləminə getmiş ruhuna isə dirilərin maariflənməsində vəsilə olduğu üçün müəyyən bir savab düşə bilər.

Bəs niyə belə mərasimlərdə “Qurani-Kərim”in məhz “Yasin” surəsi qiraət edilir?

Çünki bu surə həyatın üç əsas mərhələsi haqqındadır:

1) Tovhid (Allahın təkliyi, başqa sözlə, ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr);
2) Nübuvvət (Peyğəmbərlər, yəni xeyirlə şər arasında mübarizənin getdiyi dövr);
3) Qiyamət (xeyrin şərə tam qalib gələcəyi dövr).

Eynilə zərdüştilərin müqəddəs kitabı “Avesta”nın “Yasna” (keçmişdə “Yasın”) hissəsi də həmin üç mərhələdən bəhs edir:

1) Ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr;
2) Xeyirlə şər arasında mübarizənin getdiyi dövr;
3) Xeyrin şərə tam qalib gələcəyi dövr.

Daha maraqlısı isə budur ki, “Yasin” surəsinin oxunduğu mərasimin özü dilimuzdə qədim zamanlardan yas adlanır. Xatırladaq ki, Azərbaycan dilindəki “yaş” və “yaşıl” sözləri, əslində, elə həyatı bildirir. Onlar öz növbəsində “yaşa”, “yaşam”, “yaşayış”, “yaşamaq” kimi sözləri əmələ gətirmişlər.

Azərbaycan dilindəki “yaşıl” sözü çuvaş dilində “ejel” formasındadır. Rus dilində həmin söz əvvəlcə «желтый» (“jeltıy” – sarı), sonra isə «зеленый» (“zelyonıy” – yaşıl) şəkillərini almış, nəhayət, bu dildəki «жил» (“jil” – yaşayırdı), «жить» (“jit” – yaşamaq), «живот» (“jivot” – qarın), «жизнь» (“jizn” – həyat), «бытие» (həyat), «быть» (olmaq), «было» (olmuşdu), «быль» (“bıl” – olmuş), «боль» (“bol” – ağrı), ingilis dilindəki “be” (olmaq), “ill” (xəstə), “kill” (öldürmək), Azərbaycan və digər türk dillərindəki “il”, “jıl” (il), “öl” və “ol” (yenə də həyat), “bol” (“ol” anlamında), eston dilindəki “olla” (olmaq), “elu” (ol, həyat) sözlərini doğurmuşdur.

Qədim türklərdə həyat, yaşayış haqqında qanunların adı “Yasa” idi. “Yasa”, əslində, qədim türklərin “Törə” qanunlarının əsas hissəsi idi. Qəribədir ki, qədim yəhudilər də öz müqəddəs kitablarını “Törə” (Tourə) adlandırırdılar. “Törə”nin (“Tövrat”ın) birinci kitabı olan, dünya və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit”in adı ivrit dilində “ilk”, “başlanğıc”, “əvvəldə” və ya “həyatın əvvəli haqqında kitab” mənalarını verir.

Həmin ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış, həyat), rus dilinə «Бытие» (“bıtiyo” – həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur.

P.S. Qədim yəhudi “Törə”sinin “Həyat”, qədim türk “Törə”sinin “Yasa”, “Avesta”nın “Yasın” hissələrinin, müqəddəs “Qurani-Kərim”in “Yasin” surəsinin adlarını hansısa təsadüflərin nəticəsi, “Yasin” surəsinin qiraətini isə faydasız bir əməl hesab etmək olarmı?

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

Təqdim etdi: Sultan Laçın (“Moderator.az” – 19.01.2026)

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür

1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuş Abbasəli Həsənovun “Yeni Sabah”a müsahibəsindən: “Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İrana səfər etdi. Səfər zamanı o, İranda ən yüksək dövlət qurumu hesab olunan İran İslam Respublikası Məsləhət Şurasının sədri Ayətullah Seyyid Mahmud Haşimi Şahrudi ilə görüşdü. Bu vəzifə Ali Dini rəhbərə tabe idi. Ayətullah Şahrudi isə idarəçilik iyerarxiyasında çox böyük nüfuza sahib idi.

Fərhad Abdullayevlə görüşəndə Ayətullah Şahrudi# dedi ki, “siyahıya alınma başa çatıb və nəticələrinə görə İran əhalisinin 52 faizi Azərbaycan türkləridir. Azərbaycan türklərindən başqa türk kökənli qaşqaylar, Xorasan türkləri, türkmənlər var – 3 milyona yaxın da onlar olarlar”, dedi. Şahrudi çox saf insan idi. Dedi ki, 2 kürəkənim türkdür, onlardan çox razıyam, çox çalışqan, ağıllı və ailələrinə çox bağlıdırlar. Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür. Sonra zarafatla dedi ki, yerdə 24 faiz qaldı ki, onlar da, sadəcə, türk olduqlarını bilmirlər.

Məlumatı hazırladı: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz Şəhrili yazır

Bugünki problemlərin tarixi kökləri

Belə bir iddia mövcuddur ki, İslam dünyasının, xüsusilə türk xalqlarının bugünkü problemlərinin əksəriyyəti Əmir Teymurla İldırım Bəyazid, Ağqoyunlu ilə Osmanlı, Osmanlı ilə Səfəvi ilə arasındakı qarşıdurmalardan qaynaqlanır.

Bu fikir sıravi azərbaycanlının şüuruna çoxdandır ki, hakim kəsilmişdir. Gəlin sözügedən məsələyə bir qədər geniş aspektdən nəzər salaq və əsl həqiqəti müqayisə yolu ilə müəyyən etməyə çalışaq:

— 8 milyon insanın ölümünə səbəb olmuş Otuzillik müharibə (1618–1648) Avropa və ümumiyyətlə bəşər tarixinin ən qanlı səhifələrindən biridir;

— Yüzillik müharibə də (1337–1453) Avropada baş vermiş, 1076-cı ildən 1815-ci ilədək İngiltərə ilə Fransa arasında 37 müharibə (ümumilikdə 276 il) olmuşdur;

— İspaniya ilə İngiltərə əsrlər boyu (1585–1604; 1625–1630; 1654–1660; 1701–1714; 1718–1720; 1739–1748; 1761–1763; 1779–1783; 1796–1808) bir-birlərinə qan uddurmuşlar;

— Avropanın 16 dövlətinin iştirak etdiyi Napoleon müharibələrində (1800–1815) ən azı 3.500.000 avropalı həyatını itirmişdir;

— ABŞ-da vətəndaş müharibəsində (1861 – 1865) 1.000.000-a yaxın insan həlak olmuşdur;

— Prussiya–Fransa müharibəsi (1870–1871) 430.000-dən çox insanın ölümü ilə nəticələnmişdir.

Bu müharibələrin əksəriyyəti coğrafi-siyasi şəraitin diktəsi ilə baş versə də, onlara dini don geyindirilməsi, xristianlığın müxtəlif təriqətləri arasındakı ziddiyyətlər qanlı qırğınların miqyasını daha da artırmışdır. Yeri gəlmişkən, 1572-ci il avqustun 23-də Fransa tarixinin ən rüsvayçı hadisələrindən biri baş vermiş, Müqəddəs Varfolomey günündə katoliklər tərəfindən təxminən 30.000 protestant vəhşicəsinə qətlə yetirilmişdir. «Varfolomey gecəsi» ifadəsi bugün də dini dözümsüzlükdən irəli gələn insan qəddarlığını, rəhmsizliyini simvolizə edir… Xristian məzhəblərinin ardıcılları uşaq, qadın, qoca demədən bir-birlərini və yadlarına düşəndə həm də yəhudiləri öldürürdülər. Amma onu da qeyd edək ki, inanclı xristianların əksəriyyəti qatil və zorakı deyildi. Amansız olan zaman və mühit idi. Lakin, sözsüz ki, zamanı da, mühiti də amansız edən insan, onun siyasi və iqtisadi maraqları, ambisiyalarıdır.

Haşiyə: Ədalət naminə vurğulamaq lazımdır ki, din pərdəsindən istifadə edilmədən başladılmış müharibələr daha amansız və dağıdıcı olmuşdur. Misal kimi, 20.000.000 insanın həlak olduğu I Dünya müharibəsini (1914–1918) və 70.000.000 insanın ölümünə səbəb olmuş II Dünya müharibəsini (1939–1945) göstərə bilərik. Yaxud, ispan inkivizisiyasının fəaliyyəti nəticəsində 1481-ci ildən 1498-ci ilədək ən azı 2.000, ən çoxu 8.800 nəfər ölüm cəzasına məhkum edildiyi halda, rəsmi ideologiyası ateizm olan SSRİ-də, təkcə 1937–1938-ci illərdə siyasi ittihamlar əsasında 681.692 insan güllələnmişdir. 1974-cü ildən 1979-cu ilədək Kamboca kommunistləri 3.000.000 kambocalını qətlə yetirmişlər.

Beləliklə, bütün bu müharibələrə, dəhşətli qırğınlara, qarşılıqlı nifrətə baxmayaraq Qərb inkişaf edə bildi. Deməli, Şərqin geridə qalmasının, Qərbin isə tərəqqisinin səbəbləri başqadır. Onlardan bəzilərini sadalayaq:

— sərt iqlimin (XIV–XIX əsrləri əhatə etmiş kiçik buzlaq dövrünün) və aramsız müharibələrin doğurduğu ictimai-siyasi və sosial-iqtisadi problemlərin məngənəsindən xilas olmaq istəyən qərblilərin çıxış yolu axtarmağa başlamaları;

— Amerikanın kəşfi (1492), oradan çoxlu qızılın və gümüşün ələ keçirilib Avropaya daşınması… Qeyd etmək lazımdır ki, həmin qızılın və gümüşün böyük hissəsinə İspaniya yiyələnsə də, bu ölkədə hökm sürən dini fanatizm, sərt kral və kilsə hakimiyyətləri, güclü feodal üsul-idarəsi əldə edilmiş sərvətdən səmərəli istifadə etməyə imkan vermədi. Nəticədə xeyri İngiltərə gördü və son uğuru da o qazandı;

— XVII əsrdən etibarən sənayenin inkişafı, İngiltərədə burjua inqilabı (1642–1651), ABŞ İstiqlal müharibəsi (1775–1783), Böyük Fransa inqilabı (1789–1799), kapitalizmin təşəkkül tapmağa başlaması;

— XVIII–XIX əsrlərdə qərblilərin məqsədyönlü şəkildə feodalizm quruluşundan və quldarlığın qalıqlarından yaxa qurtarmaları və nəticədə daha çox insanın bacarığından və istedadından istifadə imkanlarının yaranması;

— əvvəlcə buxar (XIX əsr), sonra isə daxili yanma mühərriklərinin (XX əsr) geniş tətbiqi, elmin və texnikanın tərəqqisi;

— İslam Peyğəmbərinin VII əsrdə insanlara aşılamağa çalışdığı demokratik dəyərlərin XIX–XX əsrlərdə Avropa cəmiyyətinin həyatında geniş kök salması;

— 1948-ci il aprelin 4-də Amerika Birləşmiş Ştatlarının “Marşall planı”nı işə salaraq II Dünya müharibəsinin viran qoyduğu Qərbi Avropa ölkələrinə yardım göstərməyə başlaması;

— 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında bəyannamə”nin qəbul edilməsi.

Bir məsələni də qeyd etmək lazımdır ki, XVI–XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti altında olmuş ərazilərdə insanların həyat səviyyəsi avropalıların həyat səviyyəsindən dəfələrlə yüksək idi. Səfəvilərin məhkəmə sistemi Avropa ölkələrinin və Rusiyanın müvafiq qurumlarına nisbətən daha ədalətli olmuşdur. “Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan” deyimi də göstərir ki, Şah I Abbas Səfəvi məhkəmə sistemini yenidən qurmuş və onun ədalətli fəaliyyət göstərməsinə ciddi fikir vermişdir. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Hadisələr öz təbii axarı ilə getsəydi, bəlkə, feodalizm sistemi də tədricən ləğv olunacaqdı. Yeri gəlmişkən, Səfəvilərin son şahları əvvəlki hökmdarlar tərəfindən təyin edilməmişdilər. Onların demək olar ki, hamısını xacələr şurası seçmişdi. Ola bilsin ki, müəyyən bir mərhələdə ictimai münasibətlərin demokratikləşməsi prosesi də başlayacaqdı. Amma tarix «elə olsaydı, belə olardı» fikrini qəbul etmir. Əvvəlcə əfqanların qiyamı, ardınca Rusiyanın və Osmanlının təcavüzü, sonda isə Nadir şah Əfşarın, həmin şərait üçün labüd olan diktaturası bu zəif perspektivi də məhv etdi.

Bir sözlə, Şərqin problemlərinin kökü Əmir Teymurla İldırım Bəyazid, Ağqoyunlu ilə Osmanlı, Osmanlı ilə Səfəvi arasındakı qarşıdurmalarda deyil, erkən feodalizm dövrünə xas olan prinsiplərdə, düşüncə və davranış tərzində, bunlardan irəli gələn ictimai münasibətlərdədir.

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz ŞƏHRİLİ (Abbasov) – (1974)

6 iyun Araz Şəhrilinin doğum günüdür!

ARAZ ŞƏHRİLİ

Araz ŞƏHRİLİ (Abbasov) 6 iyun, 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.

YAZARLAR olaraq,  Araz müəllimi doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

ARAZ ŞƏHRİLİNİN YAZILAR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru