Etiket arxivi: ARAZ

Araz Şəhrilidən maraqlı faktlar – statistika

Cənubi Azərbaycanda neçə milyon azərbaycanlı yaşayır?: 50, yoxsa 19…?

ARAŞDIRMA

İranda, xüsusilə Cənubi Azərbaycanda yayaşan azərbaycanlıların sayı barədə məlumatlar həmişə qeyri-dəqiq olub. Məsələn, SSRİ dövrünə aid nəşrlərdə İran azərbaycanlılarının sayı 7 milyon civarında göstərilirdi. Şayiə formasında dolaşan xəbərlərə görə, bu rəqəm 20 milyona yaxın idi. Azərbaycan müstəqillik qazandıqdan sonra İranda əvvəlcə 20 milyon, sonra 25 milyon, ardınca 30 milyon, nəhayət, 35-40 milyon azərbaycanlının yaşaması barədə məlumatlar yayıldı. Bugün iddia edilir ki, İrandakı azərbaycanlıların sayı artıq 50 milyon nəfərdir.

Bəs həqiqi vəziyyət necədir? İranda yaşayan azərbaycanlıların sayını müəyyən etmək mümkündürmü? Zənnimizcə, bunu edə bilərik. Amma bəri başdan vurğulayaq ki, əldə edəcəyimiz rəqəmlər təxmini, lakin reallığa yaxın olacaq. Bunun üçün İran ostanlarındakı demoqrafik vəziyyətə nəzər salmalıyıq. İranda 31 ostan var. Onları əlifba sırası ilə təqdim edirik:

1.Buşəhr ostanı: ərazisi – 22.743 km, əhalisi – 1.174.000 nəfər.
2.Cənubi Xorasan ostanı: ərazisi – 151.913 km, əhalisi – 786.000 nəfər.
3.Çahar-Mahal və Bəxtiyar ostanı: ərazisi – 16.332 km, əhalisi – 973.000 nəfər.
4.Əlburz ostanı: ərazisi – 5.833 km, əhalisi – 2.730.000 nəfər.
5.Ərdəbil ostanı: ərazisi – 17.800 km, əhalisi – 1.284.000 nəfər.
6.Fars ostanı: ərazisi – 122.608 km, əhalisi – 4.904.000 nəfər.
7.Gilan ostanı: ərazisi – 14.042 km, əhalisi – 2.546.000 nəfər.
8.Gülistan ostanı: ərazisi – 20.367 km, əhalisi – 1.893.000 nəfər.
9.Həmədan ostanı: ərazisi – 19.493 km, əhalisi – 1.756.000 nəfər.
10.Hörmüzgan ostanı: ərazisi – 70.697 km, əhalisi – 1.806.000 nəfər.
11.Xuzistan ostanı: ərazisi – 64.055 km, əhalisi – 4.725.000 nəfər.
12.İlam ostanı: ərazisi – 20.164 km, əhalisi – 591.000 nəfər.
13.İsfahan ostanı: ərazisi – 107.018 km, əhalisi – 5.136.000 nəfər.
14.Kirman ostanı: ərazisi – 183.285 km, əhalisi – 3.184.000 nəfər.
15.Kirmanşah ostanı: ərazisi – 24.998 km, əhalisi – 2.003.000 nəfər.
16.Kohgiluyə və Boyar-Əhməd ostanı: ərazisi – 15.504 km, əhalisi – 728.000 nəfər.
17.Kürdistan ostanı: ərazisi – 29.137 km, əhalisi – 1.614.000 nəfər.
18.Qərbi Azərbaycan ostanı – ərazisi – 37.437 km, əhalisi – 3.278.000 nəfər.
19.Qəzvin ostanı: ərazisi – 15.567 km, əhalisi – 1.284.000 nəfər.
20.Qum ostanı: ərazisi – 11.526 km, əhalisi – 1.300.000 nəfər.
21.Luristan ostanı: ərazisi – 28.294 km, əhalisi – 1.784.000 nəfər.
22.Mazandaran ostanı: ərazisi – 23.833 km, əhalisi – 3.302.000 nəfər.
23.Mərkəzi ostanı: ərazisi – 29.127 km, əhalisi – 1.436.000 nəfər.
24.Rəzəvi Xorasan ostanı: ərazisi – 118.884 km, əhalisi – 6.444.000 nəfər.
25.Simnan ostanı: ərazisi – 97.491 km, əhalisi – 715.000 nəfər.
26.Sistan və Bəlucistan ostanı: ərazisi – 180.726 km, əhalisi – 2.777.000 nəfər.
27.Şərqi Azərbaycan ostanı: ərazisi – 45.650 km, əhalisi – 3.925.000 nəfər.
28.Şimali Xorasan ostanı: ərazisi – 28.434 km, əhalisi – 868.000 nəfər.
29.Tehran ostanı: ərazisi – 18.814 km, əhalisi – 13.323.000 nəfər.
30.Yəzd ostanı: ərazisi – 76.469 km, əhalisi – 1.156..000 nəfər.
31.Zəncan ostanı: ərazisi – 21.773 km, əhalisi – 1.103.000 nəfər.

Qeyd:
Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təxmini sayı:

1.Ərdəbil ostanında əhalinin təxminən 95 faizi, yaxud 1.220.000 nəfəri azərbaycanlıdır.
2.Həmədan ostanında əhalinin təxminən 60 faizi, yaxud 1.054.000 nəfəri azərbaycanlıdır.
3.Qərbi Azərbaycan ostanında əhalinin təxminən 77 faizi, yaxud 2.524.000 nəfəri azərbaycanlıdır.
4.Qəzvin ostanında əhalinin təxminən 52 faizi, yaxud 668.000 nəfəri azərbaycanlıdır.
5.Şərqi Azırbaycan ostanında əhalinin təxminən 97 faizi, yaxud 3.807.250 nəfəri azərbaycanlıdır.
6.Zəncan ostanında əhalinin təxminən 90 faizi, yaxud 993.000 nəfəri azərbaycanlıdır.

Nəticə:

Cənubi Azərbaycanda təxminən 10.266.250 nəfər azərbaycanlı yaşayır.

İranın digər ostanlarında yaşayan azərbaycanlıların təxmini sayı:

1.Buşəhr ostanında əhalinin təxminən 2 faizi, yaxud 24.000 nəfəri azərbaycanlıdır.
2.Cənubi Xorasan ostanında azərbaycanlı, demək olar ki, yoxdur.
3.Çahar-Mahal və Bəxtiyar ostanında əhalinin təxminən 18 faizi, yaxud 176.000 nəfəri azərbaycanlıdır.
4.Əlburz ostanında əhalinin təxminən 39 faizi, yaxud 1.065.000 nəfəri azərbaycanlıdır.
5.Fars ostanında əhalinin təxminən 14 faizi, yaxud 687.000 nəfəri azərbaycanlıdır.
6.Gilan ostanında əhalinin təxminən 19 faizi, yaxud 484.000 nəfəri azərbaycanlıdır.
7.Gülistan ostanında əhalinin təxminən 34 faizi, yaxud 625.000 nəfəri türkmən, təxminən 8 faizi, yaxud 151.440 nəfəri Xorasan türküdür.
8.Hörmüzgan ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 1.000 nəfəri azərbaycanlıdır.
9.Xuzistan ostanında əhalinin təxminən 3.4 faizi, yaxud 161.000 nəfəri azərbaycanlıdır.
10.İlam ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 600 nəfəri azərbaycanlıdır.
11.İsfahan ostanında əhalinin təxminən 11 faizi, yaxud 565.000 nəfəri azərbaycanlıdır.
12.Kirman ostanında əhalinin təxminən 1 faizi, yaxud 32.000 nəfəri azərbaycanlıdır.
13.Kirmanşah ostanında əhalinin təxminən 2 faizi, yaxud 40.000 nəfəri azərbaycanlıdır.
14.Kohgiluyə və Boyar Əhməd ostanında əhalinin təxminən 7.2 faizi, yaxud 53.000 nəfəri azərbaycanlıdır.
15.Kürdistan ostanında əhalinin təxminən 4.1 faizi, yaxud 66.000 nəfəri azərbaycanlıdır.
16.Qum ostanında əhalinin təxminən 30 faizi, yaxud 390.000 nəfəri azərbaycanlıdır.
17.Luristan ostanında əhalinin təxminıən 0.5 faizi, yaxud 9.000 nəfəri azərbaycanlıdır.
18.Mazandaran ostanında əhalinin təxminən 2.5 faizi, yaxud 83.000 nəfəri azərbaycanlıdır.
19.Mərkəzi ostanında əhalinin təxminən 21 faizi, yaxud 301.000 nəfəri azərbaycanlıdır.
20.Rəzəvi-Xorasan ostanında əhalinin təxminən 5.5 faizi, yaxud 355.000 nəfəri Xorasan türkü, təxminən 0.3 faizi, yaxud 20.000 nəfəri türkməndir.
21.Simnan ostanında əhalinin təxminən 1.5 faizi, yaxud 11.000 nəfəri azərbaycanlıdır.
22.Sistan və Bəlucistan ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 3.000 nəfəri azərbaycanlıdır.
23.Şimali Xorasan ostanında əhalinin təxminən 50 faizi, yaxud 434.000 nəfəri Xorasan türkü, təxminən 5.3 faizi, yaxud 46.000 nəfəri türkməndir.
24.Tehran ostanında əhalinin təxminən 35 faizi, yaxud 4.663.000 nəfəri azərbaycanlıdır.
25.Yəzd ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 6.000 nəfəri azərbaycanlıdır.

Nəticə:

İranın digər 25 ostanında təxminən 8.820.600 nəfər azərbaycanlı, 940.440 nəfər Xorasan türkü, 691.000 nəfər türkmən yaşayır. Siyahıdan göründüyü kimi, Əlburz (39%), Fars (14%), Gilan (19%), Gülistan (42%), İsfahan (11%), Qum (30%), Mərkəzi (21%), Şimali Xorasan (55.3%) və Tehran (35%) ostanlarında əhalinin əhəmiyyətli hissəsi türklərdir. Bu ostanlardan yalnız Əlburz, Gilan və Mərkəzi ostanlarının Cənubi Azərbaycan ostanlarına birbaşa çıxışı var. Qum və Tehran ostanları isə Əlburz və Mərkəzi ostanları ilə həmsərhəddir. Gülistan, Şimali Xorasan və Rəzəvi Xorasan ostanları Türkmənistan və Əfqanıstan sərhədlərində yerləşir.

Qeyd:

Xorasan türkləri əslində azərbaycanlı və qızılbaş olsalar da, onları bəzən türkmən, bəzən isə özbək hesab edirlər. Lakin çox vaxt sadəcə Xorasan türkü adlandırırlar.

Beləliklə, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir. Onların tən yarısı Cənubi Azərbaycanda, 20 faizi Tehran şəhərində, 30 faizi isə ölkənin müxtəlif vilayətlərində yaşayır.

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar, tədqiqatçı

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Səkinə Əliyeva (1925)

TARİXDƏ BU GÜN

Bu gün Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 35 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyasından ayrılan ilk respublika oldu.

Bu tarixi qərarın qəbulunda Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət Heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın əvəzsiz rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdidlərinə baxmayaraq, Səkinə Əliyeva Naxçıvan Ali Sovetinin fövqəladə sessiyasını çağırır və çətinliklə də olsa bu qərarın qəbuluna nail olur.

O dövrdə belə bir qərarın qəbul edilməsi üçün Naxçıvan Ali Soveti deputatlarının 50 faiz + 1 iştirakı mütləq idi. Lakin imperiyaya sadiq deputatlar bu sessiyanın əleyhinə çıxır, təbliğat aparırdılar. Səkinə Əliyevanın qətiyyəti və cəsarəti sayəsində sessiya baş tutur. Gərgin keçən yığıncaqda tarixi qərar qəbul olunur və ilk dəfə Naxçıvan Televiziyasında elan edilir. Bu qərar Naxçıvanı beynəlxalq arenada tanıtdı və onun qadın rəhbəri Səkinə Əliyevanı məşhurlaşdırdı.

Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdi. Bu hadisə həmin qərarın necə vaxtında və doğru qəbul edildiyini bir daha sübut etdi.

QƏARARIN SƏBƏBİ VƏ MƏZMUNU

1980-ci illərin sonunda SSRİ-də etnik münaqişələr və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Azərbaycan bu münaqişələrdən ən çox əziyyət çəkən regionlardan biri idi. Dağlıq Qarabağda ermənilər Azərbaycanın ərazilərinə iddia edir, SSRİ isə bu münaqişəyə lazımi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə artıq Naxçıvana da hücum edirdilər. Nəticədə dinc sakinlər qətlə yetirilirdi.

1990-cı ilin yanvarında sovet ordusunun dəstəyi ilə Naxçıvanın Kərki kəndi işğal edildi. Bu hadisə Naxçıvan əhalisinin Sovet rejiminə qarşı nifrətini daha da artırdı. SSRİ-dən ayrılmaq fikri məhz bu hadisələrlə formalaşdı. Səkinə Əliyeva xalqın istəyinə arxalanaraq bu tarixi qərarın qəbul olunmasına nail oldu.

Qərarda SSRİ Konstitusiyasının 81-ci maddəsinə və Qars müqaviləsinə istinad edilərək, Naxçıvanın suverenliyi və ərazi bütövlüyünün qorunmadığı vurğulanırdı. Sənəddə aşağıdakı tələblər irəli sürülürdü:

Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyəyə müraciət edilsin.
Yaranmış vəziyyətlə bağlı BMT, İran və digər dövlətlərə kömək üçün müraciət olunsun.
SSRİ qoşunları Naxçıvan ərazisindən çıxarılsın.
SSRİ rəhbərliyindən Naxçıvana edilən təcavüzə son qoyulması tələb edilsin.
Bu qərar dünyada böyük əks-səda yaratdı. Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi Naxçıvanın işğaldan qorunmasında mühüm rol oynadı. Tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.

SƏKİNƏ ƏLİYEVANIN SONRAKI TALEYİ

Səkinə Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvanda anadan olub. 1963-cü ildən 1990-cı ilə qədər Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. 1990-cı ilin yanvarında qəbul edilən məlum qərar onu Sovet rəhbərliyinin hədəfinə çevirdi. Qısa müddət sonra o, vəzifəsindən uzaqlaşdırıldı və siyasətdən çəkildi. O, 2010-cu ildə, 85 yaşında Bakıda dünyasını dəyişib.

Səkinə Əliyevanın adı Naxçıvan və Azərbaycanın tarixində cəsarət və liderlik simvolu kimi xatırlanır. Onun qəhrəmanlığı nə vaxtsa tarix dərsliklərində də yer alacaq və gənc nəsillərə örnək kimi tədris ediləcək.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz Şəhrili – Xülasə

Araz Şəhrilinin doğum günüdür!

ŞƏKİ YOXSA NUXA ???

Azərbaycan adının mənası

Azərbaycan adının mənası

AZƏRBAYCAN ADININ MƏNASI

Azərbaycan adının mənası

Araz ŞƏHRİLİ – Aşura mərasimini daim vəhdət şəklində qeyd edən Azərbaycan

BU GÜN ARAZ ŞƏHRİLİNİN DOĞUM GÜNÜDÜR!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…

AFƏT ŞAHDİN YAZILARI

MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…
(Zaur Ustacın “Araz” şeiri haqqında)
ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq.
Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır.
ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil.
Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır.
Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR:
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!,-

deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir.
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin?
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri…
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər.
Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş….
Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir:
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki aman!

Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib.
QADİR olan QALİB olar.
ALLAH ƏKBƏR!

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru