Etiket arxivi: Moderator.az

Sultan Laçın təqdim edir

“Yasin” kimlər və nə üçün oxunur?

Dünyasını dəyişmiş insanlar üçün “Quran” oxutdurmağı mənasız hesab edənlərin hələ də anlamadıqları bir məsələ var: Yas mərasimində “Quran” ölü üçün deyil, orada iştirak edənlər üçün oxunur ki, ondan ibrət götürsünlər, təsəlli tapsınlar. Ölüyə, daha doğrusu onun Bərzəx aləminə getmiş ruhuna isə dirilərin maariflənməsində vəsilə olduğu üçün müəyyən bir savab düşə bilər.

Bəs niyə belə mərasimlərdə “Qurani-Kərim”in məhz “Yasin” surəsi qiraət edilir?

Çünki bu surə həyatın üç əsas mərhələsi haqqındadır:

1) Tovhid (Allahın təkliyi, başqa sözlə, ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr);
2) Nübuvvət (Peyğəmbərlər, yəni xeyirlə şər arasında mübarizənin getdiyi dövr);
3) Qiyamət (xeyrin şərə tam qalib gələcəyi dövr).

Eynilə zərdüştilərin müqəddəs kitabı “Avesta”nın “Yasna” (keçmişdə “Yasın”) hissəsi də həmin üç mərhələdən bəhs edir:

1) Ruhani və material aləmdə xeyrin hökm sürdüyü dövr;
2) Xeyirlə şər arasında mübarizənin getdiyi dövr;
3) Xeyrin şərə tam qalib gələcəyi dövr.

Daha maraqlısı isə budur ki, “Yasin” surəsinin oxunduğu mərasimin özü dilimuzdə qədim zamanlardan yas adlanır. Xatırladaq ki, Azərbaycan dilindəki “yaş” və “yaşıl” sözləri, əslində, elə həyatı bildirir. Onlar öz növbəsində “yaşa”, “yaşam”, “yaşayış”, “yaşamaq” kimi sözləri əmələ gətirmişlər.

Azərbaycan dilindəki “yaşıl” sözü çuvaş dilində “ejel” formasındadır. Rus dilində həmin söz əvvəlcə «желтый» (“jeltıy” – sarı), sonra isə «зеленый» (“zelyonıy” – yaşıl) şəkillərini almış, nəhayət, bu dildəki «жил» (“jil” – yaşayırdı), «жить» (“jit” – yaşamaq), «живот» (“jivot” – qarın), «жизнь» (“jizn” – həyat), «бытие» (həyat), «быть» (olmaq), «было» (olmuşdu), «быль» (“bıl” – olmuş), «боль» (“bol” – ağrı), ingilis dilindəki “be” (olmaq), “ill” (xəstə), “kill” (öldürmək), Azərbaycan və digər türk dillərindəki “il”, “jıl” (il), “öl” və “ol” (yenə də həyat), “bol” (“ol” anlamında), eston dilindəki “olla” (olmaq), “elu” (ol, həyat) sözlərini doğurmuşdur.

Qədim türklərdə həyat, yaşayış haqqında qanunların adı “Yasa” idi. “Yasa”, əslində, qədim türklərin “Törə” qanunlarının əsas hissəsi idi. Qəribədir ki, qədim yəhudilər də öz müqəddəs kitablarını “Törə” (Tourə) adlandırırdılar. “Törə”nin (“Tövrat”ın) birinci kitabı olan, dünya və həyatın yaranmasından bəhs edən “Sefer maase be-reşit”in adı ivrit dilində “ilk”, “başlanğıc”, “əvvəldə” və ya “həyatın əvvəli haqqında kitab” mənalarını verir.

Həmin ad Avropa dillərinə “Genesis” (mənşə, yaradılış, həyat), rus dilinə «Бытие» (“bıtiyo” – həyat, olum), Türkiyə türkcəsinə “Tekvin” (yaradılış) kimi tərcümə olunmuşdur.

P.S. Qədim yəhudi “Törə”sinin “Həyat”, qədim türk “Törə”sinin “Yasa”, “Avesta”nın “Yasın” hissələrinin, müqəddəs “Qurani-Kərim”in “Yasin” surəsinin adlarını hansısa təsadüflərin nəticəsi, “Yasin” surəsinin qiraətini isə faydasız bir əməl hesab etmək olarmı?

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

Təqdim etdi: Sultan Laçın (“Moderator.az” – 19.01.2026)

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|