Etiket arxivi: AYSU TÜRKEL

YUĞ Teatrı Meksikada

YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Rspubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib. Kollektiv Festivalda Azərbaycanı “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə təmsil edib. Nümayişi 16 oktyabr yerli vaxtla saat 18.30-da Kimera teatrında baş tutan tamaşa seyrçilər tərəfindən maraqla qarşılanıb. Tamaşada Əməkdar artist Qasım Nağı, aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. Janrı ilahi oyun kimi təyin olunmuş səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı İffət Əsgərovdur.
Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında YUĞ Teatrı təmsil edib. 1991-ci ildən etibarən hər il Meksikanın Metepek şəhərində keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Hər il təxminən 400 min ziyarətçinin qatıldığı 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.

Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının festivalda iştirakı AR Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, eləcə də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“1-ci Uşaq Rəqs Festivalı” başlayır

“1-ci Uşaq Rəqs Festivalı” başlayır
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2025-ci il 16 noyabr tarixində Bakıda “1-ci Uşaq Rəqs Festivalı” keçiriləcək.
Festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. İştirakçılar səhnədə həm Azərbaycan xalq rəqslərini, həm də müxtəlif dünya xalqlarının rəqslərini təqdim edəcəklər.
Festivalın əsas məqsədi uşaqlar arasında rəqs sənətinə marağı artırmaq, onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və mədəni müxtəlifliyi təşviq etməkdir.
Tədbir çərçivəsində qrup çıxışları nəzərdə tutulur. Proqram rəngarəng musiqilər, milli geyimlər və bədii kompozisiyalarla zəngin olacaq.
“1-ci Uşaq Rəqs Festivalı” balaca rəqqaslar üçün öz istedadlarını nümayiş etdirmək, səhnə təcrübəsi qazanmaq və müxtəlif mədəniyyətləri daha yaxından tanımaq üçün möhtəşəm bir imkan yaradacaq. Festivalın sonunda iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim oluncaq.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“2-ci Uşaq Teatrı Festivalı” başlayır

“2-ci Uşaq Teatrı Festivalı” başlayır
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Teatr Xadimləri ittifaqı və “Emedia Group” media təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı il 10–17 mart tarixlərində Bakıda “2-ci Uşaq Teatrı Festivalı” keçiriləcəkdir. Tədbir Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunur.
Festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanla yanaşı, müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunmasını, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılmasını məqsəd kimi müəyyən edir.
Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi isə Tural Əliyevdir. Onların rəhbərliyi və yaradıcılıq yanaşması sayəsində festivalın proqramı uşaqların teatr sənətinə marağını artırmaq, onların estetik zövqünü formalaşdırmaq və yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.
Festival çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını canlandıraraq həm əyləncəli, həm də maarifləndirici səhnə çıxışları ilə tamaşaçı qarşısına çıxacaqlar. Tədbir iştirakçılara komanda ruhunda çalışmağı, səhnə mədəniyyətini və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Bu il festivalın ən mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir. Belə ki, həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alacaq, digər iştirakçılarla birgə səhnəyə çıxaraq öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu təşəbbüs inklüziv mədəniyyətin təşviqinə, bütün uşaqların bərabər iştirak hüququnun təmininə və onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirilib

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü, Obraz Coffee houseun dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Ana Dili” adlı qiraət müsabiqəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərlə görüş keçirilib.

“Ana Dili” qiraət müsabiqəsi adlı bu layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.
Bundan əlavə, uşaq, yeniyetmə və gənclərin bədii qiraət, səhnə mədəniyyəti və yaradıcı ifadə bacarıqlarının inkişaf etdirilməsi, gənc nəslin ədəbi düşüncə tərzi və estetik zövqünün formalaşdırılması, eləcə də milli dəyərlərə bağlı, yaradıcı və düşünən gəncliyin yetişdirilməsi məqsədilə bu kimi layihənin təşkilinə xüsusi önəm verilib.

Görüş mərasimində ədəbiyyatımızın görkəmli nümayəndələri – Xalq yazıçısı Anar Rzayev, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyeva və Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev iştirak edərək, şairin zəngin yaradıcılıq irsinin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Tədbirdə uşaq, yeniyetmə və gənclər Bəxtiyar Vahabzadənin poeziyasından seçilmiş şeirləri böyük həvəslə səsləndirərək, onun yaradıcılığına olan sevgilərini nümayiş etdirdilər.

Layihənin sonunda çıxış edənlər arasında ən yaxşı bədii qiraət nümayiş etdirən I, II və III yerin qalibləri kubok, diplom və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Digər bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim ediləcək.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi

Sumqayıtda “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi

Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir – “Mənəviyyat dərsləri” təşkil olunub. Tədbir “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub. Tədbirdə Sumqayıt Dövlət Universitetinin və Edu Company təhsil şirkətinin Sumqayıt filialının tələbələri iştirak ediblər. Gənclərlə keçirilən bu mənəvi maarifləndirmə dərslərinin əsas məqsədi milli kimlik şüurunun möhkəmləndirilməsi, ailə və cəmiyyət institutlarının əhəmiyyətinin vurğulanması, vətənpərvərlik ruhunun aşılanması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının artırılmasıdır. Tədbirdə “Elin Səsi” İctimai Birliyinin sədri Elvin Talışınski, təşkilatın sədr müavinləri Əli Rzazadə və Abbas Qurbanov çıxış ediblər. Onlar öz məruzələrində Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlər, ailə institutunun cəmiyyətdəki rolu, şəhidlik məqamının müqəddəsliyi, valideyn və böyüklərə hörmət, milli-mənəvi dəyərlərin təbliği və qorunmasının əhəmiyyəti barədə geniş fikirlər bildiriblər. Elvin Talışınski çıxışında vurğulayıb ki, müasir dövrdə informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda gənclərin mənəviyyatla bağlı maarifləndirilməsi xüsusi önəm kəsb edir. O qeyd edib ki, milli-mənəvi dəyərlərin itirilməsi milli kimliyin zəifləməsinə səbəb ola bilər və bu baxımdan cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin bu dəyərlərlə silahlanması vacibdir. Digər çıxış edənlər – Əli Rzazadə və Abbas Qurbanov isə xüsusilə ailə dəyərlərinin qorunması, vətənə, dövlətə, şəhidlərə və valideynlərə hörmətin cəmiyyətin mənəvi dayanıqlığının əsasını təşkil etdiyini vurğulayıblar. Onlar gəncləri milli köklərə bağlı, vətənpərvər, sağlam mənəvi zəmində yetişməyə çağırıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv şəkildə davam edib. Tələbələr çıxışçılara suallar verib, fikir mübadiləsi aparıb və milli-mənəvi dəyərlərin təbliğinə dair öz düşüncələrini bölüşüblər. “Əxlaq, ailə, şəhidlik və böyüklərə hörmət – bu dörd dəyər üzərində qurulan cəmiyyət güclü və dayanıqlı olur” – bu fikir tədbirin ümumi ruhunu əks etdirən əsas mesajlardan biri kimi yadda qalıb. Həmçinin tədbir iştirakçılarına layihə çərçivəsində nəşr olunan “Mənəviyyat axtarışında” adlı hekayələr toplusu paylanılıb.
Qeyd edək ki, “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində ilk tədbir Azərbaycan Universitetinin tələbələri üçün keçirilmişdi. Layihənin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığı artırmaq, mənəviyyata yönəlik düşüncə tərzini formalaşdırmaq və cəmiyyətin mənəvi bütövlüyünü möhkəmləndirməkdir.
Sonda Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin klub rəhbərləri, həmçinin Edu Company təhsil şirkətinin rəhbər şəxsləri milli-mənəvi dəyərlərimizin təbliği sahəsində göstərdikləri fəaliyyətə görə ictimai birlik tərəfindən təltif ediliblər.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Aktyorluğu öyrən” layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub

“Aktyorluğu öyrən” layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi davam edir.
Layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbi tələbələrindən ibarət daha bir qrupun diplom tamaşaları nümayiş olunub. Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda Anton Çexovun “Ayı” və “Elçilik” əsərləri əsasında hazırlanan tamaşalar iyulun 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib.
Səhnə əsərlərini mərkəzin əməkdaşları – Təhlil, təlim və tədris şöbəsinin müdiri Cəmilə Mirzəyeva, teatrşünas Dağlar Yusif, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, direktoru Tural Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı və teatrsevərlər izləyiblər.
Tələbələrin oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Nümayişdən sonra layihə üzrə tədris proqramını uğurla bitirənlər diplomla təltif olunublar.
Xatırladaq ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi gənclərin səhnə sənətinə marağının artırılması, istedadlarını ifadə etmələri üçün şərait yaradılması, həmçinin onlara aktyorluq ixtisası üzrə ilkin biliklərin verilməsidir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərtib etdiyi proqram əsasında təşkil olunan dərslər peşəkar pedaqoqlar tərəfindən aparılıb. 9 aylıq proqram üzrə gənclər həftədə iki dəfə olmaqla dərslərdə iştirak ediblər.
Layihə çərçivəsində eyni zamanda tələbələrin qrup şəklində peşəkar teatr və kino proseslərində təcrübə qazanmasına və tanınmış sənətçilərdən ustad dərsləri almasına da imkan yaradılıb.

Onu da qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsi üzrə iyunun 29-da Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” əsasında hazırlanan tamaşalar nümayiş olunub.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“1-ci Uşaq Teatr Festivalı”nın iştirakçıları regionlara səfər edir

“1-ci Uşaq Teatr Festivalı”nın iştirakçıları regionlara səfər edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə keçirilən “1-ci Uşaq Teatr Festivalı” çərçivəsində festival iştirakçılarının ölkəmizin müxtəlif bölgələrinə səfərləri davam edir.

İlk səfər 16 iyun 1-ci Uşaq Teatr Festivalının 3-cü yerin qalibi, Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” teatr kollektivinin “Tısbağanın yolu” tamaşası ilə Gəncə şəhərinə təşkil olunub. Tamaşa Gəncə Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdirilib.

Tədbirin açılışında Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev çıxış edərək səfər hüququ qazanan iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra layihənin rəhbəri, teatrşünas Dağlar Yusif Əfəndi çıxış edərək festivalın davamlı xarakter daşıyacağından söz açıb və növbəti teatr festivalı haqqında məlumat verib. O, çıxışının sonunda bu cür layihələrin ardıcıl şəkildə keçirilməsinin mədəni inkişaf baxımından önəmini vurğulayıb.

Quruluşçu rejissoru Qasım Nağı olan “Tısbağanın Yolu” tamaşası uğurla təqdim olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Festival proqramına daxil edilən seçilmiş teatr tamaşaları ümumilikdə Azərbaycanın dörd şəhərində – Gəncə (16 iyun), Şəki (17 iyun), Mingəçevir (23 iyun) və Lənkəran (30 iyun) Dövlət Dram Teatrlarının səhnəsində nümayiş olunacaq. Tamaşalarda çıxış edən uşaq aktyorlar minlərlə tamaşaçı qarşısında səhnəyə çıxaraq istedadlarını nümayiş etdirməklə yanaşı, regionlarda yaşayan həmyaşıdlarına da unudulmaz teatr təcrübəsi bəxş edəcəklər.

Layihənin əsas məqsədi teatr sənətinin maarifləndirici və tərbiyəvi imkanlarından istifadə etməklə uşaqların estetik zövqünün, mənəvi dünyasının və yaradıcı potensialının inkişafına dəstək verməkdir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin “Bizim gələcəyimiz uşaqlardır” prinsipinə uyğun olaraq, gənc nəslin intellektual və mədəni inkişafını təşviq edən mühüm bir platforma rolunu oynayır.

Festival, eyni zamanda, ölkəmizdə uşaq teatrının inkişafına, bu sahəyə marağın artırılmasına və səhnə sənətinə maraq göstərən gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsinə xidmət edir. Layihə çərçivəsində uşaqlar səhnə təcrübəsi qazanır, kollektivdə işləmək bacarığını inkişaf etdirir və sənətə olan maraqlarını cəmiyyətlə bölüşmək imkanı əldə edirlər.

Festival iştirakçılarının regionlara qastrol səfərləri mədəni həyatın canlandırılması və uşaqlar arasında teatr sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı nümayiş olunacaq tamaşalar, birbaşa uşaqları hədəf alan məzmunları ilə onların estetik və mədəni inkişafına töhfə verməyi hədəfləyir. Fotolar:

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbini keçililib

Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbini keçililib

13-14 iyul 2025-ci il tarixlərində Qazaxıstanın Aktau şəhərində “Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi” adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi uğurla keçirilib. Bu mühüm tədbiri “Azərbaycan Mərkəzi” İctimai Fondu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Qazaxıstanın Yesenov Universitetinin dəstəyi ilə təşkil edib. Yay məktəbi Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm addım olub.
Azərbaycan, Qazaxıstan və digər Türk dünyası ölkələrindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün unikal imkan əldə ediblər. Bakı-Qroznı təyyarə qəzasında zərər çəkənlərə yardım göstərən Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşlarının iştirakı iki ölkə arasında həmrəylik və qarşılıqlı yardım rəmzi olub. Məktəbin işində Azərbaycandan alimlər Eldar Cəfərov (Bakı Dövlət Universiteti) və Elvin Talışinski (Azərbaycan Universiteti) də iştirak ediblər.
Yay məktəbinin zəngin proqramına seminarlar, treninqlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub ki, bu da iştirakçılara iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa imkan verib.
İyunun 14-də keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər ki, bu da tədbirin yüksək səviyyəsini vurğulayıb.
Yay məktəbinin bağlanışına həsr olunmuş bayram şam yeməyində müxtəlif dövlət qurumlarından rəsmilər çıxış ediblər.
“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov tədbiri açaraq Yay məktəbinin işinin yekunlarını açıqlayıb, onun gənclər əməkdaşlığının inkişafına və Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, ikitərəfli münasibətlərin gələcəyi üçün mədəniyyətlərarası dialoqun və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.
Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, “Azərbaycan Mərkəzi” ilə əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin rolunu vurğulayaraq, Yay məktəbinin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.
“Dostluq” Etno-mədəni Birliyinin nun sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafının və bu prosesdə gənclərin rolunun vacibliyi barədə danışıb.
Sertifikatların təqdim olunmasından sonra azərbaycanlı müğənni Rafaelin çıxışı qonaqlar tərəfindən çox yüksək alqışlarla qarşılanıb. Fotolar:

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YUĞ teatrında “KLOUN BİZZZ” tamaşası haqqında Aysu Türkel yazır

YUĞ teatrında “KLOUN BİZZZ” tamaşası haqqında
İlk növbədə səhnə əsərinin məna qatının möhtəşəmliyini qeyd etmək, bu məna qatına varan rejissorun quruluşunu vurğulamaq və sənətçilərimizin peşəkar ifalarını təqdir etmək gərəkdir…., lazımdır….., vacibdir…..
Tamaşada sənətlə, teatrla bağlı bir çox nüanslar var…. Aktyorun düşüncəsi…., teatrın “vəziyyəti”…., kloun və aktyorluq arasında gərdiş…..
Sarı, Qırmızı və Yaşıl kimi simvolik adlandırılan klounların “Qoca kloun tələb olunur…” elanına görə bir məkanda toplaşmaları, bu məkanda-gözləmə otağında baş verənlər….
Üç kloun keçmişi yada salmaqla yanaşı hər biri öz fərasətini göstərməyə çalışır, çünki bu klounlardan yalnız biri bu işə seçiləcəkdi, bu da onlar arasında rəqabət yaradır, amma bütün bunların fonunda bir sıra problemlər də diqqətə çatdırılır….
ƏSL KLOUN NECƏ OLMALIDIR???
ƏSL AKTYOR NECƏ OLMALIDIR???
ƏSL TAMAŞA NECƏ OLAR???
Mmmmm…. Necə???….
Tamaşa boyu bu suallara cavab tapmağa çalışdıq, daha doğrusu, çalışdılar, ya da baş verən hadisələr tamaşaçıda bu sualları doğurdu….
“Teatrların ömrü elə də uzun deyil….
Elə ki, ustad öldü… Əsl tənəzzül başlayır…” Sarının səsləndirdiyi bu fikirlər acı həqiqəti əsk etdirir, sonra isə özü də özz dediyinə guya bütün bunlar vecinə deyilmiş kimi “…Əşi başlayır, başlasın da… Cəhənnəmə ki…” fikri ilə qarşılıq verir…
“Biz klounuq… Kloun bizzz… Əslində biz nəyik? Rənglənmiş sir-sifət, cır-cındırla dolu çamadan… Biz yöndəmsiz və mənasız varlıqlarıq…”
“…. Tamaşaçılar bilsəydi ki, biz ələ salınmaqdan necə qorxuruq, bizim qəlbimiz kövrək və incədir…” Qırmızı adlı kloun monoloqu ilə klounların həyatına diqqət çəkir…
Bütün bu fikirlər səhnə həlli və aktyor oyunu ilə, möhtəşəm şəkildə tamamlanmışdı…
GÖZƏL İDİ, BAXIMLI İDİ, FAYDALI İDİ…
Bütün heyətə təşəkkürlər!!!
Qeyd edək ki, tamaşa Matey Vişnekin “Qoca Kloun” əsəri əsasında hazırlanıb, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Rolları ifa edənlər Natəvan Qeybani, Zümrüd Qasımova, Təranə Ocaqverdiyevadır.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mənəviyyat dərsləri adlı seminar baş tutub

Azərbaycan Universitetində “Elin Səsi” Milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə Mənəviyyat dərsləri adlı seminar keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində Azərbaycan Universitetinin tələbələri üçün dərs keçirilib.

Əvvəlcə Elvin Talışınski “Mənəviyyat dərsləri” layihəsinin Azərbaycan Universitetində keçirilən tədbirində açılış nitqi ilə çıxış edib. O, tədbirin əvvəlində layihənin ideyası, məqsədləri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Elvin Talışınski bildirib ki, “Mənəviyyat dərsləri” layihəsi Azərbaycan cəmiyyətində, xüsusilə də gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin qorunmasına, möhkəmləndirilməsinə və bu dəyərlərin təbliği ilə bağlı maarifləndirici işlərin aparılmasına yönəlib.

Tədbirdə əsas məruzəçilər Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin direktoru, tanınmış şərqşünas-pedaqoq Əli Rzazadə və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov olub. Hər iki çıxışda milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasında əhəmiyyəti vurğulanıb.

Əli Rzazadə milli-mənəvi dəyərlərin cəmiyyətin mənəvi sütunu olduğunu vurğulayıb. O, çıxışı zamanı bu dəyərlərin yalnız keçmişin irsi deyil, eyni zamanda gələcək nəsillərin inkişafına istiqamət verən yol xəritəsi olduğunu xüsusi qeyd edib. Əli Rzazadə bildirdi ki, qloballaşma şəraitində müxtəlif mədəni təsirlərə məruz qalan gənclər üçün mənəviyyat mövzusu daha da aktual və zəruri hala gəlib. Onun sözlərinə görə, xarici təsirlərin təsirindən qorunmaq və milli kimliyi saxlamaq üçün ilk növbədə ailədə və təhsil müəssisələrində sağlam mənəvi mühit formalaşdırılmalıdır.

Abbas Qurbanov milli-mənəvi dəyərlərin cəmiyyətin sosial-mədəni dayaqları içərisində tutduğu əhəmiyyətli roldan bəhs edib. Onun fikrincə, mənəviyyat anlayışı yalnız fərdi davranışlarla məhdudlaşmır, bu, həm də xalqın tarixi, kimliyi və gələcək perspektivləri ilə bağlı fundamental bir konsepsiyadır. Tarixçi alim qeyd edib ki, Azərbaycanın zəngin tarixi keçmişi yalnız siyasi və hərbi uğurlarla deyil, həm də yüksək mənəvi və mədəni dəyərlərlə zəngindir. Abbas Qurbanov bu baxımdan ailə, vətənə bağlılıq, dini-mənəvi dünyagörüş və elmə hörmət kimi dəyərləri xüsusi qeyd edərək vurğulayıb ki, bu dəyərlərin nəsildən-nəslə ötürülməsi cəmiyyətin sabitliyini və inkişafını təmin edən əsas faktorlardandır.

Tədbirin sonunda universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov da çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və bu kimi təşəbbüslərin gənclərin mənəvi inkişafına verdiyi töhfələri qeyd edib.

Sonda iştirakçı tələbələrə İctimai Birlik tərəfindən hazırlanan və milli-mənəvi mövzuda yazılmış hekayələr toplusu olan “Mənəviyyat axtarışında” kitabı hədiyyə edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin təbliği, bu dəyərlərin qorunması və möhkəmləndirilməsi, eyni zamanda xoşagəlməz halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Layihə dövlətin gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərə önəm verən siyasətinə ictimai dəstək məqsədi daşıyır. Fotolar:

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru