Etiket arxivi: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi

Əcnəbi tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Əcnəbi tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzi ilə tanış olublar

Okyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) hazırlıq kursunda təhsil alan əcnəbi dinləyicilər universitetin Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Əcnəbi dinləyicilər ilk öncə Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzəni dinləyiblər. Məruzədə qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin dirçəliş və tərəqqi mərhələsini təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yaranıb, beynəlxalq əlaqələri genişlənib, dünya birliyində mövqeləri möhkəmlənib. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoyub.

Məruzədən sonra dinləyicilər dünyanın tanınmış dövlət başcılarının Heydər Əliyevlə bağlı söylədiyi fikirlərdən ibarət slaydları izləyiblər.

Mərkəzdəki eksponatlarla tanış olan iştirakçılara burada nümayiş olunan 400-dək foto, arxiv sənədinin surəti, kitab, jurnal və məcmuə haqqında məlumat verilib.

Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli filmin nümayişindən sonra dinləyicilərin fəallığı ilə keçən son hissədə mövzu ətrafında qarşılıqlı sual-cavab və müzakirələr aparılıb.

ADPU-nin Filologiya Fakültəsi

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

“Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır.”

Bu fikirləri Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova bildirib.

Professor Mahirə Hüseynova qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərindən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır. Bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun 3-cü kitabıdır o, bundan əvvəl Qərbi Azərbaycandan Bərdəyə və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna deportasiya edilmiş qərbi azərbaycanlılarla bağlı uğurlu tədqiqat apararaq kitab şəkilində çap etdirib.

Professor M.Hüseynova bu layihələrin davamlı olması və bu cür tədqiqat əsərlərinin xarici dillərdə çap edilməsinin də vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.

ADPU-nin Filologiya Fakültəsi

“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub

Yeni nəşr:
“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub.
Müəllifi Şakir Albalıyev olan kitabda şair-publisist, professor Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəli şəkildə təhlil edilib.

Kitabın redaktoru Nizami Cəfərov, rəyçiləri isə Muxtar İmanov və Seyfəddin Rzasoydur.
Üç fəsildən ibarət olan kitabın I fəsli ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü, II fəsli poeziyada təbiət mövzusu, dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr, III fəslində isə pedaqoji-didaktik səciyyəli şeirlər, xalq həyatını əks etdirən hekayələr təhlilə cəlb olunub.

Tanınan şair Mahirə Nağıqızının bədii irsini ədəbi baxımdan çeşidləyən müəllif onun həm də müəllim, pedaqoq və dəyərli bir alim kimi portretini yaratmışdır.
İnanırıq ki, Mahirə Nağıqızının zəngin yaradıcılığı ilə bağlı yazılan bu kitab da diqqət oxucular tərəfindən maraqla qarşılanacaq.

ADPU-nin Filologiya Fakültəsi

Pedaqoji Universitetdə mentorluq proqramı start götürüb

Pedaqoji Universitetdə mentorluq proqramı start götürüb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri müsabiqəsinin II mövsümünün qalibləri üçün mentorluq proqramına start verilib. Müsabiqə çərçivəsində qalib olmuş tələbələr universitet rəhbərliyi və sturuktur rəhbərlərindən təyin edilmiş mentorlarla görüşərək şəxsi və karyera inkişafları üçün vacib mentor dəstəyi alır, mentorlarının peşəkar təcrübələrindən faydalanırlar. Həmçinin, tələbələr mütəmadi olaraq müxtəlif sturukturların real iş fəaliyyətində iştirak edərək peşəkar və karyera inkişafları üçün əhəmiyyətli praktik səriştələr qazanmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd bacarıqlı və yüksək potensiallı gənclərin müəyyən edilərək onların inkişafına dəstəyin göstərilməsi və universitetin gələcək kadr bankının formalaşdırılmasıdır. Universitetin müxtəlif fakültələrindən olan ümumilikdə 800-dək tələbəni əhatə edən və üç mərhələdən ibarət seçim prosesinin sonunda 10 tələbə qalib adını qazanıb. Qaliblər 1000 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələrlə yanaşı, Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mentorluq proqramında iştirak hüququ da əldə ediblər.

Mentorluq proqramının 1 il davam etməsi nəzərdə tutulub. Proqramı uğurla başa vuran tələbələr müvafiq şəhadətnamə ilə təltif olunacaqlar, həmçinin ADPU-nun kadr bankına daxil edilməklə karyera imkanı əldə edəcəklər.

ADPU-nin Filologiya Fakültəsi

Prof.Mahirə Hüseynova və dos.Könül Həsənova Özbəkistanda respublika konfransında kştirak ediblər

Prof.Mahirə Hüseynova və dos.Könül Həsənova Özbəkistanda respublika konfransında kştirak ediblər

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könük Həsənova Özbəkustanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin təşkil etdiyi “Özbəkistan-Azərbaycan ədəbi ələqaləri və həmkarlıq ittifaqları” mövzusunda respublika elmi konfransında iştirak ediblər.

Konfransın moderatoru Daşkənd Dövlət Şərqşünaslıq Universiteti Türkşünaslıq Tədqiqatları Mərkəzinin direktoru professor Cumali Şabanov tədbiri açıq elan edərək açılış nitqi üçün sözü universitetin rektoru professor Gülçöhrə Rixsiyevaya verib.
Rektor çıxışında iki ölkənin ədəbiyyatında ortaq motivlərin, milli kimlik və mədəni dəyərlərin araşdırılmasının vacibliyindən danışaraq bu sahədə birgə tədqiqatların vacibliyini vurğulayıb. Belə konfransların keçirilməsinin əhəmiyyətindən və vacibliyindən bəhs edib.

Konfransda çıxış edən professor Mahirə Hüseynova Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin qədim tarixə malik olduğunu, bu əməkdaşlığın müasir dövrdə daha da gücləndirilməsini, ADPU ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında birgə layihələrin, elmi tədqiqatların və tələbə mübadilələrinin həyata keçirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

ADPU-nin Filologiya Fakültəsi

Prof. Mahirə Hüseynova və dos. Könül Həsənova Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda iştirak ediblər

Prof.Mahirə Hüseynova və dos.Könül Həsənova Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda iştirak ediblər

Oktyabrın 4-də Bakı Slavyan Universitetində (BSU) Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib.

Forumda Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri, ictimaiyyət və təhsil sektorunun nümayəndələri iştirak ediblər. Forumda rektor professor Cəfər Cəfərov, prof.Mahirə Hüseynova, fakültə dekanı dos.Könül Həsənova və başqaları iştirak ediblər.


“Konstitusiya və Suverenlik İli”nə həsr edilən Beynəlxalq Forumda elm və təhsil nazirinin müavini İdris İsayev və BSU-nun rektoru Anar Nağıyev geniş məruzə ilə çıxış edib, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş təcrübələrini bölüşüblər.

Forumun əsas mövzusu təhsildə emosional və süni zəkanın balansı olub. Forumda təhsil prosesinin bütün tərəflərini özünün ən yaxşı versiyası olmaq prosesi ətrafında müzakirələr aparılıb.

ADPU-nin Filologiya Fakültəsi

ADPU-nun “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov təyin olunub

ADPU-nun “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov təyin olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibovdur.

Firuz Yusibov 2005-ci ildə Gədəbəy rayonun anadan olub. 2023-cü ildə orta təhsilini başa vuraraq, ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Hazırda III tədris ili tələbəsidir.

Tələbəlik dövrünün ilk günlərindən gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və proqramlarda fəal iştirak edib. “MEH” ədəbi dərnəyinin təşkil etdiyi layihə və tədbirlərdə fəallığı ilə fərqlənib. O, bir çox layihə və tədbirlərdə aktiv iştirak edib, fəaliyyəti sertifikat, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilib.

O, 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktivliyinə görə təltif edilib, özəl təhsil müəssisələri tərəfindən təşkil edilən təlimçilər üçün təlim proqramını uğurla tamamlayıb.

COP29 çərçivəsində aktiv könüllülük fəaliyyəti göstərib.

Qeyd edək ki, “MEH” ədəbi dərnəyinin yaradıcısı prof. Mahirə Nağıqızı (Hüseynova)dır.

ADPU-nin Filologiya Fakültəsi

“Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub

Yeni nəşr:
“Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən icra olunan “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmışdır.

Kitabın layihə rəhbəri və nəşrə hazırlayan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi redaktoru ADPU-nin prorektoru, filologiya üzrə elmlər doktoru, prof. Mahirə Hüseynova, elmi məsləhətçisi əməkdar elm xadimi, prof. Məhərrəm Qasımlı, rəyçi isə filologiya üzrə fəlsəfə doktoru, dos. Razim Məmmədlidir.

Kitabda XVII əsrdən üzübəri yaşayıb-yaratmış ustad aşıqların Qərbi Azərbaycanı tərənnüm edən şeirləri yer alıb. Bu zaman daha çox əslən Qərbi Azərbaycandan olan aşıqlarla yanaşı, digər aşıq mühitlərini təmsil edən ustad sənətkarların və eləcə də günümüzdə fəaliyyət göstərən aşıqların yaradıclıq nümunələrinə də yer ayrılıb.

ADPU-nin Filologiya Fakültəsi

ADPU-nun Filologiya fakültəsində yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası fəaliyyətə başlayıb

ADPU-nun Filologiya fakültəsində yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası fəaliyyətə başlayıb

ADPU-nun Filologiya fakültəsi 2025/2026-cı tədris ilinə daha yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası ilə fəaliyyətə başlayıb.

Kafedranın yaradılmasında əsas məqsəd müasir dövrün tələblərinə uyğun olaraq tələbələrin dil biliklərinin genişləndirilməsi, pedaqoji kadr hazırlığında keyfiyyətin artırılması və elmi-metodoloji bazanın zənginləşdirilməsidir.

Xarici dillərin tədrisi kafedrasının müdiri dosent Könül Həsənova əməkdaşlarla görüşərək qarşıda duran hədəflər və fəaliyyət istiqamətləri barədə müzakirələr aparmışdır. Görüşdə tədris prosesində müasir metodların tətbiqi, xarici dillərin tədrisinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab çapa hazırlanaraq oxuculara təqdim olunub.

Oktyabrın 1-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib.

Yeni nəşrdə Qərbi Azərbaycandan olan müəllimlərin şəxsi və ailəvi xatirələri, tarixi məqalələri və yaddaş salnaməsi toplanıb. Kitab həm müəlliflərin özlərinin, həm də valideynlərinin yaşadıqları hadisələr əsasında formalaşıb. Burada Qərbi Azərbaycanın tarixi torpaqları, xalqımızın orada əsrlər boyu yaşaması, deportasiya faciələri, mədəniyyət abidələrinin məhv edilməsi və xalqımıza qarşı törədilən vandalizm faktları ətraflı təsvir olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu nəşri yalnız bir kitab kimi deyil, həm də bir yaddaş salnaməsi kimi dəyərləndirdi və bildirdi ki,müəllimlərimizin xatirələri gələcək nəsillərə ötürüləcək tarixi bir vəsaitdir. Kitab Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına xidmət edəcək.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin xatirələrinin təkcə şəxsi yaddaş olmadığını, həm də xalqımızın milli yaddaşının bir parçası olduğunu, gələcək nəsillərin formalaşmasında müəllimlərin ən mühüm rolu oynadıqlarını vurğuladı. Onların doğma yurda dair yazdıqları xatirələrin tariximizin öyrənilməsi üçün çox qiymətli olduğunu qeyd edib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov isə qeyd etdilər ki, kitab pedaqoqların yalnız müəllim kimi deyil, həm də yaddaş daşıyıcısı və tarix şahidi kimi fəaliyyətini ortaya qoyur.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bu xatirələrin yalnız tarixi deyil, həm də hüquqi baxımdan mühüm olduğunu, xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verdiyini qeyd etdi.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, deputatlar Vüqar Rəhimzadə və Ceyhun Məmmədov çıxışlarında müəllimlərin yazılarını həm təhsil tarixinə, həm də Qərbi Azərbaycan yaddaşına əlavə dəyər gətirən mühüm bir töhfə adlandırdılar.

Sumqayıt şəhər 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxışında kitabda əks olunan xatirələrin gələcək nəsillərə yurd sevgisini, milli kimlik hissini ötürəcəyini bildirdi.

Layihə meneceri və kitabın tərtibçisi Rövşən Ağayev çıxışında bildirdi ki, müəllimlərin yazdıqları bu xatirələr təkcə şəxsi hisslər deyil, həm də tarixi sənəd kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, təqdim olunan kitab pedaqoqlar, ziyalılar və Qərbi Azərbaycan yaddaşını öyrənmək istəyən bütün oxucular üçün nəzərdə tutulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi