
Bu gün Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi Bəhruz Məmmədzadənin 45 yaşı tamam olur.
Ömrünü Vətənə, dövlətə və xalqa xidmətə həsr edən Bəhruz Məmmədzadə uzun illər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində şərəflə xidmət edib, iştirak etdiyi bir çox hərbi əməliyyatlarda peşəkarlığı, cəsarəti və vətənpərvərliyi ilə seçilib. O, 44 günlük Vətən müharibəsində də ön sıralarda döyüşərək şanlı Azərbaycan Ordusunun tərkibində Şuşaya qədər qəhrəmanlıq yolu keçib, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mühüm xidmətlər göstərib.
Hərbi xidmətini başa vurduqdan sonra da Vətən qarşısındakı missiyasını davam etdirən Bəhruz Məmmədzadə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyini yaradaraq şəhid ailələrinin, qazilərin və veteranların problemlərinin həlli istiqamətində fəal fəaliyyət göstərməyə başlayıb. Bu gün də o, yüzlərlə şəhid ailəsinin sevincinə və kədərinə şərik olur, qazilərimizin sosial problemlərinin həllinə dəstək verir, onların hüquqlarının müdafiəsi istiqamətində yorulmadan çalışır.
Bəhruz Məmmədzadə eyni zamanda Azərbaycan mediasının inkişafına töhfə verən şəxslərdən biri kimi Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq da ictimai fəaliyyətini uğurla davam etdirir.
45 yaşını qeyd edən Bəhruz Məmmədzadənin həyat yolu Vətənə sədaqətin, xalqa xidmətin və milli dəyərlərə bağlılığın nümunəsidir. Döyüş meydanında göstərdiyi igidliklə, ictimai fəaliyyətdə nümayiş etdirdiyi fədakarlıqla o, cəmiyyətimizdə xüsusi hörmət qazanan vətən övladlarından biridir.
Doğum günü münasibətilə Bəhruz Məmmədzadəni səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və Vətən naminə həyata keçirdiyi şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq.
Ad gününüz mübarək olsun, qəhrəman Vətən oğlu Bəhruz Məmmədzadə!
Hörmətlə,
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında