Etiket arxivi: Bəstəkar Elza İbrahimova

Bəstəkar Elza İbrahimova haqqında

Elza İbrahimova haqqında

Günlərin bir günü o zaman vokal ifaçısı, hazırda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin müəllimi Recpublikanın Əməkdar artisti Rəna xanım Əliyevaya naməlum nömrədən zəng gəlir.
Kobud səsli bir qadın Rəna xanımla salamlaşıb deyir:

Salam, sizi mənə məsləhət gördülər və dedilər ki, mənim bir neçə mahnımı ifa edə bilərsiz.

-Siz kimsiniz?- deyə Rəna xanım soruşur.

Mən Elza İbrahimovayam. Ancaq əvvəlcədən deyim ki, sizə verəcək pulum yoxdur.

Elza xanım, sizin mahnilarınızı ifa etmək şərəfdir. Nə pul? Gəlin konservatoriyada görüşək.

-Mənim yol pulum da yoxdur. Siz bizə gəlin- deyə
çox qısa və lakonik şəkildə yaşadığı ünvanı Rəna xanıma izah edib sağollaşmadan söhbəti kəsir.

Telefon zəngindən sonra Rəna xanım xeyli düşünür və o boyda bəstəkarın yol pulu belə olmadığına inanmır. Bir neçə gündən sonra Rəna xanım Elza İbrahimova yaşayan ünvana gedir. Qapını ona açan qadının üzündə zərrəcə sevinc və ümumiyyətlə heç bir emosiya hiss etməyən Rəna xanım bəstəkarın yaşadığı mənzilə göz gəzdirib otağa keçir. Bəstəkar bir kəlmə də danışmırdı. Nəhayət, sükutu pozaraq:

-Mən sizə çay gətirim – dedikdə Rəna xanım bayaqdan aralarında yaranmış soyuqluğun bir qədər isinməsinə ümid etmişdi ki, Elza xanım ona məxsus aşağı səslə :

Çayla içməyə şəkərdən başqa heç nəyim yoxdur,- dedi.

Mən çay içmirəm, sağ olun. Narahat olmayın,-deyə Rəna xanım çaydan imtina etmək istədi.

Yox. İçin. Səsiniz də açılar bir az,- deyib qadın mətbəxdən bir fincan çay, yanında da şəkər gətirdi.
Rəna xanım acı çayı bir təhər içib:

Gəlin başlayaq, Elza xanım,- dedi.
Elza xanım 10 dan çox heç yerdə səslənməyən yeni mahnılarını Rəna xanımın ifasında hazırlayıb diskə köçürür və Mədəniyyət Nazirliyinə ya da Radioya( dəqiq bilmir) satır və əldə etdiyi pulla bir müddət keçinir.
Rəna xanım danışır ki, iş birliyi bittdikdən sonra Elza xanım ona bir “plitka” şokolad hədiyyə edərək:

Çox sağ olun. Mənim mahnılarımı təmənnasız ifa etdiniz. Heç olmasa bunu götürün.
Rəna xanım dəqiq bilir ki, Elza İbrahimovanın onun ifasında səslənən həmin mahniları hazırda Radionun qızıl fondunda saxlanılır. Həmçinin Rəna xanım qeyd edir ki, bir dəfə öz ifasında bu gözəl mahnıları Radioda dinləyib. Lakin sonralar o mahnılar heç vaxt heç yerdə səslənməyib.
Düşünürəm ki, Elza İbrahimova kimi istedadlı musiqiçinin arxivdə yatıb qalmış mahnılarından ən azı biz dinləyicilər bəhrələnə bilərdik.
Bu yaxınlardaOpera Studiyasında Elza xanımın mahnılarından ibarət konsertin anonsuna rast gəldim və bu yazım məhz o anonsa bir əlavə ola biləcək kimi yarandı.
Ruhu şad olsun, kasıbçılığını heç kimlə bölüşməyib həyatın ən çətin anlarında yalnız yaratdığı bənzərsiz musiqiyə sığınan gözəl bəstəkarımızın… Allah rəhmət eləsin…

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I