Etiket arxivi: Dünyamin Məmmədov

Dünyamin Məmmədov – Axır çərşənbədə

Axır çərşənbədə

Gəlir durna qatarı,
nəğməsində nəşəsi.
Yetişibdi bir ilin
son -axır çərşənbəsi…

Hamı xoş bir həvəsdə,
tonqallar çatılacaq…
Böyük, uşaq, qız -oğlan
üstündən atılacaq…

Novruz gəlir elimə,
o, yeni bir həvəsdi…
Bu xoş gündə insana
su,torpaq, hava bəsdi…

Bəzənib səmənilər,
an yeni,zaman yeni…
İllərin ayrıcında
gün yeni,insan yeni…

Novruzgülü, bənövşə
ilk baharın öz qızı…
Süd qoxulu körpələr
neçə ömrün ilk yazı…

Gəl,baharım, ömrümə,
nəğməli sözüm ol sən ..
Arzuların gül açsın,
xoşbəxt novruzum ol sən!…
18.03.2003. Ağdaş