Etiket arxivi: Mayıl Dostu

Mayıl Dostu – Y U R D U M

Y U R D U M

(arzularım çin oldu)

Dəstə tutsam çiçəyindən,gülündən,
Öpsəm, məni şair edən dilindən,
Tutsam, həsrət dolu titrək əlindən,

Arzularım çin olardı, ay Yurdum.

Sürünə – sürünə səcdənə gəlsəm,
Torpağından öpüb xatamı silsəm,
Boynuna sarılıb, ordaca ölsəm,
Arzularım çin olardı, ay Yurdum.

Oxşada bilmirəm səni heç kimə,
Dərd əhli loğmana, nə də həkimə,
Toxunsan qəlbimdə o, sarı simə,
Arzularım çin olardı, ay Yurdum.

Zəfər seli kimi qəlbinə axsam,
Nisgili keçmişin döşünə taxsam,
Güc tapıb, gözünün içinə baxsam,
Arzularım çin olardı, ay Yurdum.

Otuz ilin yuxusuzu, oyağım,
İtirmişəm, sənsiz yoxdur dayağım,
Torpağına toxunsaydı ayağım,
Arzularım çin olardı, ay Yurdum.

Müəllif: Mayıl Dostu

MAYIL DOSTUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mayıl Dostu – Mənimdi.

M Ə N İ M D İ

Qəlbimi didib-sökən,
Hər daşına qəm çökən,
Gözlərindən qan tökən,
O yurd yeri mənimdi.


Elə vurğun dəliyəm,
Quru çaylaq seliyəm,
Ağır köçkün eliyəm,
Dərdin nəri mənimdi.


Dərd qatlayır dizimi,
Həsrət qarsır sözümü,
Unutmuşam özümü,
Utanc təri mənimdi.


Kor dumana qatılan,
Ocaq kimi çatılan
Yurda sarı atılan
Tale zəri mənimdi.


Qəlbində gor qazılan,
Diləkləri pozulan,
Yana – yana yazılan,
Yurd şeiri mənimdi.