Etiket arxivi: Mir Şahin Ağayev

Mir Şahin Ağayev – Müəllim

MÜƏLLİM

Mən Azərbaycan Mediasını Cahangir Məmmədlinin doğum günü münasibətilə təbrik etmək istəyirəm. Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir MÜƏLLİM çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də “yaş anlayışı” bu halda öz klassik mənasını itirir. Qəribədir: insan ömrü elə məqama yetişir ki, sən artıq yalnız əllə toxunulan, hiss edilən, görünən, eşidilən deyil, həm də eyni zamanda şəffaf, görünməz, toxunulmaz olursan: Cahangir Məmmədli kimi. O qədər ehtiyatla, lətif, sakit, xəfif yaşayır ki…
Sanki həm də Gəzərgi Ruhdur. Bizim Ruhumuz! O nəhəng bir Kitabxananın Oxu zalıdır. Səs salmaq istəmirsən… Onun varlığı saat kimidir. Artıq belə demək olar:
-Cahangirə işləyir…
-Cahangirə qalır…
-Cahangirin yarısı…
-Cahangir tamam…
Əziz MÜƏLLİMİM!
Bəs Sizin özünüzdə saat neçədir? Ad gününüzü təbrik etmək üçün soruşuram…

Müəllif: Mir Şahin Ağayev

Mir Şahin Ağayein yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mir Şahin Ağayev- 61

Mir Şahin Ağayev- 61

Bəli, əvvəl yaranırıq, sonra xatirəyə çevrilirik, daha sonra isə unuduluruq. Bəs onda biz kimik?..

Mir Şahin Ağayev deyəndə, nədənsə yadıma ilk düşən bu kəlmələr olur: Biz qəhrəmanlarımızı dar ağacında görməyə öyrəşmişik…

Nə yaxşı ki, Mir Şahin Ağayev özünü “dar ağacından” xilas edə bildi. Yaşayır, var və əski təhlükələrdən çox uzaqdır…

Mir Şahin Ağayev təkcə ölkənin böyük jurnalisti, peşəsinin AKADEMİYASI deyil, həm də gözəl şairdir. Haqqında söhbətimi nə vaxtsa qələmə aldığı bir şeirlə yekunlaşdırıb, onu astanasında dayandığı 61 yaşı münasibətilə təbrik edirəm!

“Yerləşmə

(Anti təlqin)

Gəldim çatdım…
Yerləşirəm, narahat olma!
Düzdü, bir az darısqaldır
Bir az soyuqdu
Amma burda bundan geniş,
bundan işıqlı, bundan isti
Bundan rahat otaq da yoxdu!

Burda təkəm, uzanmışam, dincəlir canım
Qarışqalar yem axtarır bəbəklərimdə…
Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
Səsi gəlmir vəd olunan mələklərin də
Hanı bunun odu, suyu, alma bağları?!

Uşaqların ruhlarından doğulan quşlar?!
Bir az qumdu, bir az torpaq buranın varı,
Bir də başım üstündəki laybalay daşlar…

Niyə belə qəfil düşdü yağış mövsümü?
Qorunmağa balaca bir çətir də yoxdu
Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
Tərs kimi də üstümdə heç ətir də yoxdu…

Belə qonaq evi olar?
Bəsdi sən Allah!
Gör qar basınca otağımın damı sökülür…
Həşəratlar dabanımı qıdıqladıqca,
Gülmək tutur,
Uğunmaqdan ətim tökülür…

Bədənimi tükmü basıb?
Bəs niyə yaşıl?
Bərbər əli gəzən yerdə quzu dişləri
Suvarırlar, becərirlər sonra yeyirlər
Buranın da varmış demə əcəb işləri?

Hə beləcə yer üzündən uzaqlaşıram,
Bir az otda, bir az suda donuram yenə,
Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
Yerləşirəm asta-asta dönürəm yerə.”

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mir Çingiz Ağayev – 1997

Parlaq istedad hər adamda olmur

Deyir ki:- “11 yaşımda önümə qoyduğum məqsəd gah müxbirlik, gah aparıcılıq, gah layihə rəhbərliyiydi. Soruşa bilərlər ki, öz hədəfin olmayıbmı? Əlbəttə olub. Məsələn, hələ jurnalistliyin mənasını qavramazdan öncə 12 vərəq dəftərlərdə qəzet düzəldər, jurnal hazırlayar, güya kitablar çap edər, hər bayram günü otağın qapısını kilidləyib “studiya” qurar, beləcə, anamla qardaşımı qonaq çağırardım. Atamı çox tapmazdıq evdə. Mütəmadi çalışar, çalışar və çalışardı. Bəzən gecəyarı qonaq otağını bürümüş göyümtül işıqdan ötrü oyanardım. Hənirtisizcə çıxardım dəhlizə və görərdim, atam məqalə hazırlayır – Hesabat üçün. Sənədli filmlər üçün. Yaxud gecəyarı zəng edərdi hansısa əməkdaşa: O adama əlli dəfə tapşırmışdım ki, kadrı dəyişsin! Hara baxır bu uşaqlar? Yığışdırın efirdən. Dərhal!”

Həyatını idarə etməkdə qətiyyətlidir və ənənələrə böyük dəyər verir. Səbirli, inadkar və sabit təbiətlidir. Arzularını planlı və sistemli şəkildə həyata keçirməyi xoşlayır. Bu səbəbdən də, onu əzmkar və qətiyyətli insan kimi xarakterizə etmək olar. Onun üçün maddi təhlükəsizlik və komfort çox önəmlidir. Lüks və gözəl əşyalar onun cazibəsini artıran elementlərdir. Ev dekorasiyası, geyim və yemək mövzusunda estetik zövqü yüksəkdir. Bir sözlə, komfort və gözəllik həyatında önəm verdiyi ən vacib detallardır…

“Jurnalist ailəsində dünyaya göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. İndi mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.”- söyləyir…

Parlaq istedad hər adamda olmur. Onu Allah yalnız sevdiyi bəndələrinə verir. Verir ki, milyonların içində fərqlənə bilsinlər və insanlar arasında daha faydalı, daha ötkəm olsunlar. İstedad vulkana bənzər, püsgürdü ki səd tanımaz, aşıb daşar. Haqqında söhbət açdığım Mir Çingiz Ağayev kimi. O, 1997-ci ilin may ayının 11-də dünyaya gəlib. Məşhur telejurnalist Mir Şahin Ağayevin oğludur…

Deyir ki:- “Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm. Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! – Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Filan cümləni yerli-dibli silmək lazımdır…”

Bir işə başladısa, onu tamamlamağa qətiyyətlidir və bu yolda heç bir maneəyə boyun əyməz. Sadiq və güvənilən adamdır. Dostluq və romantik münasibətlərdə uzun müddətli bağlılığa və sadiqliyə böyük əhəmiyyət verir. Sevdiyi insanlara hər zaman dəstək olmağa hazırdır. Elə buna görə də etibarlı dostdur…

“Bəli, məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox.”- söyləyir…

Cəmi 27 yaşı var. Gənc də olsa praktiki düşüncəyə malikdir. Onun üçün həyatın reallıqları və gündəlik ehtiyaclar prioritetdir. Maddi resursları ağıllı şəkildə idarə etmək və uzun müddətli məqsədlərə çatmaq üçün ciddi planlar qurmaq onun təbiətindədir. Yuxarıda qeyd etdiyim kimi, dəyərlərə və ənənələrə bağlılıq onun üçün çox önəmlidir…

Deyir ki:- “Xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim “keçilməz”lərimi yoxa çıxarır. Önümü açır…”

“APA Group”-da layihə rəhbəri vəzifəsində çalışır. Eyni zamanda “YouTube” platformasında yaratdığı “Künc-Bucaq” adlı internet televiziyanın həm rəhbəri və həm də veriliş aparıcısıdr. Veriliş boyu qonaqlarına verdiyi suallar, aparıcılıq məharəti yüksək səviyyədədir. Bəlkə də bu xüsusiyyətlər ona atasından genlə ötürülüb, deyə bilmərəm. Amma onu bilirəm ki, öz parlaq istedadı ilə, o jurnalistika sahəsində böyük uğurlara imza atmağı bacaracaq. El arasında belə bir deyim də var- “Yaxşı oğulu uşaq vaxtı atasına görə tanısalar da, böyüyəndən sonra atasını ona görə tanıyarlar…”

Bəli, gələcək belə gənclərlə gələcək!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

Mir Çingiz Ağayevin yazıları

Mir Şahin Ağayevin yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru