Etiket arxivi: NAZİM TEYMUROĞLU

NAZİM TEYMUROĞLU

NAZİM TEYMUROĞLU

Nazim Teymuroğlu (Sayılov Nazim Teymur oğlu) 1953-cü ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Filiologiya fakultəsini bitirib. Bədii yaradıcılığa orta məktəb illərində başlayaıb. Şeirləri müxtəlif dövrü mətbuatda, ədəbi orqanlarda, almanaxlarda dərc olunub. “Gözün aydın Azərbaycan” adlı bir şeirlər kitabı capdan çıxıb.

          Hal-hazırda Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yaşayır.

OYMAQ

                                      Anamın zər oymağı

                                      Divardan aslı qalıb.

                                      Qayçısı, həm iynəsi

                                      Yanında paslı qalıb.

                                      Divardakı şəkildən

                                      Baxır qəmli gözləri.

                                      Oymağında qalıbdır.

                                      Barmağının izləri.

                                      Heç doymadım, anacan

                                      Söhbətindən, sözündən.

Övladlarcın keçərdin

                                      İynənin lap gözündən.

                                      Sinən kimi yastıq yox,

                                       Başımızı qoymağa.

                                      Həsrətindən incəlib

Sığışmışam oymağa.

KÖHNƏ EVİMİZ

                                      Gecə çaya daş atmazlar,

                                      Suları diskinər,

                                      Pozular zümzüməsi.

                                      Hörmüçək toruna bələnib

                                      Köhnə evimizin külbəsi.

                                      Qulağımı dəng edir.

                                      Toz basmış mebeli

Gəmirən qurd səsi.

                                      Divardakı saat səsində

                                      Yaşayır ocaq səsi, yurd səsi.

                                      Salam,  xoş gördüm,

                                      Yenə səni boş gördüm,

                                      Üstü qırmızı kirəmidli

                                      Köhnə evimiz.

                                      Hara getsək yenə səninlə

                                      Döyünür ürəyimiz.

                                      Anam hirslənəndə

                                      Yunçırpanla qoyardı kürəyimizdə iz.

                                      Bu evdə doğulduq.

                                      Gəlinlərin əlilə bu evdən qovulduq.

                                      Evimizdən ayrı düşdük

                                      Hər birimiz.

                                      Kəsildi ayaqlarımız,

                                      Batdı qulaqlarımız.

                                      Rəfdəki kasaları dəsmalımla silirəm.

                                      Boş dolabdan paltarların saralmış

                                      Tozu görünür.

                                      Evin palçıq tavanında

                                      Görünür saman çöpü,

Ana, əllərinin damarı kimi.

Sutuna söykədim kürəyimi,

Düyünlər kürəyimə toxundu

Ata, əllərinin qabarı kimi.

Ocağın hənrini duydum

əllərinin tumarı kimi.

Divarda çatlar göründüm,

Ürəyim çat verdi, –

Ovxaladım ürəyimi.

Xatirələr yaddaşıma qat verdi,

Yada saldım beşiyimi, bələyimi.

Bu evdə hər şey təbii, olduğu kimi,

Xatirələr divara hopub doğulduğu kimi.

                                      Uşaqlıq xatirələrimlə görüşürəm,

                                      Dərdimi bölüşürəm.

                                      Xatirələr gülə-gülə

                                      Gəlir dilə.

Gözümdən yaş tökülür gilə-gilə.

Uşaqlıq xatirələrimi.

Çörəyin üstə yağ kimi yaxıb yeyirəm,

Köhnə evimizdən təzə evimə gedirəm,

Ürəyimdə səni tikənə min rəhmət deyirəm.

Köhnə evimiz, sən uşaqlığımın,

Gəncliyimin güzgüsüsən.

Səndə özümü özüm kimi

Görəmək istəyirəm.

Anamın laylasına bürünüb

Qucağında ölmək istəyirəm.

XATİRƏMLƏ YATIRAM

Ata yurdu, təzə ev.

Möhtəşəmdir, ucadır.

Yanındakı köhnə ev,

Daşın üstə oturmuş

Əldən düşmüş qocadır.

Təzə evdə çal-çağır,

Qohum-qardaş yığışıb.

Mersedesi “yumağa”.

Köhnə evsə qüssədən

Dönüb sanki yumağa.

Pilləkənlər çürüyüb,

Çəkinirəm, qorxuram

Ayağımı qoymağa.

Pilləkəni qalxmışam

Mən atamın çiynində.

Pilləkəni enmişəm

Anamın kürəyində.

Ata, ana sevgisi

Yaşayır ürəyimdə.

Köhnə evin küncündə,

Atılmış taxta beşik,

Taxtası deşik-deşik.

Beşikdə yatır pişik.

Asılmışdır tavandan

Qaranquşun yuvası.

Pəncərədən süzülür.

İlıq payış havası.

Odu sönüb ocağın,

Ana, səndən yadigar

Dordayağın, saçağın

Aslı qalıb divardan.

Otaqlar kif bağlayıb.

Tənhalıqdan, qubardan.

Kərpic evin suvağı,

Uçub yerindən qopub.

 Ana, isti nəfəsin

Evə, divara hopub.

Otaqlardan getməyib

Əllərinin xoş ətri.

Marketlərdən həvəslə

Alırıq köhnə fətri.

Toz basmış çarpayıya,

Uzanıram yatmağa.

Köhnə, nimdaş yorğanı

Mən üstümə atıram

Uşaqlıq xatirəmi

Qucaqlayıb yatıram.       

ƏYİLDİN BULAĞA Kİ…

Əyildin bulağa ki,

Bir  ovuc su içməyə.

Susuzluq yatsın deyə.

Su dəyəndə dodağa,

Susuzluğun  dayandı.

Dodağının odundan

Alışıb su da yandı.

                       …

İncə, zərif yerişlim,

Şirin, şəkər gülüşlüm.

Dərib gülü iylədin,

Gül yuxudan oyandı.

Nəfəsinin ətrindən,

Qızıl qana boyandı.       

DƏNİZ VƏ SƏN

Əllərimi  daraqlayıb dizimə,

Baxıram sahilə, mavi dənizə.

Dalğalar vurulub ayaq izinə,

Silib sürmə kimi çəkir gözünə.

Atıldın həvəslə dəniz qoynuna,

Dalğalar sarmaşdı incə boynuna.

Gözümdən azacıq uzaqlaşırsan,

Coşqun dalğalarla qucaqlaşırsan.

Dənizdən çıxırsan, saçların dağnıq,

Damcılar süzülür incə telindən.

Dənizdən umuram, versin halallıq,

Səni qarşılayım, tutum əlindən.

Gizlən dalğalarda, gəlmə nəzərə,

Dəniz də vurulub səntək gözələ,

Yaraşıq verirsən mavi Xəzərə.

Getdin, dalğalar da qaçdı ardınca,

Dəniz həsrət qaldı incə əsərə.

E T İ R A F

Silginən gözündən dumanı, çəni,

Səhər yuxusutək xatırla məni.

Ömürdən keçəcək neçə qış, bahar,

Şeirim – ürəyim, qalsın yadigar.

Ömründə bir çiçək qırmadın barı,

Tikanlı gülləri tez-tez üzürsən.

Əlinin tərsiylə silərək qarı.

Qəbrimin üstünə çiçək düzürsən.

Bağla qapıları, işıq düşməsin,

Mənim çiçəklərim yanıb kül oldu.

Ayrılıq oduna necə dözüm ki,

Mənim diləklərim bişib gil oldu.

Yanımdan ötürsən səssiz, səmirsiz,

Sevinclər azalır, istəklər ölür.

Sənin bu yaşında naz etməyinə,

Həyətdə dən yeyən quşlar da gülür.

Sıxaraq hicranın əlini, getmə.

Unut qəzəbini, gözlə səbrini.

Qocalmış barcınam məni tərk etmə,

                             Ölsəm, gözləyəcək qəbrim qəbrini.     

MƏRD ŞƏHƏRİM

                             Tarix sınağından çıxdın mətin, üzüağ.

                             Düşmənin sinəsinə çəkdin çalın-çarpaz dağ.

                             Şəhid qanı töküldü sıldırım qayalara,

                             Qalib gəldin qulaqsız, mənfur, soysuz haylara.

                             Şuşada dalğalandı əzamətli bayrağın,

                             Özümə qaytarıldı ata-baba torpağım.

                             Yaşadın tarix boyu  neçə ağrı, acı sən,

                             Vətənin ən qiymətli daşı, ləli, tacı sən!

                             Dünyaya qalib xalqtək Şuşadan baxırıq biz,

                             Şuşa fəthi savaşda tarixi zəfərimiz.

                             Dəyişir bu dünyanın nizamı, həm ahəngi,

                             Torpağım yetiribdir Hikmət kimi pələngi.

                             Tarixi yaddaşımız hər qayan, hər bir daşın,

                             Döyüşlərdən çıxmısan, bəlalar çəkib başın.

Ali Baş Komandanım, xalqın sənə dayaqdır,

Zəngəzura gedirik, Şuşa əldə bayraqdır!

Şuşadan seyr edirəm Xankəndində paradı.

Göyçə dərdi sinəmdə sağalmayan yaradı.

Açıldı xoş müjdəli Şuşada ilk səhərim,

Yazıldı tarixlərə Şuşa adlı Zəfərim.

Hür yaşa, Şuşam mənim, qəhrəman ər şəhərim!

    Pənah xanın ruhunu dirçəldən mərd şəhərim!