“YAZARLAR” JURNALININ 2026-CI İLDƏ BÜTÜN SAYLARI

“YAZARLAR” JURNALININ 2026-CI İLDƏ BÜTÜN SAYLARINI BURADAN OXUYA BİLƏRSİNİZ: OXU!

A:“YAZARLAR” JURNALININ 2026-CI İLDƏ BÜTÜN SAYLARI – PDF:

B:“YAZARLAR” JURNALININ 2026-CI İLDƏ BÜTÜN SAYLARI – PDF:

  1. Yazarlar-61
  2. Yazarlar-62
  3. Yazarlar-63
  4. Yazarlar-64
  5.  Yazarlar-65
  6. Yazarlar-66

2026-CI İLİN BÜTÜN SAYLARI BURADA: >>>> YAZARLAR PDF – 2026

14 fevral 2026 – Beynəlxalq Kitab Bağışlama Günü

Zaur Ustac “Dünya şairləri” (birinci kitab) antologiyasını təqdim edərkən

Zaur Ustac “Gül ətirli kitab”ını təqdim edərkən

Zaur Ustac Həcər Atakişiyevanın “Əbdürrəhim bəy Haqverdiyev – 155” kitabını təqdim edərkən

Zaur Ustac Akif Əlinin “Özgə dünya” kitabını təqdim edərkən

Zaur Ustac “İzsürənlər” kitabını təqdim edərkən

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vüsal Ağa – Elədi

“QƏLƏM MƏNİ SÖZ ELƏDİ “

Puçurladı həyat məni,
Taleyimi yaz elədi.
Qəlbim sevdi göy çəməni,
Çiçəkləri naz elədi.

Yandı neçə arzum qında,
Həsrət qaldı mənə sonda,
Nələr çəkdim bu axında,
Astarımı üz elədi.

Ümidlərim söndü, yandım,
Gündən-günə çox inandım,
Külə döndü sözüm, andım,
Ürəyimi köz elədi.

Ömrüm ötdü duman, çəndə
Addımbaşı düşdüm bəndə,
Xəyallarım uçdu kəndə,
Şəhər mənə üz elədi.

Dərdlərimi qoydum dəmə,
Dərddən dərdlər doğur, demə,
Ömrüm əsir düşdü qəmə,
Ürəyimdə iz elədi.

Deyiləndə söz vaxtında,
Hər kəs şahdır öz taxtında,
Bu dünyanın düz vaxtında,
Dünya məni düz elədi.

İllər ötdü pərdə-pərdə,
Ömür keçdi xeyir, şərdə,
Dünya bizə ara yerdə
Nə elədi, az elədi.

Milyon əkdim, birin dərdim,
Usanmadım, sinə gərdim,
Mən qələmə könül verdim,
“Qələm məni söz elədi.”

Müəllif: Vüsal Ağa

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Məmmədov – Söz var

SÖZ VAR
Söz var ağız dondurur,
Udanmırsan, yemək olmur.
Dərdə dönür, can yandırır,
Niyəsini demək olmur.

Sağalmayan yara kimi,
Öz içində bəsləyirsən.
Son mənzilə, gora kimi,
Axşam, səhər səsləyirsən.

Nə kimsəyə açılası,
Nə də səni yıxan deyil.
Unudulub qaçılası,
Nə də yaddan çıxan deyil.

Bu dərd ilə dolanırsan,
Kimsə sənə həyan olmur.
Öz içində bulanırsan,
Ətrafından duyan olmur.

Dolaşırsan bir kənarda,
Deyilənə bənd olmursan.
Vaxt olur çətində darda,
Dərdi vecinə almırsan.

Daşıyırsan ürəyində,
Lal ün kimi, səda kimi.
Hiss edirsən kürəyində,
Yağır olan zədə kimi.

Yaranışdan bir müəmma,
Öhdəsindən gələnməzsən.
İnsan bütöv sirdi, amma,
Xislətini bilənməzsən.

OĞULSAN
Dildi sözə verən dad,
Çalış ona şirin qat.
Sözünlə bir qəlbi şad
Edə bilsən, oğulsan!

Yollar çarpaz, dolaşıq,
Dərd-azarla bulaşıq,
Gah qaranlıq, gah işıq,
Gedə bilsən, oğulsan!

Zülmü müdrük çağınla,
Kök-köməcin tağınla,
Dişinlə, dırnağınla,
Didə bilsən, oğulsan!

Yoldaş olsan təkiylə,
Nə tələ qur, nə hiylə.
Şeş qoşanı yekiylə
Uda bilsən, oğulsan!

Dərindən olsan halı,
Naşı sevməz kamalı.
Ağıllı ağsaqqalı
Dədə bilsən, oğulsan!

Ətrafında sevənin,
Oğul, uşaq, nəvənin,
Ləzzətini güvənin
Dada bilsən, oğulsan!

Dərd bükməsin qolunu,
Nə sağını, solunu.
Əzrayılın yolunu
Güdə bilsən, oğulsan!

İNCƏYƏ YAĞIŞ YAĞIR
Gün batır, axşam çökür,
Göyə bax, ahmır tökür.
Elə bil hönkür-hönkür
İncəyə yağış yağır.

Palçığı sözə baxmır,
Tutduğunu buraxmır.
Suyu sellənib axmır,
İncəyə yağış yağır.

Nərğizə bax, oyanmır,
Sarı rəngə boyanmır.
Neçə gündü dayanmır,
İncəyə yağış yağır.

Günü güzəranı yox,
Dayanmır, amanı yox.
Bu palçıqda canı yox,
İncəyə yağış yağır.

İslandıqca kürəyim,
Buza dönür ürəyim.
Biləmmirəm nə deyim?!
İncəyə yağış yağır.

Keçib amandan ahdan,
Qorxusu yox sabahdan.
Bərəkəti Allahdan,
İncəyə yağış yağır.

DİL VURAN ARANIN SÖHBƏTİ BİTMİR
Bu yaşda bir şeyi anlayammıram,
Dil niyə dinc durmur, kimisə satır.
İnsanıq, söz deyib danlayammıram,
Mənim gücüm ancaq sözümə çatır.

Şuğulluq qədimdən köhnə sənətdi,
Donluğu danışan dilə bağlıdı.
Belə götürəndə bir qarış ətdi,
Deyəsən qazancı yaman yağlıdı.

Burda alət olan kəlmədi, sözdü,
Dilinə dolayıb çatdırır sənə.
Bilsə ki, hər işi qarsayan közdü,
Bəlkə cana doyar, yorular çənə.

Məndən sənə demək, səndən də mənə,
Sən demə peşəymiş, çox qədim peşə.
Utanmır, iyrənmir, usanmır yenə,
Fərasəti budur, keçirdir işə.

Sözün qabağında yalmanmaz kişi,
Çəkinməz, nə varsa düzünü söylər.
Görüm zəhrimara dönsün o işi,
Səni el içində bir qəpik eylər.

Qeybətin bir ucu sənin əlində,
Danışma, ayıqdı, söz güdür çoxu.
İnsanı danışdır, nə var dilində,
Oxu sifətindən, gözündən oxu.

Kişiyə yaraşmaz, yapışmaz qəti,
Qeybətin səs-küyü yaddaşdan itmir.
Möhkəm tut ağzında yüz qram əti,
Dil vuran aranın söhbəti bitmir.

AĞILLI İNSANA SÖZ GƏRƏK DEYİL
Ağlımdan nə keçir, başıma gəlir,
Vallah çəkinirəm nəsə deməyə.
Kimə danışıram qımışıb gülür,
Bircə yazıq səbrim gəlir köməyə.

Yaxşıya dəyişmir görürəm illər,
Ruhum çox yorulub, rahatlıq gəzər.
Bu gün çəkdiyimi sabah silirlər,
Yoxsa bu ağrıya səbirmi dözər.

Gəzib dolaşıram başımı qatıb,
Bircə rahat olum, yorulum yatım.
Köhnə fikirləri ağlımdan atıb,
İlahi, kömək ol, yetmişə çatım.

Bilirəm taleyim sözümə baxmır,
Yazılı kitabdı ağzı qapalı.
Nə mənə gün verir, nə də buraxmır,
Bir gülən görmədim məni tapalı.

Bilirəm ömürdü, qismətim bəlli,
Taleyin quluyam, yüz gərək deyil.
Bir gün deyib-gülmək yalnız təsəlli,
Ağıllı insana söz gərək deyil.

GƏRAYLI
Nə yaxşının, nə də pisin,
Başı gora titrəməsin.
Yüz yaşayıb ölən kəsin,
Günahını yuyanı var.

Dəlisinin danlayanı,
Bir nəsilin sonluyanı,
Hər ocağın anlayanı,
Ağıllısı, duyanı var.

Çayı, salı, bu bərəni,
Dam üstündə hər kərəni,
Dünya adlı bir kürəni
Öz yerinə qoyanı var.

Kim ayrılır, gözü nəmdi,
Günü qara, bəxti kəmdi.
Hamı keçən bir dönəmdi,
Günlərini sayanı var.

Baxsan, dünya bir möcüzə,
Özü köhnə, sözü təzə.
Murad görür gəzə-gəzə,
Bundan betər o yanı var.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TURAN ELLƏRİNİN SÖZ ÇƏLƏNGİ

TURAN ELLƏRİNİN SÖZ ÇƏLƏNGİ
(nəşr olunmuş bir yeni kitabın təqdimatı)
Son günlər nəşr olunmuş yeni kitabım Odlar Yurdu Azərbaycan tarixində bir ilk imza sayılan bədii əsər, əslində isə ədəbi məcmuə və antalogiyadır. Bu kitab milli kimlik, türkçülük, Turan və turançılıq məfkurəsi ilə bağlı maraqlı məlumatlarla yanaşı, şairlər diyarı olan doğma Cəlilabad ədəbi mühitinin nümayəndələrindən bir qrup şairin uyğun mövzuda qələmə aldıqları bir-birindən qürurlu və dərinmənalı şeirlərin toplusudur.

Ümumi məlumat:
Kitabın adı: “Turan ellərinin söz çələngi” (Ədəbi məcmuə)
Müəllif: İlqar İsmayılzadə
Nəşrə hazırlayan: “Həməşəra” mətbu orqanı
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 104 səhifə.

Kitab barədə:
Milli kimlik, türkçülük, Turan və turançılıq məfkurəsi mövzusunda qələmə alınaraq tərtib edilmiş və nəfis şəkildə işıq üzü görmüş həmin kitab Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü” və “Həməşəra” Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli, Əmək veteranı və Əmək zərbəçisi, “Həməşəra” və “Dədə Qorqud” Fəxri Diplomları laureatı, təqaüdçü pedaqoq Hacı Paşa Rüstəmov və “Musavat” Partiyasının Cəlilabad Rayon Təşkilatının sədri, tarix müəllimi, qazi atası, “Həməşəra” Fəxri Diplomu laureatı Azər Əsgər müəllimin rəyləri ilə başlamış, müəllifin ön sözü ilə davam etmişdir.
Bunun ardınca kitabın içindəkilər aşağıda göstərilən iki əsas fəsildə hazırlanmış və təqdim edilmişdir:
Birinci fəsil: Türk kimliyi və turançiliq: kökdən məfkurəyə;
İkinci fəsil: Turan ellərinin söz çələngi.
İlk fəsildə milli kimlik, Türk, Turan, turançılıq məfkurəsi, Türklərin ilk inanc sesitemi, Turan ideyasının yaranma tarixi və Türk Dövlətləri Təşkilatı (TDT) barədə zəruri və maraqlı bilgilər, ikinci fəsildə isə yalnız Cəlilabad ədəbi mühitinə aid olan 20-dən çox şairin türkçülük, Turan və turançılıq məfkurəsi mövzusunda qələmə aldıqları şeir və poeziya nümunələri təqdim edilmişdir. Burada şeirləri təqdim edilmiş şairlər arasında Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvləri olan ustad şairlərlə yanaşı, orta yaşlı və gənc şairlərimiz də yer almışdır…
Kitab mövzusu və yazılış üslubuna görə təkcə Cəlilabad rayonu və ölkənin Cənub bölgəsi deyil, bütün respublika səviyyəsində ilk imza olaraq səciyyələndirilə bilər. Məlumat üçün qeyd etmək lazımdır ki, bu ədəbi məcmuə indiyədək işıq üzü görmüş sayca 54-cü kitabımdır.

Təşəkkür və arzular!
Fürsətdən istifadə edib, bu layihədə iştirak etmiş və ədəbi məcmuədə şeirləri dərc edilmiş dəyərli şairlərimizı ürəkdən təbrik edir, eyni halda ədəbi məcmuənin nəşrində fəstəyi olmuş bütün dəyərli xanımlar və bəylərə, ustad şairlərimizə, həmçinin, bu ədəbi topluya rəy yazmış əziz və dəyərli ustadlarımız və ziyalı simalarımız: Ustad Niftalı Göyçəliyə, ziyalı pedaqoq Hacı Paşa Rüstəmova və ziyalı pedaqoq Azər Əsgərə öz səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
Bu arada “Elm və təhsil” nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
Son olaraq bu ədəbi-milli toplunun öz milli kimliyimizə dəyərli bir töhfə olacağına inanır, onun müasir və gələcək nəsillərimiz üçün faydalı bir ədəbi ərməğan olacağına ümid edirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları, TYB-nin xüsusi ödülü və “Həməşəra” Fəxri Diplomu laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
19.05.2026

Rifat Ismaili – PELLGJE DRITASH

PELLGJE DRITASH

Sytë e tu si pellgje dritash
pritën rënien e fundit të pulëbardhës.
Me krahët hapur, si falje shenjtërie,
frymën e la te xixëllonja e trembur.

Shporta me yje në horizont
të joshi me imazhe të paqena.
Luftove me binjakun e panjohur në pasqyrë,
dhe në ajër mbolle planetet si gurë shahu.

Ike me britmën e fundit
drejt një vendi që s’është askund.
Disa lot ranë gjatë fluturimit,
dhe dete të rinj u shfaqën mbi tokë.

Savona 20- 05- 2026

Author: Rifat Ismaili

Other articles by Rifat Ismaili

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – Anama

ANAMA
Hərə bir az atdı səni,
Hərə bir azca qoydu tək.
Səndən gedən ilk biz olduq,
Sən bizi sevdin sonadək.

Öncə atam qoyub getdi
Beş uşaqla bu dünyadan.
Bizsə evdən doyub getdik,
əvvəl bacım, sonrasa mən.

Daha sonra qardaşlarım
Bir-bir öpüb atdı səni.
Bir boş yuva, bir ana quş,
Dərd önünə qatdı səni.

***

Ən böyük ürəklər anada olar,
Övladın yetimi anadan olar.
Sən çox çalışdın ki, biz “adam” olaq,
Biz “adam” olanda tapmadıq səni.
İstərdin böyüyüb tez yaşa dolaq,
Biz yaşa dolanda tapmadıq səni.
Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I