Ko‘nglimda yashaysan sirli bir doston

SEVGILIM O‘ZIMNI SEVGILIM

Ko‘nglimda yashaysan sirli bir doston,
Har nafasim senda topar o‘z makon,
Sen bo‘lsang yonimda qolmaydi armon,
Sevgilim o‘zimni sevgilim.

Yomg‘irlar yog‘sa ham ismingni aytib,
Sog‘inchlar ichida yuragim qaytib,
Faqat sen tomonga intilar aytib,
Sevgilim o‘zimni sevgilim.

Qo‘llaring tutganda to‘xtar zamonim,
Ko‘zlaring boqganda yo‘qdir gumonim,
Sen bilan to‘liqdir meni hayotim,
Sevgilim o‘zimni sevgilim.

Bir kun ham ajrama mendan, iltijo,
Sensiz bu dunyoda yo‘qdir bir ziyo,
Sevging — eng ulug‘, eng pok bir daryo,
Sevgilim o‘zimni sevgilim.

***

SƏN MƏNİM SEVGİLİMSƏN

Könlümdə yaşayırsan, sirli bir dastan kimi,
Nəfəsimə hopmusan, şəfalı dərman kimi,
Gəl, qal mənim yanımda, yaşayım insan kimi,
Sən mənim sevgilimsən, məndə sənin sevgilin.

Həsrətindən ürəyim göynüm-göynüm göynəyir,
Soruşur öz-ozundən, görən yarım neyləyir?
Hər yağan yağmur mənə, səndən xəbər söyləyir,
Sən mənim sevgilimsən, məndə sənin sevgilin.

Əllərini tutarsam toxtayacaq, zamanım,
Gözlərinə baxarsam, yox olacaq gümanım,
Sevginlə nəfəs alır, yaşayır ruhsuz canım,
Sən mənim sevgilimsən, məndə sənin sevgilin.

İstəyirəm səninlə, ömrümə ömür qatım,
Xoşbəxtliyə səninlə, birlikdə addım atım,
Əsla məni tərk etmə, sönər o gün həyatım,
Sən mənim sevgilimsən, məndə sənin sevgilin.

Müəllif: Uzuloy Xaydarova
Tərcümə: Surxay Məhəmmədoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU

“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU
(Zaur Ustac – Gəl)
Müasir Azərbaycan poeziyasında klassik nəzirə ənənəsini yaşadan, onu çağdaş düşüncə ilə zənginləşdirən qələm adamlarından biri də Zaur Ustacdır. Onun ədəbiyyatşünas alim-şair Qəndabın “Amansızdır xəstəliyim” şeirinə yazdığı “GƏL” nəzirəsi yalnız poetik cavab deyil, həm də mənəvi dayaq, insani həmrəylik və yaşamaq eşqini təlqin edən mükəmməl bədii nümunədir. Bu şeir bir tərəfdən klassik nəzirə məktəbinin poetik xüsusiyyətlərini qoruyursa, digər tərəfdən müəllifin fərdi üslubunu, ictimai düşüncəsini və humanist baxışlarını özündə əks etdirir.
Azərbaycan ədəbiyyatında nəzirə yazmaq yalnız forma təkrarı deyil. Bu, bir şairin digər şairlə mənəvi dialoqu, poetik söhbəti, fikrə və duyğuya verilən cavabdır. Klassik Şərq poeziyasında geniş yayılmış bu ənənə Nizami, Füzuli, Vaqif, Sabir kimi sənətkarların yaradıcılığında mühüm yer tutmuşdur. Müasir dövrdə isə bu ənənənin yaşadılması həm ədəbi yaddaşın qorunması, həm də söz sənətinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.
Qəndabın “Amansızdır xəstəliyim” şeirində həyatın ağrıları, insanın daxili iztirabları, dərdlə üz-üzə qalması poetik dillə təqdim olunursa, Zaur Ustac həmin ağrıya ümid, təsəlli və birlik hissi ilə cavab verir. Bu baxımdan “GƏL” şeiri bir növ poetik məlhəm təsiri bağışlayır.
Şeirin ilk bəndində müəllif dərdin qarşısında təslim olmamağı təlqin edir:
“Sənə gələn, mənə gəlsin”,
Sipər çəkək dərdə qoşa.
Elə həmən təslim olma,
Ömrü vuraq birgə başa.

Bu misralarda yalnız fərdi hisslər deyil, ümumbəşəri humanizm vardır. Müəllif dərdi bölüşməyi, ağrını paylaşmağı həyat fəlsəfəsi kimi təqdim edir.“Sipər çəkək dərdə qoşa” ifadəsi birlik ideyasının poetik zirvəsidir. Burada insanın insana dayaq olması əsas ideya kimi ön plana keçir.
“GƏL” şeirinin əsas gücü onun səmimiyyətindədir. Müəllif oxucuya yuxarıdan baxmır, öyüd vermir, əksinə, dərdi birlikdə yaşamağı təklif edir. Bu, müasir dövrün mənəvi ehtiyaclarından biridir. İnsanların getdikcə tənhalaşdığı bir zamanda belə misralar cəmiyyətə mənəvi yaxınlıq mesajı verir.
Şeirin ikinci bəndində müəllif həyatın fəlsəfi mahiyyətinə toxunur:
Hər nə gəlsə, bizə gələr,
Dildən çıxan sözə gələr,
Haqdan doğru düzə gələr,
Könlü fərah, xürrəm yaşa.

Burada taleyə münasibət, sözün məsuliyyəti və haqq anlayışı ön plana çıxır. “Dildən çıxan sözə gələr” misrası Azərbaycan xalq hikmətinə söykənən dərin mənalı poetik qənaətdir. Şair insanın dediyi sözün, etdiyi əməlin qarşısına çıxacağını xatırladır. Bu fikir həm dini-mənəvi, həm də etik baxımdan böyük məna daşıyır.
“Haqdan doğru düzə gələr” misrası isə müəllifin ədalət və ilahi həqiqət anlayışını poetik şəkildə ifadə edir. Burada insanın düzgün yaşaması, haqq yolundan ayrılmaması əsas mənəvi çağırış kimi təqdim edilir.
Şeirin son bəndində müəllif özünəməxsus poetik ifadə ilə ustad-şagird münasibətinə, dostluğa və mənəvi bağlılığa toxunur:
Hər söz Ustaca fərmandır,
Əlin əlimdə dərmandır,
Sinəm halalca xırmandır,
Baballa qoyma baş-başa.

Bu misralarda Zaur Ustacın daxili dünyası, insan münasibətlərinə verdiyi dəyər açıq görünür. “Əlin əlimdə dərmandır” misrası sadəcə poetik təşbeh deyil, insanın insana şəfa olması ideyasının bədii ifadəsidir. Şair burada mənəvi yaxınlığın, dost əlinin ən böyük təsəlli olduğunu vurğulayır.
“Sinəm halalca xırmandır” misrası isə müəllifin geniş ürək sahibi olduğunu göstərir. Burada həm mərhəmət, həm də saflıq duyulur. Şair insanları kinə, nifrətə deyil, halallığa və vicdanlı yaşamağa çağırır.
Zaur Ustacın yaradıcılığına diqqət etdikdə onun poeziyasında insanlıq, mərhəmət, milli-mənəvi dəyərlər və sözə sədaqət xəttinin daim aparıcı mövqe tutduğu görünür. O, şeirlərində sadəcə estetik gözəllik yaratmağa çalışmır, həm də oxucunun mənəvi dünyasına təsir etməyi bacarır.
.“GƏL” şeiri də bu baxımdan müəllifin humanist poetik düşüncəsinin uğurlu nümunələrindəndir. Burada həyat eşqi, dostluq, ümid və mənəvi dayaq ideyaları poetik ahənglə təqdim edilir. Şeir həm forma baxımından axıcıdır, həm də məna yükü etibarilə düşündürücüdür.
“GƏL” nəzirəsi çağdaş Azərbaycan poeziyasında nəzirə ənənəsinin uğurlu davamı olmaqla yanaşı, insanı yaşamağa, mübarizəyə və mənəvi birliyə çağıran dəyərli poetik nümunədir. Şeir göstərir ki, söz yalnız estetik vasitə deyil, həm də mənəvi dayaq, ruhi təsəlli və insani körpüdür.
Qəndabın nisgil dolu poetik harayına Zaur Ustac ümid, dostluq və mərhəmət dili ilə cavab verir. Bu isə ədəbiyyatın əsas missiyasını — insanı insana yaxınlaşdırmaq missiyasını bir daha təsdiqləyir.
19.05.2026. Bakı – Novxanı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Gəl

GƏL
(Qəndab – Amansızdır xəstəliyim)
“Sənə gələn, mənə gəlsin”,
Sipər çəkək dərdə qoşa.
Elə həmən təslim olma,
Ömrü vuraq birgə başa.

Hər nə gəlsə, bizə gələr,
Dildən çıxan sözə gələr,
Haqdan doğru düzə gələr,
Könlü fərah, xürrəm yaşa.

Hər söz Ustaca fərmandır,
Əlin əlimdə dərmandır,
Sinəm halalca xırmandır,
Baballa qoyma baş-başa.
19.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəndab – Amansızdır xəstəliyim

Amansızdır xəstəliyim
Bezib məndən azar-bezar
Mən canımdan bezməmişəm.
Eyləmişəm dərdi bazar
Dərmansızdır xəstəliyim.

Nə vaxt gələr, nə vaxt gedər
Mən bilmərəm, özü bilər.
Gah güldürər, gah öldürər
Zamansızdır xəstəliyim.

Düşmüşəm mən bir oyuna
Tut əlimdən al qoynuna.
Yoxsa babalım boynuna
Amansızdır xəstəliyim!
Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I