“TƏXƏYYÜL ART GROUP” ŞİRVAN SƏFƏRİ


“TƏXƏYYÜL ART GROUP” ŞİRVAN SƏFƏR10.05.2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “Şirvan” səfəri adlı layihə üzrə Qobustan, Şamaxı, Ağsu gəzintisi baş tutmuşdur. İlk növbədə Qobustanda yerləşən Diri Baba türbəsi, ziyarət olundu. Qrup üzvü rəssam Ləman Ukleinaya “Təxəyyül Art Group”un 2 yaş münasibəti ilə çap olunmuş kitab-kataloq və sertifikat təqdim olundu. Daha sonra isə Şamaxıda Pirsaat Baba piri ziyarət edilmişdir. Səhər yeməyi isə Savalan restoranında təşkil olunmuşdur. Bütün bunlardan sonra Kələxana türbə komleksinə gedildi. Burada xatirə fotoları çəkildi. Yeni üzvlərimizlə birgə Panorama Hall restoranına üz tutuldu. Orada çay süfrəsi təşkil olundu. “Təxəyyül Art Group”un Ağsu səfərinin şərəfinə Qənirə xanım Əsgərova tərəfindən təşkil olunmuş simvolik tort kəsildi. Bunlardan sonra gələn qonaqlar özləri haqqında məlumat verdilər və şeirlər söylədilər. AMEA-nın baş mütəxəssisi, İT-mühəndisi Samir Ələkbərli müəllifi olduğu “Atatürk” xalçasının fotosurətini hədiyyə olaraq qrup müavini Vüsalə Yunusovaya təqdim etdi. Sonda xatirə fotoları çəkildi. Daha sonra qrup üzvləri Ağsu şəhərində yerləşən Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin direktoru Vüqar Quliyevin götərişi ilə qoruğun bələdçisi Xoşgədəm xanım qrup üzvlərini qoruqla tanış etdi. Şair Zaur Ustac Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya “Sevgi dolu şeirlər” kitabını hədiyyə etdi. Tur boyu Aynur Yunusova və Günay Əsgərova biri-birindən gözəl mahnılar ifa etdilər. Bundan sonra rəqs, qoruq ərazisində piknik və digər əyləncəli tədbirlər baş tutdu. Fotolar:


Bütün iştirakçılara:

  1. Aynur Yunusova
  2. Cəmilə Əsgərova
  3. Fərrux Qasımov
  4. Gülər Babazadə
  5. Günay Əsgərova
  6. İsmayıl Əmirli
  7. Qənirə Əsgərova
  8. Məryəm Əsgərova
  9. Samir Ələkbərli
  10. Sara Quliyeva
  11. Sevil Soltanova
  12. Sevil Şamilova
  13. Səbinə Mustafayeva
  14. Səma Əmirova
  15. Vüsal Ağa
  16. Zaur Ustac
  17. Mahir Dünya
  18. Natiq Nəcəfzadə
  19. Vüsalə Yunusova,
    Fotolara görə Fotoqraf Mahir Dünyaya
    “Təxəyyül Art Group” adından təşəkkürümüzü bildiririk.
    Məqaləni hazırladı: Vüsalə Yunusova.
    Sayta yerləşdirdi: Cəmilə Əsgərova, Zaur Ustac.

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadə Beynəlxalq mükafata layiq görüldü

Etibar Həsənzadə Beynəlxalq mükafata layiq görüldü

Mayın 9 – da Caspian Events Groupun keçirdiyi “Caspian Awards” Azərbaycan layihəsi çərçivəsində keçirilən Caspian Awards Azerbaijan 2026 mükafatlandırma gecəsində Yazar Etibar Həsənzadə də Caspian Awards Azerbaijan 2026 beynəlxalq mükafatına layiq görülmüşdür.
Qeyd edək ki mükafatlandırma gecəsində Millət Vəkilləri İş adamları sənət adamları il ərzində uğurlu fəaliyyəti olan insanlar mükafatlandırılmışdır.
Mükafatlandırma gecəsində Türk dili dövlətlərdən Azərbaycan Türkiye Qırğızıstan Türkmenistan Kuzey Kıbrıs Türk Cümhuriyyetinden ümumilikdə 10 ölkədən nümayəndələr iştirak etmiş mükafata layiq görülmüşdür.


Layihənin məqsədi həmin dövlətlərin iş insanları sənət adamları ilə dostluq qardaşlıq əlaqələri qurmaq möhkəmləndirmək iş imkanlarını genişləndirmək və Azərbaycanın və digər Türk dili dövlətlərin uğur qazanan insanlarını geniş ictimaiyyətə tanıtmaqdır.

“Yazarlar” olaraq həmkarımızı təbrik edir, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bildiririk! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bu gün Etirazın anım günüdür – 10 may 1994

SONUNCU DÖYÜŞ
(hekayə)
1994-cü ilin soyuq yaz günlərindən biri idi. Birinci Qarabağ müharibəsi artıq taleyüklü mərhələyə qədəm qoymuşdu. Füzuli cəbhəsində hər gün yeni bir sınaq, hər saat yeni bir döyüş demək idi. Torpaq yorulmuşdu, səma isə barıt qoxusuna alışmışdı.
Boz çöllər uzanıb gedirdi. Sanki həyat bu torpaqlardan çəkilmişdi. Yalnız arabir eşidilən mühərrik səsləri və uzaqlardan gələn top atəşləri bu səssizliyin içində bir vahimə yaradırdı. Bu səssizliyin ortasında isə bir post vardı — “Etiraz” postu.
Bu ad təsadüfi deyildi.
Posta bu adı verən 23 mm-lik zenit qurğusunun komandiri — Ağdamın Yusifcanlı kəndindən olan çavuş Etiraz Mejdinov idi. Onun  özü də adı kimi idi — inadkar, dönməz, qətiyyətli.
Otuz yaşı vardı. Çoxdan tərxis olunmalı idi. Amma o, hər dəfə eyni sözləri deyirdi:
— “Adım Etirazdır!”
Bu söz onun həyatının andına çevrilmişdi.
Ağdam veriləndən sonra onu bir neçə dəfə ordudan tərxis etmək istəmişdilər. O isə geri çəkilməyi yox, irəli getməyi seçmişdi. Ən ağır nöqtəyə — Füzuli cəbhəsinə könüllü gəlmişdi.
Səhər yeni açılırdı. Hava sazaq idi. Çöllər yavaş-yavaş yaşıllaşsa da, bu yaşıllıq həyat yox, daha çox xatirə kimi görünürdü.
Etiraz əsgərlərini düzdü. Onlar cəmi altı nəfər idilər. Amma bu altı nəfərin ürəyi bir batalyon qədər idi.
— Uzaqlıq ölçəni yaxşı qoruyun, — dedi. — Hələlik ona ehtiyac yoxdur. Düşmən beş addımlığımızdadır.
Ən gənc əsgəri — rabitəçini çağırdı. Ona uzaqlıq ölçəni və məxfi sənədləri verdi.
— Bunları apar, gizlət. Yerini unutma. Heç vaxt düşmən əlinə keçməsin.
Sonra əsgərlərin gözlərinin içinə baxdı. O baxışlarda qorxu yox idi, yalnız qərarlılıq vardı.
— Hamımız burada ölə bilərik, — dedi sakit səslə. — Amma bir addım geri yoxdur.
Bir anlıq sükut çökdü.
— Adımız nədir? — deyə soruşdu.
Hamısı bir ağızdan cavab verdi:
— ETİRAZ!
Birdən səma yarıldı. Mərmilər başlarının üzərindən vıyıldayaraq keçdi.
Etiraz dərhal əmr verdi:
— Rabitəçi! Qaç! Qərargaha de: biz sona qədər döyüşəcəyik. Amma kömək lazımdır!
Əsgər qaçdı.
Etiraz zenit qurğusunun arxasına keçdi. Ayağını atəş pedalının üstünə qoydu və komanda verdi:
— “Heyət, Döyüşə!”
Zenit qurğusu sanki canlandı. Əsgərlərin “ördəkvuran” adlandırdığı silah gurultu ilə atəş açmağa başladı.
Səma titrəyirdi.
Qarşıdan üç ədəd BMD* irəliləyirdi. Onlar tank kimi görünürdü, amma Etiraz onları yaxşı tanıyırdı.
— Qorxmayın! — qışqırdı. — Onlar düşündüyünüz kimi möhkəm və qorxulu deyil!
Birinci BMD atəş zonasına düşən kimi alova büründü.
İkincisi də çox keçmədi ki, sıradan çıxdı.
Amma üçüncüsü dayanmadı.
O, irəliləyirdi.
İnadla.
Sanki ölümə meydan oxuyurdu.
Döyüş şiddətləndi.
Doldurucular yaralandı.
Tuşlayıcı şəhid oldu.
Sürücü də yerindəcə can verdi.
Zenit qurğusunun ətrafı qan içində idi.
Etiraz özü də neçə yerdən yaralandığını hiss etmirdi artıq. Bədəni ağırlaşmışdı. Amma ayağı hələ də pedalın üstündə idi.
Qurğuda mərmi azalırdı.
Son gücünü topladı.
Qarşıdakı BMD artıq 10-15 addımlıqda idi.
Etiraz lüləni düz onun üstünə yönəltdi.
— Etiraz… — deyə pıçıldadı.
Sonra bütün gücü ilə pedalı basdı.
Atəş başladı.
Dünya o anda yalnız səsdən ibarət idi.
Birdən hər şey dayandı.
BMD yerində dondu.
Sonra tüstülənərək hərəkətsiz qaldı.
Sükut geri qayıtdı.
Boz çöllər yenidən susdu.
Kömək çatanda artıq hər şey bitmişdi.
Uzaqlıq ölçən və sənədlər sağ-salamat idi.
Post sona qədər dayanmışdı.
Düşmən geri çəkilmişdi.
Qərargahdan gələnlərin arasında bir türk zabiti də vardı — minbaşı Levent bəy.
O, zenit qurğusuna yaxınlaşdı.
Etirazın bədəninə baxdı.
Ayaqları hələ də atəş pedalına sıxılmışdı.
Barmaqları donmuşdu.
Sanki hələ də döyüşürdü.
Levent bəy başını aşağı saldı.
Göz yaşları yanağından süzüldü.
— İşte Türk əsgəri böylə olur… — dedi titrək səslə.
— Bir ölür, min diriliriz…
Yüngül yaralı əsgər döyüşü danışanda səsi əsirdi.
Amma gözlərində qürur vardı.
Çünki o gün altı nəfər bir cəbhəni saxlamışdı.
Çünki o gün bir ad tarixə yazılmışdı:
ETİRAZ.
Bəzən torpaq susur.
Amma o sükutun altında qəhrəmanların səsi yatır.
Füzulinin boz çölləri o gündən sonra daha heç vaxt əvvəlki kimi olmadı.
Çünki o torpaq bir əsgərin son nəfəsini, son gücünü və son döyüşünü yadda saxladı.
Bu, sadəcə bir döyüş deyildi.
Bu, bir xalqın geri çəkilməmək andı idi.
Bu, bir adın taleyə çevrildiyi an idi.
Bu, “Sonuncu döyüş” idi.

****

Etirazın sonuncu döyüşü müzəffər ordumuzun şanlı zəfərlərlə dolu yeni döyüşlərinin başlanğıcı oldu. “Etiraz” postunda burnu ovulmuş düşmən qüvvələri ordumuzun həyata keçirdiyi bir-birindən uğurlu əməliyyatlar nəticəsində Füzuli cəbhəsində qəti olaraq geri oturtduldu. Etiraz kimi oğulların inadlı dirənişi, müqaviməti nəticəsində daha irəli getməyin mümkün olmadığını anlayan düşmən o, şəhid olandan cəmi iki gün sonra atəşkəs müqaviləsi imzalamağa məcbur oldu.
8.03. – 16.03.2026.
Ağcabədi, Ağdam, Bakı.

*BMD –  (БМД – Боевая Машина Десантная  — Desantın Döyüş Maşını – DDM) – БМД -1,  БМД-2 və БМД-3 olmaqla modifikasiyaları mövcuddur. Ermənistan Respublikasının Silahlı Qüvvələrində 5 ədəd БМД-1 olduğu ehtimal olunur ki, onların 5-i də Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazisində istifadə olunub.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Amira Süleymanın doğum günüdür – Təbrik edirik!

Bu gün Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleymanın ad günüdür.
Sizi təbrik edirik. Başladığınız işlərə öz uğur imzanızı atmaqda davam edin. Xoşbəxtlik və cansağlığı arzulayırıq.

Mənbə: Azərbaycan Fotoqrafları Birliyi

“Yazarlar” olaraq biz də Amira xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Hörmətlə: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]