Milli Kitabxana tərəfindən ”Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap olunub

Milli Kitabxana tərəfindən ”Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap olunub

Əcəmi Naxçıvani Azərbaycan mədəniyyəti tarixində parlaq mərhələ sayılan Atabəylər dövrünün görkəmli simalarından biridir. Bu dövr yalnız siyasi sabitliyi ilə deyil, həm də elm, incəsənət və memarlığın sürətli inkişafı ilə seçilmişdir. Atabəylər dövlətinin himayəsi altında formalaşan zəngin mədəni mühit bir sıra dahi şəxsiyyətlərin yetişməsinə şərait yaratmış, onların yaradıcılığı isə sonrakı əsrlərə dərin təsir göstərmişdir. Məhz belə bir mühitdə fəaliyyət göstərən Əcəmi Naxçıvani öz bənzərsiz memarlıq üslubu ilə Azərbaycan və ümumilikdə Yaxın Şərq memarlıq tarixində silinməz iz qoymuşdur.

Böyük sənətkarın günümüzə qədər gəlib çatan Möminə Xatun türbəsi, Yusif-Küseyr türbəsi və digər möhtəşəm memarlıq abidələri yalnız dövrünün deyil, bütün zamanların nadir incilərindən hesab olunur. Bu abidələrdə tətbiq edilən həndəsi ornamentlər, kufi xəttatlıq naxışları, kompozisiya bütövlüyü və estetik zəriflik Əcəmi məktəbinin yüksək sənətkarlıq səviyyəsini nümayiş etdirir. Onun yaratdığı memarlıq nümunələri Naxçıvan-Marağa memarlıq məktəbinin əsasını təşkil etmiş, bu məktəb sonrakı dövrlərdə region memarlığının inkişafına mühüm təsir göstərmişdir. Əcəmi Naxçıvaninin əsərləri həm də mühəndislik baxımından mükəmməlliyi ilə seçilir və bu gün də alimlər tərəfindən tədqiq olunmaqdadır.

Əcəmi Naxçıvaninin 850 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə təntənəli şəkildə qeyd edilməsi onun zəngin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev memarın 900 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın yubileylər proqramına daxil edilmiş memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş sərginin açılış mərasimi olmuşdur.

İndiyə kimi Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici tərtib edilməmişdir. Bunu nəzərə alaraq Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanmışdır. Bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirir. Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunmuş, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılmışdır.

Göstəricinin sonunda müəlliflərin əlifba göstəriciləri verilmişdir. Bundan əlavə, biblioqrafiyada memarın yaradıcılığı haqqında xarici ölkə kitabxanalarında mühafizə olunan materiallar da öz əksini tapmışdır.

https://www.millikitabxana.az/news/ecemi-naxchivani-biblioqrafiya

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – “Bu həyat mənimdir”

ANA ÖMRÜ
“Bu həyat mənimdir” – deyirdim əvvəl,
Amma görürəm ki, ömrün yarısın
Yaşadım həyatı övladlarımçün.
Bilmirəm, nə qaldı ömür yolumdan,
Razıyam, yaşayım mən onlar üçün.

“Bu həyat bizimdir” – deyirəm indi,
Onların gülüşü bəsimdir mənim.
Özümü onlarda tapdığım gündən,
Hər sevinc, hər uğur fəxrimdir mənim.

Nə qaldı ömürdən, bilmirəm, amma
Onların yolunda şam tək yanaram.
Mən öz həyatımı onlarda görüb,
Dünyanın xoşbəxti tək oyanaram.

BİZİM QONŞULAR

Zamanın çarxını elə quraq ki,
Ağ saçım qaralsın, qırışım itsin.
Uşaqlıq illəri yenə qayıtsın,
Həyətdə uşaqlar oyun bitirsin.

Atamız yenə də işindən gəlsin,
Anamız bizlərə yemək bişirsin.
Köhnə məhəlləmiz yenə canlansın,
Dizimiz qanasın, ürəyimiz yox…

Voleybol toruyla bölünsün meydan,
Tennis masasında qızışsın oyun.
Hər kəs bir-birinə eləsin hörmət,
Süfrədə bir olsun bolluca nemət.

Novruzun şip-şirin sovqatı gəlsin,
Papaqlar yığılsın masa üstünə.
Samovar qaynasın,tonqal qalansın,
Hamının evinə sevinc yayılsın.

İndi paylanmışıq biz hər tərəfə,
Şəhərin içində itmişik bir az.
Dönmək istəyirik eyni hədəfə,
O köhnə qonşuluq bizə bəs edər…

Gəlin görüşək ki, zaman dayansın,
Mehriban qonşular yenə yığışsın.
Yenidən uşaqlıq ruhu oyansın,
Qonşuluq ölməsin,heç vaxt itməsin.

HƏYATIN SƏDASI
Həyat bir dənizdir, durmadan axır,
Bəzən alovlanıb şimşək tək çaxır.
İnsan qocaldıqca illəri alır,
Görür ki, bir ömur xatirə qalır.

Əvvəl uşaq olur, sonra qocalır,
Həyatın içində xəyala dalır.
Sanki bir yuxudan yaddaşda qalır,
Zaman saatını kim saxlar görən?

Varlık bir nöqtədir, zaman bir xəyal,
Hər keçən saniyə cavabsız qalır.
Cismin bu axında gəzib dolaşır,
Bəlkə sonsuzluqda cavabın tapır.

Demək istəyirəm qəlbdən keçəni,
Gəl sağkən isidək soyuq ürəyi,
Gözəl yaşamaqdır bəxtin töhfəsi.
Gecikmiş hörmətin faydası yoxdur,
Sağ ikən duyulsun sevginin səsi.

XOŞBƏXTLİK MASKASI

Bir qadın tanıyıram.
Tanımaq istəyərsən?
Hamıyla şən danışıb,
Gözünün hər damlasın
Gizlədib danışanın
Həyat hekayəsinə qulaq asa bilərsən?
“Xoşbəxtlik” maskasını taxib qəmli üzünə,
Gülüşləri sədd çəkib qəlbini göy üzünə.
Kimsə bilmədi evdə sükut necə bağırır,
Allaha sığınaraq, necə onu çağırır .
Oğul payı yox deyə, qınadılar hər sabah,
Sanki “qız anasıdır” – ən böyük ağır günah.
Atası kasıb deyə, əzdilər qürurunu,
Zülmün içində boğub, söndürdülər nurunu.
Həyat yoldaşı yoxdu, yolları “duman” idi,
Amma evdəki duman daha çox aman idi.
Qızının tellərinə ağ duvaq istədilər,
Məktəbliykən ömründən qoy kəsilsin dedilər.
Bax, o gün fırtınanın mərkəzində durdu o,
Zülmün qala divarın təkbaşına vurdu o.
Onun əllərindəydi iki qızın taleyi,
Böyük ümidlərlə o, tərk etdi zülm evini.
İndi böhtanlar yağır, “ana” tək qaldı deyə,
Vicdanın qapısını döymür heç kim, nə deyə?
O isə susur yenə, susqunluğu dağ boyda,
Qızları çiçək açıb bu yad, başqa “sarayda”.
O qadın bir dənizdir, sahili sükut olan,
Dalğası fəryad dolu, dərini sükut olan…

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cinayətin “estetik” tələsi

Cinayətin “estetik” tələsi
Müasir dövrdə sosial media platformaları informasiya mübadiləsi vasitəsi olmaqla yanaşı, həm də kütləvi psixologiyanın manipulyasiya edildiyi nəhəng bir “səhnə” rolunu oynayır. Bir vaxtlar cəmiyyətin kənarında qalan və qınaq obyektinə çevrilən cinayətkar obrazı bu gün alqoritmlərin köməyi ilə gənclər üçün heyranlıq simvoluna çevrilir. Bu sadəcə, texnoloji trend yox, mənəvi dəyərlərin ciddi eroziyasıdır.
Seriallar və filmlər vasitəsilə formalaşdırılan “alicənab cinayətkar” obrazı sosial şəbəkələrdə öz pik həddinə çatıb. Bahalı maşınlar və ağır musiqi sədaları altında paylaşılan videolar cinayətkarlığı bir azadlıq forması kimi qələmə verir. Burada ən böyük təhlükə cinayətin ağrılı nəticələrinin gizlədilməsi, yalnız parıltılı vitrinin nümayiş olunmasıdır. Gənclər qurbanların fəryadını yox, cinayətkarın saxta ehtişamını görür və bu qaranlıq dünyanı ideal obraz kimi qəbul etməyə başlayırlar.
Bu tendensiya cəmiyyətdəki fundamental prinsipləri də alt-üst edir. Zəhmətlə qazanmaq anlayışı yerini “güclü olub ələ keçirmək” instinktinə buraxır. Virtual mühitdə qanunlara tabe olmaq qorxaqlıq, zorakılıq isə cəsarət kimi təqdim olunur. Sosial media platformaları isə baxış sayı naminə bu cür zərərli kontentləri trendə çıxararaq cinayət psixologiyasının normallaşdırılmasına xidmət edir.
Unutmamalıyıq ki, ekran qarşısında qüsursuz görünən o həyatların parlaq görüntülərinin arxasında çox zaman məhv edilmiş talelər, göz yaşları, dağıdılmış ailələr və cəmiyyət nizamını sarsıdan acı həqiqətlər dayanır. Sosial şəbəkələrdə, filmlərdə və müxtəlif platformalarda təqdim olunan bu saxta “uğur hekayələri” bəzən qanunsuzluğu adi, hətta heyranlıq doğuran bir hal kimi göstərir. Halbuki hər qanunsuz qazancın, hər yanlış yolun arxasında bir insan faciəsi, bir ailənin ümidsizliyi və cəmiyyət üçün təhlükəli nəticələr gizlənir.
Biz sadəcə, bir paylaşımı izləyərkən və ya bəyənmə düyməsinə basarkən bunun təsirsiz bir hərəkət olduğunu düşünə bilərik. Amma əslində, fərqinə varmadan qanunsuzluğun təbliğinə, yanlış dəyərlərin yayılmasına və xüsusilə gənc nəslin düşüncə tərzinə mənfi təsir göstərən bir axının parçasına çevrilirik. Bu cür görüntülərin normallaşdırılması cəmiyyətdə zəhmətlə qazanılan uğurun dəyərini azaldır, asan və yanlış yolları cazibədar göstərir.
Həqiqi qəhrəmanlıq isə heç vaxt qanunları tapdalamaq, başqalarının haqqını pozmaq və ya saxta şöhrət qazanmaq olmayıb. Əsl qəhrəmanlıq dürüstlüyü seçmək, qanunları qorumaq, cəmiyyətin rifahına xidmət etmək və gələcək nəsillər üçün daha ədalətli, sağlam bir mühit formalaşdırmaqdır. Ekranların yaratdığı süni parıltı və saxta təmtəraq həqiqəti görməyimizə mane olmamalıdır. Çünki real həyat filtrsizdir və onun ən böyük dəyəri dürüstlük, vicdan və məsuliyyət hissidir. Məhz bu dəyərlər üzərində qurulan gələcək cəmiyyətimizi daha güclü və təhlükəsiz edə bilər.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I