Etiket arxivi: Qızlar

Qabil Nəbi – QIZIM NİGARA

QIZIM NİGARA
Mənim körpəcə quzum,
İyirmi yaşlı mələyim

Nəfəsində hələ də
sanki var süd qoxusu,
Qara gözündə hələ
məsumluq baxışı var.
Yəqin ki, özgələrçün
böyük bir qızsan daha.
Mənimçünsə sən həmin
güləyən qızcığazsan,
əlində gəlinciyi,
gah küsən, gah şən baxan.

Qızlar atalarının
qəlbinin tək hakimi.
Bir gülümsəməsiylə
xitam verər hər əmrə.
Qızlar könül tarının
ən kövrək, sarı simi.
Payızda çiçək açar,
bahar gətirər ömrə.

Coşqu, nəşəni bir gün
qopararsan bu evdən.
Başqa yuva qurmaqçun
ev dolusu səadət
apararsan bu evdən.

Gəncliyinin son zəngi
çalınanda bir səhər,
Yuyarsa kirpiyini
qayğı dolu qəm, kədər.
Topla onları bir-bir,
yuvanın ümid doğan
günəşində qurut, sər.

Səhər, axşam “körpəmi”,
düşünəndə burda mən,
Sən də başqa körpəyə
can deyib, can verərsən.
23.01.2026

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana