Etiket arxivi: Qabil Nabi

Qabil Nəbi – QIZIM NİGARA

QIZIM NİGARA
Mənim körpəcə quzum,
İyirmi yaşlı mələyim

Nəfəsində hələ də
sanki var süd qoxusu,
Qara gözündə hələ
məsumluq baxışı var.
Yəqin ki, özgələrçün
böyük bir qızsan daha.
Mənimçünsə sən həmin
güləyən qızcığazsan,
əlində gəlinciyi,
gah küsən, gah şən baxan.

Qızlar atalarının
qəlbinin tək hakimi.
Bir gülümsəməsiylə
xitam verər hər əmrə.
Qızlar könül tarının
ən kövrək, sarı simi.
Payızda çiçək açar,
bahar gətirər ömrə.

Coşqu, nəşəni bir gün
qopararsan bu evdən.
Başqa yuva qurmaqçun
ev dolusu səadət
apararsan bu evdən.

Gəncliyinin son zəngi
çalınanda bir səhər,
Yuyarsa kirpiyini
qayğı dolu qəm, kədər.
Topla onları bir-bir,
yuvanın ümid doğan
günəşində qurut, sər.

Səhər, axşam “körpəmi”,
düşünəndə burda mən,
Sən də başqa körpəyə
can deyib, can verərsən.
23.01.2026

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

ATANIN KİÇİK OĞLUNA CAVABI

ATANIN KİÇİK OĞLUNA CAVABI
Ona parça demə, bayraqdır o, bil,
Ona şəhid qanı axdı, ey oğul.
Keçsə uzun illər, dəyişsə nəsil,
Ondan da ötəsi yoxdu, ey oğul.

O, hədiyyə deyil, pay deyil, ogul.
Adi ulduz deyil, ay deyil, ogul
Bayraq adilərə tay deyil, oğul
Ondan da ötəsi yoxdu, ey oğul

Min bayraq içindən seçməyə dəyər,
Müqəddəsdir ona and içməyə dəyər.
Onunçün canından keçməyə dəyər,
Ondan da ötəsi yoxdu, ey oğul.

Bayrağımız bizim vüqarımızdır,
Vətənlə bağlanmış ilqarımızdır,
Andımız, əhdimiz, qərarımızdır,
Ondan da ötəsi yoxdu, ey oğul.

Sən də bayrağını daim uca tut,
Onu, etiramla hər yerdə tanıt.
Bayrağı unutma, özünü unut,
Ondan da ötəsi yoxdu, ey oğul!

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Qabil Nəbi – AZƏRBAYCAN

AZƏRBAYCAN
Ətir olub bir şüşədə
Qıfıllandı, bağlı qaldı.
Tədbirlərdə, məclislərdə
Önə çıxan yad sinəyə
Səpilərək ətir saçdı
Azərbaycan…
Varaq-varaq bir guşədə
Oxunmamış nağlı qaldı.
Arzularda, xəyallarda
Qamətini əyə-əyə,
Azadlığa tərəf qaçdı
Azərbaycan…
Almaları çox yubandı,
Hər arzusu nağıl oldu,
Nağıl deyən quduzlandı.
Dilin dandı, adın dandı…
“Şimal”, “cənub” arazlandı.
Bəyaz atlı bir özğəyə
Bel bağladı, qucaq açdı
Azərbaycan…
Azad oldu bir hissəsi,
Haray çəkir hər hissəsi.
Susur yenə haqqın səsi…
Qartal, quzğun arasında,
Sülh quşutək səmalarda,
Qayalara dəyə-dəyə,
Qanad açıb uçdu, uçdu
Azərbaycan…

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“Qabil Nabi və dostları”

“Qabil Nabi və dostları”
Məhz bu adla baş tutdu 15.08.2025 -ci il tarixində Bakı Reabilitasiya Mərkəzində təşkil olunmuş oxucularla görüş. Oxucularla görüşdə Qabil Nabi ilə yanaşı tanınmış şair Süleyman Abdulla, şair-rəssam Sehran Allahverdi, gözəl şeirlər müəllifi Zirəddin Quliyev, həkim Naib Abdulla, Mühəndis Aydın Səfərli, dizayner-rəssam Nigar Nəbiyeva da iştirak edirdilər. Tədbir iştirakçıları müxtəlif mövzulara aid şeirlər söyləməklə yanaşı, xəstə və həkim kollektivinin ədəbiyyata dair suallarını da cavablandırdılar. Nigar Nəbiyevanın tədbirin gedişi müddətində çəkdiyi, hər kəsin marağına səbəb olan
rəsm alqışlarla qarşılanmaqla yanaşı, rəhbərliyin istəyi ilə Mərkəzin bir divarından asıldı. Sonda oxuculara şairlərin imzası ilə kitablar təqdim olundu. Mərkəzdə müalicə alan xəstələrin marağına səbəb olan bu tədbirin təşkilinə görə BRM-in baş həkimi Vüsalə xanıma, təşkilatçı Leyla xanıma, təşəbbüsçü Aida xanıma minnətdarlığımızı bildiririk.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qabil Nəbi – Bacılar şeiri

BACILAR
Qardaşın həyatında
Bəzək olar bacılar.
Ətrafında gül olar,
Çiçək olar bacılar.

Bir an küsər o qönçə,
Xətirinə dəyincə.
Qəlbi şüşədən incə
Kövrək olar bacılar.

Əziz olar can kimi,
Gözəldir mərcan kimi
Qorxaq bir ceyran kimi
Ürkək olar bacılar.

Xəyallara dalanda,
Dərdi sər çoxalanda,
Hamı yalan olanda,
Gerçək olar bacılar.
05.07.2016

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış şair Qabil Nabi ilə görüşü keçirilib

04.02.2025 tarixində Sumqayıt Şəhər Əlillərin Bərpa Mərkəzində əlillərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə təşkil olinmuş əlillərin şair Qabil Nabi ilə görüşü keçirilmişdir. Tədbirin qonaqları qismində şair Qabil Nabinin dostları tanınmış şair Süleyman Abdulla, şair-rəssam Sehran Allahverdi, gənc rəssam-dizayner Nigar Nəbiyeva da iştirak etmişlər. Əsasən səmimi söhbət əsnasında keçirilən tədbirdə vətənpərvərlik haqqında, fiziki qüsurlu insanların normal həyata inteqrasiyası, boş vaxtlarının səmərəli istifadəsi və onları maraqlandıran digər mövzular haqqında danışıldı. Müəlliflərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Mərkəzdə müalicə alanlar arasında şair Qabil Nabinin şeirlərini səsləndirənlər də oldu. Tədbirin gedişatı zamanı rəssam Sehran Allahverdinin canlı olaraq Qabil Nabinin portretini çəkməsi hamıda maraq doğurdu. Nigar Nəbiyevanın tədbir gedə-gedə çəkdiyi “Lalələr” rəsmi isə müəllif tərəfindən Bərpa Mərkəzinə hədiyyə edildi. Sonda tədbirin bəzi iştirakçılarına imzalı kitablar təqdim olundu. Xatirə şəkli çəkdirildi.

Məlumatı hazırladı : Günnur Ağayeva

QABİL NƏBİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru