
Hərə bir taleyin soragindadir
Baxıram evlərin üstü müxtəlif
Pəncərəsi başqa, qapısı başqa
İçində yaşayan ailələr başqa
Hərə bir taleyin soragindadir
Birinə doğmadır evi, ailəsi
Birinə ogeydir doğma övladı
Birinə doğmadır gözəl anası
Birinə ögeydir qardaş bacısı
Hərə bir taleyin soragindadir
Bir evde bəh-bəhlə bişir yeməklər
Hamı deyir ,gülür, hamı danışır.
Hamı yaşamaqçın yanır, alışır
Bir evde nə yemək, nə də səs ün var
Hamı qaraqabaq, hamı acıdil,
Hərə bir taleyin soragindadir.
Bir evde bişirib Allah verəndən
Ata gülümsəyir ,ana sevinir,
Şorun da bal kimi dadı var evdə,
Uşaqlar həvəslə danışır dinir.
Bir evde varlılar bişirib yemək
Süfrədə kabablar, səbzi plovlar
Hərə qonaq kimi oturub baxır
Bəzəkli süfrənin dadı, tamı yox
Hərə bir yerdə gün keçirib gəlib
Süfrədə bir dənə ev adamı yox
Hərə bir taleyin soragindadir
Biri müəllimdir,biri həkimdir
Biri mühəndisdir, biri tələbə,
Biri savadlıdır, biri savadsız
Alın yazısını yaşayır hərə
Hərə bir taleyin soragindadir.
Qaranquş dimdiyində gətirib yemək,
Yeyib yuxulayır ətcəbalalar
O da fəsillərin mujdəsindədir
Hərə bir taleyin soragindadir
Küçədə gördüyüm küçə itləri
Balası dişində qaçır, vurnuxur
Bir kiçik yuvanın həsrətindədir
Hərə bir taleyin soragindadir.
Mənim ocağımda, mənim evimdə
Hər şey var desem yalan olar
Qaranlıq var işığa möhtac
Oğul var qıza möhtac
Bilmirəm elə bəlkə də həyat
Yaşayıb hər şeyə möhtac olmaqdır
Günəş doğar səma isiqlanar
Yaranar müxtəlif taleyli insanlar
Deyərəm
Hərənin öz taleyi var
Hərə bir taleyin soragindadir
Ana
Bir tək sən anlaya bilərsən məni
Sənsiz çox tənhayam yalnızam ana
Yenə axşam düşür hava qaralır
Gecə ilə baş- başa qalıram ana.
Sənli xatirələr keçir xəyaldan
Ağaran saçların, yorğun gözlərin
Rəsmlər içində danışır mənlə
Fincandan qalxan çayın buxarı
İsti nəfəsintək deyir üzümə
Saatın kəfkiri döyür zamanı
Döyülür tələsik küçə qapısı
Elə bilirəm ki, döyən anamdır
Deyirəm: ay ana, harda qalmısan?
Açıram qaranlıq zülmət küçələr
Maşınlar şütüyür fit səslərilə
Sahibsiz pişiklər miyoldayaraq
Keçir o tərəfimə ,bu tərəfimə
Görəsən, bu hisslər nədir İlahi?
Otaq qapıları hamısı açıq
Ayaq səslərini eşidirəm mən,
Çox gecdir hələ də yatmamısan sən
Xəyaldır, yuxudur nədir İlahi?
Kaş uşaq olaydım bu günlər yuxu
Oyanıb anamı oyaq görərdim.
Müəllif: Rəna Feyzi