Etiket arxivi: Yazarlar 56

Nurlanə Cərullaqızı – İbrət

İbrət
(hekayə)

Hər tərəfin süd kimi aydınlıq içində olduğu, məxmər təki yumşaq və sərin bir may axşamı idi. Həyat hər yerdə olduğu kimi, Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki kimsəsizlər üçün nəzərdə tutulmuş sosial sığınacaqda da öz axarı ilə davam edirdi. Kimiləri binanın dəhlizində gəzinir, kimiləri də yaz axşamının təmiz havası altında, həyətdə divar dibi qoyulmuş ağ rəngli taxta skamyeyalarda oturub söhbət edirdi.

Ətirə isə indi nəinki bütün bunların, hətta bəlkə də dünya həyatının varlığının, özünün o həyatda yaşadığının belə fərqində deyildi. Sığınacağa bu gün gələn bu ahıl qadın neçə saat idi ki, qaranlıq otağındakı çarpayısında fikirli halda oturmuşdu. O, indi vaxtilə, həm də ən yaxınlarına qarşı etdiyi böyük səhvlər barədə düşünür, düşündükcə duyduğu peşmanlıq ömrünün bu vaxtında qığılcım kimi ürəyini yandırırdı.

Qapının qəfil döyülməsi müvəqqəti olaraq Ətirəni daldığı düşüncələrdən ayırdı.

— Gəl, — deyə o, güclə eşidiləcək bir səslə dilləndi.

Qapı astaca açıldı. İçəri yaşıl uniformalı, kök, qısa boylu bir qadın girdi. Bu, Səadət idi. O, üç ildir ki, sığınacaqda gecə növbətçisi olaraq çalışırdı.

— Axşamınız xeyir.

Səadət otağın işığını yandırdıqdan sonra yavaş addımlarla Ətirəyə yaxınlaşıb onu salamladı:

— Hər vaxtınız xeyir, — deyə Ətirə sakit tərzdə cavab verdi.

— Adım Səadətdir, burada gecə növbətçisi işləyirəm. Dedilər, yeni sakin gəlib, mən də gəldim, sizlə tanış olum.

— Mənim də adım Ətirədir.

— Lap yaxşı, Ətirə xanım, — Səadət mehriban səslə dedi, — tanış olmağımıza şadam. Otura bilərəm?

Ətirə “hə” mənasında başını tərpətdi. Səadət keçib onun sağ tərəfində əyləşdi.

— Qızım, dedin adın Səadətdir, hə? — Ətirə dəqiqləşdirmək istədi.

— Bəli, — deyə Səadət cavab verdi.

— Mənim də qızımın adı Səadətdir…

Ətirə bunu deyib hönkürtü ilə ağlamağa başladı. Onun aylardır içinə axıtdığı göz yaşları indi sel kimi axırdı.

— Ətirə xanım! Sizə nə oldu? — Səadət onun bu halını görüb təlaşlandı. Cəld ayağa qalxıb stolun üstündəki qırağında olan boş fincanlardan birinə su süzüb Ətirəyə verdi.

— Bağışla, qızım… Bir anlıq özümü saxlaya bilmədim…

Ətirə suyu içib qurtardıqdan sonra göz yaşlarını silib, məyus səslə dedi. Səadət, Ətirənin əlindəki fincanı alıb yerinə qoyduqdan sonra yenidən onun yanına qayıtdı.

— Ətirə xanım, niyə birdən-birə ağladınız? Dediniz, qızınızın adı da Səadətdir. Səadətə nə olub? O, indi haradadır? Əgər istəmirsinizsə, danışmaya bilərsiniz. Mən sadəcə…

— Ah, qızım… — Ətirə dərindən köksünü ötürdü. — Mən indi sənə bağışlanılması mümkün olmayan səhvlərlə dolu həyat hekayəmi danışacağam. Səndən bir xahişim var.

— Buyurun, eşidirəm.

— Əgər ətrafında fiziki məhdudiyyətli yaxud xəstə övladı olan və buna görə həmin övladını seçib bir kənara atan valideynlər, yaxud bu kateqoriyadan yaxınları olan varsa, mənim bu hekayəmi onlara danışarsan. Qoy onlar bu hekayədən ibrət alıb mənim səhvlərimi təkrarlamasınlar…

Mən 1949-cu ilin soyuq bir qış günündə Xocavəndin Qaradağlı kəndində doğulmuşam. 1992-ci ilə qədər də orada yaşamışam. Biz ailədə dörd qardaş, bir bacı olmaqla beş uşaq olmuşuq. Atam mən doğulandan on gün sonra, həyətimizdəki elektrik dirəyinin başına uçması nəticəsində ölüb. Mənim adımı da onun adına uyğunlaşdıraraq qoyublar – Ətir… Ətirə.

Bizim, daha doğrusu, 33 yaşlı anamın çətin günləri də elə həmin vaxtdan başlayır. Yazıq anam…

Ətirə bu yerdə kövrəldi.

O, ən böyüyü 15 yaşında olan beş uşağa baxmaq üçün kənd məktəbində xadimə işləməyə başlayır. Mən atamın yoxluğunu bir də yeddi yaşından sonra dərk etməyə başladım. Heç unutmaram, ilk dərs günümüz idi. Müəllimə məni sinif yoldaşlarıma təqdim edərkən:

— Bunun atası yoxdur, qəlbinə dəyməyin, — demişdi.

Mən isə:

— Yox! Mənim atam var! Adı da Zəfərdir! — deyib ağlamağa başladım.

Zəfər mənim böyük qardaşım idi və mən ona ata deyirdim. Yazıb-oxumağı tam öyrənəndən sonra isə istər doğum haqqında şəhadətnamədə, istər gündəliyimdə, istərsə də məktəb jurnalında atamın adının Zəfər deyil, Ətir olaraq yazıldığını gördüm. Bu barədə anamdan soruşdum. Yazıq anam da ağlaya-ağlaya mənə hər şeyi danışdı…

Ətirə yenidən ağlamağa başladı.

— Bəli, mən atamın körpə ikən öldüyünü öyrəndim. Onun haqqında anama və qardaşlarıma çoxlu suallar verərdim, tez-tez şəkillərinə baxardım. Böyük qardaşım Zəfər atama çox oxşayırdı. Mənə ən pis təsir edən hadisələrdən biri də o idi ki, sinifimizdə məndən başqa hamı təzə aldığı bir şeyi uşaqlara göstərəndə “Bunu mənə atam alıb” — deyərdi. Düzdür, yazıq anam bacardığı qədər bizlərə atamın yoxluğunu hiss etdirməməyə çalışır, gecə-gündüz əziyyət çəkib bütün ehtiyaclarımızı ödəməyə çalışırdı. Ancaq atamın yoxluğu mənim – və yəqin ki, qardaşlarımın da – qəlbində ömrü boyu qapanmayacaq bir yara açmışdı.

Evimizdə bizdən başqa bir də Ömər babam var idi. Ömər babam uşaqlıqda meningit xəstəliyi keçirməsi nəticəsində eşitmə və danışma məhdudiyyətli olmuşdu. Onun bir gözü də görmürdü. Anamın dediyinə görə, gözü meningit xəstəliyinin istisindən bişmişdi.

Anam onu da danışırdı ki, babam Tuğ kəndində səkkiz uşaqlı ailənin dördüncü övladı olaraq dünyaya gəlir. Babamın məktəb yaşı çatanda məhdudiyyətli olduğu üçün direktor onu məktəbə qəbul etmir, müəllimlər də ona evdə dərs keçmək istəmir. Yazıq babam da o yaşdan etibarən mövsümi işlərdə işləməyə başlayır.

25 yaşında isə ailəsinin bütün etirazlarına rəğmən özü kimi eşitmə məhdudiyyətli olan nənəmi qaçırıb evlənir. Yazıq nənəmsə bir il sonra atamı dünyaya gətirən zaman ölür. O vaxtlar qadınlar uşaqlarını indiki kimi xəstəxanada deyil, çox vaxt evdə, yaxınlarının köməyi ilə dünyaya gətirərmiş. Elə nənəm də atamı evdə, atamın ailəsinin köməyi ilə dünyaya gətirir. Buna görə də onu doğuş əsnasında, onsuz da evlənmələrini istəməyən ailəsinin qəsdən öldürdüyünü düşünən babam, gecənin bir yarısı hələ 40 günlük olan atamı da götürüb, evini və kəndini bir daha qayıtmamaq üzrə tərk edərək nənəmin kəndi — yəni Qaradağlı kəndinə gəlir və onun ailəsi ilə yaşamağa başlayır. Atamı da onların köməyi ilə saxlayıb böyüdür.

Nənəmdən sonra bir daha evlənməyən babam, bütün ömrünü yeganə övladı – atama həsr edir.

Hə, yeri gəlmişkən onu da deyim ki, atamla anam xalaoğlu-xalaqızı olublar. Anam babamın xətrini çox istəyirdi. Böyük kimi onun hörmətini saxlayar, hər zaman ona doğma atası kimi yanaşar, qayğısına qalar, xəstələnəndə bircə an belə olsun başının üstündən çəkilməzdi. Qardaşlarım da “Atamızın yadigarıdır” deyib onunla mehriban rəftar edərdilər. Heç kimə, heç bir zərəri olmayan bu dilsiz-ağızsız insanla evdə yola getməyən təkcə mən idim. Heç sevmirdim babamı. Onu özümüzə bir yük kimi görür, bəzən isə “Kaş atamın yerinə o ölsəydi” — deyərdim.

Ancaq yazıq babamın bizə baxmaq üçün ən az anam qədər çalışdığını, hətta bəzən anamla birgə bizə yemək qalsın deyə ac yatdığını, tək qaldığı zaman isə atamın həsrəti ilə bircə gözü şişib qızarana qədər ağladığını – nə qədər acı olsa da – sonrakı yaşlarımda, daha doğrusu, qızım Şövkəti itirdiyim zaman dərk etdim.

— Şövkəti itirdiyiniz zaman? – Səadət duruxdu.

Hə… — Ətirə kövrək halda davam etdi, — amma bu barədə sonra danışacam…

Babam fermada işləyirdi. Səhər işıqlşmamış evdən çıxar, axşam hava qaralanda geri qayıdardı. Təbii olaraq da, fermanın bu müddət ərzində üstünə hopan spesifik qoxusunu bərabərində gətirirdi. Bu, məni ondan daha da uzaqlaşdırırdı. Çünki babamın məhdudiyyətli olduğu üçün murdar bir insan olduğunu və bu qoxunun da fermanın deyil, öz bədəninin qoxusu olduğunu düşünürdüm.

Heç yadımdan çıxmaz, bir dəfə babamın ayağı corabsız idi. Birdən gözüm onun sol ayağına sataşdı. Ayaq başdan-ayağa qapqara idi. Mən çirkli olduğunu zənn edib onun ayağına iyrənərək baxdım. Bunu görən anam:

— Qızım, babanın ayağı çirkli deyil. Bir dəfə hava çox qarlı imiş, baban da fermada imiş. Həmin vaxt bu ayağını don vurub, — dedi.

Mən həmin vaxt anamın babamı müdafiə etmək üçün yalan danışdığını düşünüb ona inanmamışdım.

Babamın üzündə hər zaman məzlum bir ifadə, görən tək gözünün dərinliyində isə təsviri mümkün olmayan bir kədər var idi. Bu, mənim ona olan nifrətimi daha da artırırdı. Çünki onun özünü bu görkəmə bilərəkdən saldığını, anamla qardaşlarımın halına acıyıb baxsınlar deyə belə etdiyini düşünürdüm. Ancaq bu kədərin vaxtilə – nə qədər küsüb tərk etsə də – illərdir görmədiyi ailəsinin və bir-birinin ardınca itirdiyi sevdiklərinin həsrətindən yaranan bir kədər olduğunu bilmirdim… Daha doğrusu, bilmək istəmirdim.

Babam evdə anam və qardaşlarımla əl işarələri ilə danışırdı. Mən isə buna hər zaman kənardan baxıb gülür, onu ələ salırdım.

Bununla bağlı 8-ci sinifdə oxuduğum zaman başıma gələn, o zaman dərk etmədiyim, indi isə düşündükcə içimi dərin peşmançılıq hissi bürüyən bir xatirəmi danışmaq istəyirəm.

Bir gün yenə babam qardaşlarıma işarə ilə nəyisə başa salırdı. Mən də adətim üzrə gülməyə başladım. Bu an gözlənilməz bir şey oldu: illərlə ata bildiyim, “ata” dediyim və ömrümdə bir dəfə də olsun mənə əl qaldırmayan Zəfər, ilk və son dəfə o gün üzümə möhkəm bir şillə çəkdi. Ağlamağıma belə əhəmiyyət verməyib məni otaqdan qovdu.

Sonra anam yanıma gəldi, gözlərimin yaşını silib başımı sığalladı və üzünü mənə tutub – mahiyyətini sonradan acı şəkildə dərk etdiyim – bu sözləri dedi:

— Babanı ələ salmağın yaxşı deyil. Məhdudiyyətli olmaq ondan asılı deyil. Allah məhdudiyyəti ilə onu, varlığı ilə isə bizləri imtahan edir. Ona görə də, nəinki babana, hətta bütün məhdudiyyətli insanlara qarşı edilən hər hansı bir yanlış hərəkət və ya ünvanına işlədilən xoşagəlməz söz birbaşa Allaha ünvanlanmış təhqirdir. Allahı təhqir etmək isə ən böyük günahlardan sayılır. Son olaraq isə, qızım, unutma: baban əvvəlcə Allahın, sonra isə cavan yaşında itirdiyi bircə balasının – yəni sənin atanın – bizə əmanətidir. Bizim vəzifəmiz isə əmanətə xəyanət etmək yox, onu göz bəbəyimiz kimi qorumaqdır.

— deyib otaqdan çıxdı.

Həmin vaxt mən bu sözlərin heç birinə əhəmiyyət vermədim. Çünki Allahın babamı imtahan üçün deyil, sevmədiyi üçün məhdudiyyətli yaratdığını və bununla onu törətdiyi hansısa pis bir əməlinə görə cəzalandırdığını düşünürdüm.

Bunun belə olmadığını, əksinə, Allahın babamı məhdudiyyətli yaratmaqla bəlkə də onu böyük günahlardan və ağır fəlakətlərdən qoruduğunu sonralar başa düşdüm.

Səadət sükut içində Ətirənin danışdıqlarını dinləyir, dinlədikcə dəhşətə gəlirdi. O, istər yaxını olsun, istər uzağı – sağlam bir insanın məhdudiyyətli bir insana qarşı bu qədər amansız ola biləcəyinə inana bilmirdi. Hekayənin ancaq bundan ibarət olduğunu zənn edən Səadət, qarşıda eşidəcəklərinin indi eşitdiklərindən daha dəhşətli olduğundan xəbərsiz idi.

Beləcə illər bir-birini əvəzlədi.

Ətirə davam etdi:

Biz böyüdük. Qardaşlarımdan babamın adını daşıyan Ömər Bakı Dövlət Universitetinin tarix, Zəfər isə riyaziyyat müəllimliyi üzrə təhsil alıb kənd məktəbində müəllim işləməyə başladılar. Digər iki qardaşım – Xəlil ilə Çingiz isə kolxozda müxtəlif işlərə düzəldilər. Anamı da “Biz qazanırıq” – deyib məktəbdəki işindən çıxartdılar. Beləliklə də yazıq anamın qarlı-şaxtalı günlərdə, əlləri dona-dona məktəb təmizlədiyi günlər sona yetdi.

Babamı da mal fermasından çıxartdılar.

Sonra qardaşlarım növbəli şəkildə evləndilər və evlərini tikib bizdən ayrıldılar. Bizimlə, məndən 4 yaş böyük olan qardaşım Çingiz qaldı. Təbii ki, mənim də ailə qurmaq növbəm çatdı. 18 yaşım tamam olan kimi məni qardaşım Zəfərlə yaşıd, yəni 33 yaşında olan dayım oğlu Yasinə ərə verdilər.

Yasin, 3 uşaqlı ailənin sonuncusu, 2 bacının bir qardaşı idi. Mən onun ikinci arvadı idim. Onun məndən əvvəlki arvadından Hətəm adlı, 11 yaşında bir oğlu var idi.

İnsafla deyəndə, Yasin pis adam deyildi. Ancaq məndən xeyli böyük olmasına, boşanmış olmasına, bir də oğlunun olmasına görə onunla ailə qurmaq istəmirdim. Lakin anamın və qardaşlarımın təkidi ilə məcburən razılaşdım.

Beləliklə, mən Yasin, oğlu Hətəm, qaynanam və həm də dayım olan qaynatamla yaşamağa başladım. Baldızlarım isə çoxdan ərə getmişdilər. Dayım kolxoz idarəsində bağban, Yasin isə mühasib işləyirdi.

Mən əvvəllər dayım oğlu, indi isə ərim olan bu adama yavaş-yavaş isinişməyə çalışırdım. Evliliyimizin üçüncü ayında hamilə olduğumu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi. Çünki hər bir gənc qız kimi, mən də ana olmaq istəyirdim. Nəhayət, doqquz ayın tamamında ilk övladım – Şövkət dünyaya gəldi.

Onu ilk dəfə qucağıma aldığım an sevincimdən yerə-göyə sığmırdım.

Şövkətdən 5 il sonra oğlum Əhməd, 3 il sonra isə qızım Səadət doğuldu. Üstündən bir il keçmişdi ki, qapımızda ilk toy çalındı. Hətəm, Yasinlə Hacıqabulun Abdullabad kəndindən olan əsgər yoldaşının qızı Şahnazla evləndi. Hətəmin anası Yavər də oğlunun bu şad günündə iştirak etdi.

Aramızda heç bir zaman əsl ana-bala münasibəti olmasa da, həmin gün mən də sevincli idim.

Şahnaz 19 yaşında, qısa boylu, dolu bədənli, qarayanız bir qız idi. O da mənim kimi 4 qardaşın bir bacısı idi. Hətəm bu qızı hələ əsgər getməmişdən əvvəl atası ilə onların evinə qonaq gedəndə görüb bəyənmiş, ürəyini qıza açmış, ondan da “hə” cavabı almış, hərbi xidmətdən qayıdandan sonra da evlənmək qərarına gəlmişdilər.

Şahnaz da Hətəm kimi təbiətcə mülayim bir qız idi. Biz onunla çox yaxşı yola gedirdik.

Ta ki… 1994-cü ilə qədər…

Toydan 3 ay sonra Hətəm kolxoz idarəsində sürücü kimi işə düzəldi. Altı ay sonra isə atası ev tikib onları köçürdü. Bəli, həyat öz axarı ilə davam edirdi.

Ta ki həmin vaxta qədər…

Ətirə azacıq fasilə verib yenidən acı həyat hekayəsinin ardını danışmağa davam etdi:

Səadətin 6 yaşı olanda birdən-birə onun dirsəklərində və dizlərində kiçik-kiçik, ağ-gümüşü pulcuklar əmələ gəlməyə başladı. Daha sonra bu pulcuklar böyüyüb qırmızı yaraya çevrilir, qabıqlayır və yayılmağa başlayırdı. Atası vəziyyətin nə olduğunu öyrənmək üçün onu Xocavənd rayonu mərkəzi xəstəxanasına apardı. Orada qızıma, el dilində “sədəf”, bəzən də “dəmirovlu pulcuq”, tibbi dildə isə “psoriaz” adlanan xəstəliyin uşaqlarda sıx görülən və təcili müalicə olunmalı olan “eritrodermik” növü diaqnozu qoyuldu. Bunu eşidəndə dünya başıma fırlandı. Ən çox da özümü düşündüm. Bu olmamalı idi… Mənim məhdudiyyətli, xəstə övladım olmamalı idi. Onsuz da babamdan canım təzə qurtarmışdı. Bir daha yağışdan çıxıb yağmura düşmək istəmir, gecə-gündüz bu xəstə uşaqla nə edəcəyimi düşünürdüm.

Elə həmin vaxtdan da Səadətin intensiv müalicəsi başladı. Ancaq günlər həftələri, həftələr ayları əvəz etsə də, edilən müalicənin heç bir xeyri olmur, əksinə, xəstəlik getdikcə daha da şiddətlənir, yara qızın bədəninin qalan yerlərini də örtürdü. Atası vəziyyətin pisləşdiyini görüb onu Bakıya gətirdi. Məlum oldu ki, sən demə, milliyyətcə erməni olan Xocavənddəki həkim yazıq qızımı qəsdən səhv müalicə edirmiş.

Ətirə bu yerdə yenidən ağlamağa başladı. Səadətin də özündən asılı olmayaraq gözləri yaşardı və o, bir daha ermənilərin körpə uşağa belə rəhmi gəlməyəcək qədər zalım və murdar bir xislətə sahib olduğuna əmin oldu.

Beləliklə, onu yenidən müalicə etməyə başladılar.

Ətirə göz yaşlarını silib sözünə davam etdi:

Bir il keçdi. Səadət məktəb yaşına gəldi. Təbii ki, bütün uşaqlar kimi o da məktəbə getmək istəyirdi. İstəyinə də çatdı. Atası hər nə qədər yazı yazmağın onun üçün çətin olacağını düşünsə də, sonda xətrinə dəyməyib məktəbə getməsinə razı oldu. Ancaq mən onun məktəbə getməsini istəmirdim. Özünə faydası olmayan bir insanın oxuyub cəmiyyətə nə fayda verəcəyini düşünürdüm. Belə düşünməklə necə böyük bir səhv etdiyimi və bu səhvimin məni addım-addım geri dönülməsi mümkün olmayan bir fəlakətə doğru apardığını isə bilmirdim.

Əhmədi və Şövkəti birinci sinifə özüm aparmışdım. Amma Səadəti məktəbə atası apardı. Ona görə aparmadım ki, onunla orada bir görünməyim. Bəli, mən doqquz ay bətnimdə gəzdirdiyim, min bir əziyyətlə dünyaya gətirdiyim, gəlişinə sevindiyim, uğrunda gecələr kim bilir neçə dəfə yuxudan oyandığım, dünənə qədər qucağımda yatızdırdığım, övladım deyib başına sığal çəkdiyim, öpüb əzizlədiyim qızımdan indi xəstə olduğu üçün utanır, ona Allah tərəfindən lənətlənmiş, dünyada yaşamaq haqqı olmayan iyrənc bir məxluq kimi baxır, ölməsi üçün hər gecə dua edirdim.

İlk vaxtlar Səadəti sinif yoldaşları görkəminə görə lağa qoyurdular. Lakin sonra ona öyrəşdilər və tanıdıqca çox sevdilər. Dörd ay müəlliməsinin yanında oturan Səadəti Əlifba bayramından sonra sinif yoldaşları parta yoldaşı kimi yanlarına keçirdilər. Həmin gün Səadət üçün sözün həqiqi mənasında bayram idi. Mənim isə yazıq körpənin bu sevincinə şərik olmaq əvəzinə, ürəyimdə onunla eyni partada oturan, dərs boyu sifətini görən uşaqlara yazığım gəlirdi.

Ətirə xala, bəs Səadət dərslərini yaxşı oxuyurdu? Yəni, demək istəyirəm ki, səhhəti onun oxumasına imkan verirdimi? – deyə Səadət maraqla soruşdu.

Əlbəttə ki, oxuyurdu! – deyə Ətirə əminliklə dilləndi və əlavə etdi: – Hətta lap yaxşı oxuyurdu.

Bacı-qardaşlarının 4 aya güclə öyrəndiyi əlifbanı Səadət bir aya öyrəndi və onlara da dərslərində kömək etməyə başladı. Ondan böyük olan bacı-qardaşlarının 3-4 dəfəyə oxuyub əzbərlədiyi dərsi Səadət axşam evdə yalnız bir dəfə oxuyur, səhəri gün isə müəllimə qarşısında lövhədə çaşmadan danışırdı. Bəli, Allah Səadətə sözün həqiqi mənasında qeyri-adi bir istedad vermişdi. Müəllimlər də onun bu istedadını bilir və onun üçün əllərindən gələni edirdilər.

Səadət yaxşı şeir deyirdi. O, demək olar ki, məktəbdə keçirilən bütün müsabiqələrdə iştirak edir, hamısında da mükafat qazanırdı. Müxtəsər, “xəstədir” deyib faydasız gördüyüm, görkəmindən utanıb yanımda gəzdirmədiyim qızım qısa zamanda nəinki oxuduğu sinifin, bütün məktəbin göz bəbəyinə çevrilmişdi.

Bu arada Səadətin müalicəsi də davam edirdi. Müalicə getdikcə xəstəlik dayanır, dayanan kimi isə özünü əvvəlkindən daha pis büruzə verirdi.

Beləcə illər keçdi. Qaynanamla qaynatam rəhmətə getdi. Hətəmin Kamran, Nəriman və Fərman adlı üç oğlu dünyaya gəldi. Şövkət isə Hacı Qabulda Şahnazın əmisioğlu Ramizə ərə getdi. Ramiz evin bir oğlu idi. Şövkətim biz Şahnazın ailəsini qonaq çağırdığımız zaman onu görmüşdü. O da pis adam deyildi. Kənddə atasının balaca ərzaq dükanını işlədirdi. Onların da ailə qurduqdan bir il sonra Nərmin və Amin adlı əkiz uşaqları dünyaya gəldi.

Əhməd məktəbi bitirib hərbi xidmətə getmişdi. Artıq doqquzuncu sinifdə oxuyan Səadət isə hələ də düçar olduğu amansız xəstəliyin pəncəsindən qurtula bilmir, müalicə almağa davam edirdi. Hər ay gah Hətəm, gah da atası onu Bakıya xəstəxanaya gətirirdi. Bununla belə, Səadət boş dayanmır, xəstə olmasına rəğmən bizə ev işlərində bacardığı qədər kömək edirdi — məndən başqa heç kim xətrinə dəyməmək üçün onun iş görməsinə heç nə demir, gördüyü işi bəyənirdilər. Çünki Səadət məsuliyyətli idi. Öhdəsinə düşən hər işi layiqincə və vaxtından tez yerinə yetirirdi. Qalan vaxtlarda isə bol-bol kitab oxuyurdu.

Səadət həm də vicdanlı, mərhəmətli, xoş xasiyyətli, dürüst, mehriban, sadə və səmimi idi. Canım qızım… – Ətirə yenidən ağlamağa başladı. – Onun hər şeyə rəğmən həyata ümidlə baxan iri, səma kimi mavi gözləri, səmimi baxışları, qara çatma qaşları, hər zaman təbəssüm ifadəsi olan üzü, ürəyi kimi yumşaq və isti əlləri var idi. Eyni zamanda, Səadət güclü iradəyə malik idi. O, xəstəliyi ilə ta uşaq yaşlarından barışmış, o cür yaşamağa da öyrəşmişdi. Nə qədər çətinlik çəksə də, bir dəfə də olsun Allaha üsyan etməz, hər zaman “bu mənim imtahanımdır” deyərdi.

Ailədə hamı, hətta ayrı-anadan dünyaya gəlməyinə baxmayaraq Hətəm də onun xətrini çox istəyirdi. Ona bayramlarda hədiyyə alar, hər zaman körpə uşaq kimi öpüb əzizləyər, “mənim xrustal bacım” deyərdi. Mən isə artıq ondan sözün həqiqi mənasında bezmiş, yorulmuşdum. Ürəyimdə ona qarşı bitib-tükənmək bilməyən bir nifrət bəsləyir, xəstə olduğu üçün onu ailəmizin faciəsi kimi görürdüm.

Əsl və dəhşətli faciənin tezliklə başımıza gələcəyini isə ağlıma belə gətirmirdim. Qəti qərarlıydım: hansı yolla olursa olsun, bu xəstə qızdan xilas olmalıydım.

Bir gün evdə heç kimin olmadığı vaxtda Yasinə: — Yasin, gəl bu qızı dövlət müəssisəsinə verək, — dedim.

— Hansı qızı? – deyə təəccüblə üzümə baxdı.

— Səadəti deyirəm, — dedim.

O saat Yasinin qaşları çatıldı. O, acıqlı səslə:

— Sən nə danışırsan, Ətirə?! – dedi.

Mən onun hirsləndiyini görüb şirin dilimi işə saldım:

— Əzizim, əsəbləşmə. Mən gələcəkdə ona baxmaq bizə çətin olacaq deyə deyirəm, — dedim.

Təbii ki, “biz” deyəndə daha çox özümü nəzərdə tuturdum.

Yasin isə cavabında: — Birincisi, onun bizim baxımımıza ehtiyacı yoxdur. Allaha şükür olsun ki, xəstə olsa da özünü idarə edə bilir. Lap olsa belə, valideyni olaraq ona baxmalı, hətta lazım olsa, onu kürəyimizdə də gəzdirməliyik. Çünki onu biz dünyaya gətirmişik. Bunu bil ki, qızımızın xəstəliyi özünün imtahanı, onun varlığı isə bizim imtahanımızdır, — dedi.

Bu söhbət bir daha açılmamaq üzrə bağlandı. Onun “bu son sözü” məni daha da qəzəbləndirdi.

Əgər xəstəliyi onun imtahanıdırsa, onda mənim günahım nə idi? Niyə mən, bir dəfə gəldiyim bu dünyada nə qədər yaşayacağımı bilmədiyim, əslində gözəlliklər içində yaşamalı olduğum ömrümü, günü-gündən əcaib görkəmə düşən xəstə bir uşağa baxmaqla keçirməliydim?! Lakin qızımla bu dünyada cənnəti qazana biləcəyimi, onunla keçirəcəyim hər günün mükafatını əbədiyyətdə misli ilə alacağımı, alacağım mükafatın isə dünyada gözümü bürüyən və yaşamaq istədiyim bütün gözəlliklərdən daha gözəl olacağını düşünmürdüm. Hər şeyə qulaq tıxamış, göz yummuşdum.

Beləcə, bir il də keçdi. Biz o qanlı-qadalı ilə — yəni 1992-ci ilə gəldik. Düz dörd il idi ki, Azərbaycanın, xüsusən də dağlıq Qarabağ bölgəsinin başı üzərində sözün həqiqi mənasında qara buludlar dolaşırdı. Bir vaxtlar torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları indi, xarici qüvvələrin də köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, bir yerdə böyüdükləri, səhərdən axşama can-qan qaçıb oynadıqları, eyni məktəbdə, eyni sinifdə oxuduqları, bir partada oturduqları, bir evdə çörək kəsdikləri, bir məclisdə iştirak etdikləri insanları indi gördükləri yerdəcə bir güllə ilə yerə sərirdilər.

Qan içən kafirlər 1988-ci ildən başlayaraq həm bütün Qarabağ torpaqlarına, həm də yaşadıqları 14 kəndin əhatəsində qalan Qaradağlı kəndinə tez-tez hücumlar edir, insanları qorxudub kənddən qaçmağa məcbur etmək üçün evləri atəşə tuturdular. Mən başa düşə bilmirdim — axı onlara nə olmuşdu? Niyə birdən-birə bizə düşmən kəsilmişdilər? Biz onlara yaxşılıqdan başqa nə etmişdik? Bu suallar gecə-gündüz beynimdə bir-birini qovalayırdı.

Fevral ayının 8-i idi. Səadət məktəbdən hövürnak evə gəldi. Mən:

— Nə olub? – deyə acıqlı səslə soruşdum.

O, ağlaya-ağlaya hər şeyi danışmağa başladı. Səadətin Metaksiya adlı erməni riyaziyyat müəlliməsi var idi. Metaksiya müəllimə qonşu kənddən idi. Artıq 3 ildir ki, bu kənddə dərs deyirdi. Onun da bir qolu yox idi. Buna görə də o, Səadətə şagirdi kimi deyil, bir növ yoldaşı kimi yanaşırdı. Buna görə də dərsdən sonra onu kənara çəkərək:

— Səadət qızım, tezliklə bu kənddə dəhşətli bir faciə törədiləcək. Faciəni törədənlərin arasında atam və qardaşım da var. Mən bu günə qədər sizin millətdən heç bir pislik görməmişəm. Həm də səni bir növ qədər yoldaşım kimi görürəm. Buna görə də bunu sənə deməyi özümə borc bilirəm. Atanla qardaşlarına de, tədbir görsünlər, — dedi.

Mən bunun ermənilərin növbəti təxribatı olduğunu düşünüb həmin an onun dediklərinə inanmadım. Ancaq Hətəm və Yasin də evə gəlib bu barədə eşitdiklərini deyəndə təşvişə düşdüm. Bir xeyli nə edəcəyimizi düşündük və məcbur olaraq Hacıqabula — Abdullabad kəndinə getməyə qərar verdik.

Hətəm və Yasin:
— Siz gedin, biz burada qalaq. Ara sakitləşən kimi sizi çağırarıq, — deyib bizimlə gəlmədilər.

Heç birimiz aranın sakitləşməyəcəyini, doğulub böyüdüyümüz, ayaq açıb yeridiyimiz, dil açıb danışdığımız, çörəyini, havasını udduğumuz — hər qarışı bizə əziz olan torpaqlardan əbədi didərgin olacağımızı bilmirdik.

Qapıdan çıxanda Səadət dönüb, kədərli halda, bir daha qayıtmayacağını bilirmiş kimi uzun-uzun baxdı. Sonralar:
— Ora mənim yuvam idi… Oranın hər daşında, hər divarında bir xatirəm var idi… — deyib göz yaşı tökdüyü evimizə, qaçıb oynadığı axara, bahalı, bağlı-bağatlı həyatımıza baxdı.

Sonra da atasını və qardaşını — onları son görüşü olduğunu bilirmiş kimi — bərk-bərk qucaqlayıb ağlamağa başladı. Xətəmin uşaqları da ona qoşuldular. Onlar da atalarını və babalarını bir daha görməyəcəkmiş kimi qucaqladılar.

— Nə olub, özünüzü elə aparırsınız ki, elə bil sürgünə gedirik? Bir neçə günə qayıdacağıq da! — deyib onların üstünə acıqlandım.

Sonra… Bir daha geri qayıtmayacağımızdan xəbərsiz, artıq hərbi xidmətdən qayıdan Əhməd ilə birlikdə, baldızım oğlunun maşını ilə Abdullabad kəndinə doğru yola çıxdıq.

Kənddən çıxana qədər Səadət və Xətəmin uşaqları pəncərədən həsrət dolu gözlərlə, sonralar xatırlayıb ağladıqları yollara, kənarlarda sıralanmış evlərə baxdılar. Bir neçə saat sonra Hacıqabula — Abdullabad kəndinə çatdıq.

Mən, Səadət və Əhməd Şövkətgilə, Şahnaz isə uşaqlarla birlikdə atasına — Çilə getdi.

Əhməd üç gün sonra:

— Vətənim dar gündədir, — deyib mənim bütün etirazlarıma rəğmən, Şahnazın qardaşı İsgəndərlə birgə Qarabağın müdafiəsi uğrunda yaradılmış könüllü batalyonlardan birinə yollandı.

Biz isə hər gün telefonla Yasin və Hətəmlə xəbərləşirdik. Onlar kənddə vəziyyətin günü-gündən pisləşdiyini, ermənilərin hücumlarının daha da artdığını deyirdilər. Ta ki, həmin faciəvi günə — yəni fevralın 17-nə qədər.

O gün Yasindən və Hətəmdən bir xəbər ala bilmədik. Ümidlə gözlədik. Kəndimizin başına gətirilən faciəni isə bir də gecə yarısı öyrəndik.

Həmin gün lənətə gəlmiş ermənilər dörd tərəfdən kəndə daxil olur və hər tərəfi atəşə tutmağa başlayırlar. Kəndin 118 nəfər sakini canlarını qurtarmaq üçün kolxoz idarəsində gizlənirlər. Qaradağlı soyqırımının təşkilatçılarından biri olan Monti Markaryan adlı terrorçu idarənin binasını yandırır. Oradakı sakinlər məcbur qalıb təslim olurlar. O gün orada bəziləri diri-diri bıçaqla doğranmaqla, bəziləri də üstünə benzin tökülüb yandırılmaqla — ümumilikdə 68 nəfər xüsusi amansızlıqla öldürülür. Qalanlar isə əsir götürülür.

Öldürülənlər arasında anam, babam, qardaşlarım Çingizlə Xəlil, eləcə də Hətəm və Yasin də var idi.

Ətirə yenə ağlamağa başladı. Heç birimiz eşitdiyimiz bu xəbərə inana bilmədik. Fəryadımız bir-birinə qarışdı.

Mən bircə günün içində cəfakeş anama — o vaxt nifrət etsəm də — sonralar darıxıb həsrətini çəkdiyim babama, yetimliklə böyüyən qardaşlarıma, oğlum olmasa da gözümün qarşısında böyüyən bir uşağa — Səadət arxa-dayağım dediyi atasına və qardaşına, Şahnaz uğruna kəndini və ailəsini arxada qoyduğu sevdiyinə, üç uşaq isə babasını və atasını itirmişdi.

Bəli, bu — hamımız üçün bir faciə idi. Həm də sözlə təsvir edilməsi mümkün olmayan dəhşətli bir faciə.

On gün əvvəl kənddə sağ-salamat qoyub gəldiyimiz sevdiklərimizin indi ziyarət edəcəyimiz məzarları belə olmayacaqdı…

Bu dəhşətli xəbəri bizə Zəfər gətirdi. Ömər özü və Zəfərin ailəsi ilə birlikdə əsir götürülüb Xankəndinə aparılmışdı. Zəfər isə meşəliklə birtəhər qaçıb canını qurtara bilmişdi. Sonradan onlar da əsirlikdən qayıtdılar və hamısı birlikdə Bakıda yaşamağa başladılar.

Bəli, nə qədər acı olsa da, artıq kəndimiz əldən getmişdi. Və əgər kəndimiz əldən getmişdisə, deməli, tezliklə digər Qarabağ torpaqları da əldən gedəcəkdi.

Bu hadisədən üç həftə sonra bizə iri və taxta bir ev verdilər. Elə həmin gündən də Səadətlə mən, Şahnaz və uşaqlarla birlikdə orada yaşamağa başladıq.

O günlərdə həm Ramiz, həm də Şahnazın atası və qardaşları bizə maddi cəhətdən kömək edir, bizi bacardıqları qədər heç nədən korluq çəkməyə qoymurdular.

Günlər bir-birini əvəzləyir, Qarabağda isə keçən hər gün vəziyyət daha da gərginləşirdi. Qanlı döyüşlər davam edir, hər gün Azərbaycanın müxtəlif yerlərindən şəhid xəbərləri gəlirdi. Televizorda eşitdiyimiz bu xəbərlər hamımızın ürəyini dağlayırdı.

Bir şəhid xəbəri də mayın əvvəllərində bizə gəldi. Şahnazın qardaşı İsgəndər Ağdam uğrunda gedən döyüşlər zamanı minaya düşərək şəhid oldu. Şahnazın anası bu xəbəri eşidən kimi saçları bircə günün içində tamam ağardı.

Yazıq İsgəndərin meyiti o dərəcədə tanınmaz hala düşmüşdü ki, molla bütün təkidlərə baxmayaraq, onu heç kimə göstərmədən dəfn etdi. Ondan geriyə isə sinəsi dağlı anası, gözü yaşlı bacıları, cavan arvadı və iki körpə uşağı qaldı.

İsgəndərin ölümündən iyirmi gün sonra Ramiz də könüllü batalyonlardan birinə qoşuldu. Biz onu yolundan döndərməyə çalışsaq da:

— İsgəndər nə də ki, vətən uğrunda canından keçən digər şəhid qardaşlarımdan artıq deyiləm, — deyib elə İsgəndərin şəhid olduğu batalyona yollandı.

Düz bir il sonra o da Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu. Bir evində işığı söndü — bir ananın ürəyinə ömrü boyu sönməyəcək bir od düşdü. Müharibə, neçə-neçə cavan oğlanlarımız kimi Ramizin də anasını övladsız, bacılarını qardaşsız, arvadını ərsiz və hələ doğulmamış üç övladını atasız qoydu. Bu hadisə Şövkəti dərindən sarsıtdı. Yazıq qızım, atasını və qardaşını itirdikdən sonra bir sevdiyini də itirdi—amma həyat davam edirdi. Şövkət ana idi və nə olursa olsun, uşaqlarına görə yaşamalı idi. Buna görə də çətinliklə də olsa özünü toparladı. Üç ay sonra qızı dünyaya gəldi; körpənin adını “Əmanət” qoydular. Bəli, o, Ramizin Şövkətə olan sonuncu əmanəti idi.

Beləcə üç il keçdi və 1994-cü ilə gəlib çatdıq. Bu illər ərzində baş verənlər ürək açan olmadı: Vahid ordu komandanlığının olmaması və silah-sursatın azlığı sonda Dağlıq Qarabağın və ətraf bəzi rayonların işğalına gətirib çıxardı. Elə həmin ilin may ayının 12-si axşam saatları idi; biz evdə oturub televizora baxırdıq. Gözləmədiyimiz bir xəbər eşitdik: Bişkekdə Azərbaycan və Ermənistan prezidentləri arasında protokol imzalandığı, atəşkəs elan olunduğu, müharibənin müvəqqəti dayandırıldığı deyilirdi. Hamı bu xəbərə çox sevindi. Mən həm sevindim, həm də üzüldüm. Üzüldüm ona görə ki, doğulduğum rayon, 40 il yaşadığım kənd artıq işğal altında idi—bir daha ora gedə, oraları görə bilməyəcəkdim. Sevindim ona görə ki, artıq şəhid xəbərləri eşitməyəcəkdik; cavan gəlinlər, yarsız analar, övladsız uşaqlar, atasız övladlar qalmayacaqdı.

Bu xəbərdən düz beş gün sonra Əhməd evimizə qayıtdı. Həmin gün bizim evdə sözün həqiqi mənasında bayram idi. İki il sonra sağlam şəkildə oğluma qovuşan mənim o anki sevincim təsvir edilməzdi. Əhməd geri gəldikdən sonra kənd camaatı bizi tanımışdı; bizə axın edərək gəlirdilər. O, bu üç il ərzində müharibədə gördüklərindən danışırdı, bizlər isə dəhşət içində dinləyirdik. Təbii ki, həmin gündən sonra o da bizimlə birlikdə yaşamağa başladı və evin yeganə kişisi olduğu üçün bütün yük onun çiyinlərinə düşdü.

Əhməd Hətəmin uşaqlarına öz evladı kimi qayğı göstərəcəkdi; bacardığı qədər atalarının yoxluğunu hiss etdirməməyə çalışırdı. Ancaq mən bunu istəmirdim, çünki Hətəm, oğlum, Şahnaz—gəlinim, uşaqlar da nəvələrim deyildilər. Ona görə də mən Əhmədin nəinki onlarla maraqlanmasını, hətta bizimlə qalmasını da istəmirdim. Bu böyük problem kimi gördüyüm məsələni necə həll edəcəyimi düşünürdüm. Yəni…

Bir gün Əhməd və Şahnazı yanıma çağıraraq, ona nifrət etsəm də, düşündüyüm kimi, onlara ailə qurmağı təklif etdim. Alışılmışın əksinə, dərhal etiraz etdilər: “Bir-birimizi bacı-qardaş kimi görürük.” Dedim ki, onlar naməhrəmdir, birlikdə yaşaya bilməyəcəklər. Buna görə də Şahnazı üç uşağı ilə birlikdə atasının evinə göndərdim. Həmin gün üstümdən ağır bir yük götürüldü. Gəlinim olmayan, Şahnazdan və nəvələrlə bağlı qurduğum bu plan sayəsində əbədi ruha qurtulmuşdum.

Bu hadisədən on gün sonra Əhməd Rusiya Federasiyasına getdi. Gedəndən bir il sonra özbək qadın — Hənifə ilə evləndi, ondan dörd övladı oldu: iki oğlan, iki qız. Mən dedim ki, “O, mənim ‘Ramiz’ millətdən olan qadındır, uşaqları da nəvəm olmaz,” və onları qəbul etmədim, heç vaxt da görmədim. Ancaq Əhməd ildə bir dəfə, üç aylığa mənə baş çəkməyə gəlirdi, bəzən də pul göndərirdi. Beləcə, məndə yalnız Səadətlə tək qaldım. Yazıq qızımın qara günləri o vaxtdan başladı.

Mən ürəyimdə ona qarşı böyüdükcə böyüyən nifrətimi açıq nümayiş etdirirdim: onu hər gün səbəbsiz yerə döyüb söyür, ən ağır sözlərlə alçaldır, bəzən isə gülərək: “Özünə bax, gör bir nə gündəsən,” deyə məzələnirdim. Bir gün Səadət dözməyib soruşdu:

— Ana, sənə nə olub? Mənimlə nə etdiyimi bilmirəm, mənim günahım nədir?

Dedim ki, günah sənin xəstə olmağındadır. “Əvvəllər atan, qardaşların var idi, ona görə sənə heç nə demirdim. İndi isə səni məndən qoruyacaq heç kim yoxdur.” Səadətin gözləri yaşardı. Yazıq balam, yəqin ki, onu dünyaya gətirən südü ilə bəsləyən məmnəmlə belə belə sözlər eşitəcəyini gözləmirdi. Sonra göz yaşlarını içə axıdırdı, amma susurdu.

Həmin il Səadət 11‑ci sinifi bitirdi. Qaradağlıda olduğu kimi Abdullabad kəndində də dərslərini yaxşı oxuyurdu — bütün fənlərdən beş alırdı. Son zəng axşamı idi; qız:

— Ana, mən oxumaq istəyirəm. Kitabxanaçı olmaq istəyirəm, — dedi.

Mən isə qəzəblə:

— Nə oxumaq? Özünə belə faydası olmayan sən! Bu əcaib görkəminlə kimə fayda verəcəksən? — deyib, növbəti dəfə Hətəmin uşaqlarının yanında onu döydüm. Yazıq uşaqlar bibibirlərinin əlindən kovuldular və o gündən sonra bir daha bizə gəlmədilər.

Bundan sonra yazıq balamı müalicəyə də aparmırdım; bununla onun ölümünü tezləşdirməyə çalışırdım. Səadətin xəstəliyi gündən‑günə şiddətlənirdi; yara bədəndə yayıldıqca yayılırdı. Bir gün Səadət:

— Ana, mən daha dözə bilmirəm. Yaralar məni çox incidir. Nə olar, məni həkimə apar! — dedi.

Həkim:

— Zat lazımdır? Daha bəsdir — yaşadın, öl, canım qurtarsın! — deyib var gücümlə onun başına divar açdırdım. Yazıq balam huşunu itirib yerə düşdü. Mən isə dua edirdim ki, ölsün.

Qız yarım saat sonra özünə gəldi. Həmin axşamda qərara gəldim — bu belə davam edə bilməzdi. Mən nə olursa olsun Səadətdən qurtulmalı idim. Kalan ömrümü bu xəstə qızla keçirməməliydim. Nə edəcəyimi düşündüm — övlad qatili olmağa, yəni onu öldürməyə qərar verdim.

Planımı hazırlayırdım: evdəki kiçik hava nasosunu ona arxadan yeridib şişirtmək olacaqdı. Beləcə, qızın bağırsaqları hava ilə dolub partlayacaqdı. Səadət eşitdiklərinə heyrətləndi. Amma mənə mane ola bilməzdi — xəstə idi. Gecəni yuxusuz şəkildə planın nə zaman və necə həyata keçirəcəyini düşünürdüm.

Səhəri gün Səadətin evdə olmadığını gördüm — o gecə bütün əşyalarını yığışdırıb gizlicə evdən qaçmışdı, Şahnazgildə qalmışdı. Mən bu hərəkətinə bərk qəzəbləndim və onu geri gətirəcəyimi düşündüm. Lakin Səadət mənə:

— Nə oldu? Dünənə qədər məni xəstə adlandırırdın, məni lağa qoyurdun. İndi yadına düşdüm ki? Mən artıq mənəviyyatla yaşamaq istəmirəm, pasport alıb Rusiyaya, Əhmədin yanına gedəcəyəm.

Bu sözlər məni daha da hiddətləndirdi. Qollarından tutub saçından dartdım. Bu an gözləmədiyim bir şey oldu: Şahnazın atası, Rasim, irəli çıxıb üzümə möhkəm bir şillə çəkdi. Sonra qəzəblə:

— Heç utanmırsan? Allah onu sənə əmanət eləyib, sən belə əmanətə sahiblənirsən? — deyib məni evdən qovdu.

Mən çıxanda üzümü Səadətə tutub dedim:

— Gəlmə cəhənnəmə! Sənin kimi xəstə övlada ehtiyacım yoxdur. Şükür Allaha, sağlam övladım var, mənə baxar.

“Sağlam övladım” deyəndə təbii ki, Şövkəti nəzərdə tuturdum. O gün xəstədir deyə övladı kənar atdığım ürəkbalam — sonralar çox axtaracağımı ağlıma gətirməzdim. Bu, mənim Səadətlə son görüşüm idi. O, Şahnazgildə bir ay qaldı, sonra Rusiya Federasiyasına Əhmədin yanına getdi və bir daha geri qayıtmadı. Hərçənd tam sağalmamışdı — xəstəliyi müalicə ilə nəzarət altına alınmışdı. Sonra isə kitabxanaçılıq üzrə təhsil aldı; indi vəziyyəti yaxşıdır və bir kitabxanada işləyir.

Beləliklə, o vaxtdan otaqda, vaqonda tək qaldım. Şövkət hər gün baş çəkirdi; uşaqlar böyüyüb təhsil almağa gələndən sonra da köçüb yanımda yaşamağa başladı. Ta ki, o faciəvi günə qədər.

Altı il əvvəl, yəni 2019-cu ilin yayında, hava isti idi. Şövkət həyətimizdə su nasosuyla balaca həyəti suvarırdı; mən pəncərədən ona baxırdım. Bu vaxt telefonu zəng çaldı — zəng edən Nərmin idi. Qızla danışdıqdan sonra pəncərədən Şövkəti çağırmaq istəyəndə onun arxası üstə, yerdə uzandığını gördüm. İlk düşündüm ki, istidən başı fırlanıb və yerə yıxılıb. Tez yanına qaçdım. O isə ayaqları titrəməyə başladı. O an hər şeyi başa düşdüm: Su nasosu tok keçirmişdi. Yazıq balamı cərəyan vurmuşdu. Təcili həkim çağırdım — amma artıq gec idi. Yazıq qızım, elə cərəyan vurduğu kimi yerindəcə keçinmişdi.

Rəhmətli qaynanam deyərdi: “Dünyada ən ağır itki — övlad itkisinə bərabər ola bilməz.” Şövkətin ölümünə qədər çox sevdiklərimi itirmişdim; amma ürəyim onu itirəndə yanaraq parçalandı. Onu Abdullabad kəndində dəfn etdik. Mən düz bir il özümə gələ bilmədim. Sonra qonşuların təkidi və dəstəyiylə toparlansam da, hələ də əvvəlki kimi deyildim. Qızımın ölümü ürəyimdə heç vaxt sağala bilməyən bir yara açmışdı. Bəli, yenə tək başına, tənha qaldım. İllər bir-birini əvəzləyirdi; yaşım artdıqca təklik məni yavaş-yavaş sıxmağa başladı.

Gecələr yatağıma girəndə o vaxta qədər yaşadıqlarım film lenti kimi gözümün qarşısında canlanırdı. Yavaş-yavaş səhvlərimi dərk edir, heç olmadığı qədər vicdan əzabı çəkirdim. Qəlbimi çülk edən peşmançılıq hissi göz yaşlarına çevrilirdi. Bu anlarda illər əvvəl xəstə olduğu üçün atdığım qızıma ehtiyac duymağa, onun üçün darıxmağa başladım.

O vaxt Səadət soruşdu:

— Bəs niyə onu sizin yanınıza çağırmadınız?

Ağ qızım, necə çağıraydım? — deyə cavab verdim. Səadətin ürəyi yumşaq idi; bunu ondan xahiş etsəydim, o, 100 % razılaşardı. Ancaq 31 il əvvəl sözün həqiqi mənasında imtina etdiyim övladıma necə yaxınlaşa bilərdim — indi “Mənimlə qal” deyə bilərdim? Son başıma gələn hadisədən sonra isə artıq tək yaşaya bilməyəcəyimə qərar verdim.

Gecə yerimdə uzanmışdım — birdən göydən tüklü bir şey sallandığını gördüm. Təbii ki, heç nə yox idi; sadəcə gözümə o cür görünürdü. Bütün gecə yuxusuz oldum; nə edəcəyimi, bu təklikdən necə qurtulacağımı düşündüm. Ona görə də nə qədər çətin olsa da, bundan sonraki ömrümü tək keçirtməkdənsə, dövlət müəssisəsinə köçməyə qərar verdim. Səhəri gündə Hacıqabul rayon icra hakimiyyətinə bu barədə müraciət etdim. Onlar sənədləşmə işlərindən sonra özlərinin ayırdığı maşınla məni oraya göndərdilər.

İndi nə qədər il yaşayacağımı bilmirəm. Amma biri dəqiqdir: daha tək yaşamayacağam. Bax, belə, qızım — bu da mənim səhvlərlə dolu həyat hekayəmin acı sonudur…

Ətirə belə yekunlaşdırdı danışığını. Ağlayan Səadət — artıq şişmiş qızarmış gözlərini silib sakit səslə başladı:

— Özün də ümidsizliyə düşmə. Allahın yaradıcı mərhəməti insanlardan, verdiyi ne’mətlərdən də boldur. Yeter ki sən hər zaman, səmimi qəlbdən dua elə, O, bağışlayacaqdır…

Bu vaxt qapı döyüldü. Səadət:

— Deyəsən məni çağırırlar, — deyib ayağa qalxdı və otaqdan yavaş addımlarla çıxdı. Ətirə isə illər əvvəl ən yaxınlarına qarşı etdiyi böyük səhvlərdən dolayı duyduğu vicdan əzabı ilə tək qaldı.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rüfət Alanqu – “Bir ömürlük Xatirə”

“Bir ömürlük Xatirə”

Avqustun qızmar bir günündə, şəhərin səs-küylü, tozlu küçələrindən birində, 12 yaşlı Rəsul əlində 1 manatlıq pulla dondurma axtarırdı. Əslində, o pulu anası ona dondurma almaq üçün yox, çörək almaq üçün vermişdi. Amma hava o qədər isti idi ki, sanki “Beynəlxalq Günəş Sərgisi” məhz Bakı üzərində keçirilirdi. O istidə bir dondurma yeməmək günah sayılardı.

Rəsul çörək almaq bəhanəsi ilə evdən çıxmışdı. Gözlərini dondurma satıcısı axtararaq küçələri dolaşırdı. Nəhayət, köhnə köşkün yanında qırmızı rəngli əl arabasında “Plombir” satan yaşlı bir kişi gördü. Arabaya yaxınlaşdı. Əlindəki 1 manatı sıxaraq uzatdı:

– Bir dənə, zəhmət olmasa.

Satıcı gülümsədi. O gülümsəmədə həm istiliyin yorğunluğu, həm də nəvələrinə danışmadığı bir həyat vardı.

– Pulun əskikdi, balam. Bu gün plombir 1 manat 20 qəpikdi.

Rəsul boynunu bükdü. Çörək pulu ilə plombir belə ala bilməmək insana qəribə bir acizlik hiss etdirir.

Amma yaşlı satıcı bir az düşündü, sonra əlini uzadıb plombiri ona uzatdı:

– Al, mən də istəmirəm sən bu istidə susuz qalasan. Bircə söz – böyüyəndə heç kimi bu cür istidə susuz buraxma.

Rəsul plombiri aldı və heç bilmədiyi bir hisslə, bir az utanaraq, bir az da minnətdarlıqla uzaqlaşdı. O vaxt bilmirdi ki, bu dondurma onun həyatındakı bir şeyin başlanğıcı olacaq.


Aradan 17 il keçdi…

Rəsul indi 29 yaşındadır. Tanınmış memardır. Avropada oxumuş, Dubayda layihələrdə iştirak etmiş, amma nə qədər uğurlu olsa da, heç vaxt həmin yay gününü və o plombir satan yaşlı kişini unutmadı. İllərdir onu axtarırdı – bəlkə də özünü tapmaq üçün.

Bir yay günü, Bakıya istirahətə gəlmişdi. Hava yenə 40 dərəcə idi. O isti, tozlu asfalt, küçədə öz-özünə əriyən dondurma — hər şey onu yenidən o uşaqlığa qaytardı. Birdən yadına düşdü: həmin küçə hələ də yerindədir! Elə həmin gün uşaqlıq küçəsinə yollandı.

Ətraf dəyişmişdi. Köhnə köşk yox idi. Qırmızı əl arabası da, satıcı da yox. Rəsul dərin bir köks ötürdü. Artıq çox gec idi.

Kölgədə oturub susuz halda keçmişini düşünəndə qarşısına 10 yaşlı bir oğlan çıxdı. Eyni o, özü kimi idi. Tərləmişdi, susamışdı. Əlində 1 manat vardı.

Oğlan dönüb Rəsula baxdı:

– Əmi, burda dondurma satan var?

Rəsul bir anlıq dayandı. Öz uşaqlığını gördü sanki. Ayağa qalxdı və oğlana dedi:

– Gəl, gedək sənə plombir alım.

Marketə girdilər. Soyuducudan iki dənə plombir çıxartdı. Kassada pulunu ödəyib, birini oğlana, birini də özünə verdi. Onlar birlikdə pilləkənin kənarında oturub dondurmanı yedilər.

Rəsul oğlana baxıb gülümsədi:

– Mən də sənin yaşında bu plombiri bir əmi verəndə çox sevinmişdim. İndi sıra məndədir.

Uşaq dondurmanı yalayaraq soruşdu:

– Niyə vermişdi ki?

Rəsul dayandı. Cavabı hazır deyildi. Amma sonra dedi:

– Çünki yay istisində ən gözəl şey dondurma deyil, paylaşmaqdır. O adam mənə təkcə dondurma yox, insanlığı öyrətdi. Mən də sənə ötürürəm.


O gündən sonra Rəsul şəhərin müxtəlif yerlərində “Bir dondurma-Bir Xatirə” adlı kiçik bir sosial layihə başlatdı. Yay aylarında istidə küçələrdə olan uşaqlara pulsuz dondurma paylamaq üçün könüllülər qrupu qurdu. Hər dondurma verəndə isə bir cümlə deyirdi:

“Bu dondurma təkcə sərinlik deyil. Bu, yaxşılığın dadıdır.”

Və beləliklə, o bir dondurma ilə başlayan hekayə minlərlə uşağın yayına sərin toxunuş kimi çatdı.

Çünki həyat… bəzən sadəcə bir plombir qədər sadə, amma bir plombir qədər də dəyərli olur.

Aradan daha 20 il keçdi.

Rəsul artıq 49 yaşındaydı. Vaxtilə uşaq ikən bir dondurma ilə başlayan yol, onu dünyanın müxtəlif yerlərində xeyriyyə işləri görən bir insana çevirmişdi. Amma onun üçün ən dəyərli layihə – “Bir dondurma-Bir Xatirə” hərəkatı idi. Hər yay ayı Bakının, Sumqayıtın, Gəncənin, hətta kəndlərin isti küçələrində uşaqlara pulsuz dondurmalar paylanırdı. Sanki o plombir, uşaqlığın içindəki sərinliyi, təmizliyi qoruyub saxlayırdı.

Bir gün media ona sual verdi:

– Cənab Rəsul, siz bu qədər uğurlu memar, biznesmen, xeyriyyəçisiniz. Amma bu dondurma layihəsi sizin üçün niyə bu qədər vacibdir?

Rəsul gülümsədi və dedi:

– Çünki mənə bir plombir verən insan mənim gələcəyimi dəyişdi. Əgər o gün o kişi mənə o dondurmanı verməsəydi, bəlkə də bu gün burada olmazdım.


O, Kim idi?

Rəsul bir məsələni illərlə düşünmüşdü: Bəs o yaşlı plombir satan əmi kim idi?

Nə adı yadında idi, nə də hansı məhəllədə yaşadığını bilirdi. Yeganə xatırladığı onun gülümsəməsi və “Heç kimi bu istidə susuz buraxma” sözləri idi.

Bir gün təsadüfən sosial mediada, “Bakı xatirələri” adlı bir səhifədə 1980-1990-cı illərin küçə satıcılarının şəkilləri paylaşıldı. Fotoşəkillərdən birində tanış bir sima vardı — eyni o qırmızı əl arabalı plombirçi!

Şəklin altında yazılmışdı:
“Şakir baba – 30 il dondurma satmış, 3 uşaq böyütmüş, son illərini qocalar evində keçirmiş sadə və mehriban bir insan.”

Rəsulun içi titrədi. O adı unutmuşdu, amma simanı əsla. Araşdırdı, qocalar evini tapdı, lakin oradan cavab gəldi:

“Şakir kişi 6 il əvvəl vəfat edib. Amma sağlığında bir cümləni tez-tez deyərdi: ‘Bilirəm, bir uşağın həyatını dəyişmişəm. Mənə o kifayətdir.’”

Rəsul həmin gün sakitcə sahildə oturdu, plombir aldı və bir kağıza yazdı:

“İnsan həyatı bəzən bir dondurmaya bərabər olur. Amma o dondurmanı verən əlin içində kainat qədər sevgi varsa – o artıq bir taleyə çevrilir.”

İndi o plombiri alan uşaq – yəni Rəsulun özü, daha bir uşağın həyatını dəyişmişdi.

O kiçik oğlan — 10 yaşlı, pilləkəndə onunla dondurma yeyən uşaq, indi universitet tələbəsi idi. Adı Əmir idi. O gün plombir yeyəndə soruşmuşdu:

– Əmi, siz mənə niyə kömək etdiniz?

İndi Əmir eyni sualı öz tələbələrinə verirdi. Çünki o da yay tətilində gənc könüllü kimi “Bir dondurma Bir Xatirə” layihəsinə qoşulmuşdu. Hər dəfə bir uşaqla dondurma yeyəndə deyirdi:

“Mənə də bir əmi belə öyrətmişdi. İndi sıra məndədir.”

İllər keçəcək, plombirlər əriyəcək, asfalt dəyişəcək, köhnə arabalar, satıcılar tarixə çevriləcək.
Amma bir şey əriyib yox olmayacaq:

İnsanlıq. Paylaşmaq. Yayın içindəki o saf səs.

Çünki bəzən yayın səsi – bir kondisioner deyil…

Və insan bəzən plombir verə-verə bir xalqın xatirəsində yaşayır.

Müəllif: Rüfət Alanqu

RÜFƏT ALANQUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XATİRƏ SƏFƏR – QAYIT

Qayıt

Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?

Unutdum əlifbada adından başqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını

Mən niyə Tanrı bildim..niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt
Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt

Baş qoyaram önündə ömrün son gününədək
Dodağından ,dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, sənə yalvarım
Sən insafa gələsən , qayıt ömrümə yenə.

Müəllif: Xatirə SƏFƏR

XATİRƏ SƏFƏRİN YAZILARI

AYGÜL XAQANIN ŞEİRLƏRİ

ŞƏHİD
Vətən, torpaq uğrunda
Fəda etdi canını.
Bir qarış torpaq üçün
Verdi bütün qanını

Düşmənindən qorxmaz o,
Gözlərinə dik baxar.
Onu məhv etmək üçün
Canını oda yaxar.

“Torpaq”, “ Vətən” sözünü,
Yüksək tutdu canından
Bir al bayraq düzəltdi
Qıpqırmızı qanından.

MUSİQİNİN GÖZƏLLİYİ
Qəlbləri ovsunlayan
Bir ümmandır musiqi.
Ürəklərə yol tapan,
Axan qandır musiqi.

Onu yoxdur sevməyən,
Allah hədiyyəsidir.
O, qəlblərin sevgisi
Ürəklərin səsidir.

İnsanı düşündürür,
Xəyallara aparır.
Ona qulaq asanda
Canı candan qoparır.

Nə xoş ki, mən özüm də
Bu torpaqda doğuldum.
Bu gözəl musiqiylə
Əbədi yaşar oldum

                                  

AZƏRBAYCAN QIZI

Vətəni çox sevirəm,
O mənə çox əzizdir.
Onun hər bölgəsinin
Təbiəti təmizdir.

Onu hər kəs sevməli
Körpə balası kimi.
Ona hörmət etməli
Doğma anası kimi.

Torpağı çox zəngindir,
Hər məhsulu yaradır.
Yeraltı sərvətləri
Nefti, pambığı vardır.

Vətənin keşiyində
İgid əsgərlər durur.
Sevərək dayanırlar,
Biz də duyuruq qürur.

Mən də çox sevinirəm,
Göylərin ulduzuyam.
Ondan uzaq getmirəm,
Azərbaycan qızıyam.

Müəllif: Aygül XAQAN

AYGÜL XAQANIN ŞEİRLƏRİ

Murad Məmmədovun yeni şeirləri

ELƏYİM
İstərəm ki, keçmişimi yada salım, yad eləyim,
Bir balaca məclis qurum, şərəfimə ad eləyim.

Çox ağıllı atam olub, elm, təhsil görməsə də,
Bir baş çəkim məzarına, ruhunu həm şad eləyim.

Bir kişiyə atasından yaxın kimsə ola bilməz,
Mən bu gündə istəmərəm, kədərlənim, dad eləyim.

Yeri deyil qan qaraldım, yamanları yada salım,
Bu məclisdə olanların kefini bərbad eləyim.

Bircə günlük istirahət də, başı, beyni tamam açar,
Dərddən, qəmdən uzaq olum, ruhumu abad eləyim.

Ay Murad, köhnələrik, biz görmüşük, götürmüşük,
O pir olmuş Vahid demiş, mən nəyi icad eləyim?!

****

RUHUM DİL AÇANDA ŞEİR YAZIRAM
Ağ varağa köçürürəm özümü,
Gizlətmirəm yalanımı, düzümü,
Sapa düzüb söhbətimi, sözümü,
Gündə neçə dəfə yazıb pozuram
Ruhum dil açanda şeir yazıram.

Təkcə qismətdimi Allahdan gələn,
Bəlkə də bəxdimdi üzümə gülən,
Bəzən eşidirəm tanıyan, bilən
Deyirlər hazıra guya nazirəm
Ruhum dil açanda şeir yazıram.

İlahi bir sirr var, könül doymayır,
Yalançı vərdişə qəti uymayır.
Özüm istəsəm də ruhum qoymayır,
Sözün ağuşuna düşüb azıram,
Ruhum dil açanda şeir yazıram.

Vaxt olub tərslikdən sifəti çönüb,
Bir zay ocaq kimi alışıb, sönüb.
Sözlər daşa dönüb, kəsəyə dönüb,
Su töküb yumşaldıb elə qazıram,
Ruhum dil açanda şeir yazıram.

Qorxunc bir yuxunun əlacı sudu,
Durub danışırsan, yozumu budu.
Sanmışam bəlkə də səhvini yudu-
İnsandı , pisi də xeyrə yozuram,
Ruhum dil açanda şeir yazıram.

Oxucum, söz ilə oynamaq çətin,
Dilini yaşadan sözdü millətin.
Yerində bazıyam sozün- söhbətin,
Sözə can verməyə hər an hazıram
Ruhum dil açanda şeir yazıram.

****

QOŞMA
Yazığa, kasıba, dil bilməyənə,
Sadəlövh insana naşı demirəm.
O qədər insan var barsız, bəhərsiz,
Ağıldan zəifi, çaşı demirəm.

Gözüm gözlər görüb, çox yorulmuşam,
Bulaq tək süzülüb hey durulmuşam.
Ruhən əzilmişəm, gah vurulmuşam,
Arxamdan atılan daşı demirəm.

Dağ dağa söykənər, hey sıralanar,
Dərələr kölgədə ondan güc alar.
Dərəylə dağın da qohumluğu var,
Xırda təpələri, qaşı demirəm.

Meyl etmə bərq vuran şeytan donuna,
Nə olsun yaraşır görsən onuna.
Ay Murad, bir sağlam ömrün sonuna,
Zirvəsi deyirəm, başı demirəm.

****

TƏMİZ OLUM, PİR OLUM
İstəyirəm tövbə edim,
tam saflaşım durulum,
Təmizlənim günahlardan,
qətrə-qətrə sorulum.

Tanrım mənə səbir versin,
pisliyə can verməyim,
Yaxşılıqdan ləzzət alım,
ancaq ondan yorulum.

Mən ruhuma sadiq oldum,
xəyanətim olmadı,
İstəmədim cığal olum,
günah üstə vurulum.

Əməlləri saleh olan,
yaddan çıxmaz bilirəm,
İstəyim var, yadda qalım,
soraqlanım, sorulum.

Hiss edirəm ruhumda da,
qocalığa meyil var,
Allah mənə izin versin,
tam yenidən qurulum.

Murad bilir nə danışır,
qəribliyə salmayın,
Başqa şeydən dəm vurmuram,
təmiz olum, pir olum.

****

CANIM
Canım canımdakı ağrıdan bezməz,
Yaşayar bu ömrə vəfası üçün.
Heç kəsə yalvarmaz, əlini üzməz,
Allah olan yerdə şəfası üçün.

Bir ömür yol getdi, of da demədi,
Gah yağış döşədi, gah qar çilədi.
Qazancı üç övlad, bir dar kümədi,
Bilir ki, çətini innən belədi.

Bu canın heç kəsdən təmənnası yox,
Bircə Yaradana borcu var ancaq.
Bir onu bilirəm dadıma ən çox,
Sonda mənim əməllərim çatacaq.

Yüz ölçüb, bir biçib addım atmışıq,
Hələ görüləsi min bir işim var.
Yolları yormuşuq, sona çatmışıq,
İndi də tənbəllik başımı qatar.

Canıma can qatmaq gözümə durub,
Gah zərim yek verir, gah qoşa gəlir.
Qırmızı-qırmızı üzümə durub,
Deyən əzrayılla baş-başa gəlir.

****

GƏLİR
Mənim çörəyimin duzu yoxuymuş,
Dərdinə yandığım üstümə gəlir.
Gözü ac bildyim gözü toxuymuş,
Gözü tox bildiyim tüstümə gəlir.

Gərək baş sındırım, bu oyun bitsin,
Naxələf bəndələr rədd olsun, itsin.
Üzüm yox başımdan eləyim getsin,
Bilirəm şorbama, istimə gəlir.

Ay Murad, söz-söhbət özümü yorub,
Günahkar axtarmaq gözümə durub.
Kim bunu düşünüb, kim bunu qurub,
Məni nişanlayıb, qəsdimə gəlir.

****

ÖMÜR – GÜN
Hər səhər ayılırsan,
Yuyundun, dərhal yemək.
Sırada sayılırsan,
Bir gün qazandın demək.

Günlə ölçülür ömür,
Aylara, ilə kimi.
Sənə dur, dayan demir,
Ta gedir zilə kimi.

Gün günə bənzəməz heç,
Cürbəcür rəngə düşər.
Oğulsan birini seç,
Düz yolun dingə düşər.

Yorduğu anları var,
Hərdən bezdirər səni.
Gün var vaxtını alar,
Qul tək gəzdirər səni.

Dadı damaqda qalar,
Biz desək, deməsək də.
Günlərin də sonu var,
Sonda istəməsək də.

Dara salar, qorxudar,
Sarını yediyin gün.
Tora salar, tez udar,
Əlvida dediyin gün.

****

YOLLAR AYRICINDA
Ürəyimi coşdum, daşdım,
Saldım, yollar ayrıcında.
Çaşdım, azdım, hey dolaşdım,
Qaldım, yollar ayrıcında.

Alışmadım ancaq kefə,
Bol qazanca, nə də nəfə.
Bulud kimi neçə dəfə,
Doldum, yollar ayrıcında.

Gah qəmləndim, gah şən oldum,
Haçalandım, dən-dən oldum.
Qismətimlə həmdəm oldum
Soldum, yollar ayrıcında.

Çox düşmüşəm haldan hala,
Nəyim var ki, nə də qala?!
Ömür boyu min xəyala,
Daldım, yollar ayrıcında.

Unutmuşam dərd sayımı,
Həm qışımı, həm yayımı.
Mənə çatan öz payımı,
Aldım, yollar ayrıcında.

****

QOŞMA
Dağ dağa dayaqdı, dərə dərəyə,
Tək olan Allahdı, ay cüt olan kəs!
İki güc boy versə kürək kürəyə,
Yüz çaban əbəsdi, inadın əbəs.

Neyləsək vaxt uçur, bu ömür gedir,
Təzələr oyanır, köhnəni didir.
Guya ki, tələsib udduğun nədir?!
Hər şeyin vaxtı var, nəbadə tələs!

Ay Murad, düşünsən ağlına gəlməz,
Hər insan ömrünün qədrini bilməz.
Nə eynin açılar , nə üzün gülməz,
Qəlbini oxşamaz hər duyduğun səs!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ӨЗБЕКСТАНСАҢ

 ӨЗБЕКСТАНСАҢ

Сулыў қалаларың қарап тоймайман,
Дүньядағы әжеп тыныш бостансаң.
Қушағыңда гүллер киби жайнайман,
Бахытлы ел уллы Өзбекстансаң.

Әмелге асырып уллы жоспарды,
Келешекке бағдарлаған жасларды.
Гүл менен сыйлайсаң келген досларды,
Келешеги жарқын Өзбекстансаң.

Сенде байлықлардың шексиз кәни бар,
Дийханшылық, қурылыс санат бәри бар.
Гимниңде таўсылмастай мәни бар,
Дүньяға белгили Өзбекстансаң.

Ана ўатан ушын бәрин жараттың,
Спорт, мәдениятта даңқың тараттың.
Дослық меҳир менен бәрин қараттың,
Жәҳәнге белгили Өзбекстансаң,

Бахытлы турмысың мақтаўға турар,
Мийнетте жасларың жаўланын урар.
Келешекте ўатанымды гүл қылар,
Халқым әрман еткен Өзбекстансаң.

Келген досқа толы дастурхан жаяр,
Баўыры кең, хызметке мудамы таяр.
Өзбек, Қарақалпақ бәри бир дияр,
Дослықтың орайы Өзбекстансаң.

Таўлардан қулаған суўларың татлы,
Әрман еткен халқым жолларың жақты.
Елимниң , халқымның ашылсын бахты,
Келешегиң нурлы Өзбекстансаң.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

“I‌İNSANLAR BİR GÜN ƏDƏBİYYATA QAYIDACAQ”

“IİNSANLAR BİR GÜN ƏDƏBİYYATA QAYIDACAQ”

Bugünkü qonağımız tanınmış özbək
şairi, yazıçı, Özbəkistan Yazıçılar birliyinin üzvü, Turan Elmlər Akademiyasının akademiki, Turan xalq yazıçısı, Baqi MİRZA.

Yazıçılıq fəaliyyətini başlamaqda hansı dəyişiklikləri yaşadınız?

—İlk kitabım şe’ri olduğu üçün dəqiq bir müddətə qədər yazmamışdım.
O, 1992-ci ildə nəşr olundu və 1984-cü ilin fevralında Özbəkistan Yazıçılar birliyinin Gənc İstedadların 3-cü seminarından aldığım təəssüratlarımdan 1991-ci ilədək olan dövrdəki şeirlərimi daxil etmişəm.
Ona əsaslanaraq, respublikamızda ən qaynar ədəbi mühitin formalaşdığı dövrlərdə “Guliston ”, “Yoshlik”, “Yosh kuch” jurnalları və “Özbəkistan ədəbiyyatı və sənəti” qəzetində çap olunan, ustadların təriflərinə layiq görülən şeirlərim toplanmışdır.
Şeirləri seçərkən, Özbəkistan xalq şairi ustad Erkin Vahidovun tələbkarlığı və ölçülü baxışı gözümün önündən getmirdi.
Hazırlıq prosesində daha zəif şeirləri çıxarmışdım.
Ustad: “Bunu da kitabınıza daxil etdinizmi?!” desələr, utandığım zamanlar olub, düşünürəm ki, onun tələbkarlığı mənim səviyyəmi artırardı.
Kitaba seminarın tələbi ilə mən oxuduqdan sonra “Bizim küçədə də bayram olarmış!” deyə alqışlara layiq görülən qəzəllərim də daxil edilmişdir. İlk nasir kitabım “Qaydasən, Çaros” qisamı isə “Söhbətdaş” qəzetinin baş redaktoru Azizbek Abdullayevin təklifi ilə beş ayda yazdım və bu müddət ərzində qəzetdə bir neçə dəfə çap olundu. Oxucuların tələbi ilə kitab şəklində çap etdirildi. Respublika kitab dükanlarında əlli min nüsxə satıldı. Təvazökarlıq etməyəcəyəm: qisə mənə uğur və şöhrət gətirdi!

Kitab oxumaq və yazmaq arasındakı fərqi necə müəyyən edirsiniz?

—Kitab oxumaq – yazmağa hazırlıq, yazmaq isə hazırlıq prosesi zamanı yaranmış bacarığı nümayiş etdirmək deməkdir. Oxumağa ayrılan vaxt qədər yazmağa sərf olunan vaxt az deyil!

Sizcə tənqid hansı rolu oynayır və ona necə yanaşırsınız?

—Yadımda qalır ki, “Tənqid – gələcəyin meyvəsidir!” deyə bir sözə əməl edirəm. Çap olunmuş qırxdan çox: beş cildlik esse, on cildlik romanlar, dörd cildlik hekayə və qıssalar və şeir kitablarımı yazıb bitirdikdən sonra tənqidçilərə oxumağa verib, onların fikirlərini alıram və tənqidi rəyləri ayrıca nəzərə alaraq kitabı yenidən işləyirəm, yeni fikirlərlə zənginləşdirirəm. Çünki əsərə başqalarının, xüsusən də tənqidçilərin gözü ilə baxmaq onun uğurlu çıxmasında böyük təsir göstərir. İndi – yaşı yetmişdən çox olan tanınmış bir yazıçı olmuşamsa da, kitablarımı nəşr etdirmədən əvvəl mütləq alimlərin nəzərindən keçirirəm.
Yazıçı tənqidçini pis görməməli, onu pis və ya boş əsər yazmaqdan qoruyan açıq rəngli dost kimi qəbul etməlidir! Hətta qərəzli tənqiddən də əsərini yüksəltmək üçün istifadə etməlidir.
Təəssüf ki, bu gün gənclərin əksəriyyətinə tənqidi düşüncələr ümumiyyətlə xoş gəlmir. Onlar hələ öz yollarını tapmadan, ciddi uğura çatmadan, istedadlarını müxtəlif sınaqlarla möhkəmləndirmədən, daha çox tərif eşitmək istəyirlər.
Bu, ədəbiyyatımızı enişə aparır, yüksəltmir.
Buna görə son dövrlərdə gənclərin şeirində ciddi yüksəlişlər, xalqın ürəyinə daxil olan yeniliklər az görünür.

Ədəbiyyatın inkişafı və ya onun yüksəlməsi barədə sizi ən çox narahat edən nədir?

—Məni narahat edən şey, yaradıcı şəxslərdə fədakarlığın olmaması, başqalarını oxumamaq, ətrafındakı yaradıcılarla maraqlanmamaq, əməkdaşlığın aşağı səviyyədə olmasıdır.
Bir çox tanınmış və qələm sahibi yaradıcılar da az oxuyur və ya tamamilə oxumurlar.
Bu, müəllifin sıxılmasına, yeniliklərə biganə və laqeyd olmasına səbəb olur.
Vilayətlərdəki ədəbi mühit məni qane etmir, hətta Tbilisinin böyük şəhərində belə yaradıcıyı qane edəcək qaynar ədəbi mühiti tapmaq çətindir.
Niyə deyə sual yaranır.
Yaradıcıların əksəriyyəti sahibkar deyil, yaşayış üçün əlləşir, öz yaradıcılığına az vaxt ayırırlar.
Moda dadını yaxşılaşdırmaqda bacarıqsızdırlar…
Onları dəstəkləməli olan yüksək təşkilatlar öz problemlərində başqa işi görmürlər.
Bir məsələni daha vurğulamaq istəyirəm.
Ədəbiyyatın inkişafı, şair və yazıçıların əməyi və taleyinə hökumətin diqqətsizliyi, faktiki olaraq başqa, dilində başqa siyasət aparılmasına gətirib çıxarır!
Şair və yazıçılara verilən iki mükafat — Hamza və Nəvvai adına olan dövlət mükafatları ləğv edildi, Özbəkistan Yazıçılar Birliyinin hər il beş nəfər yazara verdiyi mükafat da dayandırıldı.
Niyə? Axı mənəvi və ədəbiyyata xidmət edən yazıçılara təşviq lazım deyilmi?!
Onlar nə üçün zəhmət çəkirlər?
Xüsusən də yazıçılıq çox çətin işdir, öz zamanında qiymətləndirilməsə, yazıçı öz işindən soyuyar.

Yazıçı olaraq ən böyük məqsədiniz nədir?

—Yazıçı olaraq ən böyük məqsədim, xalqımızın mədəniyyətini, sosial və maarif mədəniyyətini inkişaf etdirməkdir.
Bir başqa önəmlisi, son dövrlərdə oxumaqdan uzaqlaşan xalqımı kitab oxumağa qaytarmaq, bədii zövqünü artırmaq, mənəviyyatını yüksəltmək, nitq mədəniyyətini formalaşdırmaqdır.
Bir başqa vacib məqsədim, dünyaya yeni fikir, yeni ideya verməkdir!
Bu vəzifələri yerinə yetirmək üçün daim axtarışlar və oxumaqla məşğulam.

Müasir ədəbiyyatda daha çox məzmuna deyil, forma diqqət yetirilən əsərlər yazılması halları çoxalır, buna necə baxırsınız?

—Məncə, forma birincil deyil, əsas məsələ dünyada çoxları qorxuya salan, gələcəyə ümidini söndürməyə çalışan müharibə təhrikçiləri, xalqları bir-birinə qarşı qoymaqla silah alveri edərək müharibə alovunu gücləndirməyə çalışanlara qarşı maarif və mənəviyyatla ciddi mübarizə aparmaq lazımdır.
Bunun üçün məzmunca güclü, ümumbəşəri ideyalarla suvarılmış, xalqlar arasında qarşılıqlı sülh və əmin-amanlığı möhkəmləndirən güclü əsər yaratmaq lazımdır.

Həqiqi istedadı necə müəyyən edirsiniz?
İstedadı tanımaqda cəmiyyətin rolu nədir?

—Məncə, bu çətin deyil.
Onun həyatı görmə tərzi özünəməxsusdur, dünyanı başqalarından fərqli, dərin və başqalarının görə bilmədiyi tərəflərini görə bilir.
O, öz sözləri ilə ədəbiyyata daxil olur.
Yazdıqları başqalarından kəskin fərqlənir, hissləri və hadisələri ifadə edərkən öz üslubundan imtina etmir.
Yaxşı və böyük əsərlər yaratmaqda çətinliklərdən qorxmaz, başqa sözlə, onun üçün yaradıcılıqdan başqa yol yoxdur və istedadsızlardan xeyli əvvəl bunu anlayır və bütün həyatını işinə həsr edir.
Yaradıcılığı hər şeydən üstün tutar.
Həqiqi istedad cəmiyyətin dərdini dərin hiss edirsə, onun dərdini müalicə etməyə çalışır, cəmiyyətlə həmrəy olur və cəmiyyət onu tanıyır.
Cəmiyyət bir tərəf, istedad digər tərəf olarsa, o heç vaxt tanınmaz və oxunmaz!

Dünya ədəbiyyatında hansı yeniliklər sizi heyrətləndirir?
Yazıçılar üçün bu yeniliklər nə kimi dəyişikliklərə səbəb olacaq?

—Özbəkistanın ucqar kəndlərindən birində yaşasam da, dünya ədəbiyyatı ilə daim tanış olmaq imkanım var.
İnternet imkanları mənə xeyli kömək edir.
İndiki halda dünya ədəbiyyatında keçən əsrdəki şiddətli inkişaf və axtarışlar, oxucunu heyrətləndirəcək dərəcədə yaradıcılıqlar çox azdır.
Avropa və Latın Amerikası ədəbiyyatı bir vaxtlar bizi təlaşa salmış və heyrətləndirmişdi.
Əsərlər İngilis dilində nəşr olunduqda, rus dilinə tərcümə edilər, sonra tezliklə özbək dilində oxumaq imkanı əldə edərdik.
İndi isə bu imkanlar dünya üzrə azalmışdır, bizim ölkədə də.
Tərcüməçilərin çoxu türk ədəbiyyatına bağlıdır, onlar hətta seçim etmədən, öz maraqlarını düşünərək bəzi əsərləri tərcümə edirlər ki, onlar dünya ədəbiyyatı tələblərinə cavab vermir.
Nəşriyyatlar isə keçən əsrdə tərcümə edilmiş və yüz minlərlə nüsxədə çap edilmiş əsərləri təkrar-təkrar nəşr etməklə məşğuldurlar!
Bu yolla ədəbiyyat yeni inkişaf mərhələsinə keçə bilməz.
Amma mən yuxarıdakı tənqidi fikirlərimdən asılı olmayaraq, ədəbiyyatın gələcəyinə inanıram. İnsanlar bir gün internetin nə məqsədlə yaradıldığını anlayacaq və oradakı saxta xəbərlərdən bezib, ədəbiyyata qayıdacaq, mənəviyyatlarını təmizləyəcək və zənginləşdirəcək olan ƏDƏBİYYAT onların ən yaxın dostu olacaq.

Söhbətləşdi: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlar Birliyinin üzvü

Sənubər MEHMAN (Özbəkistan)

Sənubər MEHMAN

Sənubər Mehman Buxara vilayətinin Candan rayonunun Çarzanə kəndində anadan olub. 2004-cü ildə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
Şeirləri respublika mətbuatında və Qırğızıstan, Azərbaycan, Türkiyə, Hindistan, Belçika, Keniya, Almaniya və Amerika kimi ölkələrdə dərc olunmuşdur.
“Yaşıl ibadətlər”, “Xəyyamsayağı şadlıqlar”,
“Eşq Gəlir”,“Sözün Vətəni” kitablarının müəllifi.


Köhnə dəftərləri açmamaq olmur,
Köhnə dəftərlərdə qalan dünya bu.
Təkcə badə kimi hicranla dolmur,
Sevgidən badəsi dolan dünya bu.

Mahnılar oxudum eşqin tarında,
Özünü övliya bilən bu dünya.
Məşrəbə çevrilib Bəlxin darında –
İmandan asılıb, ölən bu dünya.

Ey yar, əllərini əllərimə ver,
Ayrılıq – köksümü dələn dünya bu.
Gündüzü həsrətdə, gecə yaz şeir,
Dünyanı unudan, bölən dünya bu.

Həsrət, get, sinəmə sığmazsan ancaq,
Fəqət eşq neyini çalan dünya bu.
Əzizim, sevgilim, gözlərimə bax,
Sənə tələsməkdə dolan dünya bu!

Sənubər, halını aşiqlər bilər,
Eşq üçün dünyadan köçən dünya bu,
Hələ sübh kimi xoş mahnılar ilə
Vüsal şərbətini içən dünya bu!

GÖZLƏRINƏ ÇÖKÜB ÖLSƏM, OLARMI?

Hər kəs öz işinə batır dünyada,
Evi, gərdişinə batır dünyada.
Könlünü dünyaya satır dünyada,
Allahıma varıb, gəlsəm, olarmı?
Qəlbimi suvarıb, gəlsəm, olarmı?

Bir məqam istərəm, məqamdan artıq,
Bir aram istərəm, aramdan artıq.
Bircə an könlünü et pay, qonaqlıq,
Mən onu haylayıb gəlsəm, olarmı?
Allaha dayayıb gəlsəm, olarmı?

Səhərlər açılar göyün qapısı,
Qafillər yatmaqda qəflət yuxusu.
Dəyməyin, qoy yerdə qalsın hamısı,
Göylərə baş çəkib gəlsəm, olarmı?
Sonra yer şərhini bölsəm, olarmı?

Sənubər, ağaclar gecə ay əmər,
Gecə aləm evə məyus çəkilər.
Gecə qüssə qəlbi bəxtinə gömər,
Mən gülə çevrilib qalsam, olarmı?
Könülə çevrilib qalsam, olarmı?

Deyib, demədiyim etirazım var,
Çalıb, çalmadığım ürək sazım var.
Sənə etmədiyim sonsuz nazım var,
Sinəni aç, ora dolsam, olarmı?
Gözlərinə çöküb ölsəm, olarmı?

Sənubər MEHMAN,

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

“YAZARLAR” JURNALININ AVQUST – 2025 № 08 (56)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ AVQUST – 2025 № 08 (56)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: Yazarlar-56


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım Qasımova – “11 manat”

11 MANAT

(hekayə)

    Qızımla birlikdə avtobusa minib bir neçə dayanacaq getməli idik.Əslində , 10-15 dəqiqəyə ünvana çatacaqdıq.Yazdıqca düşünürəm ki ,bu,  qısa zaman olsa da,mənə çox uzun gəldi.İkinci dayanacaqda qızım ayağa qalxıb  avtobusa daxil olan arıq, üzündə kədər duyulan  yaşlı bir qadına  yerini təklif etdi.Qadın yanımda əyləşdi.Əlində boş görünən rəngli sellofan torba vardı.Qadın yavaşca  öz-özünə danışırdı:
” Belə iş olar? Yaxşı, mən səhvən göndərmişəm,sən niyə telefonu açmırsan ki?Elə bil qanı insan deyil , it qanıdır”.
  Qeyri -iradi qadının gərgin  vəziyyətini yüngülləşdirmək üçün nə olduğunu soruşdum:
   -Oğlumun nömrəsinə  11 manatlıq danışıq haqqı göndərdim.Demə, bir rəqəmi səhv yığmışam,başqasına gedib.O nömrəyə zəng edirəm,açmır.Növbəti ayın da  təqaüd vaxtına hələ çox var.
“Oğlunuza deyin,həll etsin”,-dedim.
Qadın pəncərədən çölə baxdı,sonra mənə tərəf dönüb  pıçıldadı:”Həbsxanadadır,məndən danışıq haqqı gözləyir”.
Bu dəfə dönüb gözlərinə ,simasına baxdım.O gözlərdən dərd aşıb-daşırdı.
-“Nə üstə olub ?”-soruşdum.
-Bir nəfərlə dalaşıb ,sonra da polisə müqavimət göstərib.
-Neçə ili qallb?
-3 ili.Qra düşəndən sonra gəlin uşaqları görürüb getdi.Tək qaldım.Ayda bir neçə dəfə oğlumu görməyə gedirəm .Əlimdə olanı da oğlumun  nömrəsinə  yükləmək istədim ,o da belə…
  Ünvana yaxınlaşırdıq . Qadına hiss etdirmədən çantamı açdım,nağd pulum az idi, kart hesabımda idi. Qızımın da köməyi ilə düzəltdiyim 11 manatı ona  vermək üçün beynimdə  bəhanələr aramağa başladım.
Əlimdəki pulu sellofan torbanın içinə atdım:”Buyurun ,bəlkə, işinizə yaradı”.
  Qadın çaşqın və əlacsız vəziyyətdə üzümə baxdı:”Lazım deyil,qızım”,- dedi.Gözləri isə minnətdarlıq yaşları ilə doldu.Düzü ,mən də qızım da kövrəlmişdik.Dayanacağa çatırdıq,qadın hara olduğunu soruşdu.
“Gecə-gündüz ağlamaqdan gözlərim də yaxşı görmür”,-dedi.
Gənc bir qadından  ona  düşəcəyi dayanacağı xatırlatmağı xahiş  edim.
Arxamızca qadının dualarını eşidirdik.
Qızım: “Ana , həmişə sənə belə hadisələr rast olur” , – söylədi.
“Hər kəsə rast olur, sadəcə ,görə bilənlər az olur,qızım” ,-dedim.

MÜƏLLİF: XANIM QASIMOVA

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI




> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru