Quzunu qurda tapşırdılar, Körpə nəfəsi soyuq küləkdə itdi. Bilmədi ki, dünya bu qədər zalım olar, Onu qoynuna almadı, Onu qucaqlamadı heç kim.
Quzunun naləsi göyə ucaldı, Göy üzü aha büründü. Bir damla yağış, bir ah, Sanki ulduzlar da ağladı. Yarpaqlara toxundu o nalə, Buludların pəncəsinə ilişdi.
Yarasına məlhəm olan olmadı, Qanayan balaca ürəyi Səssizcə çırpındı, Hər baxışda bir sual Heç kəsin qulağı eşitmədi O susqun fəryadı.
Yuvasından ayırdılar, Yuvası da olmadı, Soyuq torpağın qoynuna Tənha bir sükut çökdü Sığal çəkmədi heç kim, Bir damla sevgi olmadı.
O mahnıda dediyi kimi Yaxın gəl, quzum, gecələr uzun… Bir təsəlli səsi, Bir ümid pıçıltısı, Sanki quzu yuxuda Soyuq tərə büründü… Sanki üşüdü arzuları… Gecələr uzundur axı…
Bax, belə itir ömür… Bir quzu səsini yandırar Səssiz gecələrdə… Quzunu qurda tapşırdılar, Bir zaman işıq olan İndi qaranlıq oldu əbədi.
Saat əqrəbini dayandırmışam Görəsən zaman keçir ya durub? Zəngli saatı da səhərə qurdum Çalmadı… Görəsən səhər açılıb? İndi heç bilmirəm saat neçədi? Günəş doğulubmu? Ay batıbdımı? İçimdə yığılan o xatirələr Görən oyaqdımı? Yoxsa yatıbmı?… Daha saniyələr “çık-çık” eləmir Daha ürəyim də vurmur deyəsən Bütün ömrüm boyu onu gözlədim Gəlmirsə deməli sevmir deyəsən…
Mən də cavan idim Nə tez qocaldım Məni qocaldanlar utanmadımı? Mən çiçək kimiydim, mən gül kimiydim Məni solduranlar utanmadımı? Mən günəş kimiydim, Şəfəq saçardım Mən bulud kimiydim dolub qaçardım Mən ulduz kimiydim göyün üzünə Gecə düşən kimi səpələnərdim Mən səma kimiydim mavili, ağlı… Mən necə gözəldim, necə ağıllı. İçimdə bağ saldı qaranquşlar da İçimdə uçuşdu kəpənəklər də Qəlbimi buz edib, soyuqlatdılar Məni daş edənlər utanmadımı? İndi cavanlığım qalıb arxada, Daha dalaşmadım, susdum axırda Barışdım taleyin oyunu ilə… Ömürdü də… Keçdi, getdi. İndi geriyə baxanda Yadımda düşür Gələcəyə ha boylansam Ümidlərim o vaxtdadı… Bilirəm qayıdan deyil O yaz ətirli günlərim. Mən ki bu dünyada doğan Günəşdim Məni söndürənlər utanmadımı?