
Mən də cavan idim
Nə tez qocaldım
Məni qocaldanlar utanmadımı?
Mən çiçək kimiydim, mən gül kimiydim
Məni solduranlar utanmadımı?
Mən günəş kimiydim,
Şəfəq saçardım
Mən bulud kimiydim dolub qaçardım
Mən ulduz kimiydim göyün üzünə
Gecə düşən kimi səpələnərdim
Mən səma kimiydim mavili, ağlı…
Mən necə gözəldim, necə ağıllı.
İçimdə bağ saldı qaranquşlar da
İçimdə uçuşdu kəpənəklər də
Qəlbimi buz edib, soyuqlatdılar
Məni daş edənlər utanmadımı?
İndi cavanlığım qalıb arxada,
Daha dalaşmadım, susdum axırda
Barışdım taleyin oyunu ilə…
Ömürdü də…
Keçdi, getdi.
İndi geriyə baxanda
Yadımda düşür
Gələcəyə ha boylansam
Ümidlərim o vaxtdadı…
Bilirəm qayıdan deyil
O yaz ətirli günlərim.
Mən ki bu dünyada doğan Günəşdim
Məni söndürənlər utanmadımı?