
Saat əqrəbini dayandırmışam
Görəsən zaman keçir ya durub?
Zəngli saatı da səhərə qurdum
Çalmadı…
Görəsən səhər açılıb?
İndi heç bilmirəm saat neçədi?
Günəş doğulubmu?
Ay batıbdımı?
İçimdə yığılan o xatirələr
Görən oyaqdımı?
Yoxsa yatıbmı?…
Daha saniyələr “çık-çık” eləmir
Daha ürəyim də vurmur deyəsən
Bütün ömrüm boyu onu gözlədim
Gəlmirsə deməli sevmir deyəsən…