Eldar İsmayıloğlu. Bu yağış da qanını qurutmur.

* * *
Bu yağış da qanını qurutmur,
Damır elə kəsilən yerə.
Hər gün yandırdığım
Tanrı şəkillərini, kimsə çəkib yenə səpir adamların üzünə.

Bağışla əzizim, dodaqların səndən xoşbəxt imiş,
Payızı gülə-gülə gözləyir.
Mənimsə,
bu şirin dəniz üçün
şorgözdü ayaqlarım hələ…

Unutduqlarımız da qağayılar təkidi,
Duzlu xatirələrimin üstündən qova bilmirəm.
Çünki əllərimin çəkdiyi nə varsa,
Yollar soyunub atıb
sahillərin yanmış taleyinə..

İndi həvəzsiz-həvəzsiz
sonuncu gecəni yığıram,
barmaqlarımı öpən yağışlar üçün…

* * *
Kəpənəklərin azadlığını öpüb oxşadıqca ağaclar,
Çöhrəsi bulanır kor pəncərələrin…
Qadın ayaqlarından qovur qaranlığı Zalım ata rəsmlərinə,
payızdan qalan yağmur gözlərə.

Ən böyük sevgilər Ən böyük xəyanətlərdə yaşayırmış sən demə.
Gözün arxada qalmasın payız.
Ovcumda daşıyıram
yanmış taleyimin külünü…

Nə geriyə dönməyə gecəm ,
Nə də güzgülərdə
təbəssümüm qalıb.
Gözünüzə su alın adamlar,
İşıq da dolu gözlərə yağır,
sabah da!

Müəllif: Eldar İSMAYILOĞLU

ELDAR İSMAYILOĞLUNUN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir