Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simaları

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

SEVİN, A TƏBRİZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Biz fәxr edirik ki, Dәdә Qorqud övladlarıyıq.

HEYDƏR   ƏLİYEV-100

DƏDƏ QORQUD DÜNYASI

 “Biz fәxr edirik ki, “Kitabi-­Dәdә Qorqud” kimi böyük tarixi abidәmiz var. Biz fәxr edirik ki, Dәdә Qorqud övladlarıyıq. Biz fәxr edirik ki, Dәdә Qorqud elindә yaşayırıq. Biz fәxr edirik ki, “Kitabi-­Dәdә Qorqud” bütün türkdilli dövlәtlәrә mәnsub olaraq, eyni zamanda vә birinci növbәdә Azәrbaycan xalqına mәnsubdur. Fәxr edirik ki, biz “Kitabi­-Dәdә Qorqud”un sahibiyik, onu yaşadacağıq və gәlәcәk nәsillәrә daha da böyük töhfәlәrlә verәcәyik”

                                                                                                                                  Heydər Əliyev 

         Yeni Era Türk erasıdır. Türkün dünyaya bəxşeyişi:-Elm, mədəniyyət, mənəviyyat, sülh,barış.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əminamanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir.  Ömrü boyu yol gedirik.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərlə gedəcəksən bu yolu. İlk növbədə səni başa düşən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan insanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündür. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. Rastına çıxan xeyirxah xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqadı onun ən yaxşı keyfiyyət göstəricisidir. Xalqını, millətini, dövlətini, dilini, dinini sevən harada yaşamasından asılı  olmayaraq bütün azərbaycanlılar, türk dilli xalqlar, bəşəri duyğularla yaşayan insanlar  bu illər ərzində bizimlə  birgə çalışıblar. “Kitabi – Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli keçirilməsi Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər, “Kitabi-Dədə Qorqud” eposuna dair müvafiq istiqamətdə çoxşaxəli elmi-tədqiqatların aparılmasına zəmin yaratmışdır. Bu məqsədlə hal-hazırda Respublikamızda  “Dədə Qorqud” Milli Fondu,  AMEA-nın  Folklor İnstitutu nəzdində “Dədə Qorqud Mərkəzi” fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən  “Dədə Qorqud” elmi – tədqiqat  laboratoriyası  Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider H.Əliyevin 21 fevral 1999-cu il, 98  saylı sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il 303 saylı əmri ilə yaradılmışdır.   

  Kitabi – Dədə Qorqud” eposuna maraq təkcə bununla bitmir. Bütün bu uğur və irəliləyişlərlə yanaşı, doxsanıncı illər “Kitabi-Dədə Qorqud” eposu üçün ən uğurlu, sözün əsl mənasında böyük əhəmiyyət kəsb edən illərdir. Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra onun bütün sahələrə göstərdiyi diqqət və qayğı “Kitabi-Dədə Qorqud” eposundan da yan keçmədi. Dastanın tədqiqi və araşdırılması işləri ilə birbaşa özü maraqlanan H.Əliyevin sayəsində dastan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider bu istiqamətdə dastanın 1300 illik yubileyi münasibətilə 1997-ci il 20 aprel tarixində fərman, 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncam imzaladı. Fərmanda deyilirdi: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaradılmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının dünya mədəniyyət tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq, bu möhtəşəm epik əsərin 1300 illik yubileyi layiqincə keçirilmişdir. Amma bir faktı da qeyd etmək yerinə düşərdi ki, H.Əliyev siyasi hakimiyyətinin birinci dövründə belə dastana diqqət göstərmiş və onun tapşırığı ilə 1975-ci ildə “Dədə Qorqud” filmi çəkilmişdir.

        2010-cu ildə   “Dədə Qorqud” ETL-nin müdiriprofessor Qara Namazovun təşəbbüs və redaktorluğu ilə  “Dədə Qorqud dünyası” adlı elmi nəzəri jurnalın I cildi, 2012-ci ildə isə II cildi çap olundu. 2021-ci ildən etibarən filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü­,   “Folklor və Etnoqrafiya” jurnalının redaksiya üzvü, “Dədə-Qorqud”  mükafatı  laureatı  Almara Vəzir qızı Nəbiyeva laboratoriyaya müdir təyin olunandan sonra “Dədə Qorqud dünyası” beynəlxalq elmi-nəzəri məcmuəsinin  “III-IV-V-VI” cildi çap olunub.  Hazırda elmi jurnalın VII  nəşrinin materialları toplanılır. Jurnalın ərsəyə gəlməsində laboratoriya  əməkdaşlarının hər birinin  zəhmət payı vardır. 

         “Kitabi-Dədə Qorqud” – ədəbiyyat abidəsi:  tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığın müasir inkişaf mərhələsində olduqca önəmlidir. Bu baxımdan, elmi- tədqiqat laboratoriyasının əsas məqsədi “Kitabi-Dədə Qorqud” dastanının: yazıya alınma tarixini, poetik strukturunu, türk xalqlarının, eləcə də xalqımızın şifahi xalq  ədəbiyyatındakı rolunu, dastanın ümumi dastançılıq ənənələrinə bəxş verdiyi töhfəni, eyni zamanda qədim və orta əsrlər  Azərbaycan tarixinin araşdırılmasında tarixi qaynaq kimi əhəmiyyətini özündə kəsb edir. Bu geniş miqyaslı araşdırmalar elmi tədqiqat planına əsasən aparılr.“Dədə Qorqud” elmi tədqiqat laboratoriyası: Türkiyənin, Özbəkistanın,Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın  və diqər ölkələrin müvafiq elm və təhsil ocaqları ilə elmi əlaqələrə malikdir.

           Heydər Əliyevin -100-illiyinə həsr olunmuş “Dədə Qorqud Dünyası” beynəlxalq elmi-nəzəri jurnalının 6-cı sayı 10.05.2023 il tarixində çapdan çıxıb, jurnal elmi məqalələrlə zəngindir:

   BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının filologiya elmləri doktoru, professor, Səhər Orucovanın “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, tarix üzrə  fəlsəfə elmləri doktoru  Günel Əliyeva-Məmmədova “Müasir Azərbaycanda İslam dininin dirçəlməsində və dövlət-din münasibətlərinin qurulmasında Heydər Əliyevin müstəsna rolu”, “Dədə Qorqud” ETL-nin müdiri  filologiya  üzrə  fəlsəfə  doktoru  Almara Nəbiyevanın “Heydər Əliyevin  yaşayan  ideyaları”,  filologiya elmləri doktoru, professor Adil Babayevin “Heydər Əliyevin yaşayan ideyaları  milli kimliyimizin simvolu”, İlhamə Babanlının “Heydər Əliyev diskursunda məcazi sabit birləşmələr”, Fərqanə Əliyeva “Məşəl kimi yanan ürək”, Azərbaycan Təhsil İnstitutu, Psixogigiyena  və tibbi-psixoloji diaqnostika laboratoriyasının müdiri, Tibbi Biologiya Elmləri doktoru, professor Yaşar İbadovun “Dədə Qorqud tarixi  şəxsiyyətdir” ADPU ETM-in elmi işçisi, Respublikanın əməkdar müəllimi Zülfiyyə Vəliyevanın “Dahi Şəxsiyyət: Ümummilli Lider Heydər Əliyev”, kiçik elmi işçi Gülşən Mehdizadənin “Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur”, Elmira Məhərrəmovanın “Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında rolu”, və AMEA Nəsimi adına Dilçilik İnstitutu  Milli Akademiyasının filologiya  üzrə  fəlsəfə  doktoru, dosent Təranə Şükürlü “Heydər Əliyevin böyük dil siyasəti”.   

          Yuxarıda qeyd etdiyimiz kimi “Dədə Qorqud Dünyası” beynəlxalq elmi-nəzəri jurnalının 6-cı sayı Ulu Öndər  Heydər Əlyevin 100 illik yubileyi münasibəti ilə dərc olunmuşdur. Burada Ümummilli liderin ölkəsinə, xalqına, dininə, dilinə, milli kimliyimizin simvoluna, mədəniyyətinə, gənc nəsilin vətənpərvər ruhda yetişməsinə göstərdiyi qayğı və xidmətləri, onun yaşayan ideyaları  haqqında   maraqlı məqalələr dərc olunmuşdur.

Müəllif: Almara NƏBİYEVA                                                             

Bakı Dövlət Universitetinin Filologiya

fakültəsi nəzdində fəaliyyət göstərən

“Dədə Qorqud” laboratoriyasının müdiri

ALMARA NƏBİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI


VAQİF POEZİYA GÜNLƏRİ 2023


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəlalə Camal: Günəbaxan

Bu gün bir qərar aldım
Çıxıb gedirəm səndən
Nə ah çəkəcəm daha
Nə ağlayacam gendən…
Qamətim əyilməyib
Kefim də pozulmayıb
Xəyanət də etmədim
Gülə -gülə gedirəm…
Bilirəm ki, getdiyim
Yollar güldür, çiçəkdir…
Məhəbbət, sevda yolu
Qəlbimdən keçəcəkdir.

Günəbaxan

Üzü dönük qalmışdı
O gecə gün batanda
Boynu bükük olmuşdu
O gün günəbaxan da …

Üzünə həsrət qaldı
Günəş doğa bilmirdi
Aya şikayət etdi
O gecə ay doğanda

Gör nə qədər qəlbləri
Qırmışdı nurlu Günəş
Küsdürmüşdü onları
Sındırmışdı onları…

Ay da bilmir neyləsin
Milyon dərdi dinləsin
Günəbaxan gün görəndə
Getsin o gün gəlməsin.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI


VAQİF POEZİYA GÜNLƏRİ 2023


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru