Elnur Uğur. Halal təltif, halal təbrik!

Halal təltif, halal təbrik!

       26.07.2023 – cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, görkəmli şair Güləmail Murad Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi böyük xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur. Bu münasibətlə bədii – fəlsəfi düşüncəmizin aparıcı simalarından olan Güləmail Muradı təbrik edir və bir neçə cümlə ilə şairin yaradıcılığına işıq salmaq istəyirəm.

    Bu gün ədəbiyyatımızda bir tıxac var və bu tıxac həqiqi yazarların qarşısına sədd çəkir. Həqiqi yazar deyəndə mənim təsəvvürümdə yaradıcılığı ümumbəşəri dəyərlər fonunda inkişaf edən, vətəninə bağlı, mətnində poetik sanbal və milli kolorit aydın seçilən yazarın portreti canlanır. Bu gün bu portreti ədəbiyyatımızda 44 günlük zəfər savaşından sonra bir çox şairlərin yaradıcılığında görmək mümkündür. Tarix ən doğru hakim, yazılarımız isə o hakimin qarşısında müttəhimdir. Bu fikri niyə söylədim? 1992- ci il – 2020 – ci il aralığında yaranan ədəbi nümunələrdə hakim olan pasifizm cəbhədəki uğursuzluğumuzun üstünə sanki bir pərdə çəkmək istəyirdi. Həmin zaman kəsiyində yaranan bədii mətnlərə diqqət edəndə “bizə müharibə lazım deyil”, “biz müharibə istəmirik” fikri ilə çıxış edərək mübarizlik ritorikasını bir kənara qoymuş yazarların ciddi say fərqini görürsən. Bu mənzərə 2020 – ci il sentyabrın 27-dən başlayaraq, noyabrın 10 – a qədər davam edən zəfər savaşı tariximizə qədər çox da uzaq olmayan ədəbiyyat arxivlərinə baxsaq, məlul-məlul üzümüzə baxar.  Ali Baş Komandanımızın rəhbərliyi, şücaətli ordumuzun cəsarəti ilə adımızı dünya xalqları içərisində qalib xalqlar cərgəsində yazdırandan sonra ədəbi mənzərə də dəyişdi. Xalqın qəlbindəki qürur, qələbə sevinci mətnlərdə dil açdı. Ədəbiyyatda zəfərimizin tərənnümünə, təsvirinə geniş şəkildə diqqət ayrıldı. Düzdür, ədəbiyyat hələ ki müharibəyə uduzur. Müharibədəki qələbəmizi ədəbiyyatımızda tam şəkildə canlandıra bilməmişik,amma az da olsa, bütün yazarlar bu müqəddəs amal uğrunda zehninlərini məşğul edirlər. 

     Qəhrəmanlıq tariximizi öz obrazlı düşüncələri ilə ləyaqət və cəsarətlə tərənnüm edən  yazarlardan biri də Güləmail Muraddır. Onu bir çox müasirlərindən bir cəhət fərqləndirir : şair istər atəşkəs, istərsə də müharibə dövründə şəhidlərimiz, Azərbaycaının Milli Qəhrəmanları , Sovet İttifaqı Qəhrəmanları, elmimizə və ədəbiyyatımıza qiymətli töhfələr vermiş aydınlarımız haqda bədii dəyərini hər zaman qoruya biləcək gücdə olan mətnlər ortaya qoydu. Heç zaman qələbəyə olan inamından dönmədi. Yeri gəldikcə cəbhə xəttində sözü ilə döyüşdü, arxada milləti milli ruha kökləməkdə maarifləndirici mövzuları fəlsəfi düşüncə çalarları ilə zərifliklə işlədi. Elə zəfər savaşımızın ilk günlərində cəbhədə  Azərbaycan xalqının ən yaxın dostlarından olan telejurnalist Fulya Öztürklə bir verilişdə müharibə mövzusunda söhbətləri,əsgərlərimizi döyüşə ruhlayan şeirlər səsləndirməsi , bəlkə də, ayrı mövzudur, amma bunu  ona görə qeyd edirəm ki, Güləmail Muradı təkcə AYB-nin binasında iş masasının arxasında görənlər bilsinlər. Bilsinlər ki, Güləmail Murad Tovuz döyüşlərindən sonra “Tovuz döyüşləri” kitabını qələmə almaq üçün məhz həmin hadisə yerinə getmiş, bir neçə gün orada qalmışdır. Bu, şairdən həm də cəsarət tələb edir. Cəsarətli qələm adamı olan müəllif həyatında çox ilklərə imza atıb. Bu ilklərdən biri də Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, “Güləmail Murad Yapon ədəbiyyatı nümunələrindən: Vaka və haykulardan istifadə edən ilk azərbaycanlı qadın yazarımızdır”.

     Çağdaş ədəbiyyatımızın istedadlı və cəsarətli qələm adamı, yorulmaq bilmədən bədii fikrin milli ruhda inkişafını təmin etmək üçün gecəsini- gündüzünü xərcləyən müəllif azərbaycançılıqla yanaşı, türkçülük məfkurəsinin də inkişafına xidmətlər göstərmişdir. Onun Türkiyədəki şeir şölənlərində alovlu iştirakı, “Kadirlidə 4 gün”, Nuru paşa dastanı” kitabı bu böyük Türk xanımının türkçülüyə olan sevgisinin bariz nümunəsi, daxili aləminin bədii – psixoloji mənzərəsidir. Əsərləri dəfələrlə Atatürk Mərkəzi tərəfindən nəşr olunan Güləmail Murad əsl və əsil vətən təəssübkeşi, türk aydınıdır. Onun azərbaycançılıq, ümumən, türkçülük  məfkurəsinə xidmət edən əsərləri zaman-zaman müxtəlif dairələrin diqqətində olmuş və halal mükafatını almışdır. Bu yaxınlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində gənc alimlərlə görüşü keçirilən şairin işıqlı düşüncələrinə oxucu sevgisinin kütləviliyi  açıq – aydın hiss olunurdu. Millətini sevən, əsərlərində milli ruh aşılayan, yurd təəssübkeşi,sağlam məfkurə yolçusu olan Güləmail Murad elə bunun nəticəsidir ki, Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi üstün xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olundu. Görkəmli şairimizə diqqət ayıranlara təşəkkür, Güləmail Muradı halalca aldığı bu təltifə görə təbrik edir,uğurlarının sonsuz olmasını diləyir və bu təbrikimi halalca qəbul etməsini xahiş edirəm.

Hörmətlə,   Şair-publisist,   Prezident təqaüdçüsü,Beynəlxalq Rəsul Rza Mükafatı laureatı,   Elnur UĞUR

ELNUR UĞURUN YAZILARI

GÜLƏMAİL MURADIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif Abbasov. KABAB QONAQLIĞASI.


KABAB QONAQLIĞASI
(hekayə)
Bu kasıbın işi uzundur. Qış gəlir. Qanı qaralır. Bir çətən külfətdir. Evi qızdırmaq lazımdır. Özünə (özü cəhənnəmə), arvadına, uşaqlarına isti pal-paltar, uzunboğaz çəkmə almalıdır. Hansını deyəsən?
Yay gəlir, kasıb sevinir. Bir şalvar, bir köynək geyəcək, evi qızdırmlı olmayacaq, əksinə, mənzilin istisindən qaçacaq, həyətdə-bacada gün keçirəcək. Yaz, payız da yolaveriləndir. Amma bu kasıb yayda da dilxor olur. Məzuniyyətə çıxır. O soruşur, bu soruşur: “Dincəlməyə hara gedəcəksən?”
Ay pir olmuşlar dincəlməyə getmək üçün bir ətək pul lazımdır. Gedib Antalyada, nə bilim harada istirahət ettmək, bizim bu rayonlarımızdakı istirahət yerlərində dincəlməkdən ucuz başa gəlir.
Qəbələnin Vəndam kəndindəki “Duyma”ya, “Yeddi gözəl”ə, Xaçmazın Seyidlərkəndyeri kəndindəki “Atlant” istirahət və əyləncə mərkəzinə, Nabranın “Dostluq” turist bazasına və “Palma” istirahət mərkəzinə, Qaxın İlisu kəndinə putyovka ilə getmək sərfəlidir. Az miqdarda pul verirsən, qalanı isə həmkarlar ittifaqı ödəyir. Amma kimdir sənə putyovka verən? Həmkarlar ittifaqının işdəki nümayəndəsi hər dəfə “Bizə vur-tut üç-dörd putyovka düşür, onu da ya direktora, ya da müharibə və əmək veteranlarından birinə onlara verirəm”, – deyib səni başdan eləyir.
Varlılara, imkanlılara nə var ki? İstəyir qış olsun, istər yay, yaz, yaxud payız. Həmişə kefləri saz olur. Heç putyovka dərdi də çəkmirlər. Nə zaman lazımdır, istirahətlərindən qalmırlar. Varlığa nə darlıq?
Nə isə. Danışmaqla adamın dərdi yüngülləşmir.
İşçilərin umu-küsüsünü eşidən trest rəisi aktivi başına yığıb iclas keçirdi. Qərara alındı ki, Altıağacda məxsusi olaraq trest üçün “İstirahət və əyləncə mərkəzi” tikilsin. “Putyovka üçün ona, buna ağız açınca, yalvarınca işçilərimiz gedib dincələrlər”. Rəis bu sözlərlə iclası qapadı.
Tezliklə tikintiyə icazə alındı və inşaat işlərinə başlandı.
Hamı sevinirdi. Nəhayət, növbəti yay “İstirahət və əyləncə mərkəzi” hazır oldu. Əvvəllər dincəlməyə gedənlər putyovkanı pulsuz alırdılar. Hətta bəziləri dincəlməyə ailəvi də gedirdilər. Sonralar cüzi pul ödəməli oldular.
Yayda buralarda havalar sərin olurdu. Hətta axşamlar yorğanla yatmaq lazım gəlirdi. Az keçmiş bu “İstirahət və əyləncə mərkəzi”nin də zibili çıxdı. Xidmət aşağı səviyyəyə düşdü. Bircə səhər yeməyi fərli idi: yağ, pendir, süd, yumurta, çay… Nahar və şamı yeməsəydin, ondan yaxşı idi.
Bəziləri hətta boğaza yığılıb yarımçıq çıxıb gedirdi
Gələnlərin narazılığını görən mərkəz müdiri onları dilə tutmağa çalışırdı ki, trest rəhbərliyinə şikayətə getməsinlər. Sonuncu günlər idi. İstirahətə gələnlər bir gün yuxudan qalxanda həyətdə bir quzu gördülər. Boğazındakı kəndir keçirib sütuna bağlamışdılar. “İstirahət və əyləncə mərkəzi”nin müdiri quzuya maraqla baxanlara müraciətlə dedi:
-Qərara aldım ki, sizi təntənə ilə yola salım. Axşamüstü quzu kababına qonaq olacaqsınız.
İstirahətdə olanlar sevindilər: “Axır ki… Heç olmasa axırıncı gün bir fərli şam edək”.
Səhər yeməyini, sonra da naharı birtəhər yola verib, axşamı gözləməyə başladılar. İştahlarını sazlamışdılar: quzu kababı yeyəcəkdilər. Bəziləri hətta araq tədarükü də görmüşdülər.
Farağat komandası verildi. İstirahətdə olanlar günorta yuxusu almaq üçün otaqlara çəkildilər. Oyananda gördülər nə? Həyətdə bir neçə maşın dolaşırdı. Bir maşında trest rəisi öz ailəsi ilə, başqa iki maşında da onun dost-tanışları. Onlar maşından düşüb Altıağacı gəzməyə başladılar. Ağacın altına stollar, stullar düzüldü, süfrə açıldı. Quzunu kəsib soydular. Kabab çəkib gələn qonaqların süfrəsinə apardılar.
İstirahətdə olanlar baxa-baxa qalmışdılar: “Bu nə oyundur düşüblər?” Arzuları gözlərində donmuşdu.
Axşamüstü idi. Şam yeməyinin vaxtı idi. “İstirahət və əyləncə mərkəzi” yeməkxanasının qapıları açılmışdı. İstirahətdə olanlar şam yeməyinə çağırılırdılar. Lakin iştahlarını kababa sazlayan adamların heç biri şam yeməyinə getmədi. Otaqlarına çəkildilər.
Ağacların altında rəisin ailəsi və dost-tanışı üçün süfrə açılmışdı. Onlar quzu kababı yeyir, sərin sudan, araqdan, şampandan və çaxırdan içir, rəisin özünün, ailəsinin və “İstirahət və əyləncə mərkəzi”nin şərəfinə sağlıq deyirdilər.
Bakı şəhəri, 29 iyul 2023-cü il.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Serhat Kabaklı. BİL OĞLUM.

Şair Serhat Kabaklı oğlu Orhunun doğumunda (1981) ilk ağıt seslerini duyduğu esnada yazdığı, daha sonra amcaoğlu Esat Kabaklı tarafından bestelenmiş şiir:

BİL OĞLUM
Gün gidende ay gelende gel oğlum,
Cihan yanar sen gülende gül oğlum,
Bir yol vardır Hak yoludur bul oğlum,
Yeri bilmek göğü bilmek bil oğlum.

Çabuk büyü çabuk yetiş tez oğlum,
Çakal gezen şu dağlarda gez oğlum.
Çabuk büyü çabuk yetiş tez oğlum,
Çakal gezen şu dağlarda gez oğlum.

Gez oğlum,
Vatanına göz dikeni ez oğlum.!
Dostun kim düşmanın kim sez oğlum,
Tarihini şerefinle yaz oğlum.!

Senden gider sonsuzluğa yol oğlum,
Dört bir yana salmalısın kol oğlum,
Ekmeğini aç olanla böl oğlum,
Haram yeme, Hak uğruna öl oğlum.

Zulüm dolu saltanattan in oğlum,
Zalimlere duymalısın kin oğlum,
Nefis kibir mantık yutan dev oğlum,
Mağrur olma , insanları sev oğlum.

Gez oğlum!
Vatanına göz dikeni ez oğlum,
Dostun kim düşmanın kim sez oğlum,
Söz ver bana geç karşıma söz oğlum,
İhanete tasalanma yok oğlum,
Kılıcını hain kalbe sok oğlum.!

Mənbə: yozgatgazetesi.com

SERHAT KABAKLININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru