Etiket arxivi: Güləmail Murad

GÜLƏMAİL MURAD – TƏBRİK

Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü, şairə-publisist Güləmail Murad ın ad günüdür.
TƏBRİK EDİRİK! SİZƏ MÖHKƏM CAN VƏ YARADICILIQ FƏALİYYƏTİNİZDƏ UĞURLAR ARZU EDİRİK!

GÜLƏMAİL MURAD
(İsayeva Güləmayıl Novruzəli qızı)
şairə-publisist

1950-ci ildə Qazax rayonunun (indiki Ağstafa) Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakultəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib.
Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğrunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də həmin qəzetdə dərc olunub. O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da ordan alıb. 1973-cü ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb. Ali dərəcəli mühəndis-müəllimdir.
Uzun müddət Gürcüstan Respublikası Qardabani rayonunun 47N-li SPTU-də öz ixtisası üzrə işləyib (1974-1991). Sonra Bakıya köçüb və müxtəlif elmi müəssisələrdə Ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs demişdir.
Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016), “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” – trilogiya (2018), “Günnüt zəfəri“ (2019), “Canını vətənə sərhəd elədi…” (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020), “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı”(2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023), “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023) və “Beş ulduz” kitablarının müəllifidir.
Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub. “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi dastanı”(fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə), 2013) və “Döyüş yolları” rus dilində, 2022), “Nuru Paşa dastanı” dörd dilə tərcümə edilb,2023)”, həmçinin”Sən Azərbaycansan” kitabı da 4 dilə, “Kadirlidə 4 gün kitabı Özbək dilinə tərcümə edilib… Sözlərinə mahnılar, hərbi marşlar bəstələnib.
Ən böyük uğurlarından biri hayku və vakalardan ibarət “Mən – bulud gözlü, sən – yağış” kitabıdır. Azərbaycan ədəbiyyatında ilk xanım yazardır ki, yapon janrı olan haykuda – 3 misra və 17 hecada on bəndlik şeirdə söylənə biləcək sözünü deyə bilir. Vakaları, tankaları da eynilə…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və həmin Mərkəzin Qadınlar Şurasına sədr müavini seçilib ( 2007).
Avrasiya Sanat Kültür Edebiyat ve Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür.
İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərmana (2010) və Təşəkkürnaməyə (2012), Gürcüstanın Qardabani şəhər 3 saylı məktəbinin Fəxri fərmanına (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb.
17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış «Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, Güləmail Murad mükafat və Fəxri Diplomla təltif edilib.
Vətənpərvər şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub.
Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş «Vətən sağ olsun» kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən «General Əliağa Şıxlinski» yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Ordunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb.
Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017).
Aprel döyüşlərinə həsr olunmuş «Qayıdış» kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri fərmana layiq görülüb (2017).
ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda, Fəxri diplomçusudur.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə Fəxri Fərmanla (2022) təltif olunub. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı KATILMA BELGESİ (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb.
Dövri mətbuatda xüsusi olaraq fərqləndiyinə görə «Qafqaz-Media» İctimai Birliyi və ASKEF-in Milli Mətbuat günü münasibəti ilə «Ustad Qələm Sahibi» diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin (Bursa) “Onur Belgesi” (2022) ilə təltif olunub.
BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017).
Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvü, İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek birliyinin), “İrak Türkmen Edebiyatçılar Örgütünün üzvüdür.
Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013).
İstanbulda “Şiir Fırtınası”nın iştirakçısı olub və “Türk kültürünə, Türk Edebiyatına vermiş olduğu xidmətlərinə görə” fəxri diplomu ilə mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqədə ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplomla təltif olunmuşdur.
27 avqust 2023- cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyalarında ödül mükafatı və Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı verildi.
Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən Altın Yıldız Madalyası Türk Dünyası Edebiyatına Üstün Hizmetlerinden Dolayı Ödüllendirilmiştir

Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür (2022).
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Prezident təqaüdçüsüdür.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır.
Ailəlidir. Üç övladı, 6 nəvəsi var.

Mənbə: AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elnur Uğur. Halal təltif, halal təbrik!

Halal təltif, halal təbrik!

       26.07.2023 – cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, görkəmli şair Güləmail Murad Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi böyük xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur. Bu münasibətlə bədii – fəlsəfi düşüncəmizin aparıcı simalarından olan Güləmail Muradı təbrik edir və bir neçə cümlə ilə şairin yaradıcılığına işıq salmaq istəyirəm.

    Bu gün ədəbiyyatımızda bir tıxac var və bu tıxac həqiqi yazarların qarşısına sədd çəkir. Həqiqi yazar deyəndə mənim təsəvvürümdə yaradıcılığı ümumbəşəri dəyərlər fonunda inkişaf edən, vətəninə bağlı, mətnində poetik sanbal və milli kolorit aydın seçilən yazarın portreti canlanır. Bu gün bu portreti ədəbiyyatımızda 44 günlük zəfər savaşından sonra bir çox şairlərin yaradıcılığında görmək mümkündür. Tarix ən doğru hakim, yazılarımız isə o hakimin qarşısında müttəhimdir. Bu fikri niyə söylədim? 1992- ci il – 2020 – ci il aralığında yaranan ədəbi nümunələrdə hakim olan pasifizm cəbhədəki uğursuzluğumuzun üstünə sanki bir pərdə çəkmək istəyirdi. Həmin zaman kəsiyində yaranan bədii mətnlərə diqqət edəndə “bizə müharibə lazım deyil”, “biz müharibə istəmirik” fikri ilə çıxış edərək mübarizlik ritorikasını bir kənara qoymuş yazarların ciddi say fərqini görürsən. Bu mənzərə 2020 – ci il sentyabrın 27-dən başlayaraq, noyabrın 10 – a qədər davam edən zəfər savaşı tariximizə qədər çox da uzaq olmayan ədəbiyyat arxivlərinə baxsaq, məlul-məlul üzümüzə baxar.  Ali Baş Komandanımızın rəhbərliyi, şücaətli ordumuzun cəsarəti ilə adımızı dünya xalqları içərisində qalib xalqlar cərgəsində yazdırandan sonra ədəbi mənzərə də dəyişdi. Xalqın qəlbindəki qürur, qələbə sevinci mətnlərdə dil açdı. Ədəbiyyatda zəfərimizin tərənnümünə, təsvirinə geniş şəkildə diqqət ayrıldı. Düzdür, ədəbiyyat hələ ki müharibəyə uduzur. Müharibədəki qələbəmizi ədəbiyyatımızda tam şəkildə canlandıra bilməmişik,amma az da olsa, bütün yazarlar bu müqəddəs amal uğrunda zehninlərini məşğul edirlər. 

     Qəhrəmanlıq tariximizi öz obrazlı düşüncələri ilə ləyaqət və cəsarətlə tərənnüm edən  yazarlardan biri də Güləmail Muraddır. Onu bir çox müasirlərindən bir cəhət fərqləndirir : şair istər atəşkəs, istərsə də müharibə dövründə şəhidlərimiz, Azərbaycaının Milli Qəhrəmanları , Sovet İttifaqı Qəhrəmanları, elmimizə və ədəbiyyatımıza qiymətli töhfələr vermiş aydınlarımız haqda bədii dəyərini hər zaman qoruya biləcək gücdə olan mətnlər ortaya qoydu. Heç zaman qələbəyə olan inamından dönmədi. Yeri gəldikcə cəbhə xəttində sözü ilə döyüşdü, arxada milləti milli ruha kökləməkdə maarifləndirici mövzuları fəlsəfi düşüncə çalarları ilə zərifliklə işlədi. Elə zəfər savaşımızın ilk günlərində cəbhədə  Azərbaycan xalqının ən yaxın dostlarından olan telejurnalist Fulya Öztürklə bir verilişdə müharibə mövzusunda söhbətləri,əsgərlərimizi döyüşə ruhlayan şeirlər səsləndirməsi , bəlkə də, ayrı mövzudur, amma bunu  ona görə qeyd edirəm ki, Güləmail Muradı təkcə AYB-nin binasında iş masasının arxasında görənlər bilsinlər. Bilsinlər ki, Güləmail Murad Tovuz döyüşlərindən sonra “Tovuz döyüşləri” kitabını qələmə almaq üçün məhz həmin hadisə yerinə getmiş, bir neçə gün orada qalmışdır. Bu, şairdən həm də cəsarət tələb edir. Cəsarətli qələm adamı olan müəllif həyatında çox ilklərə imza atıb. Bu ilklərdən biri də Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, “Güləmail Murad Yapon ədəbiyyatı nümunələrindən: Vaka və haykulardan istifadə edən ilk azərbaycanlı qadın yazarımızdır”.

     Çağdaş ədəbiyyatımızın istedadlı və cəsarətli qələm adamı, yorulmaq bilmədən bədii fikrin milli ruhda inkişafını təmin etmək üçün gecəsini- gündüzünü xərcləyən müəllif azərbaycançılıqla yanaşı, türkçülük məfkurəsinin də inkişafına xidmətlər göstərmişdir. Onun Türkiyədəki şeir şölənlərində alovlu iştirakı, “Kadirlidə 4 gün”, Nuru paşa dastanı” kitabı bu böyük Türk xanımının türkçülüyə olan sevgisinin bariz nümunəsi, daxili aləminin bədii – psixoloji mənzərəsidir. Əsərləri dəfələrlə Atatürk Mərkəzi tərəfindən nəşr olunan Güləmail Murad əsl və əsil vətən təəssübkeşi, türk aydınıdır. Onun azərbaycançılıq, ümumən, türkçülük  məfkurəsinə xidmət edən əsərləri zaman-zaman müxtəlif dairələrin diqqətində olmuş və halal mükafatını almışdır. Bu yaxınlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində gənc alimlərlə görüşü keçirilən şairin işıqlı düşüncələrinə oxucu sevgisinin kütləviliyi  açıq – aydın hiss olunurdu. Millətini sevən, əsərlərində milli ruh aşılayan, yurd təəssübkeşi,sağlam məfkurə yolçusu olan Güləmail Murad elə bunun nəticəsidir ki, Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi üstün xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olundu. Görkəmli şairimizə diqqət ayıranlara təşəkkür, Güləmail Muradı halalca aldığı bu təltifə görə təbrik edir,uğurlarının sonsuz olmasını diləyir və bu təbrikimi halalca qəbul etməsini xahiş edirəm.

Hörmətlə,   Şair-publisist,   Prezident təqaüdçüsü,Beynəlxalq Rəsul Rza Mükafatı laureatı,   Elnur UĞUR

ELNUR UĞURUN YAZILARI

GÜLƏMAİL MURADIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru