ÖMÜR TÜKETTİ İçimde birikti yığınla dertler. Atmak istesem,de yerinde durur. Aldığım her acı kalbime vurur. Nasıl sevgi RABBİM ömür tükendi. **** Etmedim kimseye hiç bir eziyet. Üzüntü kederden çektiğim zillet, Çürüttü bedeni kötü vaziyet. Nasıl sevda RABNİM ömür tükendi. **** Dertlenip söylen,sem türkü denmiyor, Sel olmuş göz yaşım neden dinmiyor? İstesem giden gün geri gelmiyor, Nasıl sevda RABBİM ömür tükendi. **** Aksoyum çileler bitmiyor artık. Başta kara bulut gitmiyor artık, Konuşmaya gücüm yetmiyor artık, Nasıl sevda RABBİM ömür tükendi. 4.4.2021. Müəllif: Gülsen Aksoy
Gedim bir az ağlayım, Elə-belə… astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə… astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa… Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin – “Niyə sığmır sinəmə?” Gah tufan, gah da rüzgar Apardıqca uzağa… Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama – Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca… Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin… Nə qədər oyun açıb başıma… Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: “Götürün, Verdim onu Allaha!” Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?!
Zaman geçip gidiyor tükeniyor ömrümüz Yıllar yıldız misali göz kırpıyor sönüyor Artık bahar yaz bitmiş şimdi mevsim bize güz Dünler heyula olmuş başımızda dönüyor
Yakında adımızdan bir kelam kalmayacak Bizi arayan dostlar bir yerde bulmayacak Belki hiçbir kabirde taşımız olmayacak Günler vaveyla olmuş başımızda dönüyor…
Память о Захре… За что тебя, скажи, убили? В 2 года! В чем твоя вина? И унесут навек в могиле Ту, кто недавно рождена! Возможно, ты любила горы, По травке бегала босой… Кто стер с земли моей узоры, Окутав сердце в дикий зной? Скажи, купалась ли ты в море И видела ль летящих птиц? Кто внес к нам в дом такое горе И слез несчитанных страниц?!_ Они стреляли темной силой С усмешкой страшной на устах, А ты во сне такой красивой Ушла, прости меня, Аллах! Сжимает боль так тяжко сердце, И эту боль не исцелить! За что убили вы младенца? И как теперь вам с этим жить? Прости, что я тебя не знала! Прости, что плачет вся страна… По жизни ты не зашагала, И ангелом от нас ушла! За что тебя, скажи, убили? И как ответит тот злодей? Цветы завянут на могиле… Столь маленькой – ребенок в ней!
Niyə öldürdülər, de, səni axı? O körpə canına necə qıydılar? İki yaşlı qızın nəymiş günahı – Aparıb soyuq bir qəbrə qoydular! Dağları, düzləri sevirdin yəqin, Qaçırdın otluqda ayağıyalın… Zərif izlərini kim sildi sənin – O hansı cəlladdı, o hansı zalım?!_ Heç mavi dənizdə çimmişdinmi sən, Durub baxmışdınmı uçan quşlara? İndi hara qaçaq dərdin əlindən, Kim bizi qərq etdi göz yaşlarına? Cəllad gülüşüylə durub, yaxından Tutdular gülləyə, qurşuna səni; Sənsə köçüb getdin şirin yuxuda… İlahi, sən özün bağışla məni! Sıxır ürəyimi, sıxır bu ağrı – Bu yara heç zaman sağalan deyil! Nədən o körpəyə qıydınız axı? Axı neyləmişdi sizə o tifil? Bağışla məni ki, deyildik tanış! İndi bütün ölkə yas tutub sənə… Həyat yollarında addım atmamış Uçdun mələk kimi uca göylərə! Niyə öldürdülər, de, səni axı? Nə cavab verəcək zalım, nə üzlə? Solan çiçəklərin nədir günahı O bircə qarışlıq məzarın üstdə…
(Aprel Şəhidi Pəncəliyə İthaf edirəm) Dünyaya gözünü açandan bəri, Vətəni müqəddəs bir ana sandın. Adını PƏNCƏLİ qoymuşdu atan, Şəhidlik adını özün qazandın. * * * Göydə qanad açdın bir qartal kimi, Gəldi zirvələrdən sorağın sənin. Düşmənlə savaşa girdiyin anda, Daim cürət olub silahın sənin. * * * Ərən babaların əmanəti tək, Sən qaldın Həzinin şanlı yolunda. Minlərlə ürəkdə heykəl ucalıb, Sən kimi qeyrətli vətən oğluna. * * * Atıldın döyüşə bir pələng kimi, Adın hünərinlə qolboyun oldu. Pəncəli aslanım, Pəncəli oğlum, Adın da şanın tək pəncəli yoldu. * * * Qəlbində əbədi Vətən sevgisi, Çay kimi kükrəyir , bulaq tək daşır. Bir ovuc qələbə sorağı kimi, Şəhid Pəncəlinin ruhu danışır. Müəllif: Sona ABBASƏLİQIZI
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…