
NƏRİMAN HƏSƏNZADƏ 95
Bu gün Azərbaycanın xalq şairi NƏRİMAN HƏSƏNZADƏNİN yubiley doğum günüdür!
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub.
HÖRMƏTLİ XALQ ŞAİRİMİZ NƏRİMAN HƏSINZADƏNİ GÖRDÜYÜM ÜÇÜN, ONUN DƏYƏRLİ MƏSLƏHƏTLƏRİNİ EŞİTDİYİM ÜÇÜN ÇOX SEVİNİRƏM.HƏMİŞƏ NƏRİMAN HƏSƏNZADƏNİN AD GÜNÜNÜ ONU ŞƏXSƏN TANIMADAN TƏBRİK EDİRDİM.GÖRÜŞƏNDƏ ÖZÜNƏ BU HAQDA MƏLUMAT VERDİM VƏ DEDİM Kİ, ARTIQ SİZİ ŞƏXSƏN TANIYARAQDAN AD GÜNLƏRİNİZİ TƏBRİK EDƏCƏYƏM.
XALQIMIZIN CANLI ƏFSANƏSİ NƏRİMAN HƏSƏNZADƏNİ YUBİLEY DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR VƏ CAN SAĞLIĞI ARZU EDİRƏM!
SEVİNDİK NƏSİBOĞLU,
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında