
Ağdam Cümə məscidi – 2026.
SƏNİ
Bu vətən dediyin elə bir yerdi,
Nə olsun doğmasan, atarlar səni.
Çoxda qürrələnmə… fürsət düşəndə,
Doğmalar qismətə satarlar səni.
Lüt qalsan sevərlər, təmiz olarsan,
Yıxılsan barxana, ya diz olarsan,
Eh…quşa-qurda da, əziz olarsan,
Hacan ki, torpağa qatarlar səni.
Durub demirəm ki, yatana daş ver,
Durana qulaq ver, vurana baş ver,
Zamanı itirmə, bileti boş ver,
Geciksən gözləməz, qatarlar səni.
Müəllif: Cavanşir Qənbər
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında