
“Söz Odası” jurnalı
“Söz Odası” qəzeti illər sonra öz fəaliyyətini jurnal olaraq davam etdirməyə başladı. Jurnalın təsisçisi və baş redaktoru Elşən Əzimin rəhbərliyi ilə redaksiya heyətinin görüşü keçirildi. Görüşdə redaksiya heyətinin üzvlərindən Bəhmən Gülövşəli, Əhməd Əfsun, Məmməd Mərzili, Zümrüd Rəhimova, Nərmin Əliyeva, gənc yazıçılar Nicat Hunalp, Elçin Məhərrəm və Şamil Həsən iştirak etdilər.
Görüşdə əvvəlcə Elşən Əzim jurnalın yaranma tarixindən və yenidən nəşrə başlamasının əhəmiyyətindən danışdı. O, “Söz Odası”nın ədəbi mühitdəki yerini vurğulayaraq, jurnalın gələcək fəaliyyəti ilə bağlı planlardan söz açdı.
Daha sonra iştirakçılar jurnalın ilk sayına oxucular tərəfindən böyük maraq göstərildiyini qeyd etdilər, nəşrin nəfis tərtibatla çap olunmasını yüksək qiymətləndirdilər. İlk sayda dərc olunan əsərlər ətrafında maraqlı fikir mübadiləsi aparıldı, müxtəlif ədəbi yanaşmalar müzakirə edildi.


Sonda redaksiya heyəti üzvləri jurnalın növbəti nömrəsi üçün öz arzu və təkliflərini bildirdilər.
Məlumatı hazırladı: Şamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında